BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə23/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

AYƏ 70:


﴿وَذَرِ الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَذَكِّرْ بِهِ أَن تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ اللّهِ وَلِيٌّ وَلاَ شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لاَّ يُؤْخَذْ مِنْهَا أُوْلَـئِكَ الَّذِينَ أُبْسِلُواْ بِمَا كَسَبُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ﴾

TƏRCÜMƏ:


«Öz dinlərini oyun-oyuncaq əyləncə sayanları dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər fidyə əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin ( nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki ağrılı bir əzab vardır

TƏFSİR:


Bu ayədə buyurulan «boşla» kəlməsindən məqsəd cihadın tərk olunması deyil, nifrət izhar edərək əlaqələrin kəsilməsidir ki, bəzən onlarla müharibəyə gətirib çıxarırdı.

Dinin oyun-oyuncaq edilməsi hər zamanda bir şəkildə olur: ya xurafatçı əqidələr şəklindədir, ya «İslam hökumətinin cəmiyyəti idarə etməyə qabiliyyəti olmadığını» deməklədir, ya günahlara bəraət qazandırmaqla, yaxud bidət və şəxsi rəy əsasında təfsir edib mütəşabih ayələrə tabe olmaqla.

Ümumiyyətlə, həqiqi mənada dindar olmaq insanın öz ideologiyasında süstlüyə və səhlənkarlığa yol verməsi ilə uyğun gəlmir.

Xəbərdarlıq etmək, öyüd-nəsihət vermək, mövizə eləmək ilahi əzabdan xilas olma səbəbidir.

İnsan dünya ilə məğrur olmamalıdır. Çünki Qiyamətdə Allahdan başqa heç kim insanın köməyinə gəlməz.

İnsan bilməlidir ki, bədbəxtliklərinin amili onun özü və əməlləridir. Buna görə də onların dərdli cəzalarının bəzilərinə işarə olaraq buyurulur: Haqq-həqiqətə arxa çevirdiklərinə görə dərdli əzabla yanaşı, qaynar sudan (çirkab) olan içkiləri dadacaqlar...



Onlar daxildən qaynar su ilə, xaricdən isə cəhənnəm odu ilə yanacaqlar.

AYƏ 71-72:


﴿قُلْ أَنَدْعُو مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُنَا وَلاَ يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَىَ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِين. وَأَنْ أَقِيمُواْ الصَّلاةَ وَاتَّقُوهُ وَهُوَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ َ﴾

TƏRCÜMƏ:


71. «De: “Allahı qoyub bizə bir xeyir verən bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir).” De: “Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.”»

72. « (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.”»

TƏFSİR:


71. Peyğəmbərə (s) buyurulur ki, insanları bütpərəstliyə tərəf səsləyən kafirlərə belə desin: Bizim üçün nə faydası, nə də ziyanı olmayan şeylərə pərəstiş edərək nəticədə cəhənnəmə tərəf sürüklənəkmi? Ən yaxşı dindən əl çəkəkmi? Halbuki, Allah bizi hidayət etmiş və bizə düz yolu göstərmişdir!

Əgər bütpərəstliyə meyl etsək, yer üzündə şeytanlar tərəfindən azdırılaraq məəttəl və sərgərdan salınan bir şəxs kimi olacağıq. Halbuki onun hidayətə dəvət edən dostları vardır ki, ona «bizim yanımıza gəl» – deyirlər. Lakin o bu dəvəti qəbul etmir, onların yanına getmir. Çünki şeytan tam mənada hakim kəsilərək onu öz mənafeyini ayırd etməkdən belə məhrum etmişdir.

Ey Peyğəmbər, onlara de: “Nicata, əbədi qurtuluşa və asayişə aparan yeganə yol Allahın göstərdiyi yoldur. Bu yol insanı yeganəpərəstliyə çağırır. Biz həmin hidayətə tabeyik və ona itaət etməkdən boyun qaçırmırıq. Sizin dəvətinizə də əhəmiyyət vermirik. Biz o dəvətləri qəbul edirik ki, bizi İslama tərəf çağırmış olsun və o bizə yol göstərir ki, öz işlərimizi aləmlərin Rəbbi olan Allaha həvalə edək.

72. Bu ayə məna cəhətindən əvvəlki ayənin davamıdır. Yəni bizə göstəriş verilir ki, xaredici cəzalara düçar olmamaq üçün namaz qılaq və Allah qarşısında günah etməkdən uzaq olaq. Həmin Allah ki, Qiyamət günündə bütün insanları Öz hüzuruna toplayacaq, hər kəsə öz əməlinə görə müvafiq cəza, yaxud mükafat verəcəkdir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə