BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə17/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

AYƏ 52:


﴿وَلاَ تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:


«Rəbblərinin razılığını qazanmaq Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! onların hesabından (etiqadi əməli vəzifələrindən savablarından) bir şey sənin öhdənədir sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan (nəticədə) zalımlardan olasan

TƏFSİR:


Ayənin şəni-nüzulunda qeyd olunur ki, var-dövlətli kafirlərdən bir dəstəsi Əmmar, Bilal, Xəbbab kimi fəqir möminlərin Peyğəmbərin (s) ətrafına yığışdığını gördükdə belə təklif irəli sürdülər ki, o Həzrət (s) bunları öz yanından qovsun, həmin kafirlər də Peyğəmbərin (s) ətrafına yığışsınlar. «Əl-mənar»ın nəql etdiyinə görə ikinci xəlifə dedi ki, bunların sözünün düz olmasını yoxlamaq üçün fəqirləri qovaq. Bu zaman yuxarıdakı ayə nazil oldu. Bu məsələnin oxşarı «Kəhf» surəsinin 28-ci ayəsində də gəlmişdir.

Təbəri nəql edir ki, bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) kasıblarla olan yığıncağından fəqirlər qalxmayınca durub getməzdi.

«Allahı sübh və axşam çağırmaq» deməkdə məqsəd gündəlik beş namaz ola bilər.18

İslam dini (yuxarıdakı ayənin şəni-nüzuluna əsasən) irqçilik, ayrıseçkilik, tayfabazlıq, üstünlük tələb etmək və bac-xərac istəməklə qəti şəkildə mübarizə aparır. Buna görə də ixlaslı fəqir və mücahidlərin qorunub saxlanması kafir sərmayədarların ehtimal üzrə İslama cəzb olunmasından daha mühümdür. Deməli, imanla müqayisə oluna biləcək heç bir imtiyaz yoxdur. Peyğəmbərlərin tərəfdarlarının əksəriyyəti də mömin fəqirlər olmuşlar.

Kafir başçıların İslama cəlb olunması bəhanəsilə mövcud müsəlmanlara həqarətlə yanaşmaq olmaz.

Bəhanə axtaranlar (ayənin şəni-nüzuluna diqqət yetirməklə) əgər bir məktəb və ideologiyanın rəhbərinə eyb və irad tuta bilməsələr, onların iqtisadi vəziyyətinə və ardıcıllarına eyb tuturlar.

Ümumiyyətlə, ixlaslı məhrumları və kasıbları qovmaq zülmdür və hər şeyin hesabı Allahın öhdəsinədir, hətta Rəsuli-Əkrəm (s) belə, günahkarların əfv olunmasında, yaxud cəzalandırılmasında məsuliyyət daşımır. (Amma məsihi aləmində keşişlər günahları «bağışlayırlar!»)

AYƏ 53:


﴿ وَكَذَلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولواْ أَهَـؤُلاء مَنَّ اللّهُ عَلَيْهِم مِّن بَيْنِنَا أَلَيْسَ اللّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ ﴾

TƏRCÜMƏ:


«Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) “Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?” desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?»

TƏFSİR:


Bu ayədə imansız varlılara xəbərdarlıq edilir ki, bu hadisələrin onlar üçün bir sınaq və imtahan vasitəsi olduğunu bilsinlər; əgər bu imtahanlardan üzüqara çıxsalar çox dərdli cəzalara dözməli olacaqlar. Ayədə buyurulur: Biz camaatdan bəzilərinin vasitəsilə onları belə imtahana çəkərik. Bu ayədə «fitnə» («fətənna» kəlməsinin köküdür) imtahan mənasına gəlmişdir.

Sonra əlavə edilir: Bu varlıların işi elə bir həddə çatmışdır ki, həqiqi möminlərə təhqirlə yanaşır və deyirlər: Allahın bizim aramızdan seçib iman və İslam nemətini onlara verdiyi adamlar bunlardırmı? Onların belə sözlər deməyə haqları varmı?

Sonra onlara cavab olaraq buyurulur ki, bu imanlı şəxslər elm və ayırdetmə nemətinin şükrünü yerinə yetirib ondan istifadə etmiş və həmçinin Peyğəmbəri-Əkrəmin (s) dəvətinə müsbət cavab verərək cani-dildən qəbul etmişlər. Bundan da böyük bir nemət, ondan da böyük bir şükür ola bilərmi?! Buna görə də mütəal Allah onların qəlblərinin qapısını iman qərar vermişdir: Məgər Allah şükr edənləri daha yaxşı tanımırmı?

Bir nəfər İmam Sadiqin (ə) hüzurunda kasıbçılıqdan şikayət etdikdə Həzrət (ə) buyurdu: «Sənin nəzərində ən varlı adam kimdir?» Dedi: «Harun ər-Rəşid.» İmam (ə) soruşdu: «Öz imanını verib onun mal-dövlətini almağa razısanmı?» Dedi: «Xeyr.» Buyurdu: «(Deməli,) sən daha varlısan. Çünki elə bir şeyə maliksən ki, onu mal-dövlət və sərvətlə dəyişməyə razı deyilsən.»19



AYƏ 54-55:


﴿وَإِذَا جَاءكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلاَمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَن عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيم. وَكَذَلِكَ نفَصِّلُ الآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ ٌ﴾

TƏRCÜMƏ:


54. «Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlarasalam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan mehribandırde

55. «Biz Öz ayələrimizi (elmi əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk

TƏFSİR:


Bu ayənin şəni-nüzulunda qeyd olunur ki, günahkarlardan bir dəstəsi Peyğəmbərin (s) hüzuruna gəlib dedi: «Biz çoxlu günah işlər görmüşük (bizim üçün bir çıxış yolu varmı?) Həzrət (s) sakit oldu. Sonra bu ayə nazil oldu.

TƏFSİR:


Bu surədə Allah-təala «kətəbə əla nəfsihir-rəhmətə» (Özünə rəhimli olmağı vacib etmişdir) cümləsini iki dəfə təkrar etmişdir. Bunların biri dünyada, digəri isə axirətdə insanlara təskinlik vermək üçündür.

Bu ayədən aydın olur ki, əgər günahın mənşəyi inadkarlıq və zülm olmazsa (tövbə etmək şərti ilə) bağışlana bilər. Ümumiyyətlə, cəmiyyətin rəhbəri ilə camaatın əlaqəsi ünsiyyət, mehr-məhəbbət əsasında olmalıdır. Allah-təala rəhməti Özünə vacib etmişdir. Lakin rəhmətin şamil olduğu şəxslər məhz tövbə edənlərdir. 55-ci ayənin təfsirində buyurulur: Biz Öz ayə, nişanə və göstərişlərimizi beləcə bəyan edirik ki, həm haqq axtaranların və mütilərin, həm də haqla düşmən olan inadkar günahkarların yolu aşkar olsun.

«Mücrim» dedikdə haqq qarşısında əsla təslim olmayan inadkar günahkarlar nəzərdə tutulur. Yəni haqqa doğru olan bu ümumi dəvətdən sonra, hətta öz işlərindən peşman olan günahkarların, eləcə də haqqın qarşısında heç vaxt əyilməyən inadkar mücrimlərin və müqəssirlərin yolu tamamilə aydın olacaqdır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə