Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə196/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   192   193   194   195   196   197   198   199   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

370 


 

vardı.  "Memarlıq  tarixinə  Əcəm  Əlisi,  Əsir  Əli,  Sünni  Əli  adı  ilə  düşən  bu  sənətkarı  Sultan  Səlim  Yavuz 

sultanlığın  memarbaşısı  qoyur.  Nəhəng  Osmanlı  Sultanlığı  ərazisində  22  ildən  çox  məhsuldar  yaradıcılıq 

fəaliyyəti  göstərən  Əsir  Əli  türk  (Osmanlı-X.Q.)  memarlığında  böyük  iz  qoymuşdur"(6,86).  Türkiyə 

tədqiqatçıları  İstambuldakı  Topqapı  sarayının  II  baştağını,  sultan  II  Səlim  kompleksini,  Yazarı,  Bala  Paşa, 

Mahmud  Paşa  məscidlərini,  Əskişəhərdəki  Çoban  Mustafa,  Çorludakı  Süleyman,  Təkirdağdakı  Ayaz  Paşa, 

Sofiyadakı Səfiəddin Qazi, Manisadakı Sultan, Qəbzədəki Çoban Mustafa, Trabzondakı Xatuniyyə, Konyadakı 

Səlim, Bozayukdakı Qasım Paşa məscidlərini, Halıcılardakı mədrəsəni, yeməkxananı və məktəbi, Sarayevodakı 

(Bosniya) məscidi, sarayı və Gənclər binasını, kitabxananı Azərbaycan memarı Əli Təbrizinin başlıca memarlıq 

əsərləri  hesab  edirlər.  Yalnız  bir  sənətkarın  –  Memar  Əli  Təbrizinin  timsalında  Azərbaycan  memarlarının 

yaradıcılığının məhsuldarlığı, bu fəaliyyətin miqyasının genişliyi, tikilmiş abidələrin funksional zənginliyi aydın 

şəkildə nəzərə çarpır. Əsir Əli Azərbaycan memarlıq tarixində bizə bəlli olan ən məhsuldar memardır (6,86). 

Bəzi  tədqiqatçılar  Azərbaycan  memarlığının  inkişafında  Səfəvi  dövrünü  "Azərbaycanın  orta  əsr 

memarlığının eniş mərhələsinin başlanğıcı" kimi qiymətləndirirlər.  Lakin digər bir cəhəti qeyd etmək zəruridir 

ki,  XVI  əsrdən  etibarən  Azərbaycan  memarlıq  məktəbi  bir  sıra  ictimai-siyasi  amillər  üzündən  öz  imkanlarını 

bütün  Yaxın  və  Orta  Şərq  regionunda,  bir  sıra  hallarda  Сənub-şərqi  Avropa  ölkələrində  xüsusi  intensivliklə 

gerçəkləşdirirdi.  Eyni  zamanda  Azərbaycan  ərazisində  digər  incəsənət  sahələrinin  funksionallığı  artmışdı. 

Azərbaycan memarlığı milli hüdudları aşmış, Yaxın və Orta Şərq hadisəsinə çevrilmişdi. Orta əsr Azərbaycan 

memarlığının ən intensiv inkişaf dövrü XI-XVII əsrlərə təsadüf edir (6,76). 

İlk Səfəvi hökmdarları I İsmayılın və Təhmasibin hakimiyyəti dövründə xeyli təkmilləşərək yüksək inkişaf 

mərhələsinə  çatmırdı.  Səfəvi  dövlətinin  banisi  I  İsmayılın  təşəbbüsü  ilə  Bağdad,  Herat,  İsfahan,  Şiraz 

rəssamları  imperiya  paytaxtı  Təbrizə  toplaşmış,  şah  sarayınınkitabxanası  miniatür  məktəbinin  mərkəzinə 

çevrilmişdi.  Şah  İsmayıl  Xətai  də  bu  sənətə  xüsusi  maraq  göstərirdi.  Rəssam  Sultan  Məhəmməd  şahzadə 

Təhmasib  Mirzəyə  rəssamlıq  sənətinin  incəliklərini  öyrətmişdi.  Şah  I  İsmayıl  Heratdan  Kəmaləddin  Behzadi 

Təbrizə dəvət edərək onu saray kitabxanasına kələntər (rəis) təyin etmişdi. Təbriz miniatür məktəbinin təsiri 

regional  səciyyəyə  malik  idi.  Təbriz  miniatür  məktəbinin  ən  yüksək  inkişaf  mərhələsi  1530-1550-ci  illərə 

təsadüf  edir  (3,16).  XVI  əsrdə  Təbriz  miniatür  məktəbində  və  digər  miniatür  mərkəzlərində  çalışan 

Azərbaycan  rəssamları  arasında  xüsusilə  məşhurları  Sadiq  bəy  Əfşar,  Seyid  Əli  Təbrizi,  Müzəffərəli,  Mir 

Müsəvvər,  Soltan  Məhəmməd,  Yəhya  Şirvani,  Ağa  Mirək,  Nəqqaş  Mani,  Heydərəli,  Məhəmməd  Qasım 

Şadişahi, Nəbati Təbrizi idi. "Yaxın və Orta Şərq miniatür sənətinin tarixində XVI əsr davamlı çiçəklənmə dövrü 

idi.  Rəssamlığın  əski  regional  məktəbləri  inkişaf  edir  və  yeniləri  meydana  gəlirdi.  İranda,  Azərbaycanda, 

Türkiyədə,  Orta  Asiyada  və  Hindistanda  rəssamlığın  milli  mərkəzləri  təşəkkül  tapırdı.  Qarşılıqlı  təsir  prosesi 

Yaxın  və  Orta  Şərqdə  rəssamlığın  inkişafı  prosesində  vahidliyə  xidmət  edirdi"  (13,127).  Bu  prosesdə  Təbriz 

miniatür məktəbinin mövqeyi və rolu aparıcı idi.  

Şah I Təhmasib (1524-1576) miniatür rəssamlığının sirlərini Sultan Məhəmməddən öyrənmişdi (2

a

, 365-



366).  Hakimiyyətinin  erkən  dövründə  rəssamlığa  maraq  və  həvəs  göstərmiş  Səfəvi  şahı  1557-ci  ildə  tövbə 

vərmanı  verərək  rəssamlıq  emalatxanalarını  dağıtdırdı  (9,  205).  Rəssamlardan  Sultan  Məhəmməd, 

Müzəffərəli,  Mir  Zeynalabdin  Sadiqi  bəy,  Əbdülcabbar  Astrabadi,  Əli  Müsəvvər,  Siyavuş  bəy,  Şeyx 

Məhəmməd  Şirazi,  Ələsgər  Kaşi,  Mirzə  Məhəmməd  İsfahani,  Həsən  Müzəhhib,  Abdulla  Şirazi  öz 

vəzifələrindən kənarlaşdırılmışdılar. Moqol hökmdarının sarayına qaçmış rəssamlardan Əbdüləziz və Mövlana 

Ələsgər Səfəvi şahının əmrinə əsasına ələ keçirildilər. Əbdüləzizin burnu, Ələsgərin isə qulağı kəsildi (9, 205). 

Lakin  şahın  tövbə  fərmanı  verməsi  Təbriz  rəssamlıq  ənənələrini  ləğv  etmək  iqtidarında  deyildi.  Sultan 

Məhəmməd,  Seyid  Əhməd  Təbrizi,  Kəmaləddin  Behzad,  Mir  Zeynalabidin    Təbrizi,  Mani    Şirazi,  Mirzə  Əli, 

Məhəmmədi, Bürcəli Ərdəbili, Əhməd Qəzvini, Hüseyn Qəzvini, Heydərəli Türbəti, Xacə Əbdüləziz, Sadiqi bəy 

Əfşar, Siyavuş bəy Gürcüstani, Müzəffərəli, Həsənəli, Seyidağa Mirək İsfahani, Bəhram Mirzə  Təbriz miniatür 

məktəbinin Yaxın və Orta Şərqdə şöhrət tapmış nümayəndələri idilər. 1525-ci ildə Osmanlı sarayında çalışmış 

29 rəssamdan üçü (Şahqulu, Məlik Əhməd və Hacı bəy) Təbriz rəssamlıq məktəbinin yetirməsi idi. 1545-ci ildə 

Osmanlı  sultanı  Süleymanın  sarayında  “Rumi”  və  “Əcəmi”  adlı  iki  dəstə  rəssam  fəaliyyət  göstərirdi.  Bu  iki  

dəstə, emalatxana 1557-ci ildən müstəqil fəaliyyətə başlamışdı. “Əcəmi” rəssamlar emalatxanasına sonralar 

Şahqulu  rəhbərlik  etmişdir.  XVI  əsrin sonlarında  Təbriz  rəssamlarının  əksəriyyəti İstanbula  aparıldı.  Osmanlı 

sultanının rəssamlıq emalatxanasında çalışan 30 rəssama Vəlican başçılıq edirdi. Təbriz rəssamlarının, xüsusilə 

Şahqulunun və Vəlicanın Osmanlı miniatür sənətinin inkişafında nəzərəçarpacaq rolu olmuşdur. Bunu Türkiyə 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə