Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə207/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   203   204   205   206   207   208   209   210   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

390 


 

rəvayət  və  əfsanə  sahəsində  illüstrasiyalar  yaradıb,  miniatür  təsvirləri  yüksək  bədiiliyi  ilə  seçilir  və  bədii 

obrazın  açılmasında oxucuya kömək göstərir.  

Onun  əsərləri  arasında  əjdaha  obrazına  xüsusi  yer  verilir.  Bəlli  faktdi  ki,  əjdaha  bir  neçə  xalqın  milli 

əsərlərinin  ayrılmaz  elementidir  və  onunla  bağlı  müxtəlif    izahlar  verilir.  Əjdaha  uzun  ömürlük,  güc,  bəzi 

hallarda müdrükluü rəmzi sayılır. Bu simvola tez tez Yapon, Çin, Hindistan, İran, Azərbaycan əsərlərində rast 

gəlmək  olar.  Rəssam  bədii xətlərlə  və  boyaların dəyişkənliyi    ilə,  əjdaha  ilə  Simurq-  quşunun  mübarizəsinin 

там gərginliyin və dinamikasını tamaşaçıya çatdırır. Sözü gəlmişkən, qeyd etmək lazımdır ki, Simurq quşuda 

bir nəcə xalqın sevimlı obrazlarından biridir. 

Onlardan  birində Şah  Qulunun  möhürü  və  imzası, həmçinin  yazısı  vardır:  bu  əjdaha  Şah  Qulu Ruminin 

işidir.  Bu  yazı  1544-45-ci  illərdə  Bəhram  Mirzənin  albomunun  müqəddiməsinin  müəllifi  Dust  Məhəmməd 

tərəfindən də yazıla bilərdi. Qeyd edilən əsər Şah Qulunun ən erkən əsərlərindəndir. (3, səh 91) 

Digər bir örnək üstünə sultan möhürü vurulmuş əjdaha təsviri olan bir rəsm əsəridir ki, onun da üzərinə 

sonralar  “Usta  Şahqulu  Ruminin  işi”  yazılmışdır.  Şahqulu  həm  də  1545-ci  il  sənədlərində  xatırlanır  və  bu 

sənədlərdən onun sultana pəri təsvir olunmuş rəsm əsəri bağışladığı məlum olur. (3,səh 91) 

Uçan  pəri  təsvir  edilmiş  əsərin  altında  “Şahqulunun  işi”  yazılmış  bir  imza    var  ki,    onun    həqiqi  nüsxə 

olduğunu təstiq edir. Çünki əksər hallarda bu miniatürçu rəssamlar öz imzalarını nadir hallarda qoyurdular və 

belə imzalanmış əsərlər xüsusi olaraq diqqəti cəlb edir. 

Şah  Qulunun  adına  İstanbul  albomuna  daxil  olan,  şüşə  və  piyaləylə  uçan  pəri  təsvir  edilmiş  digər  bir 

vərəqdə də rast gəlmək olar. Yüksək bədiiliyə xas rəsm Vaşinqtonun Frir qalereyasında saxlanılır. (3, səh. 92) 

Topkapı  sarayının  kitabxanasında,  Bəhman  Mİrzənin  murakkasında  Şah  Qulunun  imzalanmış  əsəri 

saxlanılır. İmzanın məzmunu rəssamın vətən həsrətində olduğunu bildirir. ( 4 , səh.110) 

Onun əsərləri mütəxəssislər tərərfindən qeyd etdiyimiz kimi, yüksək qiymətləndirirlir. Onun adı Mani və 

Behzadla eyni cərgədə çəkilir və hətta bəzi mənbələrdə onlardan üstün tutulurdu. Türk sənətşünas alimləri 

Ustadın osmanlı miniatür məktəbinin inkişafında ki rolunu danınmaz sayıllar. (4, səh.112). 

Gözəl  rəssam,  nəqqaş  və  şair  olmaqla  yanaşı  o,  istedadlı  müəllim  olmuşdur.Onun  iki  tələbəsinin  adı 

bizim günlərə kimi gəlib catmışdı – Təbrizli Əli Can, o sonralar Hələb şəhərinə köçmüşdü və Qara Məmi. 

Onun  vəfatı  ilə  bağlı  açıq  bir  şəkildə  heç  bir  məlumat  yoxdur.  Lakin  mövcud  olan  saray  sənədlərinə 

əsaslanaraq  deyə  bilərik  ki,  rəssam  haqqında  1557-ci  illərdən  sonra  heç  bir  məlumata  rast  gəlinmir.  Bu  o 

demək diki, bu tarixdən sonra ustad vəfat etmiş sayıla bilər. (1,səh. 58) 

 Yekün  olaraq  demək  istəyirik  ki,  ömrünün  42  ilini  Osmanlı  sarayında  yaşamış  və  ən  yüksək  vəzifələri 

(nəqqaş  və  baş  nəqqaş  kimi  məsuliyyətli  vəzifələri  –  G.Q.)  tutmuş  ustad  Təbriz  rəssamlarının  ona  öyrətdiyi 

sənətin sirlərinin qoruyub saxlamaqla yanaşı, inkişaf etdirməyədə nail olmuşdur. 

Ədəbiyyat 

1.

 

Dədəyev B. Osmanlı mədəni həyatında töhfə vermiş azərbaycanlı rəssam-şair Şahqulu Pənahi// 



Geostrategiya jurnalı, N 3, 2012 

2.

 



Kərimov K. Soltan Məhəmməd və onun məktəbi. B., 1992 

3.

 



Çelikdağ T.  XV-XVII əə.Osmanlı miniatürlərində Təbriz miniatür ənənələri. // Elmlər namizədi elmi 

dərəcəsi almaq üçün dissertatsiya.   B.,2015 

4.

 

Rəhimova G. K.Kərimovun azərbaycan sənətşünaslığındaki rolu.//Elmlər namizədi elmi dərəcəsi 



almaq üçün dissertatsiya.  B., 2007 

 

 



 

 

 



 


Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

391 


 

OSMANLI İCTİMAİ - ELMİ FİKRİNİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYAN URMİYALI İSHAQZADƏLƏR AİLƏSİ 

ISAQZADE FAMİLY FROM URMİYA WHO PLAYED IMPORTANT ROLE İN THE DEVELOPMENT OF SOCİAL-

SCİENTİFİC THOUGHTS İN OTTOMANS 

Dos. Dr. Bilal Dədəyev  

Bakı Mühəndislik Universiteti 

Xülasə 

Azərbaycan  ilə  Osmanlı  dövləti  arasındakı  ictimai-elmi-mədəni  əlaqələrin  möhkəmlənməsində 



azərbaycanlı  alimlərin  çox  böyük  xidmətləri  olmuşdur.  Bəzən,  alimlərimizin  nəinki,  özləri  eləcədə  uşaqları, 

nəvə  və  nəticələri  də  bu  münasibətlərin  qurulmasında  mühim  rol oynamışlar.  Osmanlı  dövlətində  fəaliyyət 

göstərmiş  belə  azərbaycanlı  ailələrdən  biri  də  əslən  urmiyalı  olan  İshaqzadələr  ailəsidir.  Mənbələrdə  bu 

ailənin  başçısı  urmiyalı  Yəhya  Əfəndi,  Osmanlı  dövlətinə  köçən  ilk  şəxsin  isə  Molla  İshaq  Əfəndi  olduğu 

bildirilir. Urmiyalı İshaqzadələr ailəsinin Osmanlı dövlətindəki fəaliyyətləri XVII əsrin əvvəllərindən XVIII əsrin 

sonlarına  qədər  təqribən  iki  əsrə  yaxın  davam  etmişdir.  Məqalədə  Yəhya  Əfəndidən  başlayaraq  İshaqzadə 

kimi tanınan son nümayəndəyə qədər beş nəsli əhatə edən bu ailənin səkkiz üzvü haqqında məlumat verilir. 

Hər  biri  alim  və  fəzilətli  şəxs  kimi  təqdim  olunan  urmiyalı  İshaqzadələr  ailəsinin  mənsubları  Osmanlı 

dövlətində əsas iş olaraq mədrəsə müdərrisliyi və həmçinin şəhər və vilayətlərin hakimi olan qazi vəzifəsində 

fəaliyyət göstərmişlər.  

Açar sözlər: Urmiyalı İshaqzadələr ailəsi, İshaq Əfəndi, Nur Məhməd Əfəndi, Şeyx Məhməd Əfəndi. 

Abstract 

Azerbaijani scholars played important role in the strengthening of public, scientific and cultural relations 

between  Ottoman  state  and  Azerbaijan.  Sometimes,  not  only  our  scholars,  but  also  their  children  and 

grandchildren played crucial role in the establishment of those relations.  Isaqzades, originated from Urmiya, 

were one of those Azerbaijani families lived and worked in the Ottoman state.   In the sources, Yahya Efendi 

is  mentioned as a head  of the family; while Molla Ishaq  Efendi is stated  as the first member  of the family 

settled  in  Ottomans.   The activity  of Isaqzades in  Ottomans continued from the early of XVII to the late of 

XVIII,  almost  for  two  century.  In  the  article,  it  is  given  information  about  eight  members  of  this  family, 

covering five generation, beginning from Yahya Efendi till the last person who was known as Isaqzade. Every 

member of Isaqzade family who are introduced as scholar and statesmen as a main job in Ottoman state was 

involved to teaching in the Madreses and was appointed as “gazi” of the cities and provinces.   

Key  words: Isaqzade  family  from  Urmiya,  Ishaq  Efendi,  Nur  Muhammed  Efendi,  Sheikh  Muhammed 

Efendi 


Giriş 

Elxanilər  dövləti  (1256–1357)  dövründə  İran,  Çin,    Anadolu  və  Orta  Şərqdən  minlərcə  elm,  sənət  və 

mədəniyyət  xadiminin  bu  ölkənin  mərkəzinə  çevrilmiş  Azərbaycana  gətirilməsi  ilə,    Azərbaycanda    elm  və 

təhsil  yüksək  səviyyədə    inkişaf  etməyə  başladı  *13,  59-79;  7,  147-236].  Bunun  məntiqi    nəticəsi  olaraq 

Azərbaycan XIV-XV əsrlərdə Orta Şərqin  elm və mədəniyyət mərkəzinə çevrildi. Bir çox qonşu dövlətlər kimi 

Osmanlı  dövləti  də  Müsəlman  aləminin  cazibə  mərkəzinə  çevrilən  Azərbaycanla  ictimai-elmi-mədəni 

əlaqələrini daha da gücləndirdi. XV əsrin ikinci yarısı, XVI və XVII əsrlərdə Osmanlı cəmiyyətində  azərbaycanlı 

elm və mədəniyyət xadimlərinə çox böyük hörmət və rəğbət göstərildiyi və dövlət tərəfindən onların planlı 

bir  şəkildə  ölkəyə  gətirilmələri  bilinməkdədir  [5,  289-290;  4,  142;  9,  458;  8,  13].  Bu  da  iki  dövlət  arasında 

bundan  sonraki dövrlərdə də  ictimai-elmi-mədəni münasibətlərin daha da güclənməsinə şərait yaratmışdır. 

Beləcə,  Azərbaycan  ilə  Osmanlı  dövləti  arasındakı  ictimai-elmi-mədəni  əlaqələrin  möhkəmlənməsində 

azərbaycanlı  alimlərin  çox  böyük  xidmətləri  olmuşdur.  Bəzən,  alimlərimizin  nəinki,  özləri  eləcədə  uşaqları, 

nəvə  və  nəticələri  də  bu  münasibətlərin  qurulmasında  mühim  rol  oynayırdılar.  Onlar  da  ata  və  babalarının 

uğurlu  yolunu  davam  etdirərək  Osmanlı  dövlətinin  müxtəlif  şəhərlərində  müdərris  (mədrəsə  müdiri, 

direktoru)  və  qazi  (vilayətin  və  ya  şəhərin  hakimi)  olaraq  yüksək  vəzifələrdə  xidmət  etmişlər.  Osmanlı 

dövlətində fəaliyyət göstərmiş belə azərbaycanlı ailələrdən biri də əslən urmiyalı olan İshaqzadələr ailəsidir. 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə