Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə195/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   191   192   193   194   195   196   197   198   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

368 


 

OSMANLI SARAYINDA FƏALİYYƏT GÖSTƏRMİŞ BƏZİ AZƏRBAYCAN MƏDƏNİYYƏT XADİMLƏRİ (XVI-XVII 

ƏSRLƏR) 

SOME CULTURAL FİGURES OF AZERBAİJAN WHO SERVED İN THE PALACE OF THE OTTOMAN SULTANS 

   Prof. Dr. Xeyirbəy Qasımov 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

Xülasə 

Məqalədə  XVI-XVII  yüzilliklərdə  Osmanlı  sultanlarının  sarayında  fəaliyyət  göstərmiş  bəzi  Azərbaycan 



mədəniyyət  xadimlərindən  bəhs  edilir.  Müəllif  bu  mədəniyyət  xadimlərinin  Osmanlı  sultanlarının  sarayında 

fəaliyyətini  şərtləndirmiş  bəzi  obyektiv,  subyektiv,  daxili  və  xarici  səbəbləri  də  göstərmiş,  həmin  fəaliyyətin 

müsbət  nəticələrini  nəzərə  çatdırmış,  dövrün  regional  mədəni  həyatında  Azərbaycan  mədəni  potensialının 

yerini  və  rolunu  müəyyən  etməyə  çalışmışdır.  Məqalədə  əsas  diqqət  ədəbiyyat,  memarlıq,  rəssamlıq 

faktlarına yetirilmişdir. 

Açar sözlər: Azərbaycan, Səfəvi imperiyası, Osmanlı imperiyası, mədəniyyət xadimləri, saray, memarlıq, 

xəttatlıq, ədəbiyyat, tarix. 

Abstract 

The article refers to some cultural figures of Azerbaijan who served in the palace of the Ottoman sultans 

in  the  XVI-XVII  centuries.  The  author  of  the  article  also  pointed  out  the  objective,  subjective,  internal  and 

foreign  policy  reasons  that  conditioned  the  activity  of  cultural  figures  of  Azerbaijan  in  the  palace  of  the 

Ottoman sultans, outlined the positive results of this activity and attempted to determine the place and role 

of the Azerbaijani cultural potential in the regional cultural life of the period under study. The main attention 

in the article is given to the facts of the literature, architecture and painting. 

Key words: Azerbaijan, the Safavid Empire, the Ottoman Empire, cultural figures, palace, architecture, 

calligraphy, literature, history. 

Giriş  

Ayrıca  bir  ölkənin,  xalqın  təcrid  olunmuştarixi  “yoxdur”  müddəasının  mütləqliyini,  həqiqiliyini  XVI-



XVIIəsrlərin  Azərbaycan  gerçəklikləri  də  təsdiqləyir.    XVI-XVII  əsrlərdə  Azərbaycan  mədəniyyətinin  inkişafı 

xeyli  dərəcədə  ölkənin  daxili  iqtisadi  vəziyyətindən,  siyasi  proseslərin  gedişindən,  orta  əsrlərin  son  inkişaf 

mərhələsində  beynəlxalq  aləmdə  baş  vermiş  iqtisadi  əhəmiyyətli  dəyişikliklərdən,  Yaxın  və  Orta  Şərq 

regionunda dövlətlərarası münasibətlərin xarakterindən asılı idi. 

200  ildən  artıq  davam  etmiş  Osmanlı-Səfəvi  qarşıdurmasından  zərər  çəkənlər  əsasən  iki  türk  dövləti 

oldu.  Hər  iki  dövlət  arasındakı  qüvvələr  müvazinəti  onların  daxili  iqtisadi,  ictimai-siyasi  və  mədəni 

inkişafındakı  imkanların  daha  bariz  şəkildə  aşkara  çıxmasına  əngəllər  törətdi.  Müharibələr  zamanı  minlərlə 

Azərbaycan  sənətkarı,  memarı,  şairi,  kalliqrafı,  alimi  əsir  alınaraq  Osmanlı  imperiyasına  aparılmışdı.  İşğal, 

dağıntılar,  əsarət  bir  çox  Azərbaycan  mədəniyyəti  xadimlərinin  başqa  ölkələrə  mühacirət  etməsini 

sürətləndirmişdi.  Osmanlı  sultanları  qonşu  ölkələrdən  əsir  gətirilmiş  mədəni  potensiala  böyük  əhəmiyyət 

verir  və  bu  potensialdan  maksimum dərəcədə  istifadə  etməyə  çalışırdılar.  Osmanlı  sarayında  sənətkarların, 

memarların, şairlərin  və  alimlərin xüsusi siyahıları  tərtib  edilmişdi.  Həmin siyahılarda  əsir  alınıb sənətkarlıq, 

incəsənət  və  elm  sahələrində  istifadə  edilənlərin  adı,  ixtisası,  gətirildiyi  ölkə,  sultan  sarayında  qeydiyyata 

alındığı vaxt və gündəlik maaşı qeyd olunurdu. Belə siyahılardan ən ilki 1526-cı ilin yanvarına aiddir (12,72). 

"Şairlər,  rəssamlar,  musiqiçilər  Şərqdə  də,  Qərbdə  də  şah  saraylarının  yaraşığı  olmuşlar.  Bir  sıra  istedadlı 

sənətkarlara  sarayların  himayəsi  yaratmaq  üçün  yeganə  imkan,  şərait  idi.  Bu,  Avropanın  İntibah  dövrü 

rəssamlarına da aiddir, Şərq şairlərinə də, Velaskesə də, özbək dahisi Nəvaiyə də"(1,41).   

Memar,  şair,  alim,  musiqiçi,  rəssam  və  kalliqrafların  (xəttatların)  Azərbaycandan  uzaq  düşməsi  yalnız 

xarici  səciyyəli  hadisələrlə  əlaqədar  deyildi.  Səfəvi  dövlətinin  öz  daxilində  baş  verən  ictimai-siyasi  və  hərbi 

səciyyəli hadisələr də ədəbiyyat və incəsənət xadimlərini Azərbaycanı tərk etməyə vadar etmişdi. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

369 


 

Azərbaycan  (türk)  və  fars  dillərində  şeirlər  yazan,  miniatür  rəssamlığı  və  kalliqrafiya  ilə  məşğul  olan 

hökmdarlar  XVI-XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin  səciyyəvi  hadisəsi  idi.  C.Nehru  Moqol  hökmdarı 

Zahirəddin  Məhəmməd  Babur  (1483-1530)  haqqında  yazmışdır:  "Babur  cazibədar  şəxsiyyət,  İntibah 

dövrünün səciyyəvi hökmdarı, cəsur və bacarıqlı insan idi. O, incəsənəti və ədəbiyyatı sevirdi, həyatdan zövq 

almağı  xoşlayırdı"(14,I  с,408).  Şah  I  İsmayıl,  Şah  I  Təhmasib,  Şah  I  Abbas  bu  baxımdan  daha  maraqlı 

şəxsiyyətlər  idilər.  Onlar  Səfəvi  dövründə  baş  vermiş  İntibahın  hakim  sinifdən  olan  nümayəndələri  kimi 

qiymətləndirilə bilər (2). C.Nehru bu dövrü belə qiymətləndirir: "Teymurilər sülaləsinin hökmdarı Babur Dehli 

taxtına  çıxdı.  Bu,  XVI  əsrin  əvvəllərində  baş  verdi.  Bu  zaman,  Səfəvi  şahlarının  hakimiyyəti  dövründə  İran 

incəsənəti parlaq İntibah dövrünü yaşayırdı. Bu dövr fars incəsənətinin qızıl əsri kimi məşhurdur"(14,I с,408). 

Müəllif  Səfəvi  hökmdarlarının  etnik  mənsubiyyətinə  əhəmiyyət  verməmiş,  bu  dövlətin  ictimai,  iqtisadi, 

mədəni-tarixi  və  siyasi  mərkəzinin  Azərbaycan  olduğu  faktını  sərfnəzər  etmiş,  Səfəvi  dövrünün  mədəni 

sisteminə  regional  /İran/  mədəniyyət  faktı  kimi  yanaşmış,  incəsənətin  inkişafında  azərbaycan  türklarinin 

aparıcı  mövqelərinə  və  roluna  fikir  verməmişdir.  Lakin  C.Nehrunun  incəsənətdə,  ədəbiyyatda  İntibah 

barədəki fikri də Səfəvi şahlarının dünyəvi dünyagörüşə mail olduğunu sübut edir. 

Məhəmməd  Füzuli  (1494-1556)  öz  dövrünün  hökmdarlarına  bilavasitə  xidmət  etməsə  də,  onların 

himayəsinə  və  diqqətinə  möhtac  olmuşdur.  Böyük  Azərbaycan  şairi,  mütəfəkkiri,  alimi  yeniləşmiş  türk 

ədəbiyyatının ən görkəmli nümayəndəsi idi. İraqın Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuş 

Füzuli  oğuzların  Bayat  soyundan  idi.  Bayat  tayfası  Səlcuqlar  dövründən  (1038-1157)  başlayaraq  İraq 

ərazisində  yaşamağa  başlamışdır  (qeyd  etmək  lazımdır  ki,  Oğuzların  ilk  ozanı  Dədə  Qorqud  da  Bayat 

soyundan  idi).  Füzuli  ilk  təhsilini  Kərbəlada  almış,  sonrakı  təhsilini  Bağdadda  davam  etdirmişdir.  Onun 

həyatının  bir  hissəsi  Nəcəf  və  Hillə  şəhərlərində  keçmişdir.  Füzulinin  məntiq,  nücum,  tibb,  riyaziyyat  və 

humanitar  sahələrdəki  zəngin  bilik  potensialı  uzunmüddətli  şəxsi  mütaliənin  nəticəsi  idi.  Onun  dini,  fəlsəfi 

cərəyanlarda,  yunan  fəlsəfəsində  arifliyi  ərəb  tərcümələri  əsasında  mümkün  olmuşdur.  Füzuli  klassik  ərəb, 

fars,  özbək,  türk  və  farsdilli  hind  ədəbiyyatına  dərindən  bələd  idi.  O,  poeziya  tarixini  mükəmməl  bilirdi. 

Füzulinin  fars,  Azərbaycan  türkcəsində  və  ərəb  dillərində  divanları  vardır.  "Bu  xüsusda  yalnız  Azərbaycanın 

deyil,  bütün  türklüyün  dahi  şairlərindən,  azərbaycanlılarca  Əbu  Şüəra  künyəsini  daşıyan  Füzuli  mərhumun 

dərin  bir  nüfuzu,  böyük  bir  mürşüdlüyü  vardır.  Füzuli  Azərbaycanda  hər  yerdən  ziyadə  mərufdur. 

Azərbaycanın ən çox oxuduğu və ən çox sevdiyi şair Füzulidir. Azərbaycan şeiri son zamanlara qədər adətən 

Füzuliyi  tənzirdən  ibarət  idi…  Hafiz  divanı  farslar  üçün  nə  isə,  Azərbaycan  türkləri  üçün  də  Füzuli  divanı 

odur…Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə şeir yazmaq "sühuləti" kəşf edildikdən sonra Füzulini 

tənzir və təqlid edənlər çoxaldı. Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı"(10,15). 

Füzulinin poeziyası qədim türk, ərəb və farsdilli şeir qaynaqlarına əsaslanırdı. Füzuli XVI əsrdə təsadüfən 

aşkara çıxmış hadisə deyildi. O, Azərbaycan ədəbiyyatının çoxəsrlik, ziddiyyətli inkişafının labüd, qanunauyğun 

nəticəsi  idi.  Füzulinin  həyatının  və  yaradıcılığının  əsas  hissəsi  Səfəvilərin  İraqi-Ərəbi  öz  əllərinə  aldığı  illərə 

(1508-1534) təsadüf edir. Onun poetik yaradıcılığına Şah İsmayıl Xətainin mühüm təsiri olmuşdur (11). 

1534-cü ildə Sultan Süleyman Osmanlı ordusu ilə Bağdadı ələ keçirdi. Ordu ilə Bağdada gəlmiş Osmanlı 

şairləri Xəyali və Yəhya bəylə tanış olan Füzuli «Leyli və Məcnun» əsərini onların sifarişi ilə yazmışdır /1537-ci 

il/. Orta əsrlərin Şərq mühitinin ictimai, əxlaqi gerçəklikləri bu poemada özünün tam əksini tapmışdır (7,II c., 

5-224). Osmanlı hökmdarı Məhəmməd Füzulinin poetik qabiliyyətini nəzərə  alaraq  ona təqaüd təyin  etmiş, 

lakin  şair  bu  təqaüdü  almaq  yolunda  xeyli  əziyyət  çəkmiş,  Osmanlı  məmurlarının  qapılarını  döyməli  olmuş, 

bununla bağlı olan düşüncələrini “Şikayətnamə” adlı şeirində qələmə almışdır.

 

XVI  əsrdə  Osmanlı-Azərbaycan  memarlıq  əlaqələrini  gücləndirən  başlıca  amil  Osmanlı-Səfəvi 



qarşıdurması  idi.  "Türk  (Osmanlı-X.Q.)  hökmdarları  sultanlığın  nəhəng  ərazisində  apardıqları  böyük  tikinti 

işlərinə  çox  vaxt,  xüsusilə  XVI  əsrədək  qonşu  müsəlman  ölkələrinin  bədii  qüvvələrini  cəlb  edirdilər.  Bu 

prosesdə  Azərbaycan  Osmanlı  sultanlığı  üçün  hər  cəhətdən  əlverişli  memarlıq-bədii  baza  idi»  (6,79).  Əlavə 

etmək lazımdır ki, XVI əsrdən etibarən Azərbaycan bədii potensialı Osmanlı-Səfəvi müharibələri prosesində, 

zorla mənimsənilirdi. 

 

1514-cü  ildə  baş  vermiş  Çaldıran  döyüşündən  sonra  Sultan  I  Səlim  Yavuzun  Osmanlı  qoşunları  Təbrizi 



işğal  etdilər  və  geri  qayıdarkən  minlərlə  sənətkarı  Osmanlı  imperiyasına  apardılar.  Bu  dəstənin  içərisində 

yaradıcılığı  Azərbaycan-Osmanlı  memarlıq  əlaqələri  tarixində  tam  bir  mərhələ  olan  memar  Əli  Təbrizi  də 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə