Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə194/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   190   191   192   193   194   195   196   197   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

366 


 

“Türkiyənin  və  Azərbaycanın  elmi  dairələri  və  təhsil  müəssisələri  arasında  ilk  əlaqələr  bundan  çox  əvvəl 

yaradılmışdır.  İndi  az  adamın  yadındadır  ki,  Bakı  Universitetinin  fəaliyyətə  başlamasının  lap  ilk  çağlarında 

Türkiyənin  Fuad  Köprülü  və  Hikmət  Artaylan  kimi  görkəmli  alimləri  buraya  dərs  deməyə  gəlirdilər.  Yeri 

gəlmişkən deyim ki, Hikmət Artaylan Azərbaycan ədəbiyyatı tarixi üzrə ilk dərs vəsaitlərindən birinin müəllifi 

olmuşdur  Çox  ümid  edirik ki,  indiki  görüş  əvvəlki  əlaqələri  bərpa  etməyə  imkan  verəcəkdir.  Bundan  başqa, 

Bakıya gəlişimiz Azərbaycan və Türkiyənin ali məktəbləri arasında gələcək əməkdaşlıq proqramı üzrə bundan 

əvvəl  müəyyən  edilmiş  tədbirlərin  yerinə  yetirilməsini  sürətləndirəcəkdir”  *2,  52+.  Qonaqlar  BDU  ilə  yanaşı 

Azərbaycan  Dövlət  Tibb  Universitetində,  Azərbaycan  Dövlət  Konservatoriyasında  da  oldular  və  Xalq  Təhsili 

Nazirliyində qəbul edildilər. 

1992-ci il sentyabrın 21-də  Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə  Türkiyə Respublikasının İstanbul 

“Çağ  Öyrətim  Anonim  Şirkəti”  arasında  təhsil  sahəsində  birgə  iş  haqqında  müqavilə  imzalanmışdır.  Şirkət 

həmçinin  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  11  sentyabr  1995-ci  il  tarixli  203  saylı  qərarı  ilə 

qeydiyyata  alınmış  Qafqaz  Universitetini  yaratmışdır.  1993-cü  ildən  fəaliyyətə  başlamış  Qafqaz  Universiteti 

hər  iki  dövlətin  elmi-texniki  və  pedaqoji  potensialını  birləşdirməklə  Azərbaycan  dövlətinə  beynalxalq 

proqramlar əsasında kadr hazırlamaqdadır *4, 19+. 

Elm,  təhsil  və  mədəniyyət  sahələrindəki  əlaqələrin  də  dəyişdirilməsinin,  iki  ölkə  xalqının  bir-birilərinə 

daha da yaxınlaşmasında oynayacağı önəmli rola işarət edən tərəflər, bu məqsədlə elm, təhsil və mədəniyyət 

sahələrindəki mütəxəssis xidmətləri, texniki və elmi əməkdaşlıq anlaşması imzalamışlar. Bundan başqa Türk 

tərəfi,  1992-1993  tədris  ilində  Azərbaycana  600-ü  orta  təhsildə,  1400-ü  ali  təhsildə  istifadə  olunmaq  üzrə 

cəmi  2000  öyrənciyə  təqaüdlü  kontenjan  ayırdığını  bildirmişdir.  Azərbaycan  tərəfi,  bu  imkanı  böyük 

məmnunluqla  qarşıladığını  ifadə  etmişdir.  Bu  imkanın  həyata  keçirilməsi  üçün  tərəflər  əlaqədar 

rəsmiləriniəməkdaşlıqla görəvləndirmişlər. 

2.

 

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu. 

Azərbaycan  –  Türkiyə  mədəni  əlaqələrinə  böyük  töhfələr  bəxş  etmiş  Heydər  Əliyev  deyirdi  ki,  “Bizim 

tariximiz  bir,  dilimiz  bir,  dinimiz  birdir...  Biz  bütün  imkanlardan  istifadə  etməliyik  ki,  mədəni-humanitar  və 

digər  əlaqələr  lazımı  səviyyədə  inkişaf  etdirilsin...  Türk  xalqı  ilə  Azərbaycan  xalqının  tarixində,  milli 

ənənələrində, mədəniyyətində çox oxşarlıq var... Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx 

olması təbii bir haldır” *3, 339+.  

26  oktyabr  1993-cü  il  tarixində  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  Türkiyə 

Cümhuriyyətinin  qurulmasının  70  illiyi  münasibəti  ilə  keçirilən  “Türkiyə  Cümhuriyyəti–70”  elmi  praktik 

konfransının  iştirakçılarına  təbrik  məktubu  göndərmişdir.  18  noyabrda  isə  Azərbaycan  Respublikasının 

Prezidenti Heydər Əliyev Prezident sarayında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin “Çağ” 

Öyrətim  İşlətmələri  şirkəti  tərəfindən  Azərbaycanda  açılmış  təhsil  müəssisələrinə  etimadını  təsdiq  edən 

məktubunu gətirmiş İstanbulda yerləşən şirkətin idarə heyətinin üzvü Nurettin Vereni, Qafqaz Universitetinin 

rektoru  prof.  dr.  Zafer  Ayvazı,  şirkətin  Azərbaycan  üzrə  nümayəndəsi  Məmmədəli  Babaşovu,  “Zaman” 

qəzetinin Azərbaycandakı nümayəndəsi Halim Dağları və qəzetin xəbər şöbəsinin müdiri Nedim Yalçını qəbul 

etmişdir.  Səmimi şəraitdə  keçən  görüş  zamanı Heydər  Əliyev  Türkiyə  Cümhuriyyətinin  Prezidenti Süleyman 

Dəmirəlin  göndərdiyi  məktuba  görə  çox  şad  olduğunu  ifadə  edərək  “Çağ”  Öyrətim  İşlətmələri  AŞ-nin 

Azərbaycanda  açdığı  təhsil  ocaqlarının  fəaliyyətlərinin  hamısından  xəbərdar  olduğunu,  məmnuniyyət 

duyduğunu  və  bu  işlərin  davam  etməsi  üçün  hər  cür  lazımi  köməklik  göstərəcəyini  ifadə  etmişdir*1;55-56]. 

1994-cü  ilin  5  yanvarında  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  Türkiyə  Cümhuriyyətinin 

universitetlərinə  tələbə  qəbulu  haqqında  sərəncam  imzalamış,  yanvarın  17də  isə  Türkiyə  Cümhuriyyəti 

Yüksək  Öyretim  Kurulu  (YÖK)  nümayəndəsi  Mehmet  Altunayı  qəbul  etmişdir.    Yanvarın  26-da  Ankaranın 

Hacəttəpə  Universitetinin  bir  qrup  professorunun  təklifinə  əsasən  Universitetin  Elmi  Şurası  Azərbaycanın 

müstəqilliyinin  möhkəmləndirilməsi,  ermənilər  tərəfindən  işgal  olunmuş  Azərbaycan  torpaqlarının  azad 

olunması, Prezident seçildiyi tarixdən etibarən Türkiyə ilə strateji və hərbi əməkdaşlığın inkişafı, Azərbaycan 

Milli Ordu quruculuğu sahəsindəki böyük xidmətləri və digər dövlətlərə qarşı yeritdiyi düşünülmüş siyasətinə 

görə  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevə  beynəlxalq  münasibətlər  sahəsində  fəxri  doktor  adı  verilməsi 

barədə  yekdilliklə  2/94-5  saylı  qərar  qəbil  etmişdir.  27  yanvarda  isə  Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər  Əliyev  Türkiyədəki  Azərbaycan  Mədəniyyət  Mərkəzinin  nümayəndələri  Ə.Qaraca,  M.Kəngərli  və 

M.Müşteki  qəbul  etmişdir  *1;58+.  Həmin  il  fevralın  2-də  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  Türkiyənin 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

367 


 

Azərbaycandakı  müvəqqəti  işlər  vəkili  Vural  Atayla  birlikdə  həmin  ölkənin  Hacəttəpə  Universitetinin 

professorları Tansun Yılmaz, Bahettin Yediyıldız, Abdülhaluk Çay və Hüseyin Cevizoğlunu qəbul etmiş, fevralın 

3-də Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərinin bir qrupunu onların xahişi 

ilə qəbul etmiş, fevralın 7-də Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən azərbaycanlı tələbələrin 

bir qrupu ilə görüşmüş və nitqlə çıxış etmişdir. O, çıxışında bildirmişdir ki, “Türkiyə Azərbaycan üçün qardaş, 

dost  ölkədir.  Türkiyə  ilə  Azərbaycan  arasındakı  əlaqələrin  qədim  və  zəngin  tarixi  var.  İndi  Azərbaycan 

Respublikası  bir  müstəqil  dövlət  kimi  Türkiyə  Cümhuriyyəti  ilə  bütün  sahələrdə  əlaqələrin  inkişaf 

etdirilməsinə  çalışır”*1;59+.  Fevralın  8-də  Süleyman  Dəmirəlin  dəvəti  ilə  qardaş  ölkəyə  rəsmi  səfərə  yola 

düşən Heydər Əliyev Binə  hava limanında jurnalistlərə  səfərlə  bağlı müsahibə  verərək demişdir ki, “Türkiyə 

Azərbaycan  üçün  ən  yaxın,  qardaş  və  dost  ölkədir.  Xalqımızın  arasında  böyük  tarixə  malik  dostluq, 

qardaşlıqəlaqələri  var.  Son  illər  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  bu  əlaqələr  daha  da 

mühkəmlənmişdir”.  Türkiyə  Cümhuriyyətinə  rəsmi  səfərə  başlayan  Prezident  Ankarada  Atatürkün 

məqbərəsinə  əklil  qoymuş,  M.Ə.Rəsulzadənin  məzarını  ziyarət  etmişdir.  “Çankaya”  köşkündə  rəsmi 

qarşılanma mərasimindən sonra mətbuat nümayəndələri üçün bəyanat verən Prezident bir daha bildirmişdir: 

“Bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın 

birliyi,  qardaşlığı  və  dostluğu  əsrlərdən-əsrlərə  keçərək  formalaşmış  və  bu  gün  özünün  yeni  mərhələsinə 

çatmışdır” *1, 59+. Fevralın 9-da öz iqamətgahında Türkiyədə yaşayan azərbaycanlı icmasının nümayəndələri 

ilə  görüşmüş  Heydər  Əliyev,  ona  Ankaranın  Hacəttəpə  Universitetinin  fəxri  doktoru  adı  verilməsi 

münasibətilə  keçirilən  mərasimdə  də  iştirak  etmiş,  Bilkent  Universitetinin  idarə  heyətinin  sədri,  prof.  İhsan 

Doğramacının  qonağı  olmuşdur.  Heydər  Əliyev  Türkiyə  Böyük  Milllət  Məslisində  olmuş  və  millət  vəkilləri 

qarşısında  geniş  nitqlə  çıxış  etmişdir.  O,  çıxışında  belə  bir  məqama  toxunmuşdir  ki,  “Türk  ordusunun 

Azərbaycana,  Bakıya  gəlməsi,  Azərbaycanı  daşnakların  təcavüzündən  xilas  etməsi  hər  bir  azərbaycanlının 

qəlbində  yaşayır.  Azərbaycan  xalqı  həmin  ağır  düvrdə  türk  xalqının  ona  göstərdiyi  köməyi  heç  vaxt 

unutmayacaqdır” *1, 61+. 

Nəticə 


Türkiyə  ilə  Azərbaycan  mədəni  əlaqələri  qonşu  iki  ölkə  olmaqla  məhdudlaşmır.  Türkiyə  –  Azərbaycan 

münasibətlərində  mədəni  təmasların  daha  da  intensivləşdirilməsini  zəruri  etməkdədir.  Mədəni  əlaqələrin 

intensivləşdirilməsini  zəruri  edən  başqa  bir  həqiqət  isə  mədəni  qloballaşmadır.  Qloballaşmanın  gücü 

qarşısında  dünyanın  bir  çox  yerlərində  bölgə  mədəniyyətləri  ortaq  faydalarını  gücləndirirlər.  Soydaş  və 

qohum  mədəniyyətlərə  gəlincə  isə,  onlar  arasındakı  həmrəyliyin  əhəmiyyəti  də  artmaqdadır.  Bu baxımdan, 

Qafqaz  və  türk xalqlarının mədəniyyətlərinin  əsl ünsürlərindən  biri olan  Azərbaycan  Türk Mədəniyyəti  Orta 

Şərqin  eyni  mədəni  genlərini  daşıyan  bir  qism  ölkələrlə  yanaşı,  Türkiyə  ilə  birlikdə  ortaq  mədəni  sahə 

yaratmışdır. Uzun tarixi prosesin nəticəsi olan bu mədəniyyət daim diqqət mərkəzindədir və elə əlaqələrimz 

də  həlledici  rol  oynamaqdadır.  Azərbaycanla  Türkiyə  arasındakı  əlaqələrin  kulturoloji  təhlili  isə,  həm  iki 

ölkənin, həm də bütövlükdə türk dünyasının elmi-mədəni tərəqqisindən, xalqlarımız arasındakı əməkdaşlığın 

ümidverici inkişaf perspektivlərindən xəbər verir. 

Ədəbiyyat  

1.

 

Azərbaycan – Türkiyə əlaqələri və Heydər Əliyev (1-ci kitab), 19912001. Bakı, Qafqaz Universiteti 



Nəşri, 2002, 180 s 

2.

 



Abdullayev M. Azərbaycan – Türkiyə əlaqələri. Bakı, Mütərcim, 1998, 112 s. 

3.

 



Heydər  Əliyev  və  Şərq,  6  cilddə,  III  kitab:  Türkiyə  Cümhuriyyəti  (Müəllif-tərtibçilər:  Qaley 

Allahverdiyev, Vəhdət Sultanzadə). Bakı, “Çaşıoğlu”, 2003, 472 s. 

4.

 

Hüseynov E. Azərbaycan Respublikasinin Türkiyə ilə iqtisadi və mədəni əlaqələri (1991 – 1995-ci illər). 



Tarix elm. nam. ... dis. avtoref. Azərbaycan Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı, 

AzTU-nun mətbəəsi, 2000, 25 s 

5.

 

Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı, AzAtaM, 2005, 234 s. 



6.

 

“Ədəbiyyat qəzeti”, 2005, 18 mart, № 11) 



7.

 

Hüseynova  F.  Müstəqillik  dövründə  azərbaycan–türkiyə  əlaqələrinin  kulturoloji    aspektləri  (elm, 



təhsil, mədəniyyət) Bakı., 2007 

 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə