Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə224/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   220   221   222   223   224   225   226   227   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

424 


 

[12.]


 

İsmayılov, X. & Quliyev, O. (2017). Banka reklamlarının tüketici tercihlerine etkisi: Azerbaycan örneği. 



Akademik Bakış Dergisi,6, Mayıs - Haziran  2017. 

[13.]


 

Özhan,  Ş.&  Altuğ,  N.  (2015).  Tüketicilerin  demografik  özelliklerinin  online  alışveriş  davranışları 

üzerine etkileri. Ege Akademik Bakış, 15(4), 481-493,  Ekim 2015. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

425 


 

MÜASİR DÖVRDƏ AZƏRBAYCANIN TÜRKİYƏ İLƏ TİCARƏT DÖVRIYYƏSI 

TRADE TURNOVER OF AZERBAIJAN WITH TURKEY IN MODERN PERIOD 

Şəhla İbrahimova  

Coğrafiya üzrə fəlsəfə doktoru, doktorant 

AMEA İqtisadiyyat İnstitutu 

Xülasə 

Keçmişdə  təchizat  və  təminatın  mərkəzləşməsi  nəticəsində  Azərbaycan  müstəqillik  qazanandan  sonra 



ölkəmizdə müstəqil olaraq xarici iqtisadi əlaqələrin qurulması təcrübəsi yox idi. Bu amil uzun müddət nəinki 

SSRİ-nin  tərkibinə  daxil  olmuş  respublikalar  arasında,  həm  də  yaxın  qonşularla  ticarət  əlaqələrinin 

yaradılmasını  ləngitmişdi.  Nəticədə  Azərbaycanın  müstəqilliyinin  ilk  illərində  ölkə  mərkəzdən  təchiz  edilən 

məhsulların  kəskin  çatışmamazlığı  (məsələn  un  və  şəkər)  və  həmçinin  ölkədə  istehsal  olunan  məhsulların 

satılmaması  problemi  ilə  üzləşmişdi.  Beləliklə  tədricən  əvvəlcə  yaxın  qonşularla,  sonra  isə  uzaq  ölkələrlə 

yaradılan  iqtisadi  əlaqələr  ölkənin  ərzaqla  təminatı  problemini  idxal  hesabına  həll  etmişdi.  Yüksək  neft 

gəlirləri  ümumi  ixracı  artırdığından  2004-cü  ildən  bu  tərəfə  Azərbaycanın  ticarət  dövriyyəsi  daima  müsbət 

balansa malik olmuşdur. Lakin son illərdə neft gəlirlərinin kəskin azalması bir daha onu göstərir ki, hələ 10-15 

il  bundan  əvvəl    ölkədə  qeyri  neft  bölməsini  inkişaf  etdirmək  lazım  idi.  Məqalədə  Azərbaycanın  xarici 

əlaqələrinin əsas  tərəfdaşı kimi Türkiyə ilə olan ticarətinin təhlil edilməsi qarşıya məqsəd qoyulmuşdur.  

Açar sözlər: İxrac; idxal; istehsal; ticarət dövriyyəsi; saldo; iqtisadi münasibətlər 

Abstract 

After Azerbaijan gained independence due to centralized supply and security in the past, in our country 

there  was  no  experience  in  creating  foreign  economic  relations  independently.  This  fact  for  a  long  time 

slowed the creation of trade relations not only between the republics that were part of the USSR, but also 

with its  immediate neighbors. As a result, in  the first years of Azerbaijan's independence, the country was 

faced  with  an  acute  shortage  of  products  centrally  supplied  (for  example,  flour  and  sugar),  as  well  as  the 

problem  when  products  produced  in  the  country  were  not  sold.  As  a  result  of  gradually  established 

economic relations, at first, with close neighbors, and then with distant countries, the problem of providing 

the  country  with  food  at  the  expense  of  imports  was  solved.  Since  2004,  to  this  day,  high  oil  revenues 

increase  overall  exports,  as  a  result,  Azerbaijan's  trade  turnover  has  always  had  a  positive  balance.  But  a 

sharp  decrease  in  oil  profits  in  recent  years  proves  once  again  that  it  was  necessary  to  accelerate  the 

development  of  the  non-oil  sector  in  the  country  10-15  years  ago.  This  article  aims  to  analyze  trade  with 

Turkey as the main partner of Azerbaijan's foreign relations 

Key words:  Export; import; production; trade turnover; balance; economic relations. 

Azərbaycan  SSRİ-nin  tərkibində  olanda  nəinki  xarici  ticarət  əlaqələri,  hətta  müttəfiq  respublikalar 

arasında  olan  iqtisadi  əlaqələr  Mərkəz  tərəfindən  planlaşdırılır  və  həyata  keçirilirdi.  Hüquqi  cəhətdən  çox 

böyük  müstəqilliyə  malik  olsalar  da  keçmiş  sovet  respublikaları  əslində  həm    SSRİ  daxilində,  həm  də  xarici 

ölkələrlə    birbaşa    ticarət  əlaqələrini  həyata  keçirmədiklərinə  görə  bu  amil    müstəqilılik  qazananda  bütün 

respublikalarının  iqtisadi  və  sosial  həyatına  özünün  böyük  mənfi  təsirini  göstərdi.  Əslində  SSRİ-də  iqtisadi 

əlaqələrin  belə  formada  qurulması  məhz  elə  buna  da  hesablanmışdı.  Belə  ki,  müttəfiq  respublikalarda  sıx 

inteqrasiya  və  kooperasiya  formasında  fəaliyyət  göstərən  iqtisadiyyat  hətta    respublikalardan  biri  və  ya  bir  

neçəsi  bu  İttifaqdan  çıxmaq  istəsəydisə  onu  ciddi  iqtisadi  böhranla  üzləşdirə  bilərdi.  Başqa  sözlə  

respublikaların  iqtisadiyyatının bir-birindən  belə  sıx   asılılığı     məhz   onların  İttifaqdan  çıxmasına  əngəl  kimi 

düşünülmüşdü. Nəticədə SSRİ-nin dağılması Rusiyadan başqa  bütün müttəfiq respublikaların iqtisadiyyatında 

uzun  müddət  və  ağır  böhran  yaratmışdı.    Rusiyada    isə  əsas  və  tam  dövriyyəli  zavod  və  fabriklərin 

yerləşdirilməsi  onları  belə  böhranlardan  tam  və  ya  qismən  qoruduğundan  bu  respublika  SSRİ-nin 

dağılmasından  ən  az  ziyanla  çıxmışdı.  Azərbaycan,  Gürcüstan,  Moldova   kimi  respublikialarda  milli  zəmində 

olan  münaqişələrin yaradılması, digər respublikalarda isə potensial münaqişə ocaqlarının olması isə  Rusiya 

tərəfindən  düşünülmüş  ikinci  təzyiq  vasitəsi    kimi  bu  böhranı  daha  da  ağırlaşdırırdı.  Nəticədə  müstəqillik 

qazanandan  sonra    ölkəmizin  iqtisadiiyyatında  geriləmənin  qarşısı  1995-ci  ildə  alınmış,  1990-cı  ildə  olan 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə