Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə218/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   214   215   216   217   218   219   220   221   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

410 


 

...  Bu  rəvayətlər  bəlkə  də  həqiqətə  uyğun  deyil,  mən  isə  belə  hesab  edirəm  ki,  bu  qala  yaxınlaşan 

gəmiləri  müşahidə  etmək  və  şəhəri  müdafiə  etmək  üçün  qoruyucu  gözətçi  qala  olub.  O,  yəqin  ki,  rusların 

Xəzər  dənizində  quldurluq  etdikləri  və  Bərdəyə  basqın  etdikləri  zamanlarda  tikilibdir.  Bu  barədə  ərəb 

coğrafiyaşünası Məsudi də bəhs etmişdir... 

...  Qalanın  qülləsində  indi  Rusiya  bayrağı  dağalanırdı.  Buradan  şəhər  çox  mənzərəli  görünürdü: 

yelkənlərini aşağı salmış gəmilər öz reydlərini edir şəhər divarları yaxınlığında üzən gəmilərdə rəngli bayraqlar 

dalğalanır,  müxtəlif  dillərdə  danışanların  səsi-küyü  azalmır,  bazarda  qızğın  alver  gedirdi.  Şah  sarayından 

mənzərə daha geniş, görünüşü daha müxtəlif idi...” (2, 225). 

Rus səyyah  Bakının ümumi görünüşü, memarlıq  üslubu  və  digər  tarixi-memarlıq abidələri haqqında da 

məlumat  vermişdir:  “Şəhər  daxilindəki  böyük  məscid  daha  əzəmətli  idi.  Əlbəttə  Bakı  məscidi  bütün 

cəhətlərinə,  hətta  qədimliyinə  görə  Dərbənd  məscidindən  geri  qalırdı.  Məscid  xaricdən  demək  olar  ki, 

yaxınlıqdakı binalardan çox da fərqlənmirdi. O, bazara yaxın yerdə yerləşirdi.  Əsas zal ərəb və fars zövqü ilə 

hazırlanmışdı.  Bəziləri  onun  Böyük  Şah  Abbas  tərəfindən  tikildiyini  iddia  edirlər.  Lakin  Şahın  tarixçisi  və 

salnaməçisi  İsgəndər  Munşi  bu  barədə  heç  nə  yazmamışdı.  Buna  görə  də  mən  ədalət  naminə  demək 

istəyirəm  ki,  bu  məscid  Şirvan  şah  Fərrux  Yasar  oğlu  tərəfindən  tikilmişdi.  Hazırda  məscid  başqa  şəkildə 

mövcuddur o, yeniləşmiş və təmir edilmişdi. Bu məscidin Dərbənd məscidi ilə müqayisə etsək burada daha 

çox persiya, Dərbənd məscidində isə ərəb memarlıq üslubu üstünlük təşkil edirdi... 

... Bakıda məscid çoxdur, lakin üçü minarəlidir: Şah məscidi və digər iki məscid. Bütün minarələr Persiya 

üslubu ilə tikilib. Onlar dairəvi, ağır və o qədər də hündür deyildir... 

... Şamaxı qapılarına çıxdıqda qarşıda gözəl şəhərətrafı (forştat) mənzərə görünür: bura şəhərə nisbətən 

daha  genişdir. Geniş küçələr, bağçalarla  bəzənmiş  evlər  diqqəti  cəlb  edirdi.  Şəhər  ətrafında dükanların  sayı 

binalarınkı qədər idi. Onlar əsasən qonaqlara, karvanlara xidmət edir, dəvələr və uzunqulaqlar şəhər ətrafının 

geniş meydanlarını tuturdular...” (2, 226-227). 

Berezin qeyd edir ki, “... Qmelin bu tərəflərdəki qədim Bakının xarabalıqları, şəhər ətrafı xan malikanəsi, 

möhkəmləndirilmiş  qəsr  haqqında  yazmışdı:  indi  bütün  bunlar  mövcud  deyildi.  Zaman  və  insanlar  hər  şeyi 

məhv etmişdi. Bakıdan şimalda indi əzəmətli karantin müəssisəsi tikilmişdi. Bakıdan qərbə və cənubda daş və 

torpaq təpəliklər uzanır, dağlıq qapılar tərəfdə Bakı qəbiristanlığı yerləşirdi. Bu qəbristanlıqda mən qədim heç 

nə  tapa  bilmədim.  Bakılı  qədimilik  həvəskarları  məni  inandırmağa  çalışırdılar  ki,  burada  qədim  daşlar  olub, 

sonralar  isə  onlar  it-bata  düşüb...  Abşeron  yarımadasındakı  qədim  Köhnə  Bilgədə  X,  XI,  XII  yüzilliklərin 

yazılarına rast gəlmək olurdu... 

Bakı şəhərinin cənub tərəfi daha mənzərəlidir. Buna görə də buradan onun görünüşünü çəkməyə cəhd 

etdim:    evlər  qəribə  bir  qaydasızlıqla  biri  digərinin  üstünə  yüksəlir,  bütün  şəhər  üzərində  isə  Şah  sarayı 

hökmranlıq  edirdi.    Onunla  yanaşı    Şah  məscidinin  minarələri,  şəhərin  ortasında  duran  minarə,  böyük 

məscidin  minarəsi ucalır. Küncdə dənizə tərəf isə “Qız qalası” uzanırdı...” (2, 227-228). 

Rus  səyyahının  ətraflı  şəkildə  təsvir  etdikləri  tarixi  memarlıq  abidələri  çərisində  “Atəşgah”  xüsusi  yer 

tutur. “Atəşgah” haqqında İ.N.Berezin yazır: “Atəşgahı bütün əzəmətilə daha yaxşı görmək üçün mən axşam 

saat 9-da  poçt arabası ilə yola düşdüm. Bakı komendantı Q.Korjinskinin sərəncamı ilə məni bir kazak süvari 

də  müşaiyət  edirdi.  Mən  Bakıdan  Şərqdə  və  Şimal  Şərqdə  Suraxanı  və  Əmircan  kəndləri  arasında  yerləşən 

böyük  və  ya  “Köhnə  Atəşgah”a  çatdım.  Bakıdan  qərbdə  18-ə  qədər  kiçik  atəşgahlar  da  var  idi.  “Köhnə 

Atəşgah”ı haqlı olaraq sönməz atəşgah adlandırırlar: nə külək, nə yağış, nə qar, nə tufan onu söndürə bilir.... 

Atəşgaha  gedən  yol  daşlı  yoldur.  Yolda  iki  müsəlman  kəndinə  rast  gəlmək  olur:  birinci  Keşlə  adlanır,  adi 

məscidli  kənddir,  ikincisi  Suraxanı  adlanır,  yoldan  bir  qədər  aralıdır...  Gecə  Atəşgaha  yaxınlaşdıqca  qarşıda 

təpəciklər görünür, hər yer fövqaladə dərəcədə mənzərəli idi...  

...  Mənzərə  ardıcıl  idi:  əvvəlcə  yalnız  indus  binasının  yüksək  borusundan  beş  atəş  axını  görünürdü,  o, 

sanki  havada  uçurdu.  İndus  binasının  yaxınlığında  öz  başına  torpaqdan  çıxan  başqa-başqa  atəşgahlar  aydın 

nəzərə çarpırdı. Ağ-sarı rənglu atəşin dilləri külək istiqamətində fantastik şəkil alır, dayanmadan bir-birini əvəz 

edir,  yox  olur,  birdən  yenidən  əmələ  gəlirdi  və  daha  parlaq  olurdu.  Təəccüblü  deyil  ki,    Şərq  xalqlarının 

təsəvvüründə  bu  möcüzənin  gözəlliyi  və  əzəməti  bu  atəşə  müəmmalı  güc  və  fövqəltəbii  əhəmiyyət  verirdi. 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

411 


 

Atəş  axını  yolun  hər  iki  tərəfinə  bir-birindən  uzaq  olmayan  məsafədə  yayılırdı.  Mənim  yanımda  bir  tərəfdə 

onların sayı 14, digər tərəfdə 8 idi.  Şimali-Qərb tərəfdə olduqca dərin quru quyu yerləşirdi... 

...  Atəşgahdan  mən  İndusların  binasına  baxmağa  tələsdim.  Bu,  mənim  səfərimin  əsas  məqsədini  təşkil 

edirdi. Mən aydınlaşdırmaq istəyirdim ki, onların oda sitayişinin mahiyyətini öyrənmək istəyirdim. Onlar nəyə 

görə  özlərini  müəmmalı  oda  həsr  etmişdilər?  Bu  induslar  kim  idi?  Onlar  islamdan  sonra  öz  dini  qalıqlarını 

burada  davam  etdirmək  istəyən  atəşpərəst  fars  lebrovları  idimi,  yoxsa  Qanq  çayı  sahillərindən  burada 

yaşamaq istəyən oda sitayiş edən hindlilər idimi?... (2, 249-253). 

Rusiyalı  səyyah  Cənubi  Qafqazın  dini  adət-ənələri  və  incəsənəti  haqqında  da  maraqlı  məlumatlar 

vermişlər.  Bu  haqda  İ.N.Berezin  yazır:  “...  Mühafizəkar  şiələr  kimi  bakılılar  da  Əli  və  onun  oğullarının  ölüm 

gününü “aşura”nın onuncu gününü yas saxlayırlar. Persiya dini faciəsi Dərbənddəkindən daha çox qızğınlıqla 

keçirilir. Bəzən elə olurdu ki, şiələr öz şəbihləri  zamanı şəhər ətrafında sünnülərlə toqquşurdular: bu zaman 

əsil faciə baş verirdi: qızışmış fanatiklər bir-birlərinə dəyənəklə hücum edirdilər. Onların dini dözümlüklərini 

bərpa  etmək  məqsədilə  qəza  rəisi  at  belində  gəlir  və  dini  fanatikləri  sakitləşdirirdi.  Bu  isə    şəbihin  sonrakı 

gedişinə  mane olmurdu. Lakin Şamaxıda sakitliyi bərpa etmək üçün bir alay  əsgər  göndərmək lazım  gəlirdi. 

Dərbənddə bu şəbih “Ya Həsən, ya  Hüseyn!”, “Oy həsən, oy Hüseyn” Bakıda isə “Ya Həsən, ya Şah Hüseyn” 

adlanırdı. Ruslar bunu deməkdə çətinlik çəkir “Xusey Çuksey” deyirdilər. “Oy Həsən, oy Hüseyn” şəbihi mənə 

çox  yaxşı  məlumdur,  mən  onu  burada  təsvir  etmirəm.  Ona  görə  ki,  onu  Tehranda  tam  əzəmətilə  görmək 

mənə nəsib oldu..” (2, 246-247). 

İ.N.Berezin Bakılıların musiqi mədəniyyətini belə təsvir edir: “...Biz Buzovnada Əliyar bəyin qonağı olduq. 

Şərqsayağı  şam  yeməyindən  sonra  müsəlman  musiqi  və  çalğıçıları  yorulmuş  qonaqları  əyləndirmək  üçün 

çağrıldı.  Orkestr  4  alətdən  ibarət  idi.:  İki  balaca barabandan  ibarət  olan  nağara, dörd  cərgəli  simdən  ibarət 

olan  balalayka-saz,  fleytanı  xatırladan  balaban,  mis  dairədən  ibarət  qaval.  Orkesti  saz  idarə  edirdi.  Şərq 

musiqiləri öz ecazkarlığı ilə avropa musiqilərindən müqayisəolunmaz dərəcədə üstün idi. Baxmayaraq ki, mən 

Tehranda, Qahirədə və İstanbulda da şərq mahnıları dinləmişdim, ancaq Əliyar bəyin Abşeron yarımadasında 

evində dinlədiyim mahnılar onların hamısından daha xoşagələn idi...” (2, 267). 

Nəticə 

XVIII-XIX əsrlərdə Cənubi Qafqaza səyahət etmiş səyyahların və missionerlik fəaliyyəti ilə məşğul olmuş 



şəxslərin  əsərlərində  bu  bölgənin  siyasi  tarixi,  sosial-iqtisadi  və  mədəni  həyatı  ilə  bağlı  əks  olunan  təsvirlər 

regionun öyrənilməsi üçün əhəmiyyətli rola malikdir. 

Xüsusilə də bu əsərlər içərisində İlya Nikolayeviç Berezinin “Səyahətnamə”si xüsusi əhəmiyyətə malikdir. 

Rus  şərqşünası  İlya  Nikolayeviç  Berezinin  “Dağıstan  və  Cənubi  Qafqaza  səyahət”  əsərində  XIX  əsrin  birinci 

yarısı Cənubi Qafqazın, o cümlədən Azərbaycanın siyasi həyatı, şəhərləri, sosial-iqtisadi və mədəni həyatı əks 

olunmuş, həmçinin bölgənin tarixi və siyasi coğrafiyası mənbələrə istinadən təsvir edilmişdir. 

Ədəbiyyat 

1.

 



Бартольд В.В. И.Н. Березин как историк. — В кн.: Академик В.В. Бартольд. Сочинения. Т. IX. М., 

1977. 


2.

 

Березин И.Н. Путешествие по Дагестану и Закавказью. тom. 1, Казан, 1849. 



3.

 

Владимирцов  Б.  И.Н.  Березин  —  монголист.  —  В  кн.:  Записки  Коллегии  востоковедов  при 



Азиатском музее АН СССР. Т. 1. Л., 1925. 

4.

 



Густерин П. В. Илья Николаевич Березин  —  представитель Казанской  школы востоковедения. 

— В кн.: Записки Коллегии востоковедов при Азиатском музее АН СССР. Т. 1. Л., 1925. 

5.

 

Гмелин  С.Г.  Путешествие  по  России  для  исследования  трех  царств  природы.  Ч.  3.  Половина 



первая. СПб.: Тип. ИАН, 1785. 

6.

 



Данциг Б.М. Русские путешественники на Ближнем Востоке. М., 1965. 

7.

 



История отечественного востоковедения до середины XIX века. М., 1990. 

8.

 



Энциклопедический словарь Брокгауза и Ефрона. T.3. c.511-512 

9.

 



Ольденбург  С.  И.Н. Березин  как  путешественник  и исследователь  иранских наречий.  —  В  кн.: 

Записки Коллегии востоковедов при Азиатском музее АН СССР. Т. 1. Л., 1925 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə