Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə217/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   213   214   215   216   217   218   219   220   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

408 


 

ehtimal  ki,  uşaq  qəbirlərinə  də  təsadüf  olunurdu.  Dərbəndin  əhalisi  təsdiq  edir  ki,  onlar    Şəhid  oğlanların 

qəbirləridir. Qədim abidələrin sayı 40-a yaxındır, ona grə də buraya “qırxlar” deyirlər... 

...  Qəbirüstü  daşlardan  başqa  şəhərətrafı  yerdə  1243-cü  ildə  (1827-1828  –ci  illərdə)  naməlum,  lakin 

olduqca hörmətli Şeyxin qəbrinin üstündə tikilmiş məqbərə də var idi. Xəstə qadınlar buraya gəlir, dua edir, 

xəstəlikləri  yazılan  kağızı  bura  atır,  sifətlərinə,  gözlərinə,  döşlərinə,  xəstə  yerlərinə  qəbirdən  götürdükləri 

torpağı sürtür, qəbir üstünə çörək, meyvə yemək qoyurdular. Əsasən buraya daha çox Dərbənd müsəlmanları 

Novruz bayramı (yeni il) qabağı axır çərşənbə günü gəlirdilər.Müsəlmanlar arasında nüfuz qazanmış, nəsillər 

üçün adı qalmamış bu Şeyxin möcüzələri haqqında bir  şey deyə  bilmərəm. Burada nəzir  vermək və qurban 

vermək adəti mövcud idi, qurbanı isə “Qırxlar” piramidasında kəsirdilər... (2, 138-139). 

İ.N.Berezinin  əsərində  Fətəli xanın həyat yoldaşı Tuti-Bikə  xanımın məqbərisi haqqında məlumatla rast 

gəlinir.  O,  qeyd  edir  ki,  “...  “Qırxlar”ın  qərb  hissəsində  isə  səkkizguşəli  gözəl  bir  bina  var  idi.  Bu  Dərbənd 

qəhrəmanı Tuta- Bikə xanımın qəbirüstü məqbərəsi idi. O, hicri 1202-ci ildə (1787-1788-ci illərdə), sonuncu 

Dərbənd xanlarından olan oğlu  Əhməd xanın qəbri yanında dəfn  olunmuşdu. Fətəli xanın digər  oğlu Həsən 

xan, Dərbəndi öz qardaşından sonra idarə etmiş Şeyx Əli xanın qəbirləri də burada idi...” (2, 139). 

 Qafqaz  bölgəsində  ilk  məscid  hesab  edilən  Dərbəndin  Cümə  məscidi  haqqında  Berezinin  təsvirləri 

olduqca  geniş  və  dəqiqdir.  Müəllif  yazır:  “Qəlbimdə  böyük  bir  kəşfə  kiçik  ümid  qığılcımı  var  idi:  Dərbəndin 

ətrafından  sonra  mənə  qədim  Dərbənd  şəhərinin  özü  qalmışdı.  Bu  elə  bir  qədim  şəhərlərdən  biridir  ki, 

arxeoloqlardan Mir Aslan adlı birisi onun hətta dünyanın yaranmasına qədərki dövrlərdə yaşamış atəşpərəst 

insanlarla  bağlı  olduğunu  göstərmişdir.  Mənim  ümidim  bütün  dərbəndlilərin  qədimdən  etiqad  etdikləri 

məscidə  idi.  Necə  ola  bilər  ki,  mən  ehtimalımda  yanılam,  necə  ola  bilər  ki,  məni  Kazandan  yola  salan 

himayədarlarımın  xeyir-duasını,  ümidlərini  yerinə  yetirməyə,  müsəlman  dünyasının  böyük  kəşfini 

etməyəm?... 

... Məscid mənim mənzilimdən o qədər də uzaqda deyildi. Məscid Şərqdən Qərbə iki yaruslu paralellər 

şəklində  uzanmışdı.  Məscidin  yuxarısında  əyri  qübbəli  qəşəng  pəncərə  var  idi.  Qərb  tərəfdə  ruhanilərin 

yaşayış yerləri yerləşirdi: onlar da iki yaruslu qabağı qalereyalı idi. Şərq tərəfdə qapılar yan qapıların divarları 

ilə  haşiyələnmişdi.  Şimalda  “mədrəsə”  -  dini  məktəb  yerləşirdi.  Həyətdə  çinarlar  bitmiş,  hovuz  su  kanalı 

ruhanilərin yaşayış yerlərinə bitişmişdi... 

...  Məscidə  şimal  tərəfdən  qəşəng  giriş  var  idi:  qapının  üzərində  Qurani-Kərimdən  müxtəlif  rənglərdə 

yazılmış ayələr parlayırdı. Məscidin daxili üç hissəyə bölünmüşdü: binanın demək olar ki, ortasını tutan əsas 

hissə, sonra arxa hissə  və qabaq hissə. Qabaq hissədə çıxışın birbaşa qarşısında yerləşən “Mehrəb” Məkkəyə 

tərəf  baxırdı.  Burada  “Minbər”  də  yerləşirdi.  Müsəlman  məbədinin  bu  zəruri  atributları  əsas  künbəzin 

altındakı zalda yerləşirdi... 

Hər  iki  yan  bölmələr  mərkəzi  zala  doğru  uzanırdı:  onlar  iki  qalereyadan  ibarət  idi,  o  qədər  də  geniş 

olmayan arkaya söykənirdi. Hər bir qalareyada 18 sütun var idi, arkalar üç sıra idi: Müsəlmanlar daha böyük 

effekt  üçün  məsciddə  bütün  yarım  sütunları  sayırlar  və  deyirlər  ki,  Dərbənd  “Camesi”  80  dirək  üzərində 

durur. Məscid daşdan tikilmiş, kifayət qədər böyük və yaxşıdır!.. (2, 141-142). 

Rusiyalı  şərqşünasın  “Narın  Qala”  haqqındakı  təsvirləri  də  maraqlıdır:  “Dərbənd  Qalası  Narın-Qala 

adlanır.  Şəhərdəki  “Narın  qala”  əzəmətlidir.  Şəhər  qalaya  hündür  bəzən  aşağısında  pəncərələri  olmayan 

evlərdən ibarət dar küçələrlə yapışmışdı. Meydançalarda Şah Abbas tərəfindən tikilmiş fəvvarələrə müxtəlif 

quru  divarlara  təsadüf  olunurdu.  Məscidlər  bəzən  evlərdən  fərqlənmirdi.  Evlər  daşdan  və  torpaqdan 

tikilmişdi, bir-birinin üstünə qoyulmuş nazik xalçalarla ğrtülmüşdü. Ağlıma bir fikir gəlirdi, mənim mənzilimin 

xalçası  ilə  şəhəri  seyr  edəndə  sanki  bütün  Dərbəndin  evlərini  gəzmək  olurdu.  Macəra  sevənlər  üçün  belə 

əlverişli şərait olmasına baxmayaraq Dərbənd evlərində oğruluq olmurdu. Çox ehtimal ki, ona görə ki, kasıb 

dərbəndlilərdən heç nə oğurlamaq mümkün deyildi, ikincisi Dərbənddə qalmaqallı hadisələrin olmadığına aid 

heç  nə  eşitmək  olurdu.  Doğrudanmı  burada  hamı  daş  ürəkli  idi?...Mən  nə  qədər  yatan  şəhərdə  ay  işiğının 

altında gecələrin gözəlliyini sevirdim, uzaqdan  dənizin üfüqlərinə baxır, dəniz dalğalarının səsini eşidirdim.... 

Dərbənd özünün daş tikililərilə yanğından qorunurdu, buna görə şəhər əhalisi küçələrdə tüstüləyən qəlyanları 

ilə  rahat-rahat  gəzişə  bilirdilər.  Evlərin  daxili  qurğuları  üçün  fındıq  (yunan  fındığı)  ağaclarından  istifadə 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

409 


 

olunurdu.  Lakin  özünün  möhkəmliyinə  baxmayaraq  bu  ağaclar  Dərbəndin  iqliminə  dözmür  və  tezliklə 

çürüyürdülər (2, 127-130). 

Rus səyyahları  Bakı  şəhərinin  mədəni  həyatı  haqqında  da  maraqlı  məlumat  vermişdir.  İ.N.Berezin  Bakı 

qalasını  təsvir  edərkən  qeyd  edir  ki,  “...Bakı  qalasının  qurudan  bürcləri  olan  iki  divarı  var  idi.  Divarın  biri 

dənizdən  körpü  ilə  birləşmiş,  yaxşı  müdafiə  olunurdu.  Cənub-Şərq  tərəfdə  təpəliklər  var  idi.  Kiçik  bir  divar 

Türklərin Dağıstanda hökmranlığı zamanı tikilmiş, bəzi yerləri Mustafa Paşanın əmrilə dağıdılmışdı. Ruslar isə 

onu yaxşılaşdırmış, düzəltmiş, möhkəmləndirmiş və genişləndirmişdir. Qərb tərəfdən kiçik çaylar axır, birinci 

və  ikinci  divarlar  arasında  hovuz  var.  Bürclər  rusların  düzəltdikləri  işlərə  aitdir...  Bakı  qalasının  quruda 

qoruyucu bürcləri olan iki qapısı var idi. Şamaxinka Cənub-Şərqdə yerləşir, dağlıq hissə Cənub-Qərbdədir. Bu 

tərəfdən  mən  Bakı  qəbirstanlığını  gəzirdim.  Dəniz  ətrafı  tərəfdə  bir  neçə  çıxışlar  var  idi  ki,  onlar  birbaşa 

divarlardan keçirdi...” (2, 219). 

Rus  şərqşünası  İ.N.Berezin  ən  qiymətli  məlumatlarından  biri  də  Şirvanşahlar  sarayının  təsviridir. 

Şirvanşahlar sarayının ətraflı təsvirini verən səyyah qeyd edir ki, “Burada ən maraqlı yerlərdən biri Şah sarayı 

idi.  Bu  bina  zəmanənin  təsiri  və  insanların  tənbəlliyi  nəticəsində  dağıntılara  məruz  qalmışdı...  Saray  iyrimi 

sajendən  artıq  uzunluqda  idi  və  plana  əlavə  olunan  çoxlu  hissələrdən  ibarət  idi.  Əsas  korpusda  əsasən 

müsəlman  evləri  yerləşmişdi.  Üç  mərtəbəli  evlər,  gözəl  qapıları  ilə  fərqlənən,  baş  korpusda  iki  mərtəbə  də 

müxtəlif  enliklərdə  40-dan  artıq  ev  olurdu.  Görünür  Bakı  hökmdarı  buradan  Bakı  körfəzini  və  Abşeron 

yarımadasının üfüqlərini öz həyat yoldaşı ilə seyr edirmiş. Sarayın fasadı, üz tərəfinin qarşısında həyət var idi. 

Burada  səkkiz  güşəli  daxili  zal,  qəşəng  keçid,  iki  künbəz  var  idi.  Taxtapuş  yox  idi,  onlar  uçmuşdu.  Yuxarı 

mərtəbədəki  divarlar  da  dağılmışdı.  Aşağı  mərtəbədə  pəncərə  yox  idi,  oranı  tövlə  və  anbar  etmişlər.  Bəzi 

yerlərdə  yeni  çıxışlar  açılmışdı,  bəzi  yerlərdə  isə  köhnələri  yenidən  düzəldilmiş,  pilləkənlər  yarı  dağılmış 

vəziyətdə idi. 

... Tikililərdən sol tərəfdə həyətin qarşısında Şah məscidinə o qədər böyük olmayan  yalnız küçə vasitəsilə 

ev  girişi  mövcud  idi.  Sağ  tərəfdə  bütün  təbəqələr  üçün  açıq  hissələr  yerləşirdi.  Burada  Şərq  ənənələrilə 

tikilmiş talvarlar, arkalar, müsəlman memarlığının  ən yaxşı nümunəsi “Divanxanaya” təsadüf olunurdu. Bakı 

hökmdarı divanxanada iclaslar keçirir, səfirləri qəbul edirdi. Bu zalda qalareya, ərəbcə yazılmış sözlər onların 

altında səkkiz guşəli otaqlar var idi ki, Bakı hökmdarı öz əyanları ilə burada otururmuş. Bu məscid Qahirənin 

ən yaxşı ərəb məscidinə bənzəyirdi. 

Həyətdəki divanxana Qərb tərəfdə yerləşirdi, oraya küçədən yol gedirdi... İnsanlar müsəlman memarlığı 

ilə az tanışdırlar. Mənə dedilər ki, saraydan “Qız qalası”na və şəhər divarlarına yeraltı yol olub. Lakin bunun 

nə dərəcədə doğru olduğunu mən deyə bilmərəm... 

...  Saraydan  Qərbdə  aşağıda  geniş    sarayın  ortasında  Şah  məscidi  yerləşir.  Bu  gözəl  kvadrat  formalı 

tikilinin girişi divanxananın əsas girişinə  oxşayır. Sarayın  sol tərəfində  başqa bir məscid  yerləşir. Onun  Qərb 

yazıları  ilə  haşiyələnmiş  minarəsi  var.  Bu  məscidin  1462-1500-ci  illərdə  Şirvanda  hökmranlıq  etmiş  İbrahim 

Xəlilullah  Fərrux  Yasar  oğlu  Şirvanşah  tərəfindən  tikildiyi  ehtimal  olunur.  Sarayın  tikilməsi  də  (1491-ci  ildə) 

ona  məxsusdur.  Bakı  xanları  indi  komendant  olan  yerdə  yaşamışlar.  Divanxananın  girişinin  üstündə  sarayın 

tikilmə tarixi yazılmışdı. 

... Bakı sarayının materialının möhkəmliyinə, tikilmə sənətinə görə bütün Persiyada ən yaxşı müsəlman 

memarlğı  abidələrindən  biri  idi.  Buna bənzər  heç  bir  binaya  rast  gəlmək  olmazdı.  Ancaq  o  öz böyüklüyünə 

görə  İsfahan  və  Tehran  abidələrindən  geri  qala  bilərdi.  Bu  həm  də  Rusiyadan  kənarda  yeganə  Şərq 

saraylarından biri idi. Baxçasaray və Nuxa sarayları da diqqəti cəlb edir. 

...  Şah  məscidində  indi  artileriya  silahları  yerləşdirilmişdi.  Şah  sarayında  qədim  silindir  formalı  qala 

şəhərdaxili  divarların  yanında  ucalmış,  möhkəm  əhəngdən  tikilmiş  və  8  sajan  diametrində  idi.  Onun 

hündürlüyü 20 sajen olardı; daxilində nərdivanlar, yan tərəfdə isə dənizə çıxış var idi...” (2, 220-225). 

İ.N.Berezin  Qız  Qalasının  da  ətraflı  təsvirini  vermişdir:  “Bakılılar  bu  qalanı  “Qız  qalası”  adlandırırdlar. 

Onun  tarixini  danışır,  bütün  Persiyada    bunun  tayı  olmadığını  göstərirdilər.  Deyirdilər  ki,  hansısa  bir  şah  öz 

qızına  aşiq  olub,  qız  isə  görüş  yeri  üçün  bu  qalanın  tikilməsini  xahiş  edib.  Lakin  atasının  təqibindən  yaxa 

qurtarmaq üçün burada gizlənib. Konstantinopolun da öz qız qalası var... 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə