Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   6   7   8   9   10   11   12   13   ...   174

 
21 
kimi görünən sizin qoyunlar indi elə böyük məhvediciyə və vəhşiyə çevrilmişlər ki, 
onlar  adamların  özlərini  yeyəcək  və  udacaqlar.  Onlar  bütün  tarlaları,  evləri  və 
şəhərləri yeyəcək, udacaq, dağıdacaqlar". 
Şəhərlər  və  kəndlər  işsiz  adamla  dolmuşdu.  Onlar  tənbəl  dilənçilər  kimi 
dolaşır və ya dar ağacı cəzasına kimi əsl oğrular kimi həyat sürürdülər. Bu ümidi hər 
yerdən  üzülmüş  adamlar  öz  yaşayışı  üçün  başqa  vasitə  tapmadıqlarından,  yoldan 
keçən  mühafizəsiz  yolçuları  qarət  etməklə  məşğul  olurdular.  Müharibələr 
getmədiyinə  görə,  Londonun  küçələri  əlindən  heç  bir  iş  gəlməyən  bekar  əsgərlərlə 
dolu idi.  
İşsiz  və  heç  nəyə  yaramayan  adamlar  Amerikaya  yollanmağı  qət  edirdilər. 
Oraya getmək arzusunda olanların yarısı özünü "centlmen" adlandırırdı. Əslində isə 
onlar  yaxşı  nəsildən  olan,  lakin  heç  bir  məşğuliyyəti  və  iş  vərdişi  olmayan  adamlar 
olub,  yeni  torpaqda  öz  talelərini  dəyişdirmək  üçün  bu  macəraya  bir  şans  kimi 
baxırdılar.  Çünki  onlar  heç  bir  işi  bacarmırdılar.  Qalan  adamların  da  az  hissəsi 
əkinçi, dülgər və ya başqa növ zəhmətə alışmış adamlar idi. Belə qruplardan birinin 
tərkibində tək bir bənna, bir dəmirçi var idi, qrupun heyyəti tərkibi isə 120 adamdan 
ibarət  idi.  Burada  daha  iki  kərpickəsən,  altı  dülgər  var  idi,  35  nəfəri  centlmen 
olmaqla,  qalanları  özlərini  necə  adlandırmağı  belə  bilmirdi.  Yeni  məskəndə  - 
Ceymstaunda  isə  taxıl  yetişdirmək,  ev  tikmək,  ağac  kəsmək  lazım  idi.  Bu  adamlar 
gözləyirdilər  ki,  Virciniya  Kompaniyası  onlara  ərzaq  göndərəcəkdir,  özləri  isə 
yaşayışları  üçün  nə  etmək  barədə  düşünmək  belə  istəmirdilər.  Lakin  yeni 
məskunların tərkibindəki belə arzu olunmayan rəngarəngliyə baxmayaraq, Virciniya 
koloniyaları inkişaf edirdi. İngiltərə kral sarayı isə koloniyaların idarə olunmasını öz 
əlinə keçirirdi.  
Bu  dövrdə  Amerikanın  şimalında  digər  koloniyalar  da  kök  salmağa  başladı. 
Jak  Kartyerin  Müqəddəs  Lavrenti  çayının  üstündə  yetmiş  il  əvvəl  tədqiq  etdiyi 
yerlərdə  fransızlar  özlərinin  Monreal  və  Kvebek  ticarət  məntəqələrini  yaratdılar. 
Nyufaundlenddə  ingilislərin  kiçik  koloniyası  özlərinə  ev  tikməyə  başladı.  Holland 
tacirləri isə Hadson çayının üstündə məskunlaşdılar. `İngilis sektantlarının bir dəstəsi 
Kod burnunda Nyu Plimut koloniyasının bünövrəsini qoydular. Digər kiçik bir ingilis 
dəstəsi  Massaçusets  buxtasının  cənub  sahilində  məskunlaşdı.  Beləliklə,  nəhayət 
qitənin məskunlaşması prosesi ciddi xarakter daşımağa başladı.  
Fransızlar, hollandlar və ingilislər daha çox torpaq ələ keçirmək yarışında bir-
birilə fəal rəqabətə girişməli oldular. Qalib gəlməyə görə, ingilislər üçün hollandlar 
fransızlardan  daha  ciddi  rəqibə  oxşayırdı.  Doğrudur,  Hollandiya  dövlətinin  ərazisi 
İngiltərə ərazisinin dörddə biri qədərində idi. Onların əsas gücü dənizdə idi. Onların 
ərazisinin  özü  də  yarım  dəniz  torpaqları  idi.  Hollandlar  balıqçı  və  dənizçi  kimi 
tərbiyə  olunmuşdular.  Sonralar  ispanlar  onları  buna  təhrik  etdiklərinə  görə, 
hollandlar  iri  donanma  düzəldib  okeanlara  çıxdılar  və  Yer  kürəsinin  ucqarlarında 
çoxlu torpaqlar tutdular. Əvvəllər onlar ərazilər işğal etmək haqqında düşünmürdülər 
də.  Portuqaliyalılar  artıq  münbit  torpaqları  tutmuşdu  və  İran  körfəzindən 
Yaponiyayadək  böyük  ticarət  yolu  təsis  etmişdilər.  Onlar  öz  yüklərini  uzaq 
məsafələrdən Lissabona daşımaqda çətinlik çəkmirdilər. Ona görə də ispanlar Cənubi 
Amerikada ələ keçirdiklərini Sevilyadan uzağa daşımırdılar. Ancaq Avropanın qalan 
hissəsinə  satılmalı  olan  malları  daşımaq  lazım  gəlirdi.  Hollandlar  yalnız  ispanlar 


 
22 
onları  tək  buraxdıqda,  bir  tacir  və  yük  daşıyıcısı  kimi  başqaları  ilə  rəqabətə  girə 
bilərdilər.  İspaniya  isə  öz  ağılsızlığı  üzündən  hollandları  Roma  katolitik  dininə 
qaytarmaq üçün onlara güc tətbiq edirdi, onlar isə protestant və inadkar adamlar kimi 
buna  müqavimət  göstərirdilər.  Onların  arasında  1568-ci  ildə  başlayan  bu 
müharibələrdə  bütün  Avropa  hərəkətə  gəldi,  qırx  bir  il  sonra  isə  İspaniya  özünün 
nəfəsi kəsildikdə sülhə razılıq verdi. Bütün dünya dəyişildi.  
Hollandiya  böyük  dəniz  qüvvəsinə  çevrildi,  Portuqaliyanı  şərqdən  qovdu, 
burada özünün ticarətini və koloniyalarını yaratdı. O, özünü hətta İngiltərədən əvvəl 
dənizlərin  sahibi  etdi  və  özünə  güvənməklə  Amerikada  yeni  torpaqlar  tutmağa 
girişdi. Hollandlar ingilislər kimi torpaq tutmanı ticarətlə birləşdirdilər. Məhz holland 
tacirlərinin İst İndiya Kompaniyası portuqaliyalıları Şərqdəki torpaqlarından qovdu. 
Bu  sonralar  ingilis  ticarət  İst  İndiya  Kampaniyasının  İngiltərə  üçün  Hindistanı  zəbt 
etməsinə  çox  bənzəyir.  İst  İndiya  Kompaniyası  öz  istilaları  və  fəaliyyəti  ilə  özünü 
qüdrətli  və  məşhur  etdikcə,  hollandlar  özlərinin  Vest  İndiya  Kompaniyasını  da 
yaratdılar. Bu kompaniyanın məqsədi ticarətlə yanaşı, bacardığı qədər Afrikanın qərb 
sahillərində torpaqlar tutmaq idi. Bu kompaniya həm də Cənubi Amerikanın hər iki 
sahilindəki  adaları  və  Atlantik  okeanının  cənub  adalarını  tutmalı  idi.  Onların  bu 
sərgərdan səlahiyyətinə 24 il ərzində eyni zamanda ticarət etmək, vuruşmaq və idarə 
etmək daxil idi.  
Hollandlar  Hadson  çayı  üzərində  və  Delaverdə  koloniyalar  salmağa  cəhd 
edirdilər.  Hollandiyanın  İst  İndiya  Kampaniyasında  işləyən  ingilis  dənizçisi  Henri 
Hadson bu böyük çayı 1609-cu ildə kəşf etdiyindən, çay onun adı ilə adlandırılmışdı. 
O,  həmçinin  Delaverdəki  böyük  buxtaya  və  axına  girmişdi.  Hollandlar  tezliklə 
Hadson  çayını  "Böyük  Şimal  çayı",  Delaver  çayını  isə  "Cənub  çayı",  onların 
ətrafında və arasında olan münbit ölkəni isə "Yeni Niderland" adlandırdılar. Burada 
1614-cü  ildə  Yeni  Niderland  kompaniyası  yaradıldı.  Bundan  əvvəl  o  Vest  İndiya 
Kompaniyası  idi.  Şimaldakı  Nyu  Fransadan  Virciniyaya  qədər  oaln  ərazi  bu 
kompaniyanın nəzarətində idi. Bu İngiltərə kralı  Ceymsin  Virciniya kompaniyasına 
bəxş etdiyi ölkənin əslində ürəyini təşkil edirdi. Hollandlar isə bu barədə ya çox az 
şey bilirdilər və ya bilmək istəmirdilər. Onlar Böyük Şimal çayı ətrafından olan və 
ilk andan onlara hörmətlə yanaşan hindularla xəz alveri edirdilər. Onların içərisindəki 
tək-tək macəraçılar çaydan çox aralı kimsəsiz yerdə kiçik fort və ya ticarət məntəqəsi 
tikmişdi.  Onların  komandalarının  bir  qrupu  buxtadakı  Manhetten  adasının  dənizə 
tərəf  olan  hissəsində  yerləşirdi.  Bu  hələ  Nyu  Niderland  Kompaniyasının 
yaradılmasından  dörd  il  əvvəl  baş  vermişdi.  Bu  kompaniya  isə  nəhəng  Vest  İndiya 
Kompaniyasının  içərisində  böyüyüb  meydana  gəlmişdi.  Onun  başlıca  vəzifəsi, 
cənubda təşəbbüsü portuqaliyalıların və ispanların əlindən almaq idi. Kompaniyanın 
digər işi Şimali Amerikanı məskunlaşdırmaq barədə ardıcıl planları həyata keçirmək 
idi. 1625-ci ildə bu torpaqlarda iki yüz kolonist var idi. Onların bir hissəsi şimaldakı 
Fort  Orancda,  Cənub  çayının  yanındakı  Fort  Nassauda,  bir  hissəsi  isə  Manhetten 
adasında,  çox  azı  isə  Lonq  Aylenddə  idi.  Hətta  kiçik  bir  ailələr  dəstəsi  ingilislərin 
Konnentikut  adlandırdıqları  "Təzə  çayın"  üstündə  idi.  Onlar  buralardan  həmin 
əraziyə necə səpələnmək barədə fikirləşirdilər.  
Elə  bu  vaxtlar  Hollandiyadan  gələn  bir  qrup  sürgün  olunmuş  ingilis  sakini 
buraya gəldi və hollandların qonşusu, həm də rəqibi kimi şimalda yaşamağa başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə