Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə226/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   222   223   224   225   226   227   228   229   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

428 


 

belə  münasibətlər  qurur)  göstərir  ki,    bu  da  MDB  məkanında  həmin  dövrdə  ixracın  ən  yüksək  həddinə 

çatmasına səbəb olmuşdur. 2015-ci ildə isə MDB ölkələrinə qaz ixracının olmaması ixracın həcmini 525,4 mln. 

dollara    və  ya  ümumi  ixracda  xüsusi  çəkini  4,6%-ə  endirmişdir.    Başqa  sözlə  həm  MDB  ölkələri,  həm  də 

Türkiyəyə ixracın həcmi onların Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazı alıb almamasından asılı 

olaraq  dəyişmişdir  ki,  bu  da  ölkəmizin  ixracının  keyfiyyətcə  mənfi  tərəfinin  göstəricisidir.  Bu  deyilənləri 

ümumiləşdirsək Azərbatycanın Türkiyə ilə  ticarətində idxal daima artmış və 2011-ci ildən  bu tərəfə 1 mlrd 

dollardan artıq olmuş, 2012-ci ildə isə 1,5 mlrd dollara çatmışdır. Azərbaycandan  Türkiyəyə ixrac isə 2015-ci 

ilədək yalnız 2007-ci ildə 1,1mlrd doll. olmuşdur. Qaz ixracı hesabına 2015-ci ildə  1,5 və  2016-ci ildə 1,1 mlrd 

dollar olan ixrac o dövrədək orta hesabla idxaldan 3 dəfə aşağı olmuşdur.  2016-cı ildə isə Türkiyədən olan 

idxal bu ölkəyə olan ixracdan 48,8 mln. doll. çox olmuşdur. 

Türkiyədən Azərbaycana idxalın tərkibi 

Ticarət əlaqələrinin başqa keyfiyyət göstəricisi olan  idxal və ixracın  tərkibinə gəldikdə Türkiyədən  idxal 

edilən  məhsulların  çeşidinin  böyük  olması  bu  ölkənin  ölkəmizin  idxalında  hələ  uzun  müddət  mühüm  yer 

tutacağından  xəbər  verir.  Belə  ki,  2016-cı  ildə  Azərbaycan  Türkiyədən  972  mal  möveyinə  aid  məhsul  idxal 

etmişdir. Bu məhsulların  77,7%-nin  və ya 755 mal mövqeyinin dəyəri 1 mln. ABŞ  dollarınadək, 4,3%-i və ya 

42 mal mövqeyinin dəyəri 1-1,5 mln dollar arası, 7,9%-i və ya 77 mal mövqeyi 1,5-3 mln. dollar arası, 3,5%-i 

və ya 33 mal mövqeyi 3-5 mln  arasında, 3,1%-i və ya 30 mal mövqeyi 5-8 mln doll. dəyəri arasındadır.  8-10 

mln doll. arasında cəmi 12 mal mövqeyi (1,2%) 10-15 mln doll. arasında isə 15 mal mövqeyi (1,5%) olmuşdur. 

4  mal  mövqeyi  15-20  mln.  doll.  arası,  4-ü  isə  25  mln-dan  çox  olmaqla  onların  hər  biri  0,4%  idxal  payına 

malikdirlər. 1,2 mlrd. dolların belə çox məhsullun arasında  bölünməsi isə  Türkiyə iqtisadiyyatının nə qədər 

hərtərəfli inkişaf etdiyini və ixracının şaxəli olduğunu göstəricisidir. Türkiyədən idxalda dəyəri 10 mln-dan çox 

olan  məhsullar  24  mal  mövqeyini  əhatə  edirlər.  Onlar    sitrus  meyvələri  (11  mln  doll.),  unlu  qənnadı 

məmulatlar  (15,5  mln.),  dərman  vasitələri  (16,2  mln.  ),  polimerlər,  boyalar  və  laklar  (14,6  mln.),  sabun  və 

sabun kimi istifadə olunan yuyucu vasitələr (10 mln.) sabun istisna edilməklə  yuyucu və təmizləyici vasitələr 

(33,5 mln.), plastmas çubuqcuqlar, millər və s. (12,5 mln.), plastmasdan plitələr, təbəqələr, plyonkalar və s. 

(13 mln.), daşıma və qablaşdırma üçün məmulatlar, tıxaclar, qapaqlar və s. (10 mln.), kağızdan, kartondan və 

sairədən hazırlanmış qutular, kisələr, paketlər və s. (11,5 mln.), trikotaj məmulatları (10 mln.), kişi geyimləri 

(13,3 mln.), qadın geyimləri (10 mln.), dəmir və ya polad məmulatları (13 mln.) qara metaldan konstruksiyalar 

və onların hissələri (38,3 mln.), qara metaldan digər məmulatlar (15,2 mln.), maye və qazların süzülməsi  və 

təmizlənməsi  üçün  qurğu  və  avadanlıqlar  (10  mln.),  elektrik  transformatorları  (15  mln.),  izolyasiya  edilmiş 

kabellər,  məftillər    və  s.  (18,7  mln.),  bütün  növ  mebellər  və  onların  hissələri  (48  mln.),  lampalar,  fənərlər, 

işıqlandırıcı vasitələr və s. (10 mln.) gigiyenik vasitələr və uşaq bələkləri, əskiləri (25,5 mln.)  mal mövqeyinə 

aiddirlər. 8 mln.  dollardan çox dəyərə malik  olan  45 mal  mövqeyi  isə   ümumi  idxalın  41,2%-ni  və ya  486,2 

mln.  dollarını  əhatə  edir.  Həmin  məhsullardan  sitrus  meyvələrinin  65%,  sabun  istisna  edilməklə  yuyucu  və 

təmizləyi  vasitələrin  65,6%-i,  herbisidlər,  bitki  boyartımı  vasitələrinin  60,4%,-i,  plastmas  cubuq,  millər  və  s. 

məmulatların  81,9%-i,  kağız,  kartondan  və  sairədən  olan  qutular,  yeşilkər  və  sair  qablaşdırma  taralarının  

74,1%,-i,  kənd  təsərrüfatı,  bağçılıq  və  meşə  təsərrüfatı  üçün      maşın  və  s.  avadanlıqların  80,1%-i,  gigiyenik 

vasitələrin 67,1%-i yalnız Türkiyədən idxal edilmişdir.  

Azərbaycanın Türkiyəyə ixracının tərkibi 

Azərbaycanın  Türkiyəyə  ixracı  cəmi  186  mal  mövqeyini  əhatə  edir.  2015  və  2016-cı  illərdə  qaz  ixracı 

hesabına Azərbaycanın  Türkiyəyə ixracı 1 mlrd dolları ötsə də ixracın tərkibini müsbət tərəfdən xarakterizə 

etmək  mümkün  deyildir.  Azərbaycanın  2016-cı  ildə  Türkiyəyə  ixrac  etdiyi  məhsullardan  yalnız  20-si  1  mln. 

dollardan yüksək dəyərə malikdir. Həmin məhsullardan isə yalnız  on mal mövqeyi 10 mln. dollardan  yüksək 

dəyərə malikdir ( Cədvəl 3).  

 

 



 

 

 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

429 


 

Cədvəl 3 Azərbaycanın Türkiyəyə ixracında  əsas yer tutan məhsullar 

Mal mövqeyinin adı 

Dəyəri, 


mln. 

ABŞ doll. 

%-lə 

Həmin 


məhsulların 

ixracında    payı, 

%-lə 

Cəmi 


1185663,1 

100 


 

Daş  kömür  qatranının  yüksək  temperaturlu  qovulmanın  yağı  və 

digər məhsulları,  kq 

21 330.5 

1,80 

100 


Xam  neft  və  bitumlu  minerallardan  alınan  xam  neft  məhsulları,  

kq 


59 439.9 

5,01 


0,90 

Bitumlu  minerallardan  alınmış  neft  və  neft  məhsulları,  xam 

məhsullar istisna olmaqla, kq 

65 269.8 

5,50 

16,01 


Neft qazları və digər qaz halında karbohidrogenlər, m3 

840 735.5 

70,91 

76,66 


Elektrik enerjisi, 1000 kVt.saat 

18 197,8 

1,53 

64,20 


Asiklik  spirtlər  və  onların  halogenləşdirilmiş,  sulfolaşdırılmış, 

nitrolaşdırılmış və nitrozalaşdırılmış törəmələri, kq 

13 525,7 

1,14 


39,87 

Etilen polimerləri, ilkin formalarda, kq 

38197,7 

3,22 


46,99 

Saflaşdırılmış mis və emal olunmamış mis ərintiləri, kq 

11614,0 

0,98 


93,06 

Emal olunmamış alüminium, kq 

46541,4 

3,93 


93,42 

Qalınlığı  0,2  mm-dən  çox  olan  alüminium  plitələr,  təbəqələr, 

zolaqlar və ya lentlər, kq 

24915,7 


2,10 

52,24 


Mənbə: Azərbaycanın gömrük statistikası *3+ 

Qalan on mal mövqelərinin 2-si 1-2 mln.doll. arası, 1-i 2,4 mln. doll. dəyərində, 2-si 3-4 mln. doll. arası, 

2-si 4-5 mln. doll. arasında, 3 isə 5-6 mln. doll. arasında dəyərə malikdir. 1 mln-dan yüksək dəyərə malik olan 

ixrac  məhsullarının  ümumi  dəyəri  1 176  mln.  doll.  olmaqla  Türkiyəyə  olan  umumi  ixracın  99,2%-ni  təşkil 

etmişdir. Elə həmin məhsullar da Azərbaycanın bütövlüklə ixracında  əsas yer tuturlar (89,5%). Ümumiyyətlə 

isə bu məhsulları dörd qrupda birləşdirmək olar 1. Neft və neft məhsulları, qaz, elektrik enerjisi ( 983,6 mln. 

doll); 2. Kimya məhsulları (73 mln.); 3.  Sonadək emal edilməməmiş metallar və metal xammalı (85,4 mln.); 3. 

Sonadək emaldan keçməmiş pambıq lifi və ipliyi, ilkin emal edilmiş  dəri məmulatları (23 mln.). Bu qrupların 

heç birinə aid olmayan 1,5 mln. doll. dəyərində qaldırıcı və ya yükləyici böşaldıcı avadanlıqlarla təchiz edilmiş 

yükləyicilər də vardır ki, bu məhsulun ixracının  94%-i yalnız Türkiyəyədir. Bu isə onu göstərir ki, bu məhsulun 

istehsalını artırmaqla ixrac coğrafiyasını genişləndirmək imkanı vardır. Həmçinin Türkiyəyə olan ixracda 1 mln. 

dollardan  yüksək  dəyərə  malik  olan  məhsulların  əksəriyyətinin  böyük  hissəsi  yalnız  bu  ölkəyə  ixrac  edilir. 

Məsələn  emal olunmamamış alüminiumun 93,4%-i, saflaşdırılmamış mis və mis anodların 95,6%-i,  pambıq 

lifinin 91,4%-i, emal edilməmiş qoyun və quzu dəriləri ilə daş kömür qətranının məhsullarının  hamısı yalnız 

Türkiyəyə ixrac edilmişdir. Həmçinin mis çubuqlar və profillərin, iri buynuzlu mal-qaranın ilkin aşılanmış və ya 

təzə halda olan dərilərinin, qazın da ixracının 70%-dən çoxu yalnız Türkiyəyə olmuşdur. Başqa sözlə əgər bu 

ölkə hansısa br səbəbdən bu məhsulları almaqdan imtina edərsə onda ölkəmizin ixrac imkanları məhdudlaşa 

bilər. Başqa bir tərəfdən isə ixrac edilən məhsulların hamısı ya xammal halında, ya da ilkin emaldan keçən və 

ya  yarımfabrikat halındadırlar ki, bu emal zamanı dəfələrlə artıq əldə edilən gəlirin itirilməsi deməkdir. Eyni 

zamanda  nəticədə ölkəmiz həmin məhsulların çox baha qiymətlərlə başqa ölkələrdən alıcısına çevrilir. 

Nəticə  

1. Hazırkı dövrə qədər Azərbaycanın ixracında neft bölməsindən asılılğı azaltmaq üçün görülən tədbirlər 

ciddi  səmərə  verməmişdir.  Azərbaycanın  ümumi  idxalında    isə  nəinki  ölkədə  istehsalı  mümkün  olan,  hətta 

Azərbaycanın özünün ixrac edə biləcəyi məhsulların payı hələ də yüksəkdir ki, nəticədə ölkənin yaxın illərdə 

mənfi ticarət saldosu ilə üzləşəcəyi təhlükəsi vardır;  

2.  Azərbaycanın  Türkiyə  ilə    olan    ticarət  dövriyyəsində  son  illərdə  ixracın  həcminin  böyük  olması  ilk 

baxışda  idxal  və  ixrac  arasında  ciddi  fərq  olduğunu  gostərməsə  də,    qaz  ixracını  istisna  etsək  idxal  ixracı 

dəfələrlə üstələyər;  

3. Türkiyədən Azərbaycana idxal olunan məhsullar 972 mal mövqeyini əhatə edir və əsasən emal edilmiş 

məhsullardırlar.  Azərbaycandan  Türkiyəyə  ixrac  edilən  məhsullar  cəmi  186  mal  mövqeyini  əhatə  edirlər  ki, 

onların  yalnız  20-si  1  mln.  dollardan  yüksək  dəyərə  malikdirlər.  Həmçinin  ixras  məhsullarının  71%-i  yalnız 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə