Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə190/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   186   187   188   189   190   191   192   193   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

359 


 

Azərbaycan  şairi  Füzulinin  500  illik  yubileyi  TÜRKSOY-un  təşəbbüsü  ilə  bütün  Türk  dünyasında  təntənəli 

şəkildə qeyd olunmuşdur.  

1995-cü  il    avqustun  24-31-də  «Manas»  eposunun  1000  illiyinə  həsr  olunmuş  Bişkekdə  keçirilən 

təntənəli şənliklərdə iştirak edən TÜRKSOY bu tarixlə əlaqədar olaraq nəfis tərtibatlı "Manas" kitabını nəşr 

etdirdi. 

1996-cı il mayın 17-də  iyul ayının 3-dək Başqırdıstanın Ufa şəhərində türkdilli ölkələrin  "TUQANLIQ" 

Beynəlxalq  Teatr  İncəsənəti  Festivalı  öz  işinə  başladı.  İyunun  15-də  Ankarada  böyük  tatar  şairi 

QabdullaTukayın  anadan  olmasının  110  illiyi  qeyd  olundu.  1996-cı  ilin  sentyabrında  Türkiyədə  Qazaxıstan 

Respublikasının mədəniyyət günlərinin keçirildi və qazax şairi Cambulun 150 illik yubileyinin qeyd olundu.  

1999-cu ildə TÜRKSOY-un təklifi ilə dünya və türk ədəbiyyatının əvəzsiz nümunəsi olan "Dədə Qorqud" 

eposunun  1300  illik  yubileyinin  keçirilməsi  və  1999-cu  ilin  "Dədə  Qorqud  ili"  adlanması,  Türküstan 

şəhərinin  1500  illiyinin  qeyd  olunması,  Böyük  Türk  Xaqanlığının  1450  illiyinə  həsr  olunmuş  təntənəli 

mərasimlərin  keçirilməsi  *23+  YUNESKO-nun  baş  fəaliyyət  proqramına  daxil  olundu.  Yuxarıda  sadalanan 

mühüm tarixi hadisələrin qeyd olunması ilə yanaşı, YUNESKO tərəfindən sonradan Oş şəhərinin 3000 illiyi, 

MаhмуdKaşqarlının "Divani-lüğət it türk" əsərinin 925 illiyi, Məhəmməd bəy Qaramanoğlu tərəfindən türk 

dilinin dövlət dili elan olunmasının 725 illiyi, Əhməd Yəsəvinin anadan olmasının 900 illiyi qeyd olundu *6, 

s.230].  1997-ci  ilmayın  11-15-də  Türkiyənin  Ankara  və  Karaman  şəhərlərində  «Türk  dili»  beynəlxalq 

bayramı keçirildi.  

TÜRKSOY-un fəaliyyətinə böyük önəm verən  türkdilli ölkələrin dövlət başçıları, demək olar ki, bütün 

sammitlərinin  yekun  bəyannamələrində  təşkilatın  işini  təqdir  etmişlər.  1996-cı  il  Daşkənd 

Bəyannaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün mədəniyyət nazirləri az vaxt ərzində mühüm 

bir  layihəni  hazırlaya  bildilər.  Bu  layihələrdən  birincisi  Türk  dünyasının  mədəniyyət  və  tarixinin  yaddaş 

təqviminin  hazırlanması  idi.  Bu  təqvimdə  xronoloji  ardıcıllıqla  türk  dünyasının  çoxəsrlik  tarixi,  dili, 

ədəbiyyatı, mədəniyyəti və incəsənətinə aid olan hadisələr sistemli şəkildə öz əksini tapıb.  

Daşkənd  Bəyannaməsindən  irəli  gələn  digər  mühüm  layihə  Böyük  Türk  Xaqanlığının  1450  illiyinin 

keçirilməsi  üzrə  proqramını  hazırlanması  idi.  TÜRKSOY  1997-cı  il  avqustun  25  və  27-də  Tuva 

Respublikasının  Qızıl  şəhərində  Sibirin  türkdilli  xalqlarının  Böyük  Türk  Xaqanlığının  yaranmasının  1450 

illiyinə həsr olunmuş beynəlxalq konfransında iştirak etd. *22, s.24+ 

1998-ci  ildə  TÜRKSOY-un  xətti  ilə  böyük  özbək  alimləri  və  mütəfəkkirləri  Məhəmməd  İbn  İsmail  əl 

Buxarinin  və  Əhməd  əl-Fərabinin  xatirəsinə  həsr  olunmuş  elmi  simpöziumda  bütün  türk  ölkələrindən 

gəlmiş elm xadimləri iştirak edirdi. 

TÜRKSOY  beynəlxalq, regional və milli təşkilatlarla, hökumətlər,  

mədəniyyət,  incəsənət  sahəsində  fəaliyyət  göstərən  qeyri-hökumət  təşkilatları  ilə  əlaqələrin  daha  da 

inkişaf etdirilməsi sahəsində də əməli fəaliyyət göstərmişdir. 

1999-cu il iyulun 7-də YUNESKO-nun Parisdə yerləşən mənzil qərargahında "Dədə Qorqud" eposunun 

1300  illiyinə  həsr  olunmuş  təntənəli  mərasim  keçirildi.  TÜRKSOY-un  "Dədə  Qorqud"  eposunun  1300  illiyi 

münasibətilə  Türkiyənin  Bayburt  şəhərində  möhtəşəm  bayram  şənliyində  iştirakı  təşkilatın  ümumtürk 

dəyərlərinə yüksək münasibətindən irəli gəlirdi. TÜRKSOY-un Bişkek şəhərində keçirilən Nazirlər Şurasının 

XII yığıncağında Moldova Respublikasının  tərkibində olan  Qaqauz Yeri muxtar qurumu təşkilata üzv qəbul 

olundul 

TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və məcmuələrin nəşr olunmuşdur. Onların 

sırasında  Qırğızıstanın xalq eposu  "Manas", Abayın  seçilmiş  əsərləri, Başqırd  xalq  eposu  Ural  Batır,  Böyük 

Türk Xaqanlığının tarixi, Tatar xalq dastanı "İdigey", “Dədə Qorqud” ensiklopediyası və başqaları vardır.  

TÜRKSOY-la  YUNESKO-nun,  Avropa  Şurası,  ISESCO,  MFGS  (Müstəqil  Dövlətlər  Birliyi  Humanitar 

Əməkdaşlıq Beynəlxalq Fondu) arasında protokollar imzalanmışdı. MFGS ilə ortaq şəkildə olaraq "Avrasiya 

Türkoloqlar  Ensiklopedik  lüğəti"  nəşr  olundu,  ISESCO  ilə  ortaq  şəkildə  Rabat-da  olan  ISESCO  Mərkəzində 

"Fotoşəkillərlə  Türk  Dünyası"  sərgisi  açıldı,  Qazaxıstanda  "Arxiv  Bilgilərinin  təsnifində  yeni  texnologiyanın 

istifadəsi" mövzusunda seminarı keçirildi.  

TÜRKSOY-un başlıca fəaliyyət istiqamətlərindən biri də, azsaylı türkdilli xalqların mədəniyyəti, tarixi və 

ədəbiyyatını  öyrənmək  və  təbliğ  etməkdir.  Bu  baximdan  2010-cu  il  martın  19-da  TÜRKSOY-a  üzv  olan 

ölkələrdən  100-dən  çox  sənətçinin  iştirakı  ilə  Parisdə  UNESCO  binasında  Novruz  bayramının  qeyd 

olunması,  Azərbaycan,  Türkiyə,  Qazaxıstan  və  Rusiya  Federasiyasının  UNESCO  nəzdindəki  Daimi 

nümayəndəliklərinin  fəal dəstəkləri  ilə hazırlanan  proqramın UNESCO tərəfindən  elan edilən  “2010-cu il-




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

360 


 

Mədəniyyətlərarası Yaxınlaşma ili” nə ithaf оlunması, 2011-ci il  martın 21-də TÜRKSOY-a üzv 11 ölkədən 

140-a  yaxın  sənətçinin  iştirakı  ilə  NyuYorkda-BMT  Baş  ofisində  BMT-yə  üzv    olan  192  ölkənin 

nümayəndələrinin iştirakı ilə Novruz bayrmının qeyd edilməsi *11, s.137+ TÜRKSOY-un тürk mədəniyyətinin 

dünyaya tanıdılması üçün atılan addımlarnıngenişləndirdiyini göstərir. 

Türk  xalqları  arasında  qarşılıqlı  mədəni  əlaqələrin  yeni  ənənələri.  Türk  Dünyası  Mədəniyyət  Paytaxtı 

elan  edilməsi  və  yubileylərin  təşkili  çərçivəsinndə  qarşılıqlı  mədəni  əlaqələri  möhkəmlətmək  istiqamətli 

yenilikləri diqqətələ izləyən  TÜRKSOY  2010-cu ildən etibarən yubileylərin qeyd edilməsinə, 2012-ci ildən 

etibarən  isə  mədəniyyət  paytaxtı  elanına  başladı.  Yubileylərin  keçirilməsini  UNESCO  təcrübəsindən, 

mədəniyyət paytaxtı elanı isə Avropa Mədəniyyət Paytaxtı nümunəsindən mənimsəyən  TÜRKSOY ilk dəfə 

2010-cu ildə Zeki Validi Togan ilinin elanı ilə fəaliyyətə başladı. 2011-ci ilin AbdullahTukay, 2012-ci il i xakas 

əsilli  Türkoloq  NikolayKatanovun  doğumunun  150  illiyi  ildönümü  kimi  Katanov  ili;  məşhur  Azərbaycan 

dramaturgu  Mirzə  Fətəli  Axundzadənin  doğumunun  200-cü  il  dönümü  münasibətiylə  Axundzadə  ili  elan 

edildi.  

Müstəqilliklərinin  20-ci  ilində  тürk  respublikaları  beynəlxalq  sahədə  bir  çox  müvəffəqiyyətlərə  imza 

atdılar.  Azərbaycan  2012-ci  ildə  BMT  Təhlükəsizlik  Şurasının  müvəqqəti  üzvü  seçildi.  2010-ci  ildə  ATƏT-ə 

sədrlik edən Qazaxıstanın yeni paytaxtı Astana ATƏT-in zirvə toplantısına ev sahibliyi etdi. Daimi tərəfsizlik 

statusu  BMT  Baş  Assambleyası  tərəfindən  qəbul  edilən  Türkmənistan,  iqtisadiyyatının  əsas  ünsürü  olan 

təbii  qaz  qaynaqlarına  bağlı  Rusiya,  Çin,  İran,  Türkiyə  və  AB  ilə  layihələr  həyata  keçirdi.  Xalq  qiyamı 

nəticəsində  iki  dəfə  iqtidar  dəyişikliyi  yaşayan  Qırğızıstan  yeni  konstitusiya  qəbul  edərək  parlament 

demokratiyaсına  keçdi  və  2011-ci  il  оktyabrında  prezident  seçkiləri  keçirdi.    Özbəkistan  həm  əhali,  həm 

təbii qaynaqlar, həm də tarixi və mədəni irs cəhətdən Orta Asiyanın ən güclü potensiala malik ölkəsi kimi 

daxili sabitliyini qoruyub saxladı. 

Azərbaycan  Respublikası  və  TÜRKSOY.  Müstəqilliklərinin  iyirminci  ili  ərəfəsində  тürk  respublikaları 

arasındakı  əməkdaşlıq  daha  da  genişləndi.  2009-cu  il  oktyabrın  3-də  Naxçıvanda  təşkil  edilən  Türkdilli 

Ölkələrin  Dövlət  Başçılarının  sammitində  Türk  Şurası  (Türk  Dili  Danışan  Ölkələrin  Əməkdaşlıq  Şurası) 

yaradıldı.  Oktyabrın  3-ü  Türk  Əməkdaşlıq  Günü  olaraq  2010-cu  ildən  etibarən  qeyd  olunmağa  başladı. 

2011-ci il oktyabrında Almatıda Türk Şurasının ilk toplantısı keçirildi. *15,s.42+ 

İnşasına 2009-ci ildə başlanan və 2013-ci ildə tamamlanması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu 

xəttinin çəkilişi mühüm nailiyyətlərdəndir. Orta Asiyadan Avropaya nəqliyyat daşımalarının müddətinin və 

xərclərini  yarıyadək  aşagı  salan  “Dəmir  İpək  Yolu”  тürk  respublikaları  arasındakı  mədəni  inteqrasiya 

prosesinin  sürətləndirəcəkdir.  2009-ci  ildə  yaradilan  və  mərkəzi  Bakı  olan  Türk  Respublikaları  Parlament 

Assambleyası  (TÜRKPA)  Avropa  Şurası  Parlament  Assambleyası  və  Türk  respublikalarının  qanunvericilik 

orqanları arasında təcrübə mübadilıəsi yaratmışdır. 

Azərbaycan  Respublikası  TÜRKSOY-un  yaradılmasında  olduğu  kimi,  onun  sonrakı  fəaliyyətində  də 

aparıcı dövlətlərdən biri olmuş və olmaqdadır. TÜRKSOY-un II toplantısı (30 noyabr-2 dekabr, 1992) Bakıda 

keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə yönəldilən mühüm qərarlar qəbul edilmişdir.1994-1995-

ci  illərdən  başlayaraq  vəziyyətin  nisbətən  sabitləşməsindən  sonra  ağırlıq  mərkəzi  xüsusən  Azərbaycanın 

üzərinə  düşdü  *12+.  4  il  sonra,  1996-cı  il  noyabrın  6-7-də  Bakıda  türk  xalqlarının  birliyi,  ədəbi-mədəni 

əlaqələri ilə əlaqədar üç mühüm tədbirin (TÜRKSOY-un VIII toplantısı, türk dünyası yazıçılarının III qurultayı 

və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirləri) keçirilməsi sübut edirdi ki, Azərbaycan türk 

dünyasının  liderlərindən  birinə  çevrilməkdədir.  1996-cı  il  noyabrın  6-da  türk  dünyası  yazıçılarının  Bakıda 

keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: "Biz çalışmalıyıq ki, 

ölkələrimiz, xalqlarımız arasında olan əlaqələr bundan sonra bütün sahələrdə sürətlə inkişaf etsin. ...Əmin 

ola  bilərsiniz  ki,  Azərbaycan  höküməti  bu  sahədə  əlindən  gələni  əsirgəməyəcəkdir...Bu  gün  Azərbaycan 

Respublikasının  həyatında çox əlamətdar  hadisələr  baş verir. Günün birinci yarısında Bakıda türk dünyası 

yazıçılarının III qurultayı açılıbdır, ikinci yarısında isə TÜRKSOY Beynəlxalq Təşkilatının növbəti toplantısı işə 

başlayır.  TÜRKSOY  ötən  dövrdə  böyük  yol  keçibdir,  yaxşı  nailiyyətlər  əldə  edibdir,  özünün  çox  zəruri  və 

böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdiribdir". *16,s.43] 

Dahi mütəfəkkir, türk dünyasının ən böyük simalardan biri Məhəmməd Füzulinin 500 illik yubileyinin 

qeyd olunması bütün türkdilli ölkələrin  və xalqların əsl bayramına çevrildi. Məhəmməd Füzulinin yubileyi 

təkcə  Azərbaycanda  deyil,  Türkiyədə,  Rusiyada,  İraqda,  İranda,  Dağıstanda,  Parisdə  -YUNESKO-nun  baş 

qərargahında keçirildi. Dahi söz ustadının 1996-cı il noyabrın 8-9-da Bakıda keçirilmiş yubiley şənliklərinin 

yekunu isə türk ölkələri və xalqları birliyinin parlaq nümayişinə çevrildi. Təntənəli yubiley iclasına dünyanın 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə