Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə216/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   212   213   214   215   216   217   218   219   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

406 


 

Meyvə bağları ....................................................              150 ------- 

Şumlanmış sahə     .....................................................       750 ------- 

Pravoslav kilsəsi ..............................................                   1 

Erməni kilsəsi .....................................................                 1 

Sinaqoq (yəhudi kilsəsi) .....................................                  1 

Güründüyü  kim  1820-1840-cı  illərdə  Berezin  Dərbənd  şəhərində  cəmi  40  erməni  ailəsinin  olduğunu 

qeyd  edir.  Müxtəlif  müəlliflərin  də  verdiyi  məlumatlarda  XVIII  əsrin  II  yarısı  -  XIX  əsrin  20-40-cı  illərində 

Dərbənd şəhərində erməni əhalisinin sayı olduqca cüzi olmuşdur. 

1870-ci illərdə Cənubi Qafqazda olmuş digər bir rus səyyahı S.Q.Qmelində Dərbənd şəhərində cəmi 100 

erməni  ailəsinin  olduğunu  göstərmişdir.  Qmelinin  məlumatlarına  görə,  “şəhərdə  yaşayan  təxminən  4000 

ailədən  cəmisi  100  ailə  ermənilərdən  ibarətdir  ki,  onların  əksəriyyəti  ya  sənətkarlıq,  ya  taxılçılıq,  ya  da 

heyvandarlıqla  keçimlərini  təmin  edirdilər.  Onlar  xana  heç  bir  vergi  ödəmirlər  lakin,  qarşlığında  şəhərdə 

asyişə nəzarət etməli idilər...” (5, 19)”. 

Rus şərqşünası İ.N.Berezinin  ən  əhəmiyyətli məlumatlarından biri də  Dərbənd şəhərinin sosial həyatını 

ümumi  xarakterizə  edən  “Dərbənd  cəmiyyəti”  haqqında  verdiyi  məlumatlardır.  Müəllif  bu  haqda  yazır:  “... 

Dərbənddə iki cəmiyyətin biri hərbçilərdən, mülki məmurlardan ibarət rus cəmiyyəti, digəri müsəlmanlardan, 

jidlərdən  (yəhudilərdən)  ibarət  yerli  cəmiyyət  idi.  Rus  cəmiyyəti  olduqca  az  sayda  idi.  Çünki şəhərin  idarəsi 

tam inkişaf etməmişdi. Rus kilsəsinə rus cəmiyyətinin bütün üzvləri gəlirdi. Hərbçilər və mülki şəxslər subay 

idilər. Gəlmələrin  əksəriyyəti öz doğma yerlərinə  qayıtmaq  istəyirdilər...  Dərbənd  məmurlarının xidmətdən 

sonra nə ilə məşğul olmaları mənə məlum deyildi. Lakin mən bilirdim ki, qiraət burada zəif idi və ya yox idi ... 

Dərbəndin  yerli  cəmiyyəti  tamamilə  başqa  cür  idi:  onlar  hamısı  bazarlarda,  küçələrdə,  karvansaraylarda, 

hamamlarda, məscidlərdə  yaşayırdılar. Küçə  ilə  gedəndə  keçmiş  qalabəyi, şəhər rəisi, xeyriyyəçi Məhərrəm 

bəyi görmək olurdu.. Bütün şəhər əhalisi evdən kənarda yaşayırdı. İş dərbəndlilər üçün sonuncu məşğuliyyət 

idi, halbuki onlar digər din qardaşları kimi əməksevər idilər...  

... Dərbəndlilərin xarakteri aranlılarla dağlıların qarşışq xarakterinə bənzəyirdi. Dərbəndlilər o qədər də 

qoçaq,  xeyirxah  deyil,  hiyləgər,  o  qədər  də  ağıllı  deyildilər...  Dərbənddə  kişi  ilə  qadınlar  biri-birilərilə  yaxşı 

rəftar edirdilər. Qadınlar çadrada gəzirdilər. Qızlar səhənglə bulaq başına, fəvvarələrə gedəndə onları görür 

və sevirdilər...” (2, 159-162). 

Rus  şərqşünası  Bakının  sosial  həyatını  belə  təsvir  edir:  “Bakıda  gənclər  cəmiyyəti  mövcuddur.  Bu 

cəmiyyətin ən şən üzvləri rəisləri M.M. Bolşov olan dənizçilərdir. Hər dördüncü gün bütün Bakı cəmiyyətini öz 

ətrafına toplayır. Burada qəza rəisi və komendant da olur... 

... Doğrudur Bakıda rus mülkədarları yox idi, bütün cəmiyyət qulluqçulardan ibarət olurdu. Qışda burada 

geniş  toplantılar  olurdu.  Bunun  Zaqafqaziyada  tayı-bərabəri  olmurdu.  Şamaxıdan,  quberniya  şəhərindən 

çoxlu insanlar gəlib Bakıda şənlənirdilər. Bakı ilə Həştərxan arasında da ən yaxşı münasibətlər var idi. Mənim 

üçün  Bakı  çox  münasib  idi...  Bakıda  yaşamaq  o  qədər  də  baha  deyildir,  yanacaq  çoxdur.  Müstəmləkələrə 

azuqə Rusiyadan gətirilirdi. bazarda mal ətini yalnız bazar günü tapmaq olurdu..” (2, 220-221). 

Şərqşünas İ.N.Berezin Bakı qəzasının etno-siyasi durumunu belə təsvir edir: “... Bakı əyalətinin əhalisinin 

əksəriyyəti  şiə  təriqətinə  etiqad  edən  müsəlmanlardan  ibarət  idi...  Şəhərdə  ruslardan  başqa  200-ə  qədər 

erməni ailəsi də yaşayırdı. Ehtimal etmək olar ki, hələ Sasanidlər dövründə buraya farslar köçürülmüş, lakin 

bu  əhalidən  əsər-əlamət  qalmamış,  onlar  müsəlmanlaşdırılmış  və  xarakterlərini  dəyişdirmişdilər.  Sonrakı 

dövrlərdə farslar Bakıya gəlmir, əksinə Bakıdan bəziləri Persiyaya köçmüşdülər. Bakının fars-tat əhalisi, türk – 

azərbaycan  dialektində  və  tat  ləhcəsində  danışırdılar....  Mənə  Bakıdan  150  verst  aralıda  ərəb  əhalisinin 

yaşaması haqqında da danışdılar, lakin mən qəti olaraq buna inanmıram (2, 246-247). 

Rus şərqşünası Bakılıların xarakteri haqqında yazır: “Bakı müsəlmanlarının böyük əksəriyyəti ticarətlə 

məşğul olurlar. Ədalətli sivilizasiyalı Dağıstan əhalisi hesab olunurlar. Bakı əhalisi sakit təbiətli mehriban

gülərüz və nəvazişlidir. Digər yerlərdə olduğu kimi onlar üçün mükəmməllik idealı nümunəvilik predmeti əsas 

yer tutur...” (2, 246). 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

407 


 

Rusiyalı  səyyah  İ.N.Berezin  Cənubi  Qafqaza  səyahəti  zamanı  bölgənin  tarixi,  siyasi  coğrafiyası,  sosial-

iqtisadi  həyatı  ilə  yanaşı,  regionun  mədəni  həyatı,  tarixi  memarlıq  abidələri,  qalaları,  dini  inanc  məkanları, 

adət-ənənələri, musiqisi haqqında da maraqlı məlumatlar vermişdir.  

İ.N.Berezin  bölgənin  aparıcı  şəhərlərindən  biri  olan  qalalar  şəhəri  Dərbənd  şəhərinin  tarixi  memarlıq 

kompeksini  və  qala  divarlarını  bu  şəkildə  təsvir  edir:  “Dərbənd  özünün  vəziyyəti  ilə  üç  hissəyə  bölünürdü: 

yuxarı  hissə  və  ya  qala,  orta  hissə,  və  ya  şəhərin  özü,  aşağı  hissə  və  ya  dənizətrafı...  Dərbəndin  müdrik 

qurucuları  bütün  şəhərin  daş  hasarla  əhatə  etmişdilər.  Bu  nəhəng  tikintini  gəzib  qurtarmaq  çətin  idi.  Buna 

görə də öz-özlüyündə mənim birinci ekspedisiyam şəhər divarlarının ətrafını gəzməkdən ibarət oldu. 

...  Tamaşaçı  borusu  və  kompası  götürərək  Kizlar  qapısından  çıxaraq  şəhərin  divarlarını  gəzdim.  Mən 

gördüm  ki,  köhnə  divarda  dəhşətli,  böyük  300  puda  yaxın  daşlar  divarın  eni  boyda  idilər.  Az  bir  məsafədə 

xüsusilə şimal divarlarda çoxsaylı bürclər var idi... 

... Dərbənd divarlarının bir neçə qapısı var idi. Dənizdən başlayaraq şimal divarın qapısı “Daş qapısı” və 

yaxud  “Dubar  qapısı”  adlanır.  Şəhərin  aşağı  hissəsi  də  belə  adlanırdı.  “Qırxlar  qapısı”  “Qırxlar” 

qəbiristanlığının arasında, nəhayət üçüncü, sonuncu “Carçı qapısı” yerləşirdi. Bu qapı xanın carçısının adı ilə 

adlanırdı,  o,  xalqa  hökmdarın  iradəsini  elan  edirdi.  Cənub  divarında  beş  qapı  var  idi:  “Dubar  qapısı”,  “Yeni 

qapı”, “Orta qapı”, “Boyat qapısı” və nəhayət “Qala qapısı”... 

... Dərbənd qapıları dairəvi tacmavan, qübbədən ibarətdir ki, bu da müsəlman memarlığına deyil, Bizans 

memarlığına aid idi. Qeyd edək ki, bu dediklərimizin heç bir mənası yoxdur, çünki Dərbənd qapıları bir neçə 

dəfə yenidən tikilmişdir... 

... Dərbənd qapılarının çoxunda ərəb dilində qədim daşüstü yazılarına təsadüf olunur, maraqlısı odur ki, 

bu  yazılar  çox  yüksəklikdə  yerləşmiş,  kifayət  qədər  dəyişikliyə  məruz  qaldığından  onları  oxumaq  mümkün 

deyldi. Dərbənd divarlarında da ərəbcə yazıları olan daşlara da təsadüf olunur. Burada bir qəbirüstü yazıdan 

başqa  heç  bir  tarixilik  yox  idi.  Mən  qədim  bir  şəhərə  gəlmişdim.  Lakin  icazə  verin:  mən  sizə  Boyat  qapısı 

üzərində yazılmış rus yazısını təqdim edim: “ Zəmanənin itaətsizliyi dağıtmış, mənə tikdirmişdir. 1811-ci il.” ... 

...  Dubar  qapılarında  mənə  Dərbəndə  gəlmiş  bir  arxeoloqun  izlərini  göstərdilər:  Odessanın  qədim  və 

tarixi  cəmiyyətinin  kommisioneri  Karaim  Firkoviç  qapının  yanında  guya  altında  xəzinə  olan  süni  kurqanlar-

qədim  qəbirüstü  təpəliklər  aşkar  etmişdir.  K.  Firkoviç bir  neçə  soba  açmış  və  aşağıdkı  daşüstü yazılar  aşkar 

olunmuşdur: 

                                  A            M 

                                  D            V 

                                  C             C 

Eramızın  1505-ci  ilini  göstərən  bu  daşı  mən  Q.  Buçkiyevdə  də  gördüm.  Dərbəndin  qədimliyini  sübut 

etməyə  çalışan  insanlar  A.M-nı  Makedoniyalı  İsgəndər  (Aleksandr  Makedonski)  oxumaqla  onun  qədimliyini 

sübut etmək istəyirdilər!...” (2, 128-129). 

Müəllif qeyd  edir ki, “ ... Dərbənd qapılarının quruluşu  yeni dövrə  aiddir. “Dərbəndnamə”də  altı şəhər 

qapısı,  Knyaz  Qantemir  Dərbənddə  11  qapı,  Bronovski  6,  Q.Eyxvald  2  qapı  olduğunu  göstərirlər.  Sonuncu 

alimin fikirlərinə mən şübhə ilə yanaşıram: necə ola bilər ki, belə qədim və böyük şəhərin  2 qapısı olsun...” (2, 

129). 

Rusiyalı səyyah tarixən məhşur olan və özündə müəslman sufi-mistik təfəkkürünün gizlintilərini qoruyub 



saxlayan  Dərbəndin  “Qırxlar  qəbiristanlığı”nı belə  təsvir  edir: “...Şəhərin  müsəlman  qəbirstanlığı  poeziya  ilə 

nəfəs  alır:  mistik  daşüstü  yazılarla  örtülü  nəhəng  daşlar  zamanın  təsirilə  dəyişmiş,  biri  digərinin  üstünə 

düşərək  qaydasız  mənzərə  yaratmış,  kiçik  ağaclar  qəbirlərin  üstünə  düşmüşdür.  Burada  olan  yarı  dağılmış 

məscid,  dəniz  dalğalarının  səsi,  dənizin  mənzərəsi  qədim  şəhərə  bir  hüzn,  kədər  verirdi.  Əslində  Qırxlar 

ruhların sehri üçün ən əlverişli yer idi!.. 

...  Qırxların  qədim  qəbirüstü  daşları  özünün  nəhəngliyi  ilə  seçilirdi.  Burada  sanki  böyük  insanlar, 

pəhləvanlar  uyuyurdu:  onlar  üçün  1,5  sajen  uzunluğunda  qəbirlər  düzəldilmişdi.  Onların  arasında  kiçik, 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə