Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə192/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   188   189   190   191   192   193   194   195   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

363 


 

6.

 



Hüseynova  F.  Müstəqillik  dövründə  Azərbaycan-Türkiyə  əlaqələrinin  kulturoloji  aspektləri  (elm, 

təhsil,mədəniyyət). Bakı, 2007, 302 s. 

7.

 

Hüseynova  F.  TÜRKSOY-Türk  xalqlarının  mədəni  inteqrasiyasının  təzahuru  kimi  //Mədəni-Maarif  , 



2006, № 4, s. 7-10 

8.

 



İsmayılov İ. Türk dünyası XX əsrin 90-cı illərində. Bakı: Zaman, 2001,   

9.

 



”Mədəniyyət”qəz., 2010, 30 aprel 

10.


 

Məmmədli  N.  Türk  dünyasının  mədəni  körpüsü:  problemlər,  reallıqlar  //  Dircəliş-XXI  əsr, 

2003, № 60, s.163-173 

11.


 

Məmmədli  N.A. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı: АзАтаМ, 2005, 233 s. 

12.

 

Muxtarov  K,  Azərbaycan  Respublikasi  və  TÜRKSOY  //  Tarix  və  onun  problemləri.    Bakı: 



Adiloğlu, 2012, s.12-15 

13.


 

Qloballaşma  prosesində  Qafqaz  və  Orta  Asiya  /Ümummilli  lider  Heydər  Əliyevin  anadan 

olmasının 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransının materialları. Bakı, 2003, 322 s. 

14.


 

Ruintən  S.F.  Azərbaycan  türk  dövlətləri  ilə  siyasi  əlaqələr  sistemində  (XX  əsrin  90-cı  illəri) 

Bakı: Adiloğlu, 2005, 236 s. 

15.


 

Süleymanova S. Dünyanı mədəniyyət xilas edəcək. “Mədəniyyət” qəz., 2011, 6 aprel 

16.

 

Vəliyev İ., Muxtarov K. Heydər Əliyev və türk dunyası. Bakı: AzAtaM, 2003, 89 s. 



17.

 

Vəliyev  D.  Türk  respublikalarının  dünya  ilə  inteqrasiyasının  təməl  şərtləri/  Mədəniy- 



yətlərarası dialoq Beynəlxalq elmi konfransın materialları. Бакы: АДMİU, 2010, 25-26  noyabr 

Türk dilində 

18.

 

Artun  E.  Ortak  türk  folklorunun  kureselleşen  dunyaya  tanıtılması.  AMEA-nın  Folklor 



İnstitutu “Ortaq türk kecmişindən ortaq türk gələcəyinə”/ III Uluslararası Folklor Konfransının materialları. 

Bakı, 13-16 noyabr 2005, s. 537-541 

19.

 

Bağımzılığın  ilk  yılları  (Azerbaycan,  Kazkıstan,  Kırqızistan,  Özbekistan,  Türkmenistan) 



T.C.Kültür Bakanlığı Milli Kütüphane Basımevi. Ankara, 1994, s.298 

20.


 

Fırat Purtaş, KültürelDiplomasive TÜRKSOY. Ankara, 2012, 73 s. 

21.

 

Mehmet Saray. Yeni türk cümhuriyyetleri tarihi. Ankara: Türk Tarih Kurumu Basımevi, 1996, 



439 s. 

22.


 

Türk  DevletveTopluluklarının  I,  II,  II,  IV,  V  və  VI-cı  türk  dövlet  veTopluluklarının  dostluk, 

kardeşlik və İşbirligiKurultayı, (Komisiyonrapor və sonuc bilgileri) Ankara: Tudev, 1999, 152 s. 

23.


 

Türk DevletveTopluluklarının II Dostluk, Kardeşlik ve İşbirligi Kurultayı, Ankara: Tudev, 1995, 

310 s., III, 1996, 523 s., IV, 1996, 482 s., V, 1997, 728 s.,VI, Bursa: Tudev, 1998, 642 s., VII, Denizli: Tudev, 

1999, 780 s., VIII, Samsun: Tudev, 2000, 708 s., Х, Türk Devletve Toplulukları Dostluk, Kardeşlik ve İşbirligi 

Kurultayı Genel  Kurul Sonuc Bildirgesi 20 Eylul 2006,  Antalya. “YOM” (Türk Dunyası mədəniyyət dərgisi), 

2007, sayı: 5, XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, “Azərbaycan” qəzeti, 2007, 20 noyabr 

 

 

 



 

 

 



 

 

 



 


Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

364 


 

AZƏRBAYCAN - TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ 

CULTURAL RELATİONS BETWEEN AZERBAİJAN AND TURKEY 

Prof. Dr. Minaxanım Əsədova 

Azərbaycan Turizm və Menecment Universiteti 

Xülasə 


Məqalədə təhsil  Azərbaycan – Türkiyə mədəni əlaqələrinin əsas istiqamətlrindən biri kimi təhlil olunur. 

Ölkəmizdə  dövlət  müstəqilliyi  bərpa  olunduqdan  sonra  bu  əlaqələrin  daha  da  inkişaf  etdirilməsi  göstərilir. 

Azərbaycan –  Türkiyə  mədəni  əlaqələrinin inkişafında ümummilli lider  Heydər Əliyevin  rolu  izah  edilir. Elm, 

təhsil və mədəniyyət sahələrindəki əlaqələrin inişafının, iki ölkə xalqının bir-birilərinə daha da yaxınlaşmasının 

əhəmiyyəti təhil edilir. 

Açar sözlər: mədəniyyət, ali təhsil, müqavilə, əlaqələr, müstəqillik 

Abstract  

In  the  article,  education  is  analyzed  as  one  of  the  main  directions  of  the  Azerbaijani-Turkish  cultural 

relations. It is stated  that after  the restoration of state independence in  our country, these relations have 

been developing further. It’ explaines the role of the national leader Heydar Aliyev in the development of the 

Azerbaijani-Turkish cultural relations. Besides, it analyzes  the importance of developing relations in the field 

of science, education and culture, as well as the proximity of the peoples of the two countries to each other. 

Keywords: culture, higher education, agreement, relations, independence 

Giriş 


XXI  əsr  bütün  dünya  dövlətləri  və  millətləri  arasında  iqtisadi,  siyasi,  mədəni  əlaqələrin  artması,  son 

nəticədə  qloballaşma  ilə  xarakterizə  olunmaqla  yanaşı,  eyni  zamanda  ayrı-ayrı  xalqların  etnik-mənəvi 

köklərinə yenidən dönüşü ilə də xarakterikdir. 

Azərbaycan  –  Türkiyə  mədəni  əlaqələrinin  tarixi  və  perspektivləri  ilə  bağlı  hər  iki  dövlətin  rəhbərləri 

dəfələrlə fikirlər söyləmiş və bu əlaqələrin daimi və əbədi olacağı haqqında bəyanatlar vermişlər. Xalqımızın 

ümummilli lideri Heydər Əliyev bəyan edirdi ki, “dəfələrlə dediyimiz “biz bir millət, iki dövlətik” sözləri hər bir 

azərbaycanlının qulağında səslənməlidir.  Bu  ifadə  bizim  gələcəyimizin  proqramıdır”.  Çıxışlarında  daima  türk 

dünyası  problemlərinə  qlobal  düşüncə  tərzi  ilə  yanaşan  Heydər  Əliyev  həmişə  belə  bir  ideya  vermişdir  ki, 

“Mən  bu  gün,  həqiqətən,  qeyd  etmək  istəyirəm  ki,  bizim  xalqlarımız  əsrlər  boyu  bir-birinə  yaxın  dost 

olmuşlar.  Biz  bir  kökdənik,  biz  birdilli  xalqlarıq.  Bizim  milli  ənənələrimiz  çox  yaxındır,  bir-birinə  bənzərdir, 

oxşardır.  Ona  görə  də  bunlar  hamısı  xalqlarımızı  hələ  biz  müstəqil  olmadığımız  vaxtda,  ayrı-ayrı  dövlətlərin 

əsarəti  altında  yaşadığımız  vaxtda  da  bir-birimizdən  ayırmayıb,  bir-birimizə  bağlayıb,  bir-birimizlə  daha  sıx 

əlaqədə  saxlayıb.  İndi  isə  xalqlarımız  öz  müstəqilliyini  əldə  edəndən  sonra,  müstəqil  dövlət  kimi  dünyada 

tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə 

getməliyik, inkişaf etməliyik”. “İki ölkə arasında dostluq son dərəcə möhkəmdir. Azərbaycanın problemi bizim 

problemimizdir.  Böyük  Atatürkün  söylədiyi  sözlər  bizim  üçün  nəsihətdir:  Azərbaycanın  kədəri  bizim 

kədərimiz,  sevinci  bizim  sevincimizdir”  fikrini  çox  kərə  dilə  gətirmiş  Türkiyənin  böyük  siyasətçisi  Süleyman 

Dəmirəl də Azərbaycan – Türkiyə mədəni əlaqələrində inkişafın qaçılmaz bir tarixi zərurət olduğunun bütün 

dünya  ictimaiyyətinə  çatdırılmasından  qürur  duymuşdur.  O,  “Azərbaycan  –  Türkiyə  əlaqələri  və  Heydər 

Əliyev” kitabına yazdığı ön sözdə də qeyd edir ki, Azərbaycan müstəqilliyə çatdiği anda, dərhal onu ilk taniyan 

Türkiyə, ilk səfir göndərən, ilk səfirlik açan Türkiyə oldu. Türkiyə bunu edərkən Böyük Atatürkün ruhunu şad 

etmişdir.  Azərbaycanın  müstəqilliyini  elan  etməsindən  sonra  keçən  on  ildən  artıq  bir  müddət  içində  milli 

dövləti qurmaq və bu dövlətin fəaliyyətini təmin etmək kimi fövqəladə çətin bir vəzifə Azərbaycanın dövlət 

başçısı  möhtərəm  Heydər  Əliyevin  bacarıqlı  rəhbərliyi  altında  uğurla  yerinə  yetirilmişdir.  Müstəqilliyin  ilk 

günündən  etibarən  hər  zaman,  hər  məsələdə  Azərbaycanla  birgə  olan  Türkiyə,  bundan  sonra  da 

Azərbaycanla  birgə  olmağa  davam  edəcəkdir.  Bu  bizim  qardaşlığımızın  təbii  bir  nəticəsidir.  Türkiyə  ilə 

Azərbaycan,  iki  qardaş  ölkə  sivilizasiyaya  doğru,  yaxşı,  gözəl  günlərə  doğru  birlikdə  yürüməkdə  davam 

edəcəkdir [4] 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə