BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə53/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

AYƏ 141:


﴿الَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ اللّهِ قَالُواْ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَافِرِينَ نَصِيبٌ قَالُواْ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ الْمُؤْمِنِينَ فَاللّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ وَلَن يَجْعَلَ اللّهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلاً﴾

TƏRCÜMƏ:


«(Həmin) o kəslər(i) ki, həmişə sizə bir hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim payımızı verindeyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər: «Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik sizdən əl götürərək, sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi qənimətə şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır

TƏFSİR:

MÜNAFİQLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ


Bu və bundan sonrakı bir neçə ayə münafiqlərin bəzi yaramaz xüsusiyyətlərini, pərişan fikirlərini xatırladır və buyurulur: Münafiqlər baş verən hadisələrdən həmişə öz xeyirlərinə istifadə etmək əzmindədirlər. Əgər sizə qələbə nəsib olsa, dərhal özlərini möminlərin cərgəsində göstərir və deyirlər ki, biz sizinlə deyildikmi, məgər bizim dəyərli köməklərimiz sizin qələbənizdə təsirli olmadımı? Buna əsasən, bütün bu müvəffəqiyyətlərdə, maddi və mənəvi nəticələrdə sizinlə şərikik.

Amma əgər İslam düşmənləri qələbə çalsalar, dərhal onlara yaxınlaşır, onlardan razı olduqlarını bildirib deyirlər: Sizi müsəlmanlarla mübarizəyə, onların qarşısında təslim olmamağa və müqavimətə təşviq edən biz idik! Buna əsasən, bu qələbədə biz də sizinlə şərikik.

Beləliklə, bu kimi şəxslər xüsusi hiyləgərliklə bəzən «karvan yoldaşı», bəzən «oğrularla şərik» olur, ömürlərini bu iki yolda sərf edirlər.

Lakin Quran onların axır-aqibətlərinin necə olacağını qısa bir cümlədə bəyan edir və buyurur: Nəhayət, bir gün gələcək, bu məkr və hiylələr ifşa olunacaq, onların çirkin sifətləri üzə çıxacaqdır. Bəli! Qiyamətdə Allah sizin aranızda mühakimə edəcəkdir!

Həqiqi mömin onlardan qorxmasın deyə, ayənin axırında əlavə edilir: Allah heç vaxt kafirlərin müsəlmanlara qələbə çalıb onlara hakim kəsilmələri üçün bir yol qoymaz. Yəni kafirlər təkcə məntiq nəzərindən deyil, digər cəhətlərdən − hərbi, siyasi, mədəni, iqtisadi cəhətdən də imanlı şəxslərə qalib gələ bilməzlər. Amma hazırda onların bir çox sahələrdə müsəlmanlara qələbə çalmasının səbəbinə gəldikdə isə demək lazımdır ki, bu, müsəlmanlardan çoxunun həqiqi mömin olmamalarından irəli gəlir. Onların arasında nə ittihaddan, nə İslami qardaşlıqdan, nə də kifayət qədər elm və agahlıqdan əsər-əlamət vardır. Halbuki, İslam dini anadan olduğu vaxtdan qəbir evinə qədər elm öyrənməyi hər bir müsəlmana vacib etmişdir. Bu işləri tərk etdiklərinə görə də hazırda kafirlərin iti caynaqları altında acınacaqlı vəziyyətdə inildəyirlər.


AYƏ 142:


﴿ إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُواْ إِلَى الصَّلاَةِ قَامُواْ كُسَالَى يُرَآؤُونَ النَّاسَ وَلاَ يَذْكُرُونَ اللّهَ إِلاَّ قَلِيلاً ﴾

TƏRCÜMƏ:


«Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir Allahı çox az yada salırlar

TƏFSİR:


Bəlkə də münafiqlərin Allaha qarşı məkr və hiylə işlətmələri dedikdə məqsəd iman izhar edərək ilahi hökmləri ələ salmaları ola bilər. İmam Rza (ə) buyurur: «Allah onların məkrli planlarının cəzasını verdiyinə görə bu ilahi cəzaya «ilahi məkr» deyilmişdir.»47

Burada qeyd edilir ki, onlar Allahdan uzaqdırlar. Onunla raz-niyaz və münacatdan ləzzət almırlar. Buna görə də namaza dayandıqları zaman başdan-ayağa halsızlıq və ikraha qərq olurlar. Onlar Allahın vədələrinə iman gətirmədiklərinə görə ibadət və ya hər hansı bir əməli də Allah xatirinə deyil, məhz riyakarlıq üzündən yerinə yetirərlər. Onlar bəzən zikr deyir, Allahı yad edirlər, amma bu əməllərin hamısı səmimi qəlbdən, ayıqlıq və agahlıq üzündən olsa da, yenə də çox azdır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə