Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   7   8   9   10   11   12   13   14   ...   174

 
23 
Beləliklə  hollandlar  böyüyən  iki  ingilis  koloniyası  arasında  qaldı,  bu  onların  ilk 
xəritələrində göstərdikləri kimi artıq Nyu Fransa ilə Virciniyanın arası deyildi. Yeni 
gələnlər müvəqqəti Hollandiya sürgününü daimi Amerika sürgünü ilə dəyişmişdilər. 
Onların diqqətini Kod burnundakı sığınacaq yeri cəlb etdi.  
Minlərlə ingilis nəsllər boyunca Hollandiyada məskunlaşmışdı və iki ölkə bir-
birinə  çox  yaxınlaşırdı.  İspanların  holandlarla  müharibəsindən  hələ  çox-çox  əvvəl 
ingilis  tacirləri  Hollandiya  dəniz  limanlarında  özlərinə  yer  tapmışdı.  Dini  təqiblərə 
görə Oksford və Kembricdən qovulanlar holland universitetlərində təhsillərini davam 
etdirirdilər.  Çökək  ölkəni  ispanlar  zəbt  etdikdə,  ingilis  volontyorları  holland 
ordusunda vuruşurdu. İngilis din xadimləri kraliça Tüdor onlara öz dinii ibadətlərini 
icra  etməkdə  maneçilik  göstərdikdə  və  təqib  etdikdə,  Hollandiyada  öz  sitayişləri 
üçün azad şərait tapırdılar. İspanların qırğınından və qisasından canını qurtarıb qaçan 
qaçqınlar  Hollandiyadan  İngiltərəyə  axışdılar.  Elə  bil  ki,  iki  ölkə  bir-birilə  öz 
əhalisini  dəyişirdi.  Tacirlər,  toxucular,  mexaniklər,  fermerlər,  terror  dalğasından 
İngiltərənin şərq və cənub qraflıqlarına qaçanlar ümidsiz təhlükəyə məruz qaldıqda, 
açıq qayıqlarda dənizin təhlükəli ağuşuna atılırdılar. Ona görə də İngiltərənin cənub 
və  şərq  şəhərlərində  minlərlə  holland  sənətkarlarına  rast  gəlmək  olurdu.  Onlar 
Anabaptist, Lyuteran olduqlarına görə belə təqiblərə məruz qalırdılar.  


 
24 
Yeni Plimut  koloniyası 
 
1620-ci  ildə  Hollandiyada  yaşamağı  Amerika  ilə  dəyişən  ingilislərin  kiçik 
qrupu  heç  də  Ceymstaunda  koloniya  yaradanlar  kimi  nə  əsgər,  nə  də  tacir  deyildi. 
Onların çoxu sektantların itaətkar yığını olub, öz vətənlərinin bir çox rayonlarından 
qaçıb əcnəbi kafirlər üçün dözümlülük göstərən Hollandiyaya gəlmişdilər ki, kilsənin 
dəhşətli  təqiblərindən  canlarını  qurtarsın.  Bu  adamlar  müəyyən  müddətə  iri 
universitet  şəhəri  olan  Leydendə  sığınacaq  tapmışdılar.  Xristian  dininin  içərisində 
baş verən təfriqələr, bölünmələr adamların da həyatını zəhərləyirdi. Ona görə də kilsə 
tərəfindən  təqib  olunanlar  öz  əleyhdarlarını  krala  qarşı  qiyamda,  dövlətə  xəyanətdə 
və  buna  bənzər  cinayətlərdə  ittiham  edirdi.  Kraliça  Qanlı  Mariya  öldükdən  sonra 
qaçanların  çoxu  kraliça  Elizabetin  dövründə  İngiltərəyə  qayıtdı  və  yenidən  kilsədə 
yüksək vəzifə tutdu. Sonradan isə bu adamlar öz icmalarını yaratdılar. Lakin onların 
sakit  həyatı  uzun  sürmədi.  Onları  əvvəlkindən  daha  pis  şəkildə  təqib  etməyə 
başladılar. Bir ingilisin yazdığı kimi, köhnə dərdlər indikinin yanında birə dişləməsi 
kimi  görünürdü.  Çoxlarını  dustaqxanaya  saldılar,  bəziləri  isə  amansız  nəzarətdən 
qaçmaqla  qurtuldu.  Çoxları  öz  evini  və  yaşamaq  üçün  olan  vasitələrini  tərk  edib 
qaçmağa  məcbur  oldu.  Bu  icmalardan  birinin  üzvləri  birlikdə  Niderlanda  getməyi 
qərara  aldı.  Onlar  eşitmişdilər  ki,  bu  ölkədə  hər  kəs  sərbəst  surətdə  öz  məzhəbinə 
xidmət  edir,  öz  dini ayinlərini icra  edir.  Dininə  görə  təqib  olunanların çoxu  buraya 
Londondan gəldi, Amsterdamda və digər yerlərdə məskunlaşdı.  
Məhz  belə  dəstələrdən  biri  1607  və  1608-ci  illərdə  Hollandiyaya  getməyi 
qərara  aldı.  Əlbəttə,  belə  qərara  gəlmək  asan  deyildi,  çünki  onların  yollandıqları 
ölkədə müharibə gedirdi. Bir də ki, bu adamlar həmin ölkənin nəfəs aldığı sənətlərlə 
və  ticarətlə  tanış  deyildilər,  təkcə  sadə  əkinçi  əməyinə  bələd  idilər.  Öz  vətənində 
qalmaq mümkün olmadığı kimi, ölkəni tərk etməyə də imkan verilmirdi. Onlar üçün 
limanlar  bağlanırdı,  ona  görə  də  gizli  yollar  tapmaq,  dənizçiləri  ələ  almaq,  onları 
gəmidə aparmaq üçün eşidilməmiş məbləğdə pul vermək lazım gəlirdi. Bir gəminin 
kapitanı  gəmiyə  şeyləri  yükləndikdən  və  özləri  oturduqdan  sonra  onları  satmışdı. 
Hökumət  nümayəndələri  onlarla  təhqiramiz  qaydada  davranmış  və  pullarını  alıb 
dustaqxanaya salmışdı. Gələn ilin yazında indi başqa limanda gəmiyə  oturan ingilis 
qaçqınları ailələrini götürməyə macal tapmayıb, əsgərlərin qorxusundan açıq dənizə 
çıxmağa məcbur olmuş, yolda fırtınaya düşüb, iki hadisədən sonra Norveç sahillərinə 
gəlib çıxmışdılar. Sonra isə onlar Niderland sahillərinə gəlib çatdılar. Buranın varlı, 
hər  şeylə  dolu  olan  şəhərlərində  onları  kasıblığın  sərt  üzü  gözləyirdi.  İndi 
məskunlaşmaq barədə fikirləşmək lazım idi və axırda onlar Leydendə lövbər salmağı 
qərara aldılar. Bu şəhərin Amsterdamdan fərqli olaraq dəniz ticarəti yox idi, o, yalnız 
öz universiteti ilə məşhur idi. Köçkünlər bu şəhərdə hər şeydən yapışdılar ki, özlərinə 
yaşamaq üçün vəsait əldə etsinlər.  
Çoxlu  çətinliklərə  baxmayaraq  onlar  öz  işlərini  yoluna  qoya  bildilər.  Orada 
onlar  11-12  il  yaşadıqdan  sonra  təcrübə  adlanan  sərt  hamidən  çox  şey  öyrənməli 
oldular.  Məhz  bu  dövrdə  niderlandlıların  ispanlarla  müharibəsi  sülhlə  başa  çatdı. 
İcmanın müdrik rəhbərləri başqa bir yerə köçmək barədə fikirləşirdilər. Bunun üçün 
əsaslı  səbəblər  var  idi.  Çoxları  buradakı  ağır  zəhmətə  və  sərt  həyata  dözə  bilmirdi. 
Ona  görə  də  icmanı  tərk  edirdilər.  Bəziləri  isə  ingilis  məhbəsini  Hollandiyadakı 


 
25 
azadlıqdan üstün tuturdu. Digər tərəfdən, nisbətən orta yaşlarında adamlar ən böyük 
ağırlıqlara  və  əzablara  tab  gətirirdi.  Lakin  qocalıq  yaxınlaşdıqca,  bunlara  dözmək 
çətin olurdu. Üçüncüsü isə qaçqınlar öz uşaqları ilə bu sərt həyatın tələblərinə uyğun 
olaraq  sərt  davranmalı  olurdular.  Uşaqlar  bu  ağır  həyatın  yükünü  daşımağa  qadir 
deyildilər.  Uşaqların  bir  çoxu  isə  bu  şəhərin  yerli  pozulmuş  gənclərinin  və  şəhərin 
saysız-hesabsız şirnikləndirici amillərinin təsiri altına düşüb, məhvedici yola qədəm 
qoyurdu,  öz  valideynlərini  tərk  edir,  bir  hissəsi  əsgərliyə  səfərbər  olunur,  digərləri 
uzaq dəniz səfərinə çıxmaq üçün gəmilərdə işə girir, bəziləri isə daha  pis yol seçib, 
pozğunluğa  qurşanırdı.  Ona  görə  də  icmanın  üzvləri  hiss  edirdi  ki,  onların  gələcək 
nəsli üçün mənəvi məhv və adətləri itirmə qorxusu vardır.  
Ən  başlıcası  bu  qaçqınları  yeni  məskən  axtarmağa  dini  inamları  məcbur 
edirdi.  Onlar  razı  idilər  ki,  qoy  sadəcə  pillə  rolunu  oynasınlar.  Lakin  başqaları  bu 
pillələrlə  daha  böyük  işlərə  gedəcəklər.  Nəhayət  onlar  məskən  salmaq  üçün 
Amerikanın geniş və adam yaşamayan sahələrindən birini nəzərdə tutdular. Həm də 
bu yer münbit və yaşayış üçün yararlı olmalı idi. Onlar güman edirdilər ki, yəqin ki, 
həmin  yerdə  vəhşi  adamlar  da  yaşayacaqdır.  Bu  təklif  bütün  icma  tərəfindən 
müzakirə  edildikdə  rəylər  bölündü,  tərəddüdlər  və  qorxu  meydana  çıxdı.  Axı 
üzməyin  özünün  təhlükəsi  ilə  yanaşı,  çünki  yol  olduqca  uzun  idi,  sahildə  onları 
gözləyəcək  məhrumiyyətlər  haqqında  da  düşünmək  lazım  gəlirdi.  Yəqin  ki,  orada 
həm aclıq, həm soyuq və həm də digər ağıla gəlməyən məhrumiyyətlərlə qarşılaşmaq 
ehtimalı var idi. Təkcə iqlimin dəyişilməsi, adət edilməmiş qida və su ağır xəstəliklər 
əmələ  gətirə  bilərdi.  Hələ  vəhşi  adamların  hücumu,  onların  fağır  adamlara  qalib 
gəldikdə  qəzəbi  heç  də  xırda  təhlükə  deyildi.  Onların  haqqında  ağlasığmaz 
vəhşiliklər  danışılırdı  ki,  adamların  diri-diri  dərisini  soyurlar,  əllərini-ayaqlarını 
hissə-hissə  doğrayır,  onları  kömürdə  qızardıb,  hələ  diri  olan  qurbanlarının  gözü 
qabağında yeyirlər. Belə söhbətlərdən adamların başının tükü qalxırdı.  
Bir  də  belə  səfər  üçün  çoxlu  pul  lazım  idi,  təkcə  Amerikaya  getmək  üçün 
gəmi  axtarmaqla  yanaşı,  ehtiyat  ərzaq  və  mallar  almaq  üçün  nə  qədər  xərc  tələb 
olunurdu. Artıq bu adamların yad ölkədə yaşamaq təcrübəsi var idi, Hollandiya kimi 
qonşu  və  varlı  ölkədə  belə  yaşamağın  nə  qədər  çətin  olduğunu  onlar  öz  gözləri  ilə 
görmüşdülər. Lakin bütün bu çətinlikləri göz önünə gətirərkən onlar başa düşürdülər 
ki, bütün bunlar ehtimal olunur, ancaq heç də hökmən baş vermək xarakteri daşımır. 
Bir də ki, çətinlikləri yalnız mərdliklə dəf etmək olar. Əgər məhv olsalar belə, onlar 
bir  şeydə  təskinlik  tapırdılar  ki,  onların  amalları  yüksək  olmuşdur.  Həm  də 
Hollandiyada da aclıq və xəstəlik hər yerdə olduğu kimi məhvedici idi.  
İcma  çox  götür-qoy  etdikdən  sonra  konkret  haraya  üzmək  məsələsi  ortaya 
çıxdı. Adamların bir qismi Qviananı və ya digər isti diyarlardakı münbit yerləri təklif 
edirdi.  Digərləri  Virciniyanı  təklif  edir  və  bunu  belə  əsaslandırırdı  ki,  artıq  orada 
ingilislər  məskən  salmağa  başlamışlar.  Qviananı  təklif  edənlər  belə  bir  dəlil  irəli 
sürürdülər  ki,  varlı  və  münbit  yerlərdə  həmişə  əbədi  bahar  hökm  sürür.  Qüdrətli 
təbiət  həmin  yerlərdə  hər  şeyi  bolluqla  verir,  adamlardan  da  elə  böyük  zəhmət  və 
xüsusi  bacarıq  tələb  etmir.  Ona  görə  də  orada  asanlıqla  varlanmaq  olar,  çünki  hətta 
paltar  və  digər  şeylər  də  daha  soyuq  və  az  məhsul  verən  ölkələrdə  olduğundan  az 
tələb  olunur.  Həm  də  ki,  ispanlar  orada  və  ona  yaxın  yerlərdə  hələ 
məskunlaşmamışlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə