Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   2   3   4   5   6   7   8   9   ...   174

 
13 
cavabındakı iti ağlına heyran qalmışdı. Yenə danışıqlara cəhd etsə də, hər şey əbəs 
idi.  
İspan  ordusu  hindu  ölkəsi  Vitaçukoya  gələndə  de  Soto  başçı  ilə  dostlaşdı, 
lakin  tərcüməçi  Xuan  Ortiz  xəbər  verdi  ki,  onlar  bütün  ordunu  məhv  etmək  üçün 
qəsd  hazırlayır.  Həmin  bədbəxt  günə  gəlib  çatanda  de  Soto  Vitoçukonun  yanında 
gəzirdi.  Başçını  12  nəfər  silahlı  hindu  müşayiət  edirdi.  Döyüş  ağların  qələbəsi  ilə 
başa çatdı. Ölənə yaxın qəbilə başçısı zərbə ilə de Sotonun sifətini eybəcər hala saldı.  
Bir  hindu kraliçasının  ölkəsində  isə  onlar  qızıl  əvəzinə  mis  tapdılar,  ispanlar 
bu  vaxt  öz  işıqlı  fantaziyalarından  ayıldılar.  Kraliça  onlara  hədiyyə  kimi  çoxlu 
mirvari  verdi.  Buranı  tərk  edəndə  de  Soto  kraliçadan  onları  müşayiət  etməyi  xahiş 
etdi.  Kraliça  xahişi  rədd  etdi.  İspan  komandanı  israr  edərək,  qadını  əslində  əsir 
götürdü.  Çoxlu  yaxşılıqlardan  sonra  bu  qəddarlıq  əlaməti  idi,  lakin  de  Soto  qırmızı 
dərililərin  xəyanətkarlığından  qorxurdu.  1540-cı  ildə  onlar  çayı  keçib  Corciyanın 
şimalına  döndülər.  Səfər  vaxtı  kraliça  təxti-rəvandan  tullanıb  iti  sürətlə  qaçdı  və 
meşədə gözdən itdi.  
Alabamadakı  döyüşdə  isə  minlərlə  hindu  öldürülmüşdü.  İspanların  da  çoxu 
ölmüşdü  və  qaçanlar  yaralanmışdı.  Həmçinin  45  at  öldürülmüşdü.  De  Sotonun 
budunu  nizə  parçalamışdı.  O,  at  belində,  yəhərdə  otura  bilmirdi.  Mavisadakı  döyüş 
isə Birləşmiş Ştatlar torpağında ağlarla hindular arasında olan ən böyük döyüş idi. De 
Soto ya geri çəkilməli, ya da ölməli idi. O, Missisipi çayını kəşf etməli idi. 1541-ci 
ildə  nəhayət  o,  gözlərini  bu böyük  çaya  dikdi.  O,  malyariya  ilə  xəstələndi.  21  may 
1542-ci  ildə  de  Soto  ruhunu  allaha  tapşıraraq  öldü,  onun  adamları  isə  1543-cü  ilin 
sentyabrında Meksika körfəzindən keçib ispan koloniyasına gəlib çıxdı. De Sotonun 
arvadı İzabella bir neçə il sonrakı ölümünə qədər ərinə yas saxladı.  
Fransız  kralı  Papanın  "Demarkasiya  xətti"nə  hörmətlə  yanaşmaqdan  imtina 
etdi.  Bu  Papa  bullası  büdpərəst  torpaqlarını  İspaniya  və  Portuqaliya  arasında 
bölmüşdü. Kral tələb etdi ki, əgər həqiqətən də atamız Adəm belə bir vəsiyyət qoyub 
getmişdirsə,  bu  vəsiyyət  açılıb  göstərilməlidir.  Fransızlar  öz  tədqiqatlarını  şimalda 
cəmləşdirdilər.  1534-cü  ildə  Jak  Kartyer  Müqəddəs  Lavrenti  burnuna  səyahət  etdi. 
Şimali Labradoru, Ayrinc Eduard adasını və Antikostini tədqiq etdi. İkinci səfərində 
o, Müqəddəs Lavrenti çayı ilə indiki Monreal şəhərinə qədər yuxarı üzdü. Bu şəhərin 
adı bu yerə - Mont Reala («Kral dağı» deməkdir) onun verdiyi addan götürülmüşdü.  


 
14 
Amerikanın avropalılar tərəfindən məskunlaşması 
 
Yeni  Dünya  bir  yüzilliyə  kəşf  edildi.  Bu  ərazi  iki  okeanla  əhatə  olunmuşdu. 
Avropanın özünün bir hissəsini daimi olaraq Şimali Amerikaya köçürməsi vaxtı gəlib 
yetişmişdi.  Avropa  dövlətləri  Yeni  Şimali  Amerika  sivilizasiyasının  anası  oldu. 
Şanslar  hamıdan  çox  İspaniyaya  gülümsəyən  kimi  görünürdü.  Lakin  İspaniya 
imperiya  yaratmağa  və  yeni  millət  formalaşdırmağa  çətinliklə  yarayırdı.  O,  qızıl 
tapmaq  üçün  tuzemləri  qarət  edirdi.  Qızıla  görə  qırmızı  dərili  adamları  öldürürdü, 
qaraları  qula  çevirirdi.  Qızıl  İspaniyanın  qüdrətinin  dağılmasının  əsas  səbəbi  oldu. 
Yüz ilə yaxın müddətdə İspaniya Yeni Dünyada qeyd-şərtsiz hökmranlıq etdi. Lakin 
İspaniya  bu  etimada  layiq  olmadığını  göstərdi.  Onun  tənəzzülünün  başlıca  səbəbi 
qızıl  allahına  belə  böyük  sitayiş  etməsi  idi.  Bu,  ölkənin  kənd  təsərrüfatının  və 
manufaktura  istehsalının  süqutuna  gətirib  çıxardı.  Burada  digər  səbəblər  də  var  idi. 
İspaniya mavrların qovulması ilə özünün ən yaxşı sənətkarlarını və zəhmətkeşlərini 
itirmişdi.  Yəhudiləri  ölkədən  qovmaqla  özünün  kommersiya  ruhunun  çoxunu 
itirmişdi. Ən pisi isə, İnkvizisiya dəhşətlərinin bu millətin seçmə qanından olan xeyli 
hissəsini qarət etməsi idi. Bütün bunlara əlavə olaraq, həm də İspaniyanın Avropada 
özünün  siyasi  qüdrətini  böyütmək  cəhdləri  və  Reformatsiyaya  qarşı  mübarizəyə 
gücünü sərf etməsi, yalnız imperiyanı zəiflətdi və onun süqutunu sürətləndirdi.  
İspaniya  özünəməxsus  olan  zəiflikdən  tənəzzülə  uğradıqda,  Fransa  və 
İngiltərə  sürətlə  yuxarı  qalxırdı.  Kraliça  Elizabet  Britaniya  millətini  yüksək  qüdrət 
səviyyəsinə  qaldırdı.  İspaniya isə  bu  vaxt  uzun  müddət  idi  ki,  Britaniya  ilə  rəqabət 
aparırdı.  
Beş əsr ərzində normanlar və saksonlar, anqllar və yutalar bir yerdə o vaxta 
qədər  qarışdılar  ki,  tarixdə  digərləri  tərəfindən  üstələnməyən  bir  irqi-  ingilis  irqini 
yaratmaqla,  nəticədə  onların  hər  biri  özlərinə  məxsusluqlarını  itirdi.  İngiltərə 
genişlənmək arzusuna qovuşdu və onun diqqəti Yeni Dünyaya tərəf yönəldi.  
İngilislərin  Amerikada  məskunlaşması  İngiltərənin  xeyirxah  kraliçası  olan  I 
Elizabet  erasından  sonra  başlandı.  45  il  ərzində  böyük  uğurla  kraliçalıq  etdikdən 
sonra 1603-cü ildə vəfat edən Elizabet öz dövlətini xeyli möhkəmləndirilmiş şəkildə 
qoyub getmişdi. Kəşflər və macəralar dövrü kimi məşhur olan onun hakimiyyət illəri, 
artıq yerini ticarət dövrünə təhvil verirdi. Bu vaxt Şimali Amerikanın kəşfindən bir 
əsrdən artıq müddət keçmişdi. Avropa siyasətində xüsusən 1588-ci ildə ingilislərin, 
onun Məğlubedilməz Armadası üzərində məşhur qələbəsindən sonra öz böyük yerini 
itirən  İspaniyanın  özü  artıq  Fransa  və  İngiltərə  tərəfindən  tutulmaq  qorxusu  altında 
idi. Digər tərəfdən isə yeni qitə "örtülü və bakirə sahilləri ilə" arzuları alovlandırırdı. 
Lakin  cəsur  adamların  kəşfləri  heç  də  sonrakı  nailiyyətlərlə  möhkəmlənmirdi.  Bir 
qayda  olaraq  bu  qiymətli  kəşflərdən  sonra  bu  ərazilərin  fayda  gətirəcək  şəkildə 
tutulması baş vermirdi.  
Şimali  Amerika  öz  taleyini  gözləyəndə,  Cənubi  Amerika  artıq  dövrün 
ruhunun can atdıqlarının haqqını bədxərcliklə ödəyirdi. Şimaldan fərqli olaraq burada 
xəzinələr  var  idi.  Okean  bu  sərvət  iyini  alan  ispaniyalı  silahlı  adamlarla  dolu  idi, 
onlara Kortes kimi qəsbkarlar başçılıq edirdi. Yenicə kəşf edilən qədim sivilizasiyaya 
belə  münasibətdən  ağır  zərbə  dəydi.  Yeni  Dünyanın  qərb  sivilizasiyası  ispan 
əsgərlərinin  həmlələrindən  şüşə  kimi  parçalanıb  qırıq-qırıq  oldu.  Sonra  okean, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə