Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə191/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   187   188   189   190   191   192   193   194   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

361 


 

bir  çox  ölkələrindən  nümayəndələr  gəldi,  7  türk  ölkəsinin  (Türkiyə,  Özbəkistan,  Qazaxıstan,  Qırğızıstan, 

Tatarıstan,  Başqırdıstan,  Xakasiya)  nümayəndələri  böyük  Füzuli  sənəti,  Azərbaycan  xalqı  haqqında  geniş 

məruzələrlə çıxış edərək ürək sözlərinin söylədilər.  

Türk cəmiyyəti ilə mədəni  əlaqələrin  genişlənməsində Azərbaycanda Atatürk mərkəzinin  yaradılması 

əhəmiyyətli  rol  oynayır.  Son  vaxtlar  türk  və  islam  ölkələri  ilə  təmasda  Azərbaycanda  yüksək  səviyyəli  bir 

sıra  tədbirlər  -  iki  zirvə  toplantısı,  2008-ci  ildə  Avropada  və  qonşu  regionlarında  mədəniyyət  nazirlərinin 

konfransı,  2009-cu  ildə  türkdilli  ölkələrin  mədəniyyət  nazirlərinin  və  ayrıca  islam  ölkələri  mədəniyyət 

nazirlərinin konfransı, 2010-cu ildə dünya dini liderlərinin Sammiti keçirilmişdir. *9+ 

XXI  əsrin  birinci  ilində  TÜRKSOY-un  ilk,  ümumi  sayda  15-ci  toplantısı  2001-ci  il  yanvarın  16-17-də 

Bakıda  keçirildi.  Azərbaycan  prezidenti  Heydər  Əliyev  yanvarın  16-da  təşkilatın  XV  toplantısında  iştirak 

edən  türkdilli  ölkələrin  nümayəndələrini  qəbul  edərkən  təşkilatın  fəaliyyətinə  yüksək  qiymət  verərək 

demişdir: "… Türkdilli Dövlətlər Birliyi yaranandan  indiyə qədər  TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş 

bir təşkilatdır". O, TÜRKSOY-un fəaliyyətinin necə böyük əhəmiyyət daşıdığına 2000-ci ilin aprelində Bakıda 

keçirilmiş "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini konkret misal kimi göstərmiş və demişdir ki, "Kitabi-

Dədə  Qorqud"un  1300  illik  yubileyi  keçirilən  günlərdə  Azərbaycana  təkcə  türkdilli  dövlətlərdən  deyil,  bir 

çox  ölkələrdən,  o  cümlədən  Avropa  ölkələrindən  nümayəndə  heyətləri  gəlmişdi...  "Kitabi-Dədə  Qorqud" 

hamı üçün ulu babadır”. 

2008-ci  ilin  8-18  sentyabr  tarixlərində  Bişkek,  Almatı,  Ankara  və  Bakı  şəhərlərində  TÜRKSOY-un 

beynəlxalq  layihəsi-Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan,  Türkiyə,  Başqırdıstan  və  Tatarıstanın  opera 

teatrları  solistlərinin  iştirakı  ilə  məşhur  Azərbaycan  bəstəkarı  Üzeyir  Hacıbəyovun  “Koroğlu”  operası 

tamaşaya qoyuldu.  

Türkdilli dövlətlərin  rəhbərliyi tərəfindən  TÜRKSOY-un  fəaliyyəti daima dəstək  və təqdir  olunması  öz 

əksini 2009-cu il oktyabrın 2-3-də Naxçıvan şəhərində keçirilmiş türkdilli dövlətlərin Dövlət Başçılarının IX 

Sammitində qəbul edilmiş Naxçıvan Deklarasiyasında öz əksini tapdı.    

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında imzalanmış “Türkdilli dövlətlərin əməkdaşlıq 



Şurasının  yaradılması  haqqında  Naxçıvan  Sazişi”  əsasında  təsis  edilmiş  Türkdilli  Dövlətlərin  Əməkdaşlıq 

Şurası  türkdilli  dövlətlər  arasında  qarşılıqlı  əlaqələrin  möhkəmləndirilməsində  yeni  mərhələnin  əsasını 

qoydu.  Tərəflər  ümumi  mədəni  irsin  qorunması,  gələcək  nəsillərə  ötürülməsi  və  beynəlxalq  müstəvidə 

təbliğatı sahəsində sıx əməkdaşlığın inkişafı üçün səy göstərəcəklərini  bildirdilər.  

Naxçıvan  zirvəsinin  iştirakçılari dünya sivilizasiyasının  inkişafına əhəmiyyətli töhfə vermiş zəngin  türk 

mədəni  irsinin  qorunması  və  dəstəklənməsi  üzrə  “TÜRKSOY  Fondu”nun  yaradılması  barədə  Azərbaycan 

Respublikası prezidenti İ.Əliyevin təşəbbüsünü yekdilliklə dəstəklədilər. TÜRKSOY Fondunun yaradılması və 

fəaliyyəti ilə bağlı təşkilati məsələlərin həlli tərəflərin hökumətlərinə həvalə olundu. 

Türk  dövlət  başçılarının  zirvə  toplantıları.  Türkdilli  dövlətlər  arasında  siyasi  və  iqtisadi  əlaqələr,  о 

cümlədən  mədəni  əlaqələr  Sovetlər  Birliyinin  dağılmasından  sonra  daha  intensiv  oldu.  İlk  dəfə  Türkiyə 

Cümhuriyyətinin  prezidenti  TurqutÖzalın  təşəbbüsü  və  ev  sahibliyi  ilə  1992-ci  ildə  Ankarada  türkdilli 

dövlətlərin başçılarının förümü keçirildi.  

Türkdilli dövlətlərin zirvə toplantısı və yaxud тürkdilli dövlətlərin dövlət başçılarının zirvə toplantısı altı 

türk  dövlətinin  başçılarının  (yaxud  dövlətin  yüksək  rütbəli  nümayəndələrinin)  iştirakı  ilə  həyata  keçirilən 

zirvələrdir.  1992-ci  ildən  başlayaraq  təşkil  edilən  bu  zirvələrdə  türk  dünyasının  ortaq  qayğıları  gündəmə 

gətirilməkdədir. İndiyə qədər 10 zirvə toplantısı keçirilmişdir.  4-cü zirvəyə qədər“Türk zirvəsi” adlandırılan 

tədbirlər  bundan  sonra  “Türk  Cümhuriyyətləri  dövlət  başçılarının  zirvəsi”,  5-ci  zirvədən  sonra    “Türkdilli 

dövlətlərin dövlət başçılarının zirvəsi” kimi qeyd edilməyə başlandı. 

2010-cu ildə İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin 

Prezidenti  Abdullah  Gül,  Qazaxıstan  prezidenti  NursultanNazarbayev,  Qırğızıstan  prezidenti  Roza 

Oлtunbayeva,  Türkmənistan  prezidenti  Qurbanqulu  Berdımuhəmmədov  türkdilli  dövlətlərin  10-cu 

sammitində  iştirak  etdilər.  Türkdilli  dövlətlərin  əməkdaşlıq  şurasının  Katibliyinin,  Ağsaqqallar  Şurasının, 

həmçinin  Türk  Akademiyasının  fəaliyyəti  müzakirə  olundu,  regional  sülh  və  təhlükəsizliyinin  saxlanılması, 

iqtisadi  əməkdaşlığın  inkişafı,  Qırğızıstandakı  vəziyyətin  tənzimlənməsi  ilə  bağlı  fikir  mübadiləsi  aparıldı. 

Sammitin gedişində liderlər baş katib vəzifəsinə Türkiyənin Rusiyada səfiri olmuş Xəlil Əkinçinin seçilməsinə 

razılıq verdilər. Liderlər Bakıda türkdilli mədəniyyətin dəstəklənməsi və Ttürkdilli irsin qorunub saxlanması 

üçün  fond  yaradılması  fikrini  dəstəklədilər.  Həmçinin  2011-ci  ildə  Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan, 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

362 


 

Özbəkistan,  Türkmənistanın  müstəqilliyinin  20  illiyinin  qeyd  olunması  və  Aşqabadda  Türkdilli  xalqların 

festivalının keçirilməsi qərara alındı.  

Türk  dövlətləri  arasında  elm,  təhsil  və  mədəniyyət  sahələrindəki  əməkdaşlığın  inkişafına  təkan  verən 

amillər  icərisində  Türk  dövlət  və  topluluqları  dostluq,  qardaşlıq  və  əməkdaşlıq  qurultayları  xususi  qeyd 

edilməlidir. Bu qurultaylar zamanı türkdilli ölkələrin elmi-mədəni əlaqələri baxımından bir sıra problemlər 

müzakirə  mövzusuna  çevrilmiş,  təhsil  və  elm  adamları  müvafiq  sahələr  uzrə  əməkdaşlığa  dair  tövsiyə  və 

təkliflərini vermişlər. *22;23+ 

Nəticə 


TÜRKSOY-un  yaradılması,  bu  təşkilatı  yaradan  ölkələrin  dilləri,  xalqları,  mədəniyyətləri  bir-birinə  çox 

yaxın olması zərurətindən irəli gəlmişdir. TÜRKSOY-un yaradılmasında türkdilli xalqların əsasən din deyil, dil 

prinsiplərinə  üstünlük  verilmişdir.  TÜRKSOY-un  əsas  üzvləri  Qazaxıstan,  Türkiyə,  Azərbaycan,  Özbəkistan, 

Qırğızıstan  və  Türkmənistandır.  Qalan  7  üzv  (Başqırdıstan  və  Tatarıstan  respublikaları,  Şimali  Kipr  Türk 



Respublikası,  Xakasiya,  Tuva,  Çuvaşiya  və  Qaqauz  Yeri  respublikaları)əsasən  müşahidəçi  qismində  iştirak 

edirlər.  Bu  üzvlər  əsas  üzvlər  kimi  eyni  hüquqa  və  səlahiyyətə  malikdilər.  Ümumiyyətlə,  TÜRKSOY-un 

fəaliyyətində demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə  müşahidəçi ölkələr də əsas 6 üzvlər 

kimi eyni səsvermə hüququna malikdirlər.   

TÜRKSOY digər beynəlxalq təşkilatlar kimi dövlətlərin müqaviləsi, razılaşdırılmış nizamnamə əsasında 

yaradılmışdır.  Beynəlxalq  təşkilat  kimi  qərargahı,  bayrağı,  katibliyi,  üzvluk  haqqı,  Mədəniyyət  Nazirlərinin 



Daimi Şurası, dövlət başçıları səviyyəsində sammiti, bayram edilən günü vardır. 

Türk  xalqlarının  YUNESKO-su  adlanan  TÜRKSOY  təşkilatı  türk  mədəniyyəti  və  dilinin  daşıyıcı  olan 

ölkələrın və xalqların birləşməsi prinsipi əsasında bu ölkələrin dövlət strüktürlarının siyasi mövqelərindən, 

daxili  və  xarici  siyasətindən  asılı  olmayaraq  mədəniyyət  və  incəsənət  sahəsində  əməkdaşlığı  

müvəffəqiyyətlə həyаta keçirir.  

Ümummilli  lider  Heydər  Əliyev  türkdilli  xalqların  öz  milli  tarixlərini,  doğma  dillərini,  ədəbiyyatlarını, 

mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. 

Çox  qısa  bir  müddət  ərzində  Azərbaycan  Respublikası  mədəniyyət  sahəsində  YUNESKO,  Avropa  Şurası, 

İSESKO, TÜRKSOY və başqa beynəlxalq qurum və təşkilatlarla sıx əlaqələr qura bilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  TÜRKSOY-un  fəaliyyətini  diqqət  mərkəzində 

saxlamışdır.  TÜRKSOY-un  indiyədək  keçirilmiş  toplantılarının  nəticələri  bir  daha  sübut  edir  ki,  onun 

fəaliyyəti türkdilli xalqların dünya mədəniyyətinə inteqrasiya olmaq səylərini artırır, öz mənəvi dəyərlərini 

tanıtmalarına kömək edir. 

Görülmüş  işlərlə  yanaşı  TÜRKSOY-un  işində  çatışmazlıqlar  da  qalmaqdadır.  TÜRKSOY  fəaliyyət 

istiqamətləri  kimi  müəyyənləşdirdiyi  vəzifələri  tam  həyata  keçırəbilməmişdir.  Xüsusi  ilə    türk  dünyasının 

tarixinin    yazılması,  ortaq  türk  əlifbasının  yaradılmasına  dair  fikirlər  reallaşmamışdır.  Türkdilli  dövlətlərin 

başçılarının zirvə görüşlərinin keçirilməsində yaranan fasilələr türk dünyasında süstlük yaratmışdır. 

Türk  respublikaları  arasında  yaranan  soyuqluq,  xüsusi  ilə  Mərkəzi  Asiya  respublikalarının  xarici 

siyasətlərində  baş  verən  dəyişikliklər  türk  birliyi  üçün  yaxşı  gələcək  vəd  etmir.  Mədəni  əməkdaşliq 

sahəsində  keçırilən  tədbirlərin  həcmi  və  keyfiyyəti  azalmışdir.  Türk  respublikalarinda  mövcud  olan 

münaqişələrin, xüsusu  ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində türk 

respublikalarinin dəstəyi qənaətbəxş hesab etmək olmaz. 

Ədəbiyyat 

Azərbaycan dilində 

1.

 



Abbasov N.  Türk dünyasının  mədəni inteqrasiyası  məsələləri haqqında.  // Mədəniyyət dünyası,  IV 

buraxılış, Bakı, 2002, s.146-148 

2.

 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Folklor  İnstitutu  “Ortaq  türk  keçmişindən  ortaq  türk 



gələcəyinə” /III Uluslararası Folklor Konfransının materialları. Bakı: “Səda”, 2005, 584 s. 

3.

 



Cəfərov N. Türk Dünyasının birliyi strategiyası: Heydər Əliyevdən İlham Əliyevə //Dircəliş  – XXI əsr, 

2004 (aprel-may), № 4-5 (74-75), s. 235-243 

4.

 

Əliyev  İlham.  Dünyada  türk  aləmi  güclənir,  türk  aləmi  böyük  coğrafiyanı  əhatə  edir.  “Səs” 



qəzeti,2007,  22 noyabr 

5.

 



Əliyeva S, Türkdilli dövlətlərin mədəni inteqrasiyası. “Ədalət” qəzeti,  2010, 21 sentyabr 


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə