Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə209/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   205   206   207   208   209   210   211   212   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

394 


 

3.

 



Dedeyev  Bilal.  Yeni  Çağ  Devri  Osmanlı  Devleti'nde  Yaşamış  Karabağlı  Alimler.//  Journal  of  Qafqaz 

University, Volume 2, Number 1, 2014, s. 3-14. 

4.

 

Gelibolulu Mustafa Ali. Künhü’l-Ahbar'ın Tezkire Kısmı. hazırlayan:  Mustafa İsen. Ankara, 1994. 



5.

 

Kastamonlu Latifi. Tezkere-i Latifi. İstanbul,1324. 



6.

 

Karakök  Tunay.  Yükseköğretim  Kurumu  Olarak  Osmanlı’da  Medreseler:  Bir  Değerlendirme.//  Bartin 



Üniversitesi Eğitim Fakültesi Dergisi. Cilt/Volume: 2, Sayı/Issue: 2, Kış/Winter, 2013, s. 208-234. 

7.

 



Qasımov Xeyirbəy. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, 2008. 

8.

 



Rehber jurnalı. No-3, 27 şevval /1 Aralık 1324/1906, Bakı. 

9.

 



Смирнов  В. Д.  Очерк  истории  турецкой  литературы.//  Всеобщая  история  литературы.  под 

редакцией В. Ф. Корша и  

А. И. Кирпичникова,т.IV,СПБ, 1892. 

10.


 

Süreyya Mehmed. Sicill-i Osmani. C. I, II, III, IV, V, İstanbul, 1996.  

11.

 

Şeyhi  Mehmed  Efendi.  Şakaik-ı  Numaniye  ve  Zeyilleri  Vekayiü'l  Fudala.  C.  I,  neşre  hazırlayan: 



Abdülkadir Özcan. İstanbul, 1989.  

12.


 

Taşkın  Ünal.  Klasik  Dönem  Osmanlı  Eğitim  Kurumları.//  Uluslararası  Sosyal  Araştırmalar 

Dergisi,Volume 1/3 Spring 2008, s. 343-366. 

13.


 

Jahn  Karl.  Tebriz  Doğu  ile  Batı  Arasında  Bir  Ortaçağ  Kültür  Merkezi,  çeviren:  İsmail  Aka.//  Ankara 

Üniversitesi Dil ve Tarih-Coğrafiya Fak. Tarih Bölümü Tarih Araştırmaları Dergisi, C. 13, Sayı: 24, 1979-1980, 

Ankara, s. 59-79. 

 

 

 



 

 

 



 

 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

395 


 

AZƏRBAYCAN RƏNGKARLIĞINDA İSTANBUL OBRAZININ FORMALAŞMASININ KULTUROLOJİ ASPEKTLƏRİ 

CULTUROLOGICAL ASPECTS OF FORMATION OF THE IMAGE OF ISTANBUL IN THE AZERBAIJAN PAINTING ART 

Dr. Sevil Kərimova 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

Xülasə  


Postmodernizm  mədəniyyətinin  səciyyəvi  xüsusiyyətlərindən  olan  interpretasiya  amili  son  onillikdə 

humanitar  elm  sahələrində  şəhər  mədəniyyətinə,  onun  tanılan  elementlərinə,  həmçinin  konkret  şəhərlərin 

dünya bədii mədəni irsində əks olunma probleminin həllində imaloji yanaşma aspektini zərürətə çevirmişdir. 

Azərbaycan rəngkarlığında İstanbul tematikası Orta əsrlərdən başlayaraq inkişaf edir, sonralar isə milli təsviri 

incəsənətdə realistik tərzin formalaşması ilə əlaqədar olaraq, Avropa və Rus meyllərini hiss etdirir. XIX əsrdə 

monumental  rəngkarlıq  əsərlərində  İstanbul  mövzusu  və  müvafiq  ikonoqrafiya  romantizm  ruhlu 

“oriyentalizm”  üslubunun  təsirlərini  əks  edirdi.  Burada  İstanbulun  memarlıq  abidələri,  məişət  səhnələri, 

mənzələri  kulturoloji  baxımdan  iki  amili  açıqlanırdı:  mədəni-coğrafi  (uzaq  şəhər,  sivilizasiların  qovuşduğu 

məkan)  və  mədəni-xronoloji  (qədim  tarixi  məkan,  keçmiş  idiliya).  XX-XXI  əsrlərdə  İstanbul  mövzusuna  dair 

siyasi, ideoloji şəraitdən asılı olaraq yeni təsviri yanaşmalar formalaşır. 

Açar sözlər: Azərbaycan rəngkarlığı, İstanbul ikonoqrafiyası, oriyentalizm 

Abstract 

The interpretative factor of Posmodernism's culture has made it an essential aspect of the decade-long 

aspect of humanistic science in addressing the urban culture, its recognized elements, and the problem of 

reflecting the concrete cities in  the world's artistic cultural heritage. The Istanbul theme in  the painting of 

Azerbaijan is evolving from the Middle Ages and then experiences the tendency of European and Russian in 

connection with the formation of a realistic style of national visual arts. In the 19th century, the theme of the 

monumental  paintings  and  the  relevant  iconography  reflected  the  influence  of  romantic  spirit  of 

"orientalism". Depending on  the political and ideological conditions of the theme of Istanbul in  the XX-XXI 

centuries new image approaches are formed. 

Key words: Azerbaijan painting, the Istanbul theme in the painting, orientalism 

Postmodernizm  mədəniyyətinin  səciyyəvi  xüsusiyyətlərindən  olan  interpretasiya  amili  son  onillikdə 

humanitar  elm  sahələrində  şəhər  mədəniyyətinə,  onun  tanılan  elementlərinə,  həmçinin  konkret  şəhərlərin 

dünya bədii mədəni irsində əksolunma probleminin həllində imaloji yanaşma aspektini zərürətə çevirmişdir. 

Qeyd olunan elmi araşdırma aspektində konkret şəhər maddi artefakrların və mənəvi irsin eksplikasiyası kimi 

çıxış  edir  və  mürəkkəb  semantikaya  malik  olan  kompleks  şəklində  təqdim  olunur.  Azərbaycan 

mədəniyyətşünaslığında  şəhərin  sosial-mədəni  simasının,  simvolikasının,  və  ümumiyyətlə,  obrazının 

formalaşması  tədqiqat  obyekti  kimi  son  onilliklərdə  intensiv  inkişaf  etməyə  başlamışdır.  Burada,  ilk  olaraq 

müəyyən  şəhərlərə  dair  bədii  mətnlərin  spesifikası  təhlil  edilir  və  əsasən,  onların  ədəbi  interpretasiyaları 

incələnir. Dünya təcrübəsində  imaloji aspektin  məqsədi və  vəzifələri XIX  əsrin sonlarından başlayaraq fərqli 

elm  sahələrində  müəyyən  edilir  və  bu  proses  hələ  də  davam  etməkdədir.  R.Bart,  K.Levi-Stross,  G.Zimmel, 

D.Klark, K.Linç kimi alimlərin tədqiqatlarında şəhərin mədəni mətninin formalaşma formaları və mərhələləri 

təhlil edilmişdir *3;43+. Şəhərin obrazı, interpretasiyası, ilk növbədə, ümumurbanistik xüsusiyyət daşıyır, lakin 

onun  elmi  tədqiqatı  mədəniyyətşünaslığın  dərin  köklü  dilemmaları  ilə  əlaqəlidir.  Burada  “Şərq  və  Qərb”, 

“ənənəvi  və  müasir”,  “maddi  və  qeyri-maddi”  mədəniyyətlər,  “mədəniyyət  və  sivilizasiya”  kimi  anlayışlar 

nöqtəyi nəzərindən yanaşma fərqli nəticələr əldə etməyə imkan verir. 

Təsviri incəsənətdə şəhərin bədii mətninin formalaşmasında ilk mərhələ onun “memarlıq məkanın fiziki 

obrazı  ilə  bağlıdırsa,  sonrakı  mərhələlərdə  mətnin  oxunması  toposun  simvolikasına,  semantik  qatlara 

müraciət vasitəsi ilə mürəkkəbləşir” və tədqiqatçıdan daha geniş elmi baza tələb edir [8; 154]. XX əsrin ikinci 

yarısından  şəhər  bədii  mətni  “xüsusi  müəllif  modeli  qismində  mövcud  olan  obrazlar  və  obraz,  motiv  və 

süjetlər  kompleksi  təşkil  edən  spesifik  mədəni  fenomen”  kimi  tərif  edilir  [8;  131].  Lakin  bu  halda 

geourbanistikaya  yönəldirilmiş  tədqiqatların  çox  hissəsi  fənlərarası  ümumnəzəri  xüsusiyyət  daşımır  və 

konkret  şəhərlərin  obrazlarının  formalaşma  meyllərinin  müəyyənləşdirilməsinə  yönəlmişdir.  Məhz  bu 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə