Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   2   3   4   5   6   7   8   9   ...   174

 
11 
Hindular arasında övlad, nəsl adətən ana xətti ilə tanınırdı. İrokezlər arasında 
qadınlar torpağa sahib olurdular və kişilər üzərində böyük nüfuza malik idilər. Hindu 
qəbilə  başçısının  qadın  olması  Şimali  Amerika  tayfaları  arasında  qeyri-adi  bir  şey 
hesab edilmirdi.  
Şimali  Amerika  ağlar  tərəfindən  ilk  dəfə  kəşf  edildikdə,  bütünlüklə  hindu 
qəbilələri  ilə  məskunlaşmışdı.  Onların  iki  ciddi  məşğuliyyəti  var  idi.  Bunlar 
müharibə və qida əldə etmək naminə uzun həyat mübarizəsi aparmaqdan ibarət idi. 
Hindular  həqiqətən  təbiətin  uşağı  idilər.  Onların  öyrənmə,  dərk  etmə  obyekti  təbiət 
idi.  Əti  ilə  bilavasitə  özlərinin  qidalanmalırının  asılı  olduğu  heyvanlar  barədə  dərin 
biliklərə malik idilər. Heyvanların olduqları yer və davranışları barədə onların biliyi 
təəccüb doğuracaq dərəcədə geniş idi.  
Bütün bunlara baxmayaraq hindular ilk avropalılara qədər inkişaf etməmiş və 
sivilizasiya  olunmamış,  barbar  xalq  təsirini  bağışlayırdı.  O,  yüz  millərlə  məsafəni 
piyada, özü də qidasız qət edə bilirdi. Onlara minik heyvanları da məlum deyildi, axı 
belə  heyvanlar  Yeni  Dünya  ərazisində  heç  mövcud  da  deyildi.  Əgər  hindu  düşmən 
tərəfindən əsir götürülsəydi, ölənə qədər fədakarlıqla özünə odla əzab verirdi və ya 
öz  bədənini  heç  bir  ağrı  nişanəsi  hiss  etdirmədən  tikə-tikə  dağıdırdı.  Bu  vaxt  onun 
dodaqlarından  qışqırıq  belə  çıxmırdı.  Hətta  döyüşdə  də  hindular  hansısa  xüsusi 
inzibatçılıq  və  qaydalar  tərəfindən  idarə  olunmurdular.  Hər  bir  adamın  igidliyi 
onların gözündə daha yaxşı görünürdü. Hindu döyüşləri, heç də iki ordunun diqqətlə 
planlaşdırılmış  görüşü  deyildi,  bu  əvvəlcədən  elmi  dəqiqliklə  hazırlanmırdı.  Axı 
sivilizasiyalaşmış  xalqlar  arasında  müharibə  qeyd  edilən  qaydada  aparılırdı. 
Hinduların vuruşları daha çox fərdi əlbəyaxa görüşlərin, xırda toqquşmaların seriyası 
təsirini bağışlayırdı. Bu daha çox tələ qurmaq döyüşü idi. Hindu tam cəsur olmaqla, 
həm də məkrli və xəyanətkar idi. O, düşməni ilə düzgün qaydada döyüşmürdü. Dərin 
uçurumda  və  ya  qara  kölgədə,  yaxud  ağacın  arxasında  o  vaxta  qədər  gizlənirdi  ki, 
düşmən onun yanından ötüb keçsin. Bu vaxt o, pələng qəzəbi ilə onun üstünə atılır, 
aralı bir yerə dartıb aparır və parçalayırdı.  
Hindu  qəbilələri  inkişaf  dərəcəsinə  görə  bir-birindən  fərqlənirdi.  Avropalılar 
buranı ilk dəfə kəşf edəndə, Yukatanın və Britaniya Kolumbiyasının adam əti yeyən 
tayfalarından  tutmuş,  Meksikanın  və  Perunun  iri  şəhərlərə  malik  olan  və  yüksək 
mədəniyyət yaratmış qəbilələrinə qədər, burada müxtəlif dərəcələr mövcud idi.  
Hinduya  özünün  çirkli  viqvamı,  cır-cındır  paltarı  və  muncuqlarla  bəzədilmiş 
mokasinləri  (ayaqqabıları)  daha  xoş  gəlirdi.  O,  canavar  kimi  ulaya,  vəhşi  quş  kimi 
çığıra,  ağaclar  arasından  əsən  külək  kimi  vıyıldaya  bilirdi.  Bunlar  bir  musiqi  kimi 
hindunun  könlünü  oxşayırdı.  O,  öz  yaşını  bilmirdi.  Mövsümlərin  dəyişilməsini  və 
vaxtın hesabını göydəki Ayla aparırdı.  
Ən  görkəmli  hindu  qəbilələrindən  biri  İrokezlər  idi,  onlar  indiki  Nyu-York 
ştatının  bir  çox  hissələrində  yaşayırdılar.  Bəzi  tayfalar  Kanadaya  qədər  Ohayo 
vadisində  və  cənubda  geniş  yayılmışdılar.  Onlar  uzun,  bir-birilə  əlaqəsi  olan  evlər 
tikirdilər,  kəndləri  istehkamlandırırdılar,  torpağı  becərirdilər.  Çeroki  qəbiləsi  də 
İrokezlərə  məxsus  idi.  Dakota  və  Siu  qəbilələri  isə  Missisipi  çayının  başına  qədər 
Böyük Göllərin qərbini tuturdu.  
Torpaqların  kəşfi  və  işğalı  isə  rəhmsizliklə  müşayiət  olunurdu.  İlk 
tədqiqatçılara  gəlincə,  1531-ci  ildə  Hernando  (və  ya  Fernando)  de  Soto  ikinci 


 
12 
komandan  kimi  Perunu  qəddarcasına  zəbt  etmiş  Pisarroya  qoşulmuşdu.  De  Soto 
ondan  bir  qədər  insanpərvər  idi.  Günahsız  İnkanı  öldürdüyünə  görə  Pisarronun 
hərəkətini pisləmişdi. Peru qızılında onun payı yarım milyon dollara bərabər idi. De 
Soto  15  il  ərzində  görmədiyi  İspaniyaya  qayıtdı,  burada  Perunun  fatehi  kimi 
qarşılandı. Kral və İmperator olan V Karl onun səfər xərclərini ödədi və De Soto 600 
adamla  birlikdə  1538-ci  ilin  aprelində  Kubaya  üzdü.  İmperator  onu  adanın 
qubernatoru  təyin  etdi.  1339-cu  ildə  Fernando  de  Soto  əvvəllər  Leonun  başçılıq 
etdiyi ekspedisiyanı təkrar etdi.  
1521-ci  ildə  cəsur  Pans  de  Leonun  dəstəsi  gözəl  bir  yarımadaya  girdi  və 
səyyah onu Florida adlandırdı. O, burada əfsanəvi bulağı axtarırdı. Rəvayətə görə, bu 
bulağın  suyu  "xüsusilə  şirin"  idi  və  bu  suya  girəndə  elə  bil  ki,  "ətirli  bir  aləmə" 
çökürdün.  Bu  su,  onu  içənlərə  əbədi  cavanlıq  bəxş  edirdi.  Bu  həvəsinə  görə  Leon 
əvvəlcə  ümidini,  sonra  isə  həyatını  itirdi.  1528-ci  ildə  isə  Panfilo  de  Narvayes 
tufandan qurtarmaq üçün çıxmağa sahil axtardıqda, ölkənin içərilərinə doğru irəlilədi 
və  üç  aylıq  uğursuz  axtarışdan  sonra  nə  xəzinəsi,  nə  sərvəti  olmayan  bir  ərazi  - 
Missisipi  çayının  dənizə  töküldüyü  yerə  gəlib  çıxdı.  Burada  beş  qayıqdan  ikisi 
adamlarla birlikdə itirildi. Nəhayət, onlar ispanlar yaşayan sahilə çıxdılar.  
De  Sotonun  dəstəsi  də  Missisipi  çayının  mənsəbinə  çatdıqdan  sonra 
körfəzdəki  ispan  postuna  gəlib  çıxdı.  De  Leon  və  Narvayes  kimi  onlar  da  heç  bir 
qızıl  tapmadılar,  qızıl  əvəzinə  xəstəlik  və  ölüm  kimi  həyatda  axtarılmayan  şeyi 
tapdılar.  
De  Soto  Amerikada  Xuan  Ortiz  adlı  adamla  tanış  olmuşdu.  O,  on  il  idi  ki, 
hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, 
onların  hamısına  ölümcül  əzab  verilmiş,  Xuanın  həyatını  isə  tayfa  başçısının 
emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili 
və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi. De Soto 
üç  il  çəkən  böyük  səfərə  çıxmışdı  və  bu  səfər  onun  ölümü  ilə  başa  çatdı.  Ondan 
qaçan hindu qəbiləsinin başçısına özünün dostcasına məramı barədə xəbər göndərdi, 
lakin  başçı  digər  bir  yeni  Narvayesin  gəlməsindən  qorxurdu  və  heç  bir  cəhd  onu 
gizləndiyi  yerdən  çıxara  bilmədi.  Qırmızı  dərililər  Şimalda  çoxlu  qızıl  olduğunu 
bildirdilər. Bu onların hiyləsi idi ki, ağlar onların torpaqlarından çıxıb getsin. Adətən 
tuzemlər  bu  hiylədən  tez-tez  istifadə  edirdilər  və  bu  arzu  edilən  effekti  verməkdə 
faydasız  olmurdu.  De  Sotonun  ordusu  indiki  Corciya  ştatına  gəlib  çıxdı,  Cənubi 
Karolinaya çatdı. Burada meyvə salxımları ilə yüklənmiş qəribə ağaclar, hər rəngdə 
olan  güllər,  saysız-hesabsız  rəngarənglikdə  bitkilər  və  otlar  var  idi.  Burada 
Amerikaya məxsus olan heyvanlar və quşlar görünürdü. İspanlar isə qızıl axtarırdılar.  
Hindular burada möhkəm tikilmiş evlərdə yaşayırdılar və torpağı becərirdilər. 
Onlar  sivilizasiyalaşmış  xalqlara  yaxın  idilər  və  bu  səviyyə  İspaniyadakı  aşağı 
sinifdən olan adamlarınınkına bərabər idi. Hindu tayfa başçılarından biri de Sotonun 
dostluq  barədəki  təklifinə  cavab  olaraq  demişdi:  "Başqaları  keçmiş  illərdə  sizin 
lənətə  gəlmiş  irsinizdən  bizim  sahillərimizi  zəhərləmişdi.  Onlar  sizin  kim 
olduğunuzu mənə bildirdilər. Budurmu Sizin işiniz? Bir torpaqdan başqasına avaralar 
kimi  dolanmaqmı,  kasıbları  saymamaqmı,  müdafiəsizləri  öldürməkmi?  Müharibə  - 
budurmu  hər  şey.  Onu  mən  xahiş  edim?"  İspan  komandanı  onun  bu  cəsarətinə  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə