Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə25/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   21   22   23   24   25   26   27   28   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

37 


 

Azərbaycan  Türkiyə  münasibətlərində  yeni  geosiyasi  reallıqların  mümkün  qədər  analizini  verməkdir.  Lakin, 

təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Türkiyə  -Azərbaycan  münasibətlərində  XX  əsr  və  müasir  dövrü  analiz 

edərkən  süni yaradılmış Ermənistan  dövlətini və  “Dağlıq  Qarabağ” problemini mövzudan kənar  hadisə  kimi 

qiymətləndirmək mümkün deyil. Məhz bu baxımdan “erməni məsələsi” təkcə keçmiş Osmanlı, indiki Türkiyə 

Cümhuriyyətinə  qarşı  deyil,  həm  də  Azərbaycana  qarşı  həyata  keçirilən  yeni  geosiyasi  proseslərin  tərkib 

hissəsidir. 

 Azərbaycan  Türkiyə  münasibətlərində  yeni  geosiyasi  durumu  analiz  edərkən  I  dünya  savaşında  bölgə 

üçün  yaranmış  vəziyyəti  təhlil  etmədən  qiymət  vermək  tarixi  metodoloji  prinsipə  uyğun  olmaya  bilər  və 

mövzunun birtərəfli qaydada işıqlandırılması demək olar. Məsələyə qeyd olunan mövqedən yanaşaraq qeyd 

etməliyik ki, I dünya savaşına qədər qədim və orta əsrlərdə müxtəlif dövlətlər və imperiyalar yaratmış türklər, 

xüsusən  Osmanlı  imperiyası  Avropa  və  Rusiya  üçün  böyük  narahatlıqlara  səbəb  olmuş  və  bu  amil  Osmanlı 

imperiyasına  qarşı  yeni  geosiyasi  konsepsiyaların  işlənməsi  üçün  əsas  yaratmışdı.  Məsələn,  tanınmış 

geostrateq H.Kissincer diplomatiya əsərində qeyd edirdi ki, “Torilərin lideri olan Dizraelinin Rusiyanın Osmanlı 

İmperiyasına  yönələn  təhdidlərinə  qarşı  çıxış  etməməsi  mümkün  deyildi.  O,  “Üç  İmperator  İttifaqının” 

reseptlərini  –  Avropanın  tarazlığı  naminə  qəbul  edə  bilməzdi,  Britaniya  imperiyası  naminə  isə  o,  Avropa 

konsensusu  ideyasının  Konstantinopolun  yaxınlığında  praktiki  daşıyıcısı  rolunun  Rusiyanın  üzərinə 

qoyulmasına qarşı yalnız etiraz edə bilərdi” [1, s.128]. 

Digər araşdırmaçı A.Davutoğlu qeyd edir ki: “o dövrün geostrateqləri öz ölkələrinin və xalqlarının tarixini, 

önəmli  milli  və  imperiya maraqlarının  hədəflərini,  qonşu  dövlətlərlə  münasibətlərinin məqsəd  və  məramını 

təhlil  edərək,  atılacaq  addımları  nəzəri  cəhətdən  əsaslandırmış  və  dövlət  rəsmilərinə  lazımi  geostrateji 

tövsiyələr vermişlər. Belə geosiyasi düşüncə nümunələrinə Osmanlı imperiyasının bütün fəaliyyəti dövründə 

rast gəlinmir” [2, s.45]. 

Məsələn,  dünyada  yeni  geosiyasi  cərəyanların  yaranması  və  genişlənməsi  ərəfəsində  Fransa-

kontinentalizmi,  Rusiya-avrasiyaçılığı,  Böyük  Britaniya-atlantizmi  Osmanlı  dövlətinə  təzyiq  vasitəsi  kimi 

istifadə etdiyi halda, imperiyanı idarə edənlərin o dövr üçün heç bir geosiyasi və geostrateji konsepsiyalarının 

olmaması  müəyyən  suallar  yaradır.  Nə  üçün  ruslar  Danilevski,  Meçnikov,  fransızlar  Baden,  Monteskye, 

italiyalılar  Makiavelli  ingilislər  Makinder,  amerikalılar  Mehen,  almanlar  Ritter  kimi  geostrateqlər  yetişdirdiyi 

halda  dövrünün  ən  böyük  imperiyası  sayılan  Osmanlı  dövlətində  bir  nəfər  olsun  belə  geosiyasi  düşüncə 

sahibinə rast gəlmək mümkün deyil?  

Əlbəttə  bizim  məqsədimiz  tarixi  müqayisələr  aparmaqla  Osmanlı  imperiyasının  I  dünya  savaşında 

beynəlxalq  mövqeyini  müzakirə  mövzusuna  çevirmək  deyil,  əslində  o  dövrdə  geosiyasi  cərəyanların 

müharibələrdə  istifadə  olunan  silahlardan  daha  yaxşı  təsirli  vasitə  olduğunu,  xüsusilə  Türkiyə-Azərbaycan 

münasibətlərində bu faktın önəmini qeyd etməkdir.  

Məsələn,  Osmanlıya  qarşı  yeni  geosiyasi  vəziyyətin  formalaşması  üçün  Rusiya  və  Avropanın  güc 

mərkəzləri daha əvvəl erməni milliyyətçilərindən istifadə edərək, XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə 

“Armenakan”,  1887-ci  ildə  Cenevrədə  “Qnçaq”,  1890-cı  ildə  isə  Tiflisdə  “Daşnaksütyun”  partiyalarını 

yaratmışdılar.  Məhz  bu  baxımdan  geosiyasi  güclərin  Azərbaycanla  Türkiyənin  coğrafi  baxımdan  sərhəd 

əlaqələrinin  birdəfəlik  silinməsi  üçün  layihələndirdikləri  Ermənistan  dövlətini  Osmanlı  tərəfindən  güzəştə 

getməsi  əslində,  geostrateji  fəaliyyət  proqramlarının,  geosiyasi  təsir  mexanizmlərinin  olmaması  ilə  bir  başa 

əlaqəlidir. Məsələn, 1829-cu il oktyabrın 10-da Paskeviç imperator I Nikolaya yazdığı raportunda göstərirdi: 

"Bayaziddə  2  min  erməni  bizim  əsgərlərin  cərgəsində  vuruşmuşdular,  Ərzurumda  xristian  əhalisinin  böyük 

hissəsi  bizim  dini  bayramı  qeyd  etmişlər;  Qarsda  ermənilərdən  ibarət  800  nəfərlik  könüllü  batalyon  təşkil 

edilmişdi,  onların  ailələrindən  -  10  min  nəfərinin  başının  üstünü  labüd  təhlükə  almışdır.  Bu  bədbəxt 

qurbanlara diqqətinizi yönəldin, Rusiyaya göstərdikləri məhəbbətə görə Osmanlıların onlardan qisas almasına 

yol  verməyin.  Ona  görə  də  cəsarət  edib  Əlahəzrət  imperatordan  mənə  bu  ailələri  Gürcüstan  və  Erməni 

vilayətlərində yerləşdirmək ixtiyarını verməsini xahiş edirəm. Zənnimcə, köçürülən hər bir ailəyə orta hesabla 

50 gümüş rubl kifayət edəcəkdir" [3, s.34].            

Göründüyü  kimi,  ruslarla  ermənilərin  Osmanlı  əleyhinə  hərbi  birliyinin  uğur  qazanması,  xüsusilə 

Azərbaycanla  Türkiyə  arasında  quru  əlaqəsinin  (Naxçıvan  istisna  olmaqla)  aradan  qaldırılmasının  bir  səbəbi 

rusların  geosiyasi  təsir  zonaları  yaratmaq,  sərhədətrafı  əhali  ilə  lazımi  iş  aparmaq,    məqsədyönlü 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

38 


 

məskunlaşdırma və əhali köçürməsi, din, dil, milli məsələlərdən istifadə etməsi ilə bağlıdırsa, digər bir səbəbi 

Osmanlı  dövlətinin  bu  kimi  tədbirlərdən  istifadə  etməməsi  ilə  əlaqəlidir.  Bir  çox  araşdırmaçıların  fikrincə, 

Osmanlı imperiyası sərhədləri boyu yalnız müəyyən hərbi müdafiə sədləri yaratmış, dövrün tələblərindən irəli 

gələn digər strateji tədbirlərdən isə demək olar ki, istifadə etməmişdir. 

Hələ  I  dünya savaşından  əvvəl  rusların  geosiyasi  konsepsiyası  olaraq  uzaq  hədəflərə  hesablanmış  çar  I 

Pyotrun  vəsiyyətində  deyilir:  “...Rusiya  yalnız  o  zaman  dünyəvi  dövlət  adlana  bilər  ki,  Asiya  və  Avropanın 

xəzinələrinin  açarı  olan  İstanbul  onun  paytaxtı  olsun.  Boş  yerə  vaxt  itirmək  olmaz.  İstanbulu  ələ  keçirmək 

lazımdır...İstanbula  sahib  olan  çar,  dünyanın  da  sahibi  olacaq...  Osmanlılara  Avropa  xalqları  ilə  əlaqəyə 

girməyə imkan verilməməlidir. Əgər bu ölkələrin müsəlmanları qayğıdan azad olub öz hüquqlarını bilsələr, bu 

bizim  üçün  böyük  zərbə  olacaq...Ona  görə  də  vaxt  itirmədən  siz  Qafqazı  işğal  etməlisiniz...”   1725-ci  il  [4, 

s.32].  


Göründüyü kimi Rusiyanın nəzarətində olan müsəlman əhali ilə heç bir əlaqələrə sahib olmayan, kifayət 

qədər  strateji  boşluqlar  yaradan  Osmanlı  dövləti  müsəlman  xalqları,  xüsusilə  eyni  tarixi  köklərə  sahib 

Azərbaycan,  orta  Asiya  türkləri  ilə  heç  bir  ciddi  geosiyasi  ünsiyyət  saxlamamış,  onların  çağırışlarına  və  milli 

hərəkatlarına dəstək verməmiş və bu istiqamətdə hər hansı fəal geosiyasi konsepsiya irəli sürməmişdi. Bu da 

müvafiq olaraq, həmin dövlət və xalqların başqa geosiyasi təsirlər altına düşməsinə səbəb olmuş və dünyada 

ümumi türk birliyinin zəifləməsinə şərait yaratmışdır. Bəs nə üçün Osmanlı dövləti dini, etnik, mədəni köklərə 

bağlı  Azərbaycanla  əlaqə  qura  bilmədiyi  halda, heç  bir  dil  və  mədəni  həyatı  bir  -  biri  ilə  uyuşmayan  Rusiya 

erməni əlaqələri strateji mahiyyət daşımışdır? 

Bu  sualın  cavabına  birbaşa  keçməzdən  əvvəl  qeyd  etməliyik  ki,  Osmanlıdan  fərqli  olaraq  Rusiya  bu 

məsələdə  ardıcıl  geostrateji  konsepsiyaya  sahib  idi  və  öz  məqsədlərinə  çatmaq  üçün  erməni  kartından 

istifadə edərək Avropa ilə danışıqlar aparırdı. Məsələn, Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə 

şəxsən  fəal  məşğul  idi,  özü  avropalı  həmkarları  ilə  yazışırdı,  hətta,  Osmanlıda  ermənilərə  muxtariyyət 

verilməsinə  maraq  göstərməyən  Almaniyanın  da  razılığını  alaraq  qeyd  edirdi  ki:  “1913-cü  ildə  Rusiya 

tərəfindən hazırlanmış 30 müddəalıq Layihə 6 vilayətdən- Ərzurum, Van, Bitlis, Diyarbəkir, Xarput, Sivasdan 

ibarət  erməni  vilayəti  yaradılmasını,  bu  vilayətin  idarəedicisinin  də  beş  il  müddətinə  xristian 

avropalı   olmasını,  bütün  idarəedici  funksiyaların  ona  verilməsini  təklif  etmişdi.  Rusiya  itaətindəki  “Türkiyə 

Ermənistanı”nın  Mersin  limanı  ilə  dənizə  çıxışı  da  olmalı  və  bu  muxtar  vilayəti  Rusiyanın  müstəmləkəsinə 

çevrilməli idi” *5, s.19+. 

Tarixi  faktlar  göstərir  ki,  strateji  baxımdan  mühüm  əhəmiyyətə  malik  olan  Azərbaycanın  Qarabağ 

bölgəsinin  dağlıq  hissəsinə  İrandan  çoxlu  sayda  erməni  əhalisinin  köçürülməsinə  XIX  əsrin  əvvəllərində 

başlanılmışdı.  Bu  dövrdə  regionun  zəngin  təbii  sərvətləri  üzərində  nəzarəti  ələ  keçirmək  istəyi  və  geosiyasi 

vəziyyəti  öz  xeyrinə  dəyişən  çar  Rusiyası  XVIII  əsrin  sonu  XIX  əsrin  əvvəllərində  Türkiyə  qarşı  müharibə 

apararkən erməni amilindən  siyasi alət kimi istifadə etmişdir. Yuxarıda qeyd olunan tədbirləri ardıcıl olaraq 

həyata  keçirən  çar  Rusiyasının  məqsədi  Azərbaycanla  Osmanlı  dövlətinin  mümkün  ola  biləcək 

münasibətlərinə birdəfəlik son qoyması üçün Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra 

isə  qeyri-rəsmi  olaraq  xeyli  erməni  köçürülmüşdür.  Ümumiyyətlə,  1828-1830-cu  illər  ərzində  Qarabağın 

dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. 

Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən 

çox  İran  və  84 min  Türkiyə  ermənisini  köçürüb  onları,  demək  olar  ki,  ermənilər  yaşamayan  Yelizavetpol  və 

İrəvan  quberniyalarında,  Tiflis,  Borçalı,  Axalsix,  Axalkələk  qəzalarının  ən  yaxşı  dövlət  torpaqlarında 

yerləşdirdik.  Onların  məskunlaşması  üçün  200.000  desyatindən  çox  xəzinə  torpağı  ayrılmış  və  habelə  bu 

məqsədlə  müsəlmanlardan  2  milyon  manatlıqdan  çox  xüsusi  sahibkar  torpağı  satın  alınmışdı.  Həmin 

ermənilər  Yelizavetpol  quberniyasının  dağlıq  hissəsi  (Qarabağın  dağlıq  hissəsi  nəzərdə  tutulur)  və  Göyçə 

gölünün  sahillərində  məskunlaşdırıldı.  Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  rəsmi  olaraq  köçürülən  124  min 

ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur” *6, s.59+. 

Bütün bu qeyd olunanlar onu göstərir ki, Osmanlı imperiyası mövqelərinin bir-birinin ardınca itirməsinin 

başlıca səbəblərindən biri, tarixi Azərbaycan torpaqlarında süni yaradılan Ermənistan dövləti ilə bağlı heç bir 

qabaqlayıcı tədbirlərin görülməməsi idi. Osmanlının süqutu daha əvvəl qeyd etdiyimiz kimi heç bir geostrateji 

konsepsiyaların,  xüsusilə  geosyasi  düşüncə  nümunələrinin  olmaması  ilə  əlaqəli  şəkildə  nəzərdən 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə