Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
365
Müasir mərhələdə əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan – Türkiyə mədəni əlaqələri son
dövrdə daha yüksək templə inkişaf etməkdədir, bunu son vaxtlarda dövlət və hökumət rəhbərləri
səviyyəsində, cəmiyyətlər və diasporalar əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləməkdədir. Qarşılıqlı
əlaqələrin ən bariz nümunəsi kimi 11-13 mart tarixində Azərbaycanda Atatürk Mərkəzinin salonunda
“Türkiyədə təhsil: Şərqin Qərblə qovuşduğu nöqtə” adlı qardaş ölkənin ali məktəblərinin sərgisi keçirilməsini
göstərə bilərik*6, 2005, 18 mart, № 11+. Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycanda Atatürk Mərkəzinin
və “Barmek” Şirkətinin təşkilati dəstəyi ilə təşkil edilmiş sərgidən məlum oldu ki, Türkiyədə ali təhsil sisteminə
universitetlər və institutlar (hərbi akademiya, kollec) daxildir. Türk universitetlərində dördillik fakültələr və
ikiillik ali peşə məktəbləri, həmçinin axşam ali təhsil proqramları mövcuddur. Açılış mərasimində o da
vurğulandı ki, qardaş ölkədə 2004-cü ildə təhsil alan universitet tələbələrinin sayı təqribən iki milyona
yaxındır. Türkiyənin müxtəlif universitetlərində 114 ölkədən 16 min xarici tələbə təhsil alır. Beynəlxalq
standartlara uyğun, ən son texnologiyaları əhatə edən, çağdaş təlim bazalarına malik bu elm-təhsil ocaqları
öz tələbələrinə dünyada tanınan diplomlar, bilik və peşəkar sənət verir. Azərbaycanlı gənclərin də böyük
həvəslə imtahan verərək tələbəlik vəsiqəsi aldığı bu ali məktəblər həm dövlət – (Atatürk Universiteti, Ankara
Universiteti, Qazi Universiteti, İstanbul Universiteti, Mərmərə Universiteti və b.), həm də Vəqflər – özəl
qurumlar (İstanbul Bilgi Universiteti, Yedditəpə Universiteti, Bilkənd Universiteti və b.) tərəfindən
yaradılmışdır. Bu ali təhsil ocaqlarında tədris türk, ingilis, fransız və alman dillərində aparılır. Maraqlıdır ki,
milli ali təhsil siyasətini nümayiş etdirən Türkiyə elm və təhsil ocaqları ilə yanaşı Şimali Kipr Türk
Cümhuriyyətinin bir sıra nüfuzlu universitetləri də azərbaycanlı gəncləri öz tələbələri sırasında görmək
arzusunda olduğunu sərgidə göstərirdilər *6, 2005, 18 mart, № 11+.
1.
Təhsil – Azərbaycan – Türkiyə mədəni əlaqələrinin əsas istiqamətlrindən biri kimi.
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin ən mühüm əhəmiyyət kəsb edən və nəticələri daha aydın
görünən istiqamətlərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbaycan – Türkiyə əlaqələri çox
böyük inkişaf tempi qazanmaqdadır. Ötən əsrin 90-cı illərindən başlamış bu inkişaf dinamikasının nəticələri
bu gün göz qabağındadır. Artıq bu bir danılmaz faktdır ki, müasir dövrdə inteqrasiya prosesində iştirak
etmədən, onun imkanlarından faydalanmadan hər hansı bir tərəqqiyə nail olmaq mümkün deyil. Digər bir
tərəfdən də həmin proseslərə qoşulmaqla beynəlxalq münasibətlərdə əsas yer tutan dinc yanaşı yaşamaq
prinsiplərinin bərqərar olmasına bilavasitə kömək etmiş olunur. Türkiyənin yeni yaranmış türk dövlətlərindən
fərqli təhsil sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisaslı kadrların hazırlanması zərurəti
bu istiqamətdə əməkdaşlığın başlanmasına təkan verdi. Sözügedən respublikalardakı ali təhsil müəssisələri
qapalı sovet təhsil sisteminin tərkib hissəsi idi və burada bir qayda olaraq standart ixtisaslar öyrədilirdi. Təhsil
sahəsində əməkdaşlığın mühüm istiqamətlərini tələbə mübadiləsi, birgə orta məktəblərin, litseylərin və
universitetlərin açılması təşkil edir. 1991 – 2001-ci illər ərzində Türkiyənin bir çox təhsil ocaqları türk
respublikalarının müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalamış və çoxsaylı birgə layihələr
həyata keçirmişlər. 1992-ci ildə Türkiyənin Təhsil Nazirliyinin Xarici Təhsil İdarəsi “Böyük tələbə layihəsi”
adlanan layihə həyata keçirməyə başladı. “Bu çərçivədə 1992 – 1993-cü təhsil ili üçün Türkiyənin ali təhsil
müəssisələri türk dövlətlərindən gəlmiş ilk tələbələri qəbul etdi” *5, 191+. 90-cı illərin ilk yarısına aid statistik
məlumatlara diqqət yetirərkən məlum olur ki, təhsil sahəsində bu illərdə vəziyyət belə olmuşdur: 1991 –
1995-ci illərdə Türkiyədə 1871 nəfər azərbaycanlı, Azərbaycanda isə 2500 türkiyəli tələbə ali təhsil almışdır.
Bundan başqa Türkiyənin Azərbaycanda açdığı Türk Anadolu Litseyində 221 şagird təhsil almışdır. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 02.05.95-ci il tarixli kollegiyasının arayışından aydın olur ki, təqdim edilən
dövrdə Türkiyənin Azərbaycanda kapital qoyuluşu 600 milyon ABŞ dolları həcmində olmuşdur *4, 5+.
Respublikamızın Türkiyə ilə elmi əlaqələrinidə Bakı Dövlət Universitetin xüsusi yer tutur. Universitetin
şərqşünaslıq fakültəsində türk dili və filologiyası, türk dili tərcüməçiliyi geniş öyrənilir. BDU-nun jurnalistika
fakültəsində də türk dili və ədəbiyyatı tədris edilir. Universitetin Asiya və Afrika ölkələri tarixi kafedrasında isə
Türkiyənin tarixi daha əhatəli öyrənilir. Eyni zamanda BDU-nun alimləri və digər əməkdaşları türk tarixi və
fəlsəfəsi, türk dili və filologiyası, Türkiyə iqtisadiyyatı üzrə elmi tədqiqat işləri aparır, əsərlər və məqalələr
yazırlar. Azərbaycan – Türkiyə elmi əlaqələrinin inkişafında digər ali məktəblərimizin də rolu böyük idi. Bu
əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı görüşlər keçirildi və razılaşmalar əldə edildi. 1990-cı ildə
BDU-nun dəvəti ilə İzmirin Egey Universitetinin nümayəndə heyətinin Bakıya səfərində əsas məqsəd
Azərbaycanla Türkiyənin ali məktəbləri arasında hərtərəfli əlaqələrin inkişafına yeni təkan vermək idi.
Nümayəndə heyətinin başçısı, Egey Universitetinin rektoru Sərmət Akgün öz müsahibəsində demişdi: