Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə200/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   196   197   198   199   200   201   202   203   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

377 


 

Əhməd  Paşaya,  Sofuzadə  Əfəndiyə,  Rum  Şahzadə  Əfəndiyə    və  başqalarına  yazdığı  məktubları  əhatə 

etməkdədir.  

Zühurinin  “Münşəat”ı  Misir  Milli  Kitabxanası  Türkcə  Əlyazmalar  (No.  149)  bölməsindədir.  “Münşəat” 

təliq xətti ilə yazılmış əlyazmanın 149-168 vərəqləri arasındadır.  

Eyni  zamanda,  Ankara Milli  Kitabxanasında  06  HK  1304  şifrəsi  ilə  saxlanılan  “Məcmueyi-münşəat”  adlı 

əlyazma məcmuəsinin 1b-3a vərəqləri arasında Zühurinin məktublarını aşkarlamışıq.  

Bunlardan  əlavə,  müxtəlif  poetik  məcmuələrdə  onun  şeirlərindən  nümunələrə  rast  gəlirik.  Bu 

məcmuələr  arasında  Ankara  Milli  Kitabxanasında  03  Gedik  18185  şifrəli  “Məcmueyi-əşar”da,  Konya  Bölgə 

Yazma  Əsərlər  Kitabxanasında  07  EL  2990  şifrəli  “Məcmueyi-əbyat”da,  Çorum  Hasan  Paşa  İl  Xalq 

Kitabxanasında “Məcmueyi-əşar”da Zühurinin şeirləri vardır . 

Təzkirəçilər şairin müxtəlif şeirlərindən nümunələr təqdim edirlər. 

Qənaət guşəsində şiri-nərdir muru söylətsən, 

Hümayi-övci-istiğna geçər üsfuru söylətsən. 

Nə şəhdi-can-fəzanın ləzzəti vardır dimağında, 

Nədir fəryadı izan eyləsən zənburu söylətsən. 

Nə çənbərlərdə xəllac olduğun bir-bir bəyan etsə

Nə söylər görsən, ey dil, darda Mənsuru söylətsən. 

Zühuri bəndəsinə söyləməz küsmüş mədəd saki

Bir az məstanə qalsan ol gözü məxmuru söylətsən (11, 367). 

*** 

Cami-şərabi-nabimi vardır görülmədik, 



Saqi gətir ol abi-rəvanı-müsəlsəli(11, 367). 

*** 


Səfayi-dil xəbəri-vəsli-yarə qalmışdır, 

Güşadi-qönçə nəsimi-baharə qalmışdır(11, 367). 

*** 

Bu sərma ərsə nazük-məşrəban kişvəri-hüsnə, 



Qaçıb pünhan olur qəmzə siyah səmmuri-müjgana (11, 367). 

Bəliğ  təzkirəsində  Zühurinin  divanının  gördüyünü  yazır,  1  qəsidə  və  gəzəllrəindən  20  beyt  nümunə 

olaraq vermişdir (1, 242-244). 

Arifi. Məşhur qarabağlı İshaqzadələrdən olan Arifi təxəllüslü şair haqqında məlumatı Salim təzkirəsindən 

alırıq.  Əsl  adı  Mehmed  (Məhəmməd)  olub,  İshaqzadə  Mehmed  Saleh  Əfəndinin  oğludur.  Qazı-əsgər  Qədri 

Əfəndidən  mülazim  olmuş  və  qazılıq  etmişdir.  Salim  Əfəndi  Arifini  və  atasını  gözəl  ifadələrlə  təqdim 

etməkdədir: “Nâm-ı ser-âmedleri Mehmed ve eben ‘an cedd hânedân-ı ma‘ârifden bir mahdûm-ı emceddir ki 

dîde-i  dünyâ  ol  kurre-i  ‘ayn-ı  yek-tânın  dûr-bîn-i  tefakkud  ile  cüst  (ü)  cû  iken  nazîri  olsa  aktâr-ı  sipihr-i 

ma‘ârifde şekl ü sîmâda ana fi’l-cümle mesîl olur bir zât-ı ‘ârifi bulmak emr-i muhâldir. Ol merdüm-zâde-i nûr-

ı  bâsıra-i  nehârîr  olan  İshak-zâde  Mehmed  Sâlih  Efendi’nin  mahdûm-ı  necâbet-mersûmu  olup  nûr-ı  dîde-i 

erbâb-ı  ma‘rifet  olan…”  (14,  79).  Daha  sonra  təzkirəçi  onun  Əhməd  Çavuş,  Şeyxülislam  Zəkəriyya  Əfəndi, 

Xeyrəddin  Paşa,  Darülhədisi-Süleymaniyyə  mədrəsələrinə  təyin  olunduğunu  qeyd  edir.  Arifi  1121/1709-cu 

ildə İstanbulda vəfat edir və Göksu daxilində olan qəbristanlıqda dəfn edilir. Salim Əfəndi onun qələm gücünü 

də  tərifləyir: “Pâk-tabî‘at pür-ma‘rifet u’cûbe-hey’et nev’i şahsına münhasır ezkiyâ-yı rûzgârdan bir şâ‘ir  idi. 

Nâzik eş‘ârı bâlâ kasâ’idi ve vâfir âsârı vardır” (14, 79). 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

378 


 

S. Müstəqimzadə “Töhfeyi-xəttatin”də Arifi haqqında yazır: “Xəttat Mehmet Arifi bin Mehmet Zühuri bin 

İshaq.  Xəttat  kimi  25  yaşında  icazət  almışdır.  Şam  qazısı  olmuşdur.  1121-ci  ildə  vəfat  etmiş  və  Göksu 

qəbristanlığında dəfn edilmişdir” (12, 714). 

Salim təzkirəsində onun poeziyasından aşağıdakı nümunələr təqdim olunmuşdur: 

“Beyt  


İhâta etdi ten-i zerdimi sirişk-i keder  

Miyân-ı cûyda kaldım misâl-i nîlüfer  

Ve lehû  

Perde etme zülfünü ruhsâra Allâh ‘aşkına  

Verme yüz ol rû-siyeh mekkâre Allâh ‘aşkına  

Genc-i hüsnünden gedâyân-ı tarahhum-cûların  

Lutfun isterler şehâ bir pâre Allâh ‘aşkına” (14, 79).   

Kamil İshaqzadə. XVIII əsrdə yaşayıb-yaratmış, əsl adı Məhəmməd (?-1148/1735) olan azərbaycanlı şair 

haqqında  məlumatı  Salim  və  Ramiz  təzkirələrindən  alırıq.  Bu  şair  Sultan  İbrahim  xanın  dövrünün  (1640-48) 

üləmasından olan qarabağlı İshaq Əfəndinin nəslindən olduğu üçün İshaqzadə kimi tanınmışdır. Babası Mə-

həmməd Saleh Zühuri Əfəndi, Sultan Məhəmməd xan (1648-1687) zamanının üləmasındandır. Atası Arifi Mə-

həmməd  Əfəndi  Şam  qazısı  olmuşdur.  Ramiz  əfəndi  təzkirəsində  Salim  əfəndidən  fərqli  olaraq  Arifinin 

H.1122/1710-cu ildə vəfat etdiyini qeyd etmişdir. Maarifpərvər və ziyalı şəxs olan Məhəmməd Kamil Çələbi 

mədrəsə  təhsili almışdır. Rumeli vilayətinin bəzi yerlərində  qazılıq  etmişdir. Əyribozda hökumət qulluğunda 

ikən 1148/1735-ci ildə vəfat etdi (14, 591; 13, 254).  

Ramiz  Əfəndi  onun  türkcə  şeirlərindən  9  beyt,  Salim  Əfəndi  isə  türkcə  şeirlərindən  8  beyt,  farsca 

şeirlərindən isə 1 beyt nümunə olaraq təzkirəsində təqdim etmişdir. “Düşməzmi” rədifli 5 beytlik qəzəl hər iki 

təzkirəçinin əsərində yer almışdır.  

Təzkirəçi Ramiz Əfəndi onun şeirdə, inşada və xəttatlıq sənətində məharəti zahir olan şair oğlu şair kimi 

xarakterizə etdikdən sonra şahmat oynunda da dövrünün yeganəsi olduğunu qeyd edir: “Mütərcəmi-məzkur 

həqq  bu  ki,  şeir  ü  inşa  və  xətt  ü  imlada  məharəti  zahir  şair  oğlı  şair  olduqlarından  maəda  lubi-şətrəncdə 

yeganeyi-dövran  və  “mənəm  digər  nist”  mənası  hüzuri-Sultan  Əhməd  xani-məğfurda  bila-fasilə  Yüsri 

hünərvəri üç dəfə mat itmələrindən əyan olmuşdur” (13, 254). 

Şeirlərindən örnəklər: 

Əcəb bu fülki-bəlakeş kənara düşməzmi, 

Yemi-əməldə qalur bir diyara düşməzmi. 

Nişani-sim ü səməndən idən tamaşa heç, 

Qubari-dərgahi-dövlət-mədara düşməzmi. 

Nədir puşişin, ey eşqi-çeşmi-xun-alud, 

O mehri-hüsnə qurı bir nəzarə düşməzmi. 

Görən o xətti-ruxi-alın, ey pəri-sima, 

Həvayi-seyri-güli-səbzəzara düşməzmi. 

Görürsə Kamil əgər naleyi-səhər-xizəm, 

Şərari-şərmilə sad-etizara düşməzmi. 

*** 

Bəni qərq itdi, ey bari-Xudayım, 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə