Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   8   9   10   11   12   13   14   15   ...   174

 
26 
Digərləri  isə  onlara  belə  cavab  verdi  ki,  düzdür  həmin  yerlər  münbitdir  və 
yaşamaq  üçün  başqaları  ilə  müqayisədə  xoş  və  hətta  yüngüldür,  lakin  başqa 
məsələlərə  görə  yaşamaq  üçün  o  qədər  də  əlverişli  deyildir.  Çünki  isti  iqlim  ağır 
xəstəliklər  və  digər  ziyanverən  şeylər  əmələ  gətirir.  Bunlardan  isə  mülayim  iqlim 
məhrumdur  və  ingilislərin  səhhətinə  isti  iqlim  zərərli  təsir  göstərə  bilər.  Digər 
tərəfdən yeni sakinlərin işi orada yaxşı getsə, ispanlar buna dözməyib onları oradan 
sıxışdırıb  çıxaracaqdır.  Necə  ki,  onlar  fransızları  Floridadan  sıxışdırıb  çıxardılar. 
Baxmayaraq  ki,  axırıncılar  onların  varlı  koloniyalarından  çox  uzaqda  məskən 
salmışdılar.  Kiçik  icmanın  isə  belə  qüdrətli  rəqibin  gücünü  dəf  etməyə  qüvvəsi 
olmayacaqdır.  
Virciniya  barədə  də  narazılıq  səsləri  eşidildi.  Əgər  qaçqınlar  ingilislərin 
arasında yerləşsələr, yenidən onların idarəetməsinə tabe olacaqlar. İngiltərədə olduğu 
kimi  yenə  də  onları  dini  inamlarına  görə  təqib  etməyə  başlayacaqlar.  Onlardan  çox 
uzaqda yerləşildikdə isə onlar heç yerdən kömək və müdafiə olunmayacaqlar.  
Nəhayət,  belə  qərara  gəlindi  ki,  onlar  ayrıca  yaşasınlar,  Virciniya 
qubernatoruna  tabe  olsunlar  və  öz  dini  inamlarını  icra  etmək  üçün  onlara  azadlıq 
verilməsinə  nail  olsnular.  Lakin  bu  Virciniyada  məskunlaşmaq  təklifi  Virciniya 
Kompaniyası  tərəfindən  də  qızğın  qarşılanmasına  baxmayaraq,  kraldan  sektantların 
öz  məzhəblərini  sərbəst  icra  etmək  icazəsini  almaq  barədəki  cəhdlərin  hamısı  boşa 
çıxdı.  Nəhayət  kompaniyadan  imtiyazlar  və  səlahiyyətlər  haqqında  patent  almaq 
mümkün oldu, lakin ondan da istifadə etməyə ehtiyac qalmadı. Bu vaxt hollandlar bir 
yerdə  üzmək  barədə  daha  sərfəli  şərtlərlə  təklif  irəli  sürdülər.  Bir  çoxları  məsləhət 
gördü  ki,  Virciniya  kompaniyasındansa,  hollandlarla  iş  görmək  daha  əlverşlidir.  Bu 
vaxt icmanın İngiltərədə yaşayan bəzi üzvləri getməkdən imtina etdilər.  
Nəhayət, çoxluq son təkliflə razılaşdı və Hollandiyada kiçik bir gəmi alınıb, 
səfər üçün qaydaya salındı. 6 sentyabr 1620-ci ildə gəmi açıq dənizə  çıxdı. Üzmək 
istiqamətindəki  bir  neçə  gün  davam  edən  külək  yolçuları  xeyli  ruhlandırdı.  Sonrakı 
günlər isə okeanın dalğaları gəmini və onun sərnişinlərini qorxulu imtahana çəkirdi. 
Nəhayət,  quru  sahili  çox  axtardıqdan  sonra  gəmi  Kod  burnu  adlanan  yerin 
yaxınlığına gəldi. Hadson çayının yaxınlığında məskən salmaq üçün yer axtarılmağa 
başlandı.  Gəmi  burnun  yanındakı  limana  girdi.  Bu  yerləri  ilk  dəfə  1602-ci  ildə 
kapitan Qosnold tapmış və ona bu adı vermişdi. Sonralar kapitan Smit buranı Ceykob 
burnu adlandırmışdı. Lakin burun əvvəlki adını saxladı. İngilis dilindən tərcümədə bu 
Treska  burnu  mənasını  verir,  yəqin  ilk  tədqiqatçılar  burada  çoxlu  həmin  növ  balığı 
tutduqlarına  görə  belə  ad  vermişdilər.  Burada  gəminin  sərnişinləri  sahilə  çıxdılar. 
Onlar  çox  pis  gündə  idilər,  bu  kimsəsiz  torpaqlarda  isə  onları  heç  kəs  qarşılamırdı. 
Lakin Bibliyada yazıldığı kimi, bu səfərdə aclıq və susuzluq çəkəndə, onların ruhu da 
çaşmışdı.  
11  noyabrda  Kod  burnuna  düşən  ingilislər  özlərinə  yaşayış  üçün  yer 
axtarmağa  başladılar.  Quruda  əlverişli  yer  axtarmağa  yollananlar  ilk  dəfə  onları 
görən kimi qaçıb gizlənən hindularla qarşılaşdılar və meşədə ilk dəfə bu yerin suyunu 
içdilər. Uzun müddət susuzluqdan əziyyət çəkən bu adamlara su şərabdan və əvəlki 
günlərinin pivəsindən şirin görünürdü. Onlar yollarına davam edərkən şirin sulu göl 
və  hinduların  qarğıdalı  əkib  becərmək  üçün  təmizlədikləri  sahəni  gördülər.  Burada 
onlar həmçinin bir neçə qəbir müşahidə etdilər. Bir az uzaqda isə yaşayış yerinin və 


 
27 
evin  qalıqlarını,  qumda  basdırılmış  qazan  və  içərisi  qarğıdalı  ilə  dolu  olan  bir  neçə 
gözəl hindu zənbilləri tapdılar. Qarğıdalı dənələnməmiş olmaqla bir neçə rəngdə idi. 
İngilislər indiyədək ümumiyyətlə qarğıdalı görməmişdilər.  
Sonra onlar mənsəbində iki qola ayrılan çayı tapdılar. Onlar bir neçə qarğıdalı 
qıçası götürüb gəmiyə qayıtdılar. Qayıqda səfər edərkən ingilislər iki koma tapdılar. 
Onların içərisində müxtəlfi qab-qacaq var idi. Burada da qarğıdalı və müxtəlif rəngdə 
paxlalı bitki toxumları var idi. Onlar gələcəkdə əvəzini ödəmək şərtilə bu qarğıdalı 
və  paxlalıları  götürdülər.  Bir  az  burada  yaşadıqdan  sonra  qış  özünü  göstərməyə 
başladı. Yer donmuşdu, hər yeri qar basmışdı.  
Bir  qədər  sonra  isə  rast  gəldikləri  hindularla  ilk  toqquşmaları  baş  verdi  və 
xoşbəxtlikdən bu nizə yağışı altında yaralanan olmadı. Gəmilər üçün yararlı limanın 
yanındakı  torpaqlarda  onlar  yeni  qarğıdalı  tarlaları  və  kiçik  çaylar  tapdılar.  Bura 
yaşayış  üçün  yararlı  yer  idi.  Ona  görə  də  Amerikaya  gələn  bu  kiçik  ingilis  dəstəsi 
burada  məskunlaşmağı  qərara  aldı.  1620-ci  ilin  Milad  bayramı  günü  ilk  ümumi  ev 
tikilməsinə  başlandı  ki,  bu  adamlar  və  onların  bütün  əmlakı  üçün  sığınacaq  rolunu 
oynasın.  "Meyflauer"  gəmisindəki  uzun  səfər  Keyp  Kod  yarımadasında 
məskunlaşmaqla  başa  çatdı.  Lakin  bu  ilk  məskunları  hələ  çoxlu  dəhşətli  sınaqlar 
gözləyirdi.  
Yeni  sakinlər  bir  neçə  koma  tikməyə  başladıqda,  lazım  olan  mülki  və  hərbi 
qanunları  qoymaq  üçün  yığışdılar.  Artıq  onlar  özlərinə  ilk  qubernator  kimi  Con 
Karveri təsdiq etmişdilər. Lakin bədbəxtliklər bu adamları daim müşayiət edirdi. 2-3 
ay keçdikdən sonra buraya gələn adamların yarısı öldü. Xüsusən yanvar və fevralın 
şaxta  və  soyuğuna  uyğun  yaşayış  evi  və  digər  lazım  olan  şeylər  yox  idi.  Adamlar 
sinqa və digər xəstəliklərdən əziyyət çəkirdi. Elə olurdu ki, gündə 2-3 adam ölürdü. 
Belə  ki,  100-dən  bir  az  artıq  olan  adamdan  vur-tut  50  adam  sağ  qaldı.  Ən  çətin 
dövrlərdə isə onların içərisində yalnız 6-7 sağlam adam olurdu və ancaq onlar gecə-
gündüz  işləyirdi,  xəstələrə  qulluq  edirdi,  odun  gətirib  ocaq  qalayırdı,  yemək 
hazırlayırdı,  üfunətə  bulaşmış  paltarları  yuyurdu  və  xəstələri  geyindirib, 
soyundururdu.  Dənizçilərdən  gəmi  komandasının  yarısına  qədəri  öldü.  Yeni 
sakinlərdən fərqli olaraq dənizçilər özlərini olduqca pis aparırdılar. Yaxşı vaxtlarda 
bir  yerdə  yeyib-içənlər  xəstələnən  yoldaşının  kayutasına  girməkdən  imtina  edirdi. 
Onlar  xəstəliyə  yoluxmamaq,  öz  həyatları  ilə  risq  etməmək  üçün  heç  kəsə  kömək 
etmirdilər, hətta adamlar öləndə də ona heç bir kömək göstərilmirdi.  
Bir azdan hindularla tanışlıq və yaxınlaşma başladı. Hinduların böyük Saxemi 
koloniyaya  qonaq  gəldi.  Bu  görüş  vaxtı  sülh  bağlandı  və  bu  sülh  24  il  davam  etdi. 
Sülh müqaviləsinin şərtlərində hindu tayfasının yeni məskunlara zərər yetirməyəcəyi, 
zərər yetirən bir nəfər olsa onun nümunəvi cəzalandırılmaq üçün verilməsi, oğurluq 
olduqda  oğurlanan  şeyin  qaytarılması,  hindu  tayfasına  qarşı  kim  ədalətsiz  müharibə 
başlasa  sakinlərin  tayfanın  köməyinə  gəlməsi,  kim  tayfanın  üzərinə  müharibə  ilə 
gəlsə  sakinlər  tərəfindən  tayfaya  kömək  edilməsi  qərara  alındı.  Hindu  tayfası  vəd 
edirdi  ki,  öz  müttəfiqləri  olan  hindu  tayfalarına  məlumat  verəcəkdir  ki,  onlar  da 
sakinlərə  heç  bir  ziyan  toxundurmasınlar  və  bu  müqaviləyə  qoşulsunlar.  Həm  də 
hindular  söz  verirdilər  ki,  sakinlərin  yanına  gələndə  özləri  ilə  ox  və  nizə 
gətirməyəcəklər.  Bu  müqavilə  bağlandıqdan  sonra  Saxem  40  mil  aralıda  olan  öz 
yaşayış  məntəqəsinə  qayıtdı.  Hindular  ingilislərə  qarğıdalı  əkib-becərməyi,  balığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə