Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
388
OSMANLI MİNİATÜR MƏKTƏBİ VƏ AZƏRBAYCANLI RƏSSAM ŞAH QULU
OTTOMAN MİNİATURE SCHOOL AND AZERBAİJANİ ARTİST SHAH GULU
Dos. Dr. Günay Qafarova
Azərbaycan Turizm və Menecment Universiteti
Xülasə
Təbriz miniatür məktəbiincəsənət və mədəniyyət tarixinə yalnız öz adını qızıl hərflərlə yazmayıb, onun
tərbiyyə etdiyi rəssam və sənətkərlar digər ölkələrində miniatür rəssamlıq məktəblərinin inkişafına öz
töhfələrini vermişmişdir.Osmanlı sarayının İ Süleymanın dövrndə üzün illər nəqqaş və baş nəqqaş olmuş Şah
Qulu belə rəssamlardan biridir. Onun əsərləri dünya muzeylərinin incilərindən sayılır və yaradıcılığı daimə
diqqət mərkəzindədi.
Açar sözlər: miniatür, rəssam, Şah Qulu, osmanlı miniatür məktəbi, saz üslubu, təbriz miniatür məktəbi.
Abstrakt
Tabriz did not only write his name in golden letters in the history of art and culture, but his artists and
artists contributed to the development of miniature painting schools in other countries. Shah Gulu, one of
the most prominent and influential figures in the Ottoman palace, is one of such artists. His works are
considered to be the pearls of world museums and his work has always been in focus.
Key word: miniatur, paintinq, Shah Qulu, Ottoman miniatur shool,Tebriz miniature school.
Təbriz miniatür məktəbi dünya incəsənət tarixində özünə məxsus iz qoyub. Bu məktəbin parlaq
nümayəndələri – Sultan Məhəmməd, Ağa Mirak, Mir Seid Əli, Mir Müsəvvir və sairələrinin adı incəsənət
tarixinə qızıl həriflərlə yazılıb. Onların yaratdığı sənət nümunələri dünya muzeylərinin ən qiymətli incilərindən
sayılır. Onlar öz rəsmləri ilə Nizaminin, Sədinin, Firdousinin ədəbi əsərlərinə əbədilik gətirdilər. Onları dünya
ədəbiyyat tarixinə tanıtdilar və avropa ədəbiyyatçılarını Şərq ədəbiyyatının gücünə, cəzibəsinə və dərinliyinə,
fəlsəfəsinə məftun elədilər. Əsrlər keçdikcə bu rəssamların işlərinə maraq itmir, əksinə artır, onlar yenidən
araşdırılır, yeni məlumatlar üzə çıxır. Təbtiz məktəbinin bədii gücü və uzağ görənliyi ö qədər yüksək olub ki,
onlar özlərindən sonra gələn miniatür məktəblərədə təsir ediblər. Onun pik nöqtəsi 15-16 əsrləri əhatə etsə
belə, sonra yaranan Qəzvin, İsfağan, Moğol və Osmanlı rəsm məktəblərinin yaranmasında və inkişafında öz
əksini tapmısdı.
Səfəvi dövlətinin zəiflədiyi bir dövrdə, sənətə və adamlara diqqət azaldığı bir zamanda usta rəssamların
böyük bir hissəsi diğər saraylara üz tutmalı oldular. Qeyd etmək lazımdır ki, onların taleyi müxtəlif oldu. Kim
uğurlu bədii axtarışlarını davam etdirdi, kim isə yeni yerdə özünü tapa bilməyib tarixi axarlarda özünü kayb
etdi.
Məlum tarixi faktdır ki, Osmanlı fatehləri Təbriz ustalarının sənətini bəyənmiş və müxtəlif yollarla onları
öz saraylarına dəvət etmişlər. Türk tarixində bəzi belə rəssamların adı qorunub saxlanılıb. Bir müddət
İstanbulda yaşamış Şah-Qulu I Süleyman tərəfindən saraya dəvət olunur və о, 29 saray rəssamının başçısı
təyin edilir (3, səh. 99)
Bəzi alimlər onu Şahqulu Bağdadı kimi, yəni Bağdadda doğulmuş rəssam kimi qələmə verirlər. O,bir
müddət Təbtizdə, sonralar Amasiyada və İstanbulda yaşamışdır. Təxminən 1520-ci ilin dekabrı ilə 1521-ci ilin
yanvarı arasında Rəssamların Hökmdar Cəmiyyətinə qəbul olunmuşdur. (3, səh.92)
Lakin azərbaycan tarixçisi B.Dədəyev rəssamın ədəbi irsini araşdıraraq maraqlı məlumatlar əldə etmişdir.
“Əslən Təbrizli olaraq bilinən Şahqulu (sadəcə bir yerdə 1546-cı il arxiv sənədində onu "Şahqulu Bağdadi" kimi
təqdim edirlər) haqqında sözsüz ki, ilk məlumatların alındığı yer Osmanlı mənbələridir. Osmanlı təzkirəçiləri
onu daha çox "Pənahi" kimi bir şair olaraq qələmə versələr də, eyni zamanda Təbrizdən gələn azərbaycanlı
nəqqaşlardan biri kimi də təqdim edirlər. Bu mənbələrdən birində Pənahi ləqəbli nəqqaş Şahqulunun Sultan II
Bəyazidin (1481-1512) hakimiyyətinin son illərində oğlu şahzadə Əhmədin bəylərbəyi olduğu Amasiya
şəhərinə Təbrizdən gəldiyi qeyd edilir . Bəzi tədqiqatçılar da sadəcə Aşiq Çələbidə "Sultan Bəyazidi mərhum
zamanında diyari əcəmdən Təbrizdən gəlüp Sultan Əhmədi mərhum şahzadə ikən Amasiyada asitanəsinə
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
389
gəlüp Sultan Səlimi mərhumun cülüsündan İstanbula gəlüp Sultan Süleyman mərhum dövründə nəqqaşbaşı
olmışdı" şəklində keçən bu məlumatı öz əsərlərində istifadə edərək səhfən Şahqulunun məhz 1514-cü ildən
əvvəl Osmanlı dövlətinə getdiyini qeyd etmişlər. Lakin yuxarıda adları qeyd olunan bir neçə mötəbər Osmanlı
arxiv sənədində Şahqulunun Sultan Səlim tərəfindən 1514-cü ildə baş verən "Çaldıran" döyüşündən sonra çox
sayda azərbaycanlı elm və sənət xadimi ilə birlikdə İstanbula aparıldığı açıq bir şəkildə yazılmaqdadır.”(1,səh
56-57)
Bununla yanaşı azərbaycanlı tarixçi rəssamın bioqrafiyasına dair maraqlı faktlar üzə çıxarır və Ustadın
həyat salnaməsini dahada zənginləşdirir. Alim yazır, “... 1526-cı ilin əvvəlində tutulmuş "əhl-i hirəf"in növbəti
maaş dəftərində isə onun adı nəqqaşlara məxsus göstərilən siyahının başında gündəlik qazancı 22 axça olaraq
göstərilir və adının qabağında "Təbrizdən sürgün gəlib Amasiyada cihət buyrulub İstanbul xassə xərcinə
həvalə olunmuş..." cümləsi yazılmışdır. Buradan bir daha aydın olur ki, Şahqulu məhz Çaldıran döyüşündən
sonra sürgün edilərək Osmanlı dövlətinə aparılıb. Onun daha əvvəlki tarixdə şahzadə Əhmədin Amasiyadaki
sarayına işə alınması məlumatı isə həqiqətə uyğun deyildir. Şahqulunun adı keçən son arxiv sənədi isə 15
mart-12 iyun 1546-cı ilə aiddir. Bu əhli hiref dəftərində keçən məlumatlara görə, o gündəlik 25 axça maaş
alaraq "sərbölük", yəni naqqaşların başçısı vəzifəsindədir. Bundan əlavə əlimizdə olan "bayramlarda Sultana
verilən hədiyyələr və sultandan sənətkarlara paylanan ənamlarla" bağlı tarixsiz üç arxiv sənədində də Nəqqaş
Şahqulunun adına rast gəlinir. Burada Sultan Süleymana iki dəfə hədiyyə verən sənətkara, iki min axça pul
mükafatı və bir də "bənəkli kaftan" (xələt) hədiyyə edilmişdir . Lakin, bu sənədlərdə onun vəzifəsi baş nəqqaş
olaraq yox, sadəcə nəqqaş kimi göstərilir. Belə olduğu təqdirdə güman etmək olar ki, ard arda yazılmış bu üç
sənədin tarixi 1546-cı ildən əvvəl olmalıdır.(1,səh.57)
Bu maraqlı və geniş kütləyə bəlli olmayan faktlar Şah Qulunun saraydakı nüfuzunu və hörmətini əks
etdirir. Bu insanın istedadının çox şəhəli olduğunu bir daha sübuta yetirir. Xüsusi vurğulamaq lazımdır ki,
rəssamın yaradıcılığını araşdıran və onun əsərlərini üzə çıxaran Avropa, rus və azərbaycanlı alimlər yuxarıda
qeyd etdimiz kimi, onun ədəbiyyatla, şer yazmaqla bağlı heç bir məlumat vermirlər. Onların arasında Grey,
Robinson, Şükin, Martin, Puqacenkova, Ərafi, Nazarlı,Şukurovun, Qaziyevın, K.Kərimovun, C.Həsənzadənin
adlarını xüsusi vurgulamaq olar. Adı çəkilən alimlər ustadın yaradıcılığına yüksək qiymət vermişlər və onun
istedadlı bir rəssam olduğunu vurğulamışlar.
Onun türk və fars dillərində yazdığı şerləri insanı valeh edir. Təəsüf hissi ilə demək lazımdır ki, belə
əsərlər çox az sayda bizim dövrümüzə qədər gəlib catmışdır.
K.Kərimov öz məşhur “Soltan Məhəmməd və onun məktəbi” adlı əsərində marağlı bir faktı qeyd edir.
“...Şahqulunun türk miniatür sənətinin inkişafındakı böyük rolunu etiraf edən türk sənətşünasları ( C.Yetkin,
A.Sujeyl və b.)belə qeyd edirlər ki, “Bizim rəssamlarımız fateh dövrünə qədər Səlcuq, burssa məktəblərinin,
hətta Qərb sənətkərlarının sənətindən ilhamlandılarsa, Şahqulu bu işə başçılıq edəndən bir müddət sonra
onlar İran sənətinin (Təbriz məktəbi nəzərdə tutulur-K.K) təsiri altına düşdülər.” (2, səh.62.)
Mustafa Alinin “Rəssamların bioqrafiyası” adlı əsərində Şahqulunun Təbrizdə usta Ağa Mirəyin yanında
təhsil alması, onun həmkarları ilə münaqişəyə gətirib çıxardığı pis xasiyyəti olması da qeyd olunur. (3,səh.94)
Adı çəkilən müəllif həmçini yazır ki, Şahqulu Pənahini ustad kimi yüksək dəyərlənirir və qiymətləndirir,
lakin bir şəxs olaraq ona hörmət etmir. Buda yuxarıda deyilən pis xasiyyətin nəticəsidir. Bir faktda göstərilir ki,
Osmanlı baş şahnaməçisi olan başqa bir azərbaycanlı şair Fətullah Arifi ilə münasibətlərinin yaxşı olmadığı da
bildirilir
(1,səh 57.)
O, 1526-cı ildə yüksək vəzifəyə gəlmiş, 1545-ci ildə başçı olmuş və sultandan hədiyyə almağa az bir
müddət qalarkən vəfat etməsi haqda 1555-1556-cı il sənədlərində xatırlanmışdır. (3, səh.96)
Onun sənəti fatehi o qədər valeh edir ki, o ona hər cür qayğı, sayqı və hörmət göstərir. Şah Quluya
хцсуси емалатхана ayrılır, эцнцня 100 аспр верир вя I Süleyman özü тез-тез onun emalatxanasının qonağı
olurdu.
Uzun müddət sarayda işlədiyinə görə və xüsusi himayə gördüyünə görə onunla bağlı kifayət qədər
material hazırkı zamana qədər gəlib чатmışdı. Bu materiallara əsaslanaraq deyə bilərik ki, rəssam əsasən