Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   5   6   7   8   9   10   11   12   ...   174

 
19 
o,  adamları  işləməyə,  zəhmətə  sövq  edirdi  və  bununla  da  qarşıdakı  inkişafın 
əsaslarını yaradırdı. Pokahontasa gəldikdə, bu nadinc hindu qızı tez-tez Ceymstauna 
gəlirdi  və  öz  hərəkətləri  ilə  kolonistləri  heyrətləndirirdi.  Sonra  bu  qız  dul  kişi  olan 
kolonist Con Rolfa ərə getdi. Əri ilə İngiltərəyə gəldikdən sonra orada böyük hörmət 
qazandı, oğlunu doğanda öldü. Hindu qızından doğulan oğlan sonralar Virciniyanı öz 
vətəni etdi və gələcək ştatın bir neçə ən məşhur sülalərinin əcdadı rolunu oynadı.  
Kolonistlərin meşədəki həyatı ağır idi və 1608-ci ilin yanvarında, vur-tut 38 
adam sağ qalanda kapitan Nyuport ərzaq ehtiyatı və 120-dən artıq yeni kolonistlərlə 
bura  qayıtdı.  Sonralar  Virciniyaya  başqaları  da  gəldi  və  1609-cu  ildə  Con  Smit 
İngiltərəyə qayıdanda koloniya sakinlərinin sayı artıq beş yüzə çatmışdı.  
1609-cu il çarteri ilə lord de la Uarr və ya Delaver Virciniyanın qubernatoru 
təyin edildi. O, İngilətərədən 9 gəmi, 500 kişi və qadınla Amerikaya yola düşmüşdü. 
Lakin  Bermuda  adalarının  yaxınlığında  dəhşətli  tufana  düşmüş,  bir  neçə  ay  bu 
adalarda qalmışdı.  
Virciniyada  həyat  ağır  olaraq  qalırdı.  Bura  "aclıq  dövrü"  gəlmişdi.  Hindular 
yenidən düşmənçiliyə keçdiyindən, onlardan ərzaq almaq olmurdu. Qida əldə etmək 
üçün adamlar ölümə gedirdilər. Ölənlərin sayı qorxulu idi. Smitin qoyub getdiyi 500 
adamdan  1610-cu  ilin  yazında  yalnız  60  adam  sağ  qalmışdı.  Onlar  da  Virciniyanı 
tərk  etməyi  qərara  almış  və  İngiltərəyə  çatmaq  ümidi  ilə  dörd  kiçik  komandir 
katerinə oturub üzmüşdülər. Gecəni Malberri adasında keçirmiş, sabahısı gün tezdən 
lord Delaverin gəlməsi xəbərini eşitdikdə sevinmişdilər. Onlar  yenidən Ceymstauna 
dönmüş və Virciniya koloniyası yenidən həyata qayıtmışdı. Birləşmiş Ştatların bu ilk 
övladının körpə həyatı, göründüyü kimi nazik bir tükdən asılı olmuşdu. 
Delaver tezliklə koloniyanı ayağa qaldırdı, sonrakı ili İngiltərəyə dönəndə, öz 
yerinə Tomas Deyli oranı idarə etmək üçün göndərdi. Deyli güclü xarakterə malik və 
çox  qabiliyyətli  bir  adam  idi.  O,  hər  bir  sakinə  üç  akr  torpaq  sahəsi  və  özəl 
mülkiyyətə  sahib  olmaq  hüququ  verdi.  Bu  tədbirdən  sənətkarlıq  inkişaf  etməyə 
başladı  və  bu  vaxtdan  etibarən  bir  daha  heç  vaxt  Virciniyada  ərzaq  qıtlığı  olmadı. 
1612-ci  ildə  Deylin  bu  vəzifəni  daşıdığı  vaxt  Virciniya  üçün  üçüncü  çarter  verildi. 
Bu  çarterə  görə  Bermuda  adaları  Vircinayaya  əlavə  olundu.  Bu  hökumət 
səlahiyyətinə  malik  olmağın  başlanğıcı  idi.  Kral  Ceyms  kor-koranə  avtokratik 
hökumət  nəzəriyyəsinə  vurulmuşdu.  Çarterlə  sakinlərə  ingilislər  kimi  hüquqlar 
verilmişdi. Lakin öz hökumətlərini seçmək üçün onlar səs hüququna malik deyildilər. 
O  vaxtdan  Amerikada  ilk  təmsilçilər  orqanı  olan  Burqeslər  Palatası  meydana 
gəlmişdi. Sakinlər assambleyası çağırılırdı, qubernator hakimiyyətdə onlara müəyyən 
pay verirdi.  
Elə  bu  vaxt  Rolfla  hindu  qəbiləsinin  başçısı  Pouhatanın  qızının  nikahı 
Virciniyada ağ və qırmızı dərili irqi birləşdirdi. Bu hadisə Pouhatanın ölümünə qədər 
- səkkiz il middətində hindularla sülhü qoruyub saxladı. Təsərrüfat işlərinə gəldikdə, 
1616-cı  ilə  yaxın  tütün  yarpağı,  koloniyanın  istehsal  etdiyi  əsas  məhsula  çevrildi. 
İngilislər  tütünün  becərilməsini  hindulardan  öyrənmişdilər  və  bu,  satılmaq  üçün 
İngiltərəyə  göndərilən  məhsul  idi.  Hər  bir  ailə  tütün  becərirdi  və  bu  bitki 
Ceymstaunun küçələrində də bitirdi. Hətta koloniyanın puluna da çevrilmişdi, keşişə 
və ictimai vəzifə sahiblərinə maaş tütünlə verilirdi.  


 
20 
Deyl  buranı  tərk  etdikdən  sonra  kolonistlər  bir  neçə  il  pis  qubernator  kimi 
tanınan Samyuel Arqallın qüsurlarından əziyyət çəkdilər. O, istənilən yollarla onları 
qarət  edirdi.  Virciniya  koloniyasına  Ervin  Sandis  başçılıq  edəndə,  çox  keçməmiş 
onun  müdrikliyi  hiss  olunmağa  başlandı.  Onun  ilk  addımlarından  biri,  1619-cu  ildə 
ən  yaxşı  qubernatorlardan  olan  Corc  Uiardlinin  buraya  göndərilməsi  oldu.  O, 
Amerikada ilk populyar idarəetmə tətbiq etdi.  
Virciniyanın tarixində ən yadda qalan il 1619-cu il oldu. Həmin il iki institut 
fəaliyyət  göstərməyə  başladı  və  onların  hər  ikisi  doğulmaq  üçün  mübarizə  aparan 
yeni millətin gələcək inkişafında mühüm rol oynadı. Bunun birincisi xalq tərəfindən 
yaradılan idarəetmə, ikincisi isə quldarlıq institutu idi. Koloniyanın qubernatorunun 
hakimiyyətini  məhdudlaşdırmaq  barədə  Virciniya  Kompaniyasının  imzaladığı 
göstəriş meydana gəldi və xalq tərəfindən seçiləcək Burqess qanunvericiliyi quruldu. 
İlk  Burqess  palatası  iyirmi  iki  nümayəndədən  ibarət  olmaqla  1619-cu  ilin  iyulunda 
toplanmışdı.  Bu  Uiardlinin  gəlməsindən  bir  az  sonra  baş  verdi.  Adamlar  özlərinin 
tərtib və qəbul etdiyi qanunlar mühitində yaşayırdılar. "Xalqın hökuməti, xalq üçün 
hökumət,  xalq  tərəfindən  yaradılan  hökumət"  beləliklə  amerikan  torpağında  ayaq 
açdı.  
Lakin  arzu  olunmayan  hadisələr  də  baş  verirdi.  Virciniya  əhalisinin  üzərinə 
düşən  bədbəxtlik  1622-ci  ildə  hinduların  törətdiyi  qırğın  oldu.  Özünü  dostcasına 
aparan başçı Pouhatan öldükdən sonra, onun əvvəllər də ingilislərə yaxşı münasibət 
bəsləməyən qardaşı Opekankano qəbilə başçısı yerini tutdu. Yeni başçı qırğın təşkil 
etdi.  Bu  qırğında  347  sakin  öldürüldü.  22  il  sonra  artıq  yaşlaşmış  olan  bu  başçı 
məskunların  üzərinə  ikinci  hücum  etdi.  200  adam  öldürüldü,  lakin  qəbilə  möhkəm 
əlin hesabına susduruldu, başçının özü isə əsir götürülüb edam edildi.  
1624-cü ildə Virciniya Kompaniyası kral taxt-tacı ilə sərt mübarizədən sonra 
çarterdən  məhrum  edildi.  Onun  başlıca  səbəbi  puritanlar  idi,  onlar  parlamentdəki 
müxalifətin  onurğa  sütununu  təşkil  etmişdilər,  həmçinin  Virciniya  Kompaniyasına 
həmin  qüdrətli  nüfuzu  vermişdilər.  Virciniya  Kral  Kompaniyasına  çevrildi  və 
beləliklə bu vəziyyət inqilab müharibəsinə qədər davam etdi.  
Amerikaya  heç  də  xüsusi  seçmə  adamlar  gəlib  çıxmırdı.  Vətənində  işi  yaxşı 
gedən və varlı yaşayan adamlar heç də Yeni Dünyaya getməyə hazır deyildilər. Onlar 
bilirdilər  ki,  o  yerlər  vəhşi  adamlarla  doludur.  Axı  Relinin  ilk  kolonistləri  də 
birdəfəlik  itmişdilər.  Yalnız  gənc  və  macəra  sevən  adamlar  bu  çağırış  haqqında 
düşünə bilərdilər. Bu vaxt İngiltərə tənbəl adamlarla dolu idi, yalnız təsadüf onların 
həyatını  dəyişdirə  bilərdi.  Ticarətin  sürətlə  böyüməsi  və  genişlənməsi,  bu  işdəki 
macəra  elementi,  yeni  torpaqların  tutulması  kimi  iş  bütün dövrü,  mühiti  dəyişdirdi. 
Atlantik  okeanını  üzüb  keçən  ilk  gəmi  planetin  coğrafiyasında  İngiltərəyə  yeni 
məkan bəxş etmişdi. Yeni ticarət və sənaye sahələri inkişaf etməyə başladı, şəhərlər 
ticarətin çoxşaxəli olmasından daha böyük fayda götürürdü. Kənd əhalisi isə pis günə 
düşürdü.  Torpaq  da  hər  şey  kimi  əmtəəyə  çevrildi.  İndi  torpaq  sahibləri  xırda 
fermerlərin  torpaqlarını  qoyunları  üçün  otlaq  kimi  tuturdular.  Qoyun  yununa  isə 
tacirlər  və  yeni  yaranan  manufakturalar  tərəfindən  çox  böyük  tələbat  var  idi.  Onlar 
ümumi  otlaqları  da  çəpərləyirdilər,  hətta  kəndləri  belə  yer  üzündən  silirdilər  ki,  öz 
sürülərinə  əlavə  dam  düzəltsinlər.  Kənd  təsərrüfatı  əməyinə  tələbat  xeyli  zəiflədi. 
Tomas Mor hələ XVI əsrin əvvəllərində haray çəkirdi ki, "Belə fağır və ələ öyrənmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə