Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə232/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   227   228   229   230   231   232   233   234   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

439 


 

Qeyd edək ki, Honkonqda əhalinin yarısı sosial binalarda yaşayır. Başqa evlərlə müqayisədə bu binalarla 

kirayələr xeyli ucuzdur. Adətən dövlət mülkiyyətində olur və özəlləşdirilmir. Finlandiyada da mənzil fondunun 

30  faizi  sosial  binaların  payına  düşür.  Adətən  belə  evlərdə  sakinlər  dünyasını  dəyişənə  və  ya  mənzil  sahibi 

olana  qədər  qalırlar.  Bu  evlərdə  qalanlar  ayda  müəyyən  qədər  əlavə  pul  ödəməklə  mənzilin  mülkiyyət 

hüququn əldə edə bilərlər.  

Türkiyədə isə gerçəkləşdirilən TOKİ (Toplu Bina İdarəsi Nazirliyi) layihəsi çərçivəsində çox ucuz mənzillər 

inşa edilir və uzun müddətli faizsiz kreditə verilir. 2023-cü ilə kimi Türkiyədə 1 milyona yaxın belə mənzil inşa 

ediləcək. Adətən 25-30 ilə kreditə verilən bu mənzillərdə aylıq ödəniş 70-100 dollar təşkil edir. Ödəniş başa 

çatdıqdan sonra isə ev xüsusi mülkiyyətə keçir.                       

Qeyd edək ki, Türkiyədə Baş nazirin dəstəyi ilə dövlətə məxsus Toplu Evlər İdarəsi (TOKİ) tərəfindən gənc 

ailələrə ilkin ödənişsiz, faiz dərəcəsi olmadan 25 illik mənzillər təqdim olunur. Artıq Türkiyədə gənc ailələrə 

520 mindən çox mənzil təqdim olunub. Türkiyə təcrübəsində orta aylıq ödəniş təxminən 70-100 dollar təşkil 

edir.  Azərbaycanda  MİDA  məhdud  məsuliyyətli  cəmiyyət  Türkiyəyə  rəsmi  səfərlər  edir  və  Türkiyə  modeli 

öyrənir.  Son  zamanlar  tenderlərin  elan  olunması  Azərbaycanda  bu  modelin  işləmə  imkanlarının 

mümkünlüyünü zəruri edir.  

Ədəbiyyat 

1.

 



Əlirzayev Ə. Q. Azərbaycanda sahibkarlığın inkişafı problemləri və həlli yolları: nəzəriyyə və təcrübə. 

Bakı: Elm, 2000,  s. 98-114 s. 

2.

 

Hacıyev O.  Orta sinif: formalaşması, inkişafı, perspektivləri// Bakım  Universitetinin  Xəbərləri (sosial-



siyasi elmlər seriyası), 2009. s.22, 19 

3.

 



Ailə problemləri: sosial-demoqrafik aspektlər. Elmi-praktik konfransın materialları. Bakı, 2004, s.36. 

4.

 



http://www.msp.gov.ua/en/ 

5.

 



https://www.toki.gov.tr/ 

 

 



 

 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

440 


 

AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏ MÜALİCƏ-SAĞLAMLIQ TURİZM İMKANLARI 

THE OPPORTUNITIES OF HEALTH&WELL-BEING TOURISM IN AZERBAIJAN AND TURKEY 

Sara Bağırlı 

Azərbaycan Turizm və Menecment  

Universitetinin doktorantı 

Xülasə 

Müalicə-sağlamlıq turizmi günlük stresli yaşam mühitindən uzaqlaşmaqla rahat, təbii, fərqli bir mühitdə 



müalicə almaq, yorğunluğun azaldılması ilə sağlamlığın bərpasını təmin etməkdir. Bir tərəfdən iqlim, termal-

mineral  sular,  palçıq, neft, bitki,  duz  və  s. kimi  təbii  vasitələrlə,  digər  tərəfdən  müasir  avadanlıqların  təchiz 

edildiyi,  peşəkar  həkimlərin  fəaliyyət  göstərdiyi  xəstəxanalar  vasitəsilə  müalicə  imkanları  irəli  sürür.  Müasir 

dövrümüzdə müalicə almaq məqsədilə minlərlə insan səyahət edir. Sağlıq sahəsindəki irəliləyişlər nəticəsində 

Türkiyə peşəkar kadr, infrastruktur, müasir avadanlıqlar kimi imkanlara yiyələnmişdir. Ölkəmizin zəngin təbii 

rekreasiya ehtiyatları isə Azərbaycanda müalicə-sağlamlıq turizminin böyük perspektivə malik olduğunun əsas 

sübutudur.  Məqalədə  müalicə-sağlamlıq  turizmi,  Azərbaycanda  və  Türkiyə  bu  turizm  növünün  potensial 

imkanları haqqında məlumat verilmiş, onların müqayisəsi həyata keçirilmişdir. 

Açar sözlər: müalicə-sağlamlıq turizmi, turizm ehtiyatları, rekreasiya, xəstəlik, müalicə 

Abstract 

he  aim  of  health&well-being  tourism  is  to  provide  recreation  of  healthy  with  the  help  of  reducing 

fatigue  and  giving  treatment  in  a  comfortable,  natural  and  various  environments  being  away  from  daily 

stressful living conditions. On the one hand this treatment can be done with the help of natural resources 

such as climate, thermal-mineral waters, mud, oil, plant, salt and etc. On the other hand it can be done in the 

modern  hospitals  where  professional  doctors  are  working  and  were  provided  with  modern  technological 

equipment. Nowadays, thousands of people are travelling for the purpose of treatment. Turkey has achieved 

a great modern equipment, infrastructure and professional staff as a result of progress in the field of health. 

The  rich  natural  recreational  resources  of  our  country  are  the  main  evidence  of  the  great  prospects  of 

health&well-being  tourism  in  Azerbaijan.  It  was  given  an  information  about  health&well-being  tourism, 

potential opportunities of this kind of tourism in Azerbaijan and Turkey in the article and their comparison 

were done. 

Key wordshealth&-well-being tourism, tourism resources, recreation, illness, treatment 

Giriş 

İstər  müalicə-sağlamlıq,  istərsə  də  kurort-müalicə  kimi  adlandırılan  müalicə, sağlamlıq  turizmi  müxtəlif 



təbii və qeyri-təbii üsullarla müalicəni özündə əks etdirib xüsusilə tibb sahəsində çoxsaylı irəliləyişlərin təsiri 

ilə  birgə  formalaşmağa başlamışdır. Müalicə-sağlamlıq turizmi deyildikdə, şübhəsiz ki, yalnızca turizm  tərəfi 

deyil, tibbi tərəfi də mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, dünyada məhz bu turizm növünün yaranması 

bilavasitə  inkişaf  etmiş  ölkələrdə  tibbdə,  müalicədə  əldə  olunan  inkişaf  və  inkişafda  olan,  inkişaf  etməmiş 

ölkələrdə  iqtisadi  vəziyyəti  yaxşı  olan  insanların  müalicə  məqsədilə  digər  ölkələrə  səyahət  etməsi  ilə  bağlı 

olmuşdur.  Sözsüz  ki,  təbii  müalicə  vasitələri  ilə  hələ  qədim  zamanlardan  müalicələr  tətbiq  edilmişdir,  lakin 

məhz  bu  müalicəni  almaq  məqsədilə  səyahət  –  müalicə-sağlamlıq  turizmi  müasir  dövrümüzdə,  yaxın 

keçmişimizdə peyda olmuşdur. Mahiyyət etibarilə müalicə-sağlamlıq turizmi günlük stresli yaşam mühitindən 

uzaqlaşmaqla rahat, təbii, fərqli bir mühitdə bir tərəfdən müalicə almaq, digər tərəfdən təbii mühitdən zövq 

almaqla,  psixi-fizioloji  yorğunluğun  azaldılması  ilə  sağlamlığın  bərpasını  təmin  etməkdir.  Bir  tərəfdən  iqlim, 

termal-mineral  sular,  palçıq,  neft,  bitki,  duz  və  s.  kimi  təbii  vasitələrlə,  digər  tərəfdən  müasir  elm-

texnologiyanın  inkişafının  nəticəsi  olaraq  yaradılmış  avadanlıqların  təchiz  edildiyi,  peşəkar  həkimlərin 

fəaliyyət göstərdiyi xəstəxanalar vasitəsilə müalicə imkanları irəli sürən bu turizm növü bir sıra ədəbiyyatlarda 

adı  çəkilən  bu  xüsusiyyətlərindən  asılı  olaraq  a)klinik  və  b)kurort  turizmi  kimi  iki  yerə  ayrılır  *4;252+.  Digər 

tərəfdən  qardaş  ölkə  Türkiyədə  bu  turizm  növü  sağlıq  turizmi  adlandırılmaqla  a)sağlıqlı  yaşam  turizmi 

(wellness),  b)sağlamlıq  xidmətləri  (müalicə  və  xidmət)  –  (health)  turizmi,  medikal  turizm  kimi  üç  yerə 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə