Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə225/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   221   222   223   224   225   226   227   228   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

426 


 

iqtisadi  səviyyəyə  isə  yalnız  2005-ci  ildə  çatmaq  mümkün  olmuşdu.  Müstəqilliyimizin  ilk  illərində 

Azərbaycanın xarici ticarətində olan problemlər əsasən Rusiyaya satılan neft maşınqayırması avadanlıqlarının, 

şərab, pambıq, tütün, tərəvəz və meyvə  kimi kənd təsərrüfatı məhsullarının satılmamasına, əvəzində ölkənin 

aldığı taxıl, şəkər kimi ərzaq məhsullarının isə kəskin çatışmamasına səbəb olmuşdur. Əslində bu məhsulların 

alınmaması  başqa  respublikaların  iqtisadiyyatını  özünün  xammal  mənbəyinə  çevirən  Rusiyanın  da 

iqtisadiyyatına ziyan vursa da, bu respublika     müttəfiq respublikaları belə şantaj edərək onları yeni formada 

İttifaqda birləşməyə vadar etmək istəyirdi. Həmin dövrdə  müttəfiq respublikalar özləri öz aralarında və xarici 

ölkələrlə ticarət əlaqələri yaratmaq təcrübəsinə  malik olmadıqlarından onların başqa ölkələrlə, eyni zamanda 

keçmiş  sovet  respublikaları  ilə  əlaqələr  yaratmasına  müəyyən  vaxt  lazım  gəlmişdi.  Eyni  zamanda  müttəfiq 

respublikalar  arasında  birbaşa  ticarət  əlaqələrinin  yaradılmasına    bu  əlaqələrin  bərpa  olunması  ilə  yenidən 

müstəqilliyimizin itiriləcəyi qorxusu maneə olurdu.  Lakin Rusiyanın gözlədiyinin əksinə olaraq əvvəlcə yaxın 

qonşular  olan  İran  və  Türkiyə  ilə  ilə,    sonralar  isə  tədiricən  dünyanın  daha  uzaq  ölkələri  ilə  Azərbaycanın  

əlaqələrinin  genişlənməsi  həm  Rusiyadan  asılığı  azaldır,  həm  də  artıq  müstəqilliklərini  möhkəmləndirmiş 

müttəfiq respublikaların öz arasında birbaşa əlaqələrinə şərait yaratmışdı ki, bu da xarici ticarətin həm hazırkı 

tərkibini, həm də coğrafiyasını formalaşdırmışdır.  

Adətən hansısa bir ölkənin ticarət dövriyyəsini xarakterizə edərkən onun həcminin böyüklüyü ilə yanaşı, 

ixracın idxalı üstələməsi, yəni müsbət saldonun olmasına mühüm diqqət yetirilir. Bu cəhətdən Azərbaycanın 

ticarət dövriyyəsi ildən ilə artmaqla yanaşı, 2004-cü ildən bu tərəfə daima müsbət saldoya malik olmuşdur.  

Lakin mütəxəssislər belə kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişiklikləri ilə də müşayət olunmasına mühüm 

əhəmiyyət verirlər. Belə ki, hər hansı bir ölkənin ixracının tərkibinin həm müxtəlif məhsullardan ibarət olması, 

həm də ucuz xammal əvəzinə emal olunmuş məhsullarla ticarət əsas keyfiyyət göstəriciləri hesab olunur. Bu 

iki  əsas  keyfiyyət  göstəricilərinin  hələ  də  Azərbaycanın  ixracında  olmaması  isə  2014-cü  ildən  başlayaraq 

özünün mənfi nəticələrini aydın göstərməkdədir. Neftin qiymətinin kəskin düşməsi əsasən neft gəlirlərindən 

ibarət  olan  ixracın  tərkibinin  və  coğrafiyasının  ciddi  dəyişilməsinin  zəruri  olduğunu  bir  daha  sübut  etdi 

(Diaqram).  Diaqramdan  göründüyü  kimi  2000-ci  ildən  bu  tərəfə  ixracda  neft  məhsulları  2005-ci  il  istisna 

olmaqla  80%-dən  

Diaqram  Mineral yanacaq, neft və neft emalı məhsullarının ixracda payı 

 

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *1+ 



 yüksək olmuş, hətta 2008-ci ildə 97,1%-ə çatmışdır. Başqa bir tərəfdən ixrac olunan neft məhsullarının 

əsas  hissəsi  xam  neft  olmuşdur  ki,  bu  da  qeyd  etdiyimiz  kimi  ixracın  tərkibini  müsbət  tərəfdən  xarakterizə 

etmir.  Eyni  zamanda  neftin  qiymətinin  aşağı  düşməsi  2014-cü  ildən  başlayaraq  ixrac  gəlirlərinin  kəskin 

azalmasına səbəb olmuşdur ki (Cədvəl 1), bu da ölkənin həm ticarət əlaqələrində, həm də bütövlüklə iqtisadi 

siyasətdə ciddi dəyişikliklər edilməsini labüd edir. Bu cəhətdən  məqalədə  

 

 



 

 

58,4 



66,4 61,4 68,9 

78,6 85,1 

91,4 88,9  86  82,2 

76,8 


84,6 81,4 

97,1 92,8 94,1 94,5 93,1 92,7 92,4 

86,5 

0

20



40

60

80



100

120


19

95

19



96

19

97



19

98

19



99

20

00



20

01

20



02

20

03



20

04

20



05

20

06



20

07

20



08

20

09



20

10

20



11

20

12



20

13

20



14

20

15




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

427 


 

Cədvəl 1. Azərbaycanın ticarət dövriyyəsi, mln. ABŞ dolları ilə 

İllər 

Ticarət dövriyyəsi 



İdxal 

İxrac 


Saldo 

1991 


4 002,2 

1 881,2 


2 121,0 

239,8 


1995 

1 304,9 


667,7 

637,2 


-30,5 

2000 


2 917,3 

1 172,1 


1 745,2 

573,1 


2005 

8 558,4 


4 211,2 

4 347,2 


136,0 

2010 


27 960,8 

6 600,6 


21 360,2 

14 759,6 

2014 

31 016,3 



9 187,7 

21 828,6 

12 640,9 

2015 


21 945,8 

9 216,7 


12 729,1 

3 512,4 


2016 

17 675,7 

8 532,4 

9 143,3 


610,9 

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *2+ 

Azərbaycanın   mühüm  iqtisadi  tərəfdaşlarından olan Türkiyə ilə də olan ticarət əlaqələrinin təhlili   

edilməsi qarşıya məqsəd qoyulmuşdur. 

Azərbaycan  müstəqillik  qazananda  xarici  ticarət  əlaqələrini  ilk  növbədə  İran  və  Türkiyə  ilə  qurmuşdur. 

Əgər 1992-ci ildə Azərbaycanın idxalında  Müstəqil Dövlətlər Birliyi  (MDB) ölkələri 62,7%, ixracda isə 45,1 % 

tutrdusa, 1995-ci ildən başlayaraq bu ölkələrin payı idxalda, 1999-cu ildən başlayaraq isə ixracda  azalmışdır.  

Paralel olaraq 1995-ci ildən başlayaraq Türkiyənin  idxalda payı yüksəlmişdir. Müstəqilliyimizdən keçən dövrə 

ümumi nəzər salsaq Türkiyədən Azərbaycana olan idxalın ən yüksək payı 1995-1998-ci illər arasında olduğu 

məlum  olur    ki,  bu  da  MDB  ölkələrindən  Azərbaycanın  ən  çox  məhsul  idxal  etdiyi  Rusiyanın  ticarət 

münasibətlərini  təzyiq  vasitəsinə  çevirdiyi  dövrlə  üst-üstə  düşür.  Sonralar  belə  siyasətin    həmin 

respublikaların  dünyanın  başqa  ölkələri  ilə  əlaqələrinə  səbəb  olduğunu    görən  Rusiya  tamamilə  əks  ticarət 

siyasəti  yeridərək  keçmiş  sovet  respublikalarını  özünün  ixrac  dairəsində  saxlamağa  çalışsa  da,  artıq  dünya 

ölkələri ilə əlaqələrini genişləndirmiş Azərbaycanla əlaqələri əvvəlki həcmə qaytarmaq mümkün olmamışdır. 

Nəticədə  MDB  ölkələrindən  Azərbaycana  idxalın  həcmi  mütləq  rəqəmlə  artsa      və  hazırda  sabit  qalsa  da, 

həmin  ölkələrdən  olan  idxalın  xüsusi  çəkisi  2010-cu  ilədək  təxminən  sabit    qalmış,  2010-cu  ildən  sonra  isə 

azalaraq  2015-ci ildə 21,3%-ə qədər düşmüşdür. Əgər MDB ölkələrindən idxal 1992-ci il ilə müqayisədə 3,3 

dəfə  artmışdırsa  həmin  dövrdə  Türkiyədən  idxal  13,4  dəfə  artmışdır  ki,  bunu  da  Cədvəl  2-də  bu  ölkənin 

ölkəmizə olan idxalda yerinin 1 və 2-ci olması aydın göstərir.   

Cədvəl 2 Azərbaycanın ticarət dövriyyəsində Türkiyənin xüsusi çəkisi və yeri 

Ticarət 

Ticarət dövriyyəsində payı, %-lə 

Ticarət dövriyyəsində yeri 

2011 


2013 

2015 


2016 

2011 


2013 

2015 


2016 

Cəmi 


4,8 

5,7 


12,1  

13,1 




İdxal 


13,3 

13,7 


12,7 

13,8 




İxrac 


1,7 

2,2 


11,6  

12,4 


12 

11 


13 

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi *2+ 



 Əgər  idxalın  həcminin  və  coğrafiyasının  dəyişməsinə  Azərbaycanın  bazarının  məhsullarala  təmin 

olunması və manatın  məzənnəsi təsir  etmişdirsə, ixracda  ölkənin ixrac məhsullarının tərkibi əsas amil kimi 

çıxış  edir.  Azərbaycanın  müstəqillik  qazanandan  bu  tərəfə  olan  dövrdə  ixracında    neft  və  neft məhsulları   ( 

xüsusən də xam halda) ilə təbii qazın üstün olması ixracın həcmi və coğrafiyasında əsas rol oynayır. Türkiyə 

isə neft və qaz istehsalçısı olmayan ölkə kimi bu məhsulların idxalçısı olduğundan Azərbaycananın bu ölkəyə 

ixracı  bu  məhsulların  satılmasından  asılı  olaraq  həm  mütləq  rəqəmlə,  həm  də  xüsusi  çəkidə  dəyişərək 

müxtəlif  səviyyələrdə  olmuşdur.  Məsələn  Azərbaycanın  Türkiyəyə  ixracında  ən  yüksək    xüsusi  çəki  1998-ci  

(22,4%)  və  2007-ci  illərdə  (17,4%)  olmuşdur.  Lakin    əslində  təhlil  etdiyimiz    dövrdə  Türkiyəyə  ixrac  mütləq 

rəqəmlə ən yüksək həddinə 2015-ci ildə çataraq 1,5 mlrd. doll. və ya ümumi ixracın 11,6%-i qədər  olmuşdur. 

Eyni zamanda Cədvəl 2-dən  göründüyü kimi 2016-cı ilədək Türkiyə Azərbaycanın ixracında heç  ilk onluqda 

olan  ölkələrdən  də    olmamışdır.  MDB  ölkələrindən  isə  Azərbaycanın  əsas  ixrac  tərəfdaşı  olan  Rusiyanın 

özünün  neft  və  təbii  qaz  istehsalçısı  olması  bu  ölkənin  Azərbaycandan  yalnız  kənd  təsərrüfatı  məhsulları 

idxalında bazara çevirir. Azərbaycanın kənd təsərrüfatının isə hasilat sənayesi ilə müqayisədə çox zəif inkişafı 

təbii  ki,  bu  ölkəyə  ixracın  həcminin  kiçik  olmasına  səbəb  olmalıdır.  Lakin  statistik  məlumtların  təhlili  2007-

2014-cü  illər  arasındakı  dövrdə  Rusiyanın  Azərbaycandan  təbii  qaz    da  idxal  etdiyini  (dünyanın  əsas  qaz 

ixracçısı olan bu ölkə reeksport məqsədilə və ya müəyyən siyasi səbəblərlə əlaqədar olaraq MDB ölkələri ilə 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə