Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə215/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   211   212   213   214   215   216   217   218   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

404 


 

İlya  Nikolayeviç  Berezin  1818-ci  ilin  iyul  ayının  19-da  Perm  quberniyasının  Ekaterinburq  qəzasında 

məmur ailəsində anadan olmuşdur. Ekaterinburq qəzasında peşə məktəbində və Perm gimnaziyasında təhsil 

alaraq, 1834-cü  ildə orta təsilini başa vurmuşdur. Həmin  ildə Kazan  Universitetinin şərqşünaslıq fakültəsinə 

daxil  olmuşdur.  Berezin  Kazan  Universitetində  professorlar  A.Kazımbəy  və  F.Erdmanın  rəhbərliyi  altında 

xüsusi olaraq ərəb və fars dillərini öyrənmişdir. 1837-ci ildə Universiteti bitirən Berezin şərq filologiyası üzrə 

magistr dərəcəsi almışdır (6, 173–177).  

Berezin 1841-ci ildə «Что способствует развитию просвещения и останавливает ход его в державах 

магометанских» adlı dissertasiyasını müdafiə edərək elmlər namizədi elmi dərəcəsini alır. Növbəti il, 1842-ci 

ildə    Berezin  Universitet  rəhbərliyinin  təlimatı  əsasında  və  Unversitetin  hesabına,  A.Kazımbəyin  plan  və 

göstərişləri  əsasında  Şərq  ölkələrinə  özünün  elmi  səyahətinə  çıxır.  Üç  il  müddətində  Zaqafqaziya,  Persiya, 

Mesopotomiya, Suriya, Livan, Fələstin, Misir, Kiçik Asiya ölkələrində səyahətdə olaraq, şərq dillərini daha da 

dərindən  öyrənməklə  yanaşı,  həmçinin  bu  yerlərin  xalqlarının  həyat  tərzini  və  Qədim  Şərq  dövlətlərinin 

ədəbiyyatını öyrənir (8, 511-512; 6, 173–177). 

İ.N.Berezinin şərq ölkələrində apardığı qiymətli araşdırmalar, topladığı olduqca əhəmiyyətli məlumatlar 

1845-1846-cı illərdə Kazan Universitetinin “Elmi Əsərlər”  toplusunda nəşr olunur (Bax: 9; 10; 11). 

Şərqin praktiki dil bilikləri və ədəbiyyatı ilə zənginləşdirilmiş çox geniş matereal toplayan gənc şərqşünas 

Kazana qayıdaraq 1846-cı il 19 (31) mart tarixində doğma Universitetinin türk dili kafedrasında eksdraordinar 

(ştatdankənar) professor vəzifəsini tutdu. 1847-ci ilin martında Kazan Universiteti Fəlsəfə fakültəsinin I şöbəsi 

Berezinin gündəliyini müzakirə edərək belə qənaətə gəldi ki, o, “Şərqə dair çox qiymətli materialların zəngin 

mənbəsidir” (7, 132.).  

Kazanda  Berezin  9  il  ərzində  müntəzəm  olaraq  Universitetdə  mühazirə söylədi. 1855-ci  ildə Peterburq 

Universitetinin  nəzdnində  Şərq  dilləri  fakültəsi  açıldıqdan  dərhal  sonra  o,  paytaxta  dəvət  olundu  və  həmin 

fakültənin türk-tatar dilləri kafedrasının ştatlı professoru təyin edildi. 1855-ci ildə Berezin Kazanı tərk edərkən 

“Catalogue  des  mémoires  et  des  médailles  du  cabinet  numismatique  de  l’université  de  Casan”,  (Kazan 

Universiteti numizmatika kabinetinin sikkələr və abidələr katoloqu” adlı məcmuə nəşr etdirdi. 

Peterburqdakı  fəaliyyəti  dövründə  alimin  “Türk  tayfalarının  xalq  ata  sözləri  (1856)  «Народные 

пословицы  турецкого  племени»  (1856),  “Guide  du  voyageur  en  Orient.  Dialogues  arabes  d’après  trois 

principaux dialectes: de Mésopotamie, de Syrie et d’Egypte” (1857), “Şərq səyahının bələdçisi. Ərəblərin üç 

əsas  dialekti:Mesopotomiya,  Suriya  və  Misir,  “Türkiyə  müntəxabatı”  (3  cilddə.,  1857–1890),  həmçinin 

persiyanın  məhşur  dövlət  xadimi  və  tarixçisi  (Hülaki-Elxani  vəziri)  (1247–1318)  Rəşidəddin  ət-Təbibinin 

“Monqolların tarixi” «История монголов» əsəri rus dilində tərcümə və qeydlərlə nəşr olunub.  

Bununla  yanaşı  Berezin  müxtəlif  dövrü  məcmuələrdə  Şərq  ölkələri  haqqında  çox  geniş  seriyalı 

məqalələrlə  çıxış  etmişdir.  Xüsusən  “Moskva  xəbərləri”  «Московских  Ведомостях»  məcmuəsində  nəşr 

olunan “İran körfəzi”, “Türkiyə polisi”, həmçinin “Rus xəbərləri” dərgisində «Русском Вестнике» nəşr olunan 

“İstanbulda ramazan” (1856), “Bayram” (1856), Səhra mənzərələri «Сцены в пустыне» (1856), “Müsəlman 

qadının xoşbəxtliyi” «Блаженство мусульманина» (1867) adlı əsərləri nəşr edilmişdir.  

1864-cü  ildə  Berezin  “Xan  Yarlıklarına  görə  Cuci  Ulusunun  daxili  quruluşu»  “Внутреннее  устройство 

улуса Джучиева по ханским ярлыкам” adlı doktorluq dissertasiyasını müdafiə edir və növbəti il  bu tədqiqat 

işi  kitab  halında  nəşr  edilir.  1871-ci  ildə  Berezin  Peterburq  Universitetinin  əməkdar  professoru  adına  layiq 

görülür.  1889-cu ilin dekabr ayında isə Peterburq Universitetinin fəxri üzvü seçilir (Bax: 4). 

Peterburq  Universitetinin  “Türk-tatar  ədəbiyyatı”  kafedrasının  professoru  İ.N.Berezin  1896-cil  mart 

ayının 22-də (3 aprel) Peterburqda vəfat etmişdir (Bax: 12).  

V.V.Bartold  görkəmli  şərqşünas  İ.N.Berezin  haqqında  bunları  demişdir:  “Baxmayaraq  ki,  İ.N.Berezinin 

elmi bioqrafiyası iki dövrə - Kazan və Peterburq dövrlərinə bölünür, məhz Kazanda bu böyük alim hərtərəfli 

istedada  malik  tədqiqatçı  və  şərqşünaslığın  müxtəlif  sferalarında  mükəmməl  alim  səviyyəsinə  yüksəlmişdir. 

Bartold  həmçinin  qeyd  edir  ki,  Berezin  təkcə  filoloq  kimi  deyil  həm  də  tarixçi  kimi  özünün  elmi  və  alimlik 

fəaliyyətinin  ilk  dövrlərində  tam  aydın  baxışlara  sahib  olmuş  və  sona  qədər  bu  yanaşma  öz  stabilliyini 

qorumuşdur” (1, 737). 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

405 


 

Berezinin Şərq ölkələrinə səyahətinin məcmusu olan “səyahətnaməsi” iki cilddə “Şərqə Səyahət” adı ilə 

Kazanda  nəşr  edilmişdir.  Müəllifrin  səyahətnaməsinin  birinci  cildi  “Dağıstana  və  Zaqafqaziyaya  səyahət” 

(1849) (Bax: 2) ikinci cildi isə “Şimali Persiyaya Səyahət” (1852) adlanır (Bax: 13).  

İlya  Nikolayeviç  Berezinin  “Dağıstana  və  Zaqafqaziyaya  səyahət”  əsəri  Cənubi  Qafqaz  və  Azərbaycan 

tarixinin,  siyasi  coğrafiyasının,  şəhərlərinin,  əhalinin  sosial-iqtisadi  vəziyyətinin  öyrənilməsi  baxımından 

olduqca əhəmiyyətlidir. 

1.

 

Dərbənd və Bakı şəhərlərinin sosial-mədəni həyatının təsviri 

Rus  səyyahı  İ.N.Berezin  XIX  əsrin  birinci  yarısında  Cənubi  Qafqazın  və  Azərbaycanın  sosial-iqtisadi  və 

mədəni həyatı haqqında olduqca qiymətli məlumatlar vermişdir. İlk növbədə Dərbənd şəhərinin ümumi sosial 

həyatı haqqında məlumat verən İ.N.Berezin yazır: “Dərbəndin orjinal fizionomiyası ilə tanış olmaq üçün bazarı 

gəzmək kifayətdir. Burada möminlərin adi ictimai həyatı cəmləşmişdi: köhnə paltar alverçilərinin qışqırtısı, öz 

işlərilə  məşğul  olan  misgərlərin  taqqıltısı,  çarvadarların  qulaqları  batıran  qeyri-adi  səsləri,  qırmızı  saqqal 

tacirlərin mühüm görünüşləri diqqəti cəlb edirdi. Dərbənd bazarı demək olar ki, şəhərin yarısını tutur. İpək və 

kağız məhsulları ilə dolu dükanlar küçə kimi uzanır, onlara iki karvan saray bitişmişdi. Bunlar dörd qapılı böyük 

evlər olub yoldan keçən gəlmələrin heyvanları və özləri üçün idi...” (2, 147). 

Şərqşünas  İ.N.Berezinin  Dərbənd  bölgəsinin  sosial  həyatı  haqqındakı  məlumatları  olduqca 

əhəmiyyətlidir.  Berezin  şəhərin  etnik  mənzərəsini  belə  təsvir  edir:  “...  Dərbəndin  əhalisi  əsasən  şiə 

təriqətindən olan müsəlmanlardan ibarətdir. Sünnülər burada azdır və “mikellər” adlanırlar. Onlardan başqa 

burada  ermənilər  və  jidlər  (yəhudilər)  də  yaşayır.  Jidlər  Dağıstanlı  qardaşları  kimi  öz  dinlərinə  çox  bağlı 

deyillər. Dərbənddə yalnız xidmətdə olan ruslar yaşayırdılar...” (2, 149). 

Dərbən  əhalisinin  dili  haqqında  məlumat  verən  Berezin  qeyd  edir  ki,  “Dərbənddə  türk  dili  hakimdir. 

Dərbənd dialekti Qərbi türk dilinə məxsusdur. Dərbəndlilər bir neçə hərfin deyilişini dəyişmişdilər. Onlar “dir” 

şəkilçisi əvəzinə “di” şəkilçisini işlədirlər...” (2, 151). 

İ.N.Berezin  öz  əsərinin  əlavələr  hissəsində  Dərbəndin  1825  və  1842-ci  illərdəki  müxtəlif  sahələrinin 

göstəricilərini  özündə  əks  etdirən  statistik  cədvəl  vermişdir.  Bu  cədvəl  həmin  dövrün  sosial  həyatını  təhlil 

etməyə imkan verir (2, Əlavələr IV. Statistik cədvəl). 

Dərbənd şəhəri 

1842-ci il 

Əhali: 

Kişi                 ..............................                     5745 nəfər 



Qadın            .................................                    5963 nəfər    

Şəhərətrafı və kənd evləri .....................            1800  

Erməni ailəsi ..........................................            40  

Jidov (Yəhudi) ailəsi .............................             60                             

Məscidlərin sayı .......................................          16 

1825-ci ildə Dərbənd əhalisinin ümumi sayı ..........  10294 nəfər 

         Erməni ailəsi....................................                      40 

         Yəhudi ailəsi .....................................                     89 

         Karvansaray .....................................                     3 

         Hamam ...................................................               4 

         Un dəyirmanı ..........................................                8 

Torpaqlar ...........................................................              17, 650 sajen 

O cümlədən, Əkin sahəsi ...................................              10, 000 sajen 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə