Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə199/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   195   196   197   198   199   200   201   202   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

375 


 

Osmanlı qaynaqları  əsasında qarabağlı İshaqzadələrin şəcərəsini bu şəkildə  təqdim  etmək mümkündür 

(1; 5; 6; 9; 11-15):  

Əli Əfəndi 

 

 



İshaq Əfəndi (? – 1056/1646) 

 



 

Saleh Zühuri Əfəndi İshaqzadə (? – 1083/1672) 

 

 



Arif Əfəndi İshaqzadə (1064/1653 – 1121/1709)  

 



 

Kamil İshaqzadə (? – 1148/1735) və Əli Misli İshaqzadə (? – 1189/1776) 

İshaq Əfəndi. “Sicilli-Osmani”də İshaq Əfəndinin qarabağlı Əcəm Əli Əfəndinin oğlu olduğu

1

, müdərris və 



Məkkə mollası kimi fəaliyyət göstərdiyi, “əşbah və nəzair”lə bağlı risalələr qələmə aldığı qeyd edilmişdir (15, 

804).  İshaqzadə  soyadı  da  İshaq  Əfəndinin  adından  götürülmüşdür.  Bəzən  İshaq  Əfəndi  yanlış  olaraq 

Əbuishaqzadə İshaq Əfəndi ilə qarışdırılmışdır (4). İshaqzadələr həm də dövrlərinin ən mühüm xəttatları kimi 

şöhrət qazanmışlar. 

Saleh Zühuri Əfəndi İshaqzadə. Əvvəla onu qeyd etmək lazımdır ki, Osmanlı ədəbiyyatı tarixində Zühuri 

təxəllüslü 4 şairə rast gəlirik. Bunlardan biri İshaqzadə Zühuri, digər ikisi XVI əsr şairləri Dülbəndzadə Zühuri 

və Pirizadə Mehmed Çələbinin oğlu Zühuridir (6, 557). Osmanlı təzkirəçilərdən Asim, Güfti, Salim və Bəliğ öz 

əsərlərində  İshaqzadə  Zühuri  haqqında  məlumat  verir  və  şeirlərindən  örnək  təqdim  edirlər  (6,  557). 

Bunlardan əlavə Nail Tuman təzkirəsində Zühuru təxəllüslü Məhəmməd Əfəndi Qaraçələbizadənin də adına 

rast gəlirik (9, C 2/598). Qaraçələbizdə Zühuri də XVII əsr şairlərindəndir. 1042/1632-ci ildə vəfat etmişdir. 

Zühuri  təxəllüslü  Saleh  Əfəndi  İshaqzadə,  Qarabaği  İshaq  Əfəndinin  oğludur.  Əbu  Səid  Əfəndidən 

mülazim  olmuş  və  müddərrislik  etmişdir.  Bundan  əlavə,  Qalata  və  Bursa  qazısı  olmuşdur.  Misir  qazısı  ikən 

1083/1672-ci  ildə  vəfat  etmişdir.  Divan  müəllifidir  (1,  242-243).  S.  Müstəqimzadə  “Töhfeyi-xəttatin”də 

Zühurinin  təliq  xəttini  Topxanəli  Mahmud  və  Siyahi  Əhməd  Əfəndidən  öyrəndiyini,  təliq  xəttində 

özünəməxsus  üslubu  olduğunu,  oğlu  Mehmed  Arifinin  və  Əli  Mislinin  də  xəttat  olduğunu  və  xəttatlar 

yetişdirdiyini yazır (12, 703).   

Səfayi  təzkirəsində  Zühurinin  “İstanbuldan  zühur  etdiyini,  İshaqzadə  kimi  məşhur  olduğunu”  yazır  və 

yaradıcılığını  tərifləyir:  “Əsrin  şüərasındandır.  Cümleyi-fəzailindən  fazla  şeir  ü  inşada  dəxi  yədi-tulası  və 

fünuni-kəsirənin  məvaziyi-müşkiləsinə  təhrir  ü  imlası vardır.  Mürəttəb  və  mükəmməl Divani-bəlağət  ünvanı 

vardır” (11, 366).  

Güftinin “Təşrifatüş-şüəra” adlı mənzum təzkirəsində də Zühurinin həyat və yaradıcılığı nəzmlə təqdim 

edilmişdir:  

Kilki-əvvəl Zühuri sehr-rəqəm, 

Güli-palizi-fikri tazə qələm. 

Hərfi-məzmuni-lövh ü əşarı, 

Sünbülistani-baği-fərharı. 

Hər rübaiyi-aləmarası, 

                                            

1

 “Sicilli-Osmani”də  Əli  Əfəndinin  (Əcəm  Əlisi)  Memar  məscidinin  banisi  olduğu  və  vəfat  etdikdən  sonra  mehrab  önündə  dəfn 



edildiyi  qeyd  olunmuşdur.    Digər  qaynaqlar  Əcəm  Əlinin  təbrizli  olduğunu  yazırlar.    Bəlkə də,  “Sicilli-Osmani”  müəllifi    Əcəm  Əlinin 

İshaq  Əfəndinin  atası  olduğunu  yazmaqla  yanlışlığa  yol  vermişdir.  Əcəm  Əlinin  944/1537-ci  ildə  vəfat  etdiyini  nəzər  alsaq,  İshaq 

Əfəndinin (?-1056/1646) onun oğlu deyil, nəvəsi olduğu ehtimalı yaranır. Bəlkə də, İshaq Əfəndinin atası başqa bir Əli Əfəndidir.  



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

376 


 

Aləmün çarbaği-mənası. 

Hərfi-təsiri-şe’ri-xoş rəqəmi, 

Müşg-biz itdi sayeyi-qələmi. 

Güldi olmadı şe’ri-pak əsər, 

Güli-gülbin-füruzi-baği-nəzər. 

Dilə verdi bu nəğmə feyzi-şüur, 

Ki sədayi-düxul xoş əst zi-dur. 

Ta be key goft guyi-xodsazı, 

Budur eyniylə şe’ri-mümtazı (5, 172). 

XVII  əsr  Mövləvi  şairlərindən  Fəsih  Dədənin  Zühuri  sənətinə  dərin  hörməti  və  marağı  olmuşdur.  Fəsih 

Dədənin Zühurini mədh edən beytləri və vəfatına yazdığı mərsiyə də bunu isbat etməkdədir. 

Yeganə alim ü fazil ədibi-nüktə-pərvərdi, 

Həzaran növ-ərus-i nəzmə zati-paki şəhvərdi. 

Nizamiydi nəzmdə xaceyi-saniydi inşada, 

Hünər-sənc ü maarifpərvər ustadi-süxənvərdi.  

Zəkada seyyidi-əsr ü tətəbbüdə çü Sə’dəddin, 

Budur haqqa ki, hər bir fəndə kamildi, hünərvərdi. 

Müsəlləmdi vücudi-möhtərəm zati-mükərrəmdi, 

Hələ kani-kövndə misli yox bir pak gövhərdi. 

Nə çarə eylədi cayın fələk xaki-fəna şimdi, 

Bizə sübh ü məsa lazım olan xeyir dua şimdi (2, 312-313). 

*** 

Fəsih Dədə, Misli haqqındakı mərsiyəsinə bu beytlərlə davam edir:  



Fələk, ol zati-pakun bilməyüb qədrini, həlak etdün, 

Vücudi-zarı şəmşiri-sitəmlə çak-çak etdün. 

Fələk, satdun o dürri-bibəhayi aqibət heçə, 

Yerin axir o gənci-elm ü fəzlün künci-xak etdün (2, 312). 

Zühurinin  əsərlərindən  günümüzə  bir  neçə  əlyazma  gəlib  çatmışdır.  Bunlar  Zühurinin  “Divan”ı  və 

“Münşəat”ının, “Məktubat”ının nüsxələridirlər.  

Topqapı Sarayı Muzeyində Rəvan kolleksiyasında (R 757) Zühuri “Divan”ının avtoqraf nüsxəsi mühafizə 

olunmaqdadır.  Nəstəliq  xəttiylə  yazılmış  əlyazma  39  vərəqdən  ibarətdir.  “Divan”ın  ikinci  nüsxəsi  Zühuri 

həyatda  olduğu  tarixdə,  1063/1653-cü  ildə  təliq  xətti  ilə  köçürülmüş  və  Topqapı  Sarayı  Muzeyi  Xəzinə 

Kolleksiyasına (No. 922/1) daxildir. Digər  iki nüsxə  isə  İstanbul Universiteti Kitabxanasında 1845/1 və  425/1 

şifrələri altında mühafizə edilməkdədir. 

Zühuri  “Divan”ının  4  nüsxə  əsasında  mətni  A.Kahraman  tərəfindən  dissertasiya  şəklində  hazırlanaraq 

2002-ci ildə müdafiə olunmuşdur (7). Divanın tərtibi bu şəkildədir: qəsidələr, müsəmmət, qəzəl, qitə, rübai, 

mətlə.  


Müəllifin  “Məktubat”ının  əlyazması  isə  Fransa  Milli  Kitabxanasındadır.  Nəstəliq  xətti  ilə  yazılmış  71 

vərəqdən ibarət olan nüsxə Şefer kolleksiyasında saxlanılır. “Məktubat”a İshaqzadə Zühuri tərəfindən Köprülü 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə