Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə197/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   193   194   195   196   197   198   199   200   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

371 


 

tədqiqatçıları  A.S.Etgin  və  Ə.Soheyli  də  etiraf  etmişlər.  XVII  əsrin  Osmanlı  müəllifi  Övliya  Çələbi  Təbriz 

rəssamlarının məharətindən  bəhs edərkən yazmışdır: “Buranın  ustadi kamil nəqqaş və  rəssamı...bir diyarda 

yoxdur” (9,209). Təbriz miniatür məktəbinin bədii potensialının dağılmasında və tənəzzülündə Osmanlı-Səfəvi 

müharibələrinin  də  güclü  təsiri  olmuşdur.  XVI  əsrin  sonlarında  –  Təbriz  17  ilə  yaxın  bir  müddətdə  Osmanlı 

işğalı  altında  qaldığı  dövrdə  rəssamların  əksəriyyəti  İstambula  aparıldı.  "Həmin  dövrdə  İstanbul  sarayı 

nəzdində olan rəssamlıq emalatxanasında 30 nəfərdən artıq təbrizli rəssam fəaliyyət göstərirdi" (9,209). 

Səfəvi dövlətində  miniatür rəssamlığının inkişafına əngəl törədən hərbi-siyasi, ideoloji amillər XVI əsrdə 

də  mövcud idi. Məsələn, «hakimiyyətinin ilk dövründə  rəssamlığa maraq göstərmiş Şah  I Təhmasib  1557-ci 

ildə tövbə fərmanı verdi və bu fərmana əsasən rəssamlıq emalatxanaları dağıdıldı» (9,205). Emalatxanalarda 

çalışan  rəssamlar  öz  işlərindən  kənar  edildilər,  miniatürçü  rəssamların  əksəriyyəti  Hindistana  qaçmalı  oldu. 

Lakin  Şah  I  Təhmasibin  bu  subyektiv  tədbiri  zəngin  ənənələri  olan  miniatür  rəssamlığının  Azərbaycanda  və 

Iranda  inkişafının  qarşısını  ala  bilmədi.  XVI  əsrin  sonunda  –  XVII  əsrin  əvvəllərində  işğal  altında  olmuş 

Təbrizdən  rəssamların  əksəriyyətinin  Osmanlı  paytaxtına  –  Istambula  aparılması  Azərbaycanda  miniatür 

sənətinin inkişaf potensialını azaltdı. 

XVII əsrdə Azərbaycan miniatür sənəti Yaxın və Orta Şərqdə şöhrət tapmış Təbriz məktəbinin ənənələri 

əsasında inkişaf etmişdir. Lakin qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan rəssamlarının çoxusu Osmanlı, 

Moqol,  Mərkəzi  Asiya,  Iran  ərazilərində  yaranmış  milli  miniatür  mərkəzlərində  çalışrıdı.  Təbriz  rəssamları 

Iranda,  Osmanlı  İmperiyasında,  Hindistanda  və  Orta  (Mərkəzi)  Asiyada  milli  miniatür  mərkəzlərinin 

yaranmasında həlledici rol oynamaqla (13,127-128) yanaşı, həmin mərkəzlərin təşəkkülü və inkişafı prosesini 

də təmin etmişlər. “Şərq təsviri incəsənətində, xüsusilə miniatürdə dünyanın bədii baxımdan qavranılmasının 

yeni,  ali  mərhələsinə  keçid  təmayülü  vardı.  Bü  təmayül  XVI-XVII  əsrlərin  Qərbi  Avropa  incəsənətində  baş 

vermiş  təmayüllə  səsləşirdi»  (13,125-126).  Azərbaycan  rəssamları  Intibah  təmayüllü  yaradıcılıqlarını  XVII 

əsrdə Isfahanda davam etdirmişlər. 

Osmanlı sarayında fəaliyyət göstərmiş Azərbaycan mədəniyyət xadimlərindən biri Şahqasım  Təbrizi idi. 

O, bir çox elm sahələrində arif olmuş, Çaldıran döyüşündən sonra bir neçə min Azərbaycan elm, sənət, peşə 

sahibi ilə birlikdə İstanbula aparılmışdı. Şahqasış Təbrizi Osmanlı Sultanı I Səlimə xidmət etməli olmuş, mahir 

xəttat kimi də məhşurlaşmış, Osmanlı dövləti tarixini yazmağa başlamış, lakin bu əsəri bitirmədən 1541-ci ildə 

dünyasını dəyişmişdir (8, 415). Şərəfəddin Hüseyni Təbrizi-Laləvi 1640-cı ildə Istambulda vəfat etmiş tarixçi idi 

(8,427).    Onun  1617-ci  ildə  yazdığı  «Ənfəsül-əxbar»  («Ən  dəyərli  xəbərlər»)  adlı  əsəri  elm  aləmində 

məhşurlaşmışdı. Əsərdə Sasani Imperiyası, Ərəb Xilafəti, Teymuri və Osmanlı dövlətlərinin hərbi-siyasi inkişafı 

məsələləri təsvir edilmişdir. 

 Nəticə    

Xalq  yaradıcılığının  geniş  vüsət  alması,  mədəni  potensialın  Yaxın  və  Orta  Şərq  regionuna  səpələnməsi 

XVII əsrdə Azərbaycan mədəniyyətinin inkişaf xüsusiyyətlərindən idi. 

Beləliklə, XVI-XVII əsrlərdə müxtəlif səbəblər üzündən Osmanlı sultanlarının sarayında fəaliyyət 

göstərmiş bəzi Azərbaycan  mədəniyyət xadimləri ümumtürk, “müsəlman mədəniyyətinin” təkamülünə 

nəzərəçarpacaq təsir göstərmişlər. 

Ədəbiyyat 

Azərbaycan dilində 

1. Anar (Rzayev). Şairin zəfəri // Şah Ismayıl Xətai. Məqalələr toplusu. Bakı: Elm, 1988, s. 41-58. 

2.  Əfəndiyev O.Ə. Xətainin şəxsiyyəti // Ədəbiyyat və incəsənət, 29 yanvar 1989, №5. 

2

a

.  İsgəndər  Bəy  Münşi  Türkman.  Tarix-i  aləmara-yi  Abbasi  (Abbasın  dünyanı  bəzəyən  tarixi).  I  cild. 



Farscadan  tərcümənin,  ön  sözün,  şərhlərin  və  göstəricilərin  müəllifləri  O.Ə.Əfəndiyev,  N.S.Musalı.  Bakı: 

Təhsil, 2009, 792 s. 

3.Kərimov K. Azərbaycan miniatürləri. Bakı: Işıq, 1980, 222 s. 

4.Qasımov X.S. Azərbaycan mədəniyyəti (XVI-XVII əsrlər). Bakı: Nurlan, 2002, 170 s. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

372 


 

5.Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı: Aspoliqraf, 2008, 448 s. 

6.Qiyasi C. Yaxın-uzaq  ellərdə  (Orta  əsr Azərbaycan memarlığının beynəlxalq  əlaqələri haqqında). Bakı:  

Işıq, 1985, 92 s. 

7.Məhəmməd Füzuli. Seçilmiş əsərləri. 2 cilddə. II c. 392 s. Bakı: Azərnəşr, 1988. 

8.Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Azərbaycanın görkəmli elm, sənət adamları. Bakı: 

Azərnəşr, 1987, 464 s. 

9.Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982, 280 s. 

10.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 116 s. 

Türk dilində 

11.Karahan Abdulkadir. Fuzuli (Muhiti, hayatı ve şahsiyyeti). I Baskı. Istanbul: Milli Egitim Basımevi, 1996, 

465 s. 


Rus dilində 

12.Буниятов  З.М.    Ремесленники-выходцы  из  Азербайджана,  других  областей  Кавказа,  России  и 

Молдавии на службе в придворных мастерских османских султанов // Известия АН Азерб.ССР. Серия 

истории философии, права. 1987, № 1, с. 72-78. 

13.Веймарн Б.В. Искусство арабских стран и Ирана  VII-XVII веков. Москва: Искусство, 1974, 187 с. 

14.Джавахарлал  Неру.  Открытие  Индии.  Перевод  с  английского.  В  двух  книгах.  Москва: 

Политиздат, 1989, Книга I, 460 с., Книга II, 507 с. 

 

 



 

 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə