BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə15/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

AYƏ 46:


﴿ قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَى قُلُوبِكُم مَّنْ إِلَـهٌ غَيْرُ اللّهِ يَأْتِيكُم بِهِ انظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ ﴾

TƏRCÜMƏ:


«De: “Mənə xəbər verin, əgər Allah sizin qulaq gözlərinizi(n gücünü) alsa qəlblərinizə (anlamazlıq bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?” Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə ) üz döndərirlər

NEMƏT VERƏNİ TANIYIN!


Bu ayədə müşriklərə xitab olunaraq əvvəlcə buyurulur: Əgər Allah qulaq və göz kimi qiymətli nemətləri sizdən alsa, qəlblərinizə möhür vursa və nəticədə yaxşı ilə pis, haqq ilə batil arasında fərq qoya bilməsəniz, Allahdan başqa bu məbudlardan hansı biri bu nemətləri sizə qaytara bilər?

Həqiqətdə müşriklər də xəlq edən və ruzi verənin Allah olduğunu qəbul edirdilər. Amma bütlərə, sadəcə olaraq onlara Allah dərgahında şəfaət etməkdən ötrü pərəstiş edirdilər.

Sonra buyurulur: «Gör ayə və dəlilləri onlar üçün müxtəlif yollarla necə şərh edirik. Lakin onlar yenə də haqdan üz döndərirlər.»

AYƏ 47:


﴿ قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلاَّ الْقَوْمُ الظَّالِمُونَ ﴾

TƏRCÜMƏ:


«De: “Mənə xəbər verin, Allahın əzabı (zəlzələ sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)”»

TƏFSİR:


Yuxarıdakı ayədə bütün dünya və axirət nemətlərinin başı olan üç böyük ilahi nemət – qulaq, göz və idrak qüvvəsi qeyd olunduqdan sonra, ayə bu nemətlərin bütünlüklə onlardan alınmasının mümkünlüyünə işarə edərək buyurur: «Əgər Allahın əzabı gözlənilmədən, heç bir müqəddimə olmadan, yaxud aşkar şəkildə və müqəddiməli olaraq sizə doğru gəlsə, zalımlardan başqası məhv olarmı?»

Məqsəd bundan ibarətdir ki, bəndələri müxtəlif cəzalara düçar etməyə və bütün nemətləri onlardan almağa qadir olan yalnız Allahdır və bütlər bu məsələ ilə əlaqədar heç bir rol oynamırlar. Buna əsasən, sizin bütlərə sığınmağınızın heç bir əsası yoxdur.


AYƏ 48-49:


﴿ وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلاَّ مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُواْ يَفْسُقُونَ ﴾

TƏRCÜMƏ:


48. «Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur onlar əsla qəmgin olmayacaqlar

49. «Bizim ayə nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir

TƏFSİR:


48. Bu ayədə ilahi peyğəmbərlərin göndərilməsi ilə əlaqədar buyurulur: «Nəinki cansız bütlərin əlindən bir iş gəlmir, üstəlik böyük peyğəmbərlər və ilahi rəhbərlərin də risalətin təbliğ olunmasından, müjdə vermək və qorxutmaqdan, təşviq və təhdiddən başqa bir işləri yoxdur. Hər bir nemət Allahın əmri ilə və məhz Onun tərəfindəndir, onlar da hər şeyi yalnız Allahdan istəyirlər.»

Daha sonra buyurulur: «Nicat və qurtuluş yolu yalnız iki şeydən ibarətdir: İman gətirin və özünüzü islah edin (və yaxşı əməllər yerinə yetirin). Bu kimi şəxslər nə qorxurlar, nə də keçmiş əməlləri ilə əlaqədar qəm-qüssələri vardır.»



49. Bunun əvəzində Bizim ayələrimizi təkzib edənlər öz itaətsizlikləri və günahları müqabilində ilahi əzablara düçar olacaqlar.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə