BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə26/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

AYƏ 80:


﴿ وَحَآجَّهُ قَوْمُهُ قَالَ أَتُحَاجُّونِّي فِي اللّهِ وَقَدْ هَدَانِ وَلاَ أَخَافُ مَا تُشْرِكُونَ بِهِ إِلاَّ أَن يَشَاء رَبِّي شَيْئًا وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا أَفَلاَ تَتَذَكَّرُونَ ﴾

TƏRCÜMƏ:


«Qövmü onunla (tövhid barəsində) mübahisə qalmaqala başladı. O dedi: “Allah məni (həm elm, həm göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?”»

TƏFSİR:


İbrahimin (ə) bütpərəstlərdən ibarət olan qövmü ilə söhbətinin davamında buyurulur: İbrahimin (ə) qövmü onunla höcətləşməyə başladıqda İbrahim (ə) onların cavabında dedi: “Nə üçün yeganə Allah barəsində mənimlə müxalifətçilik edib mübahisəyə qalxırsınız? halbuki, O məni aydın və məntiqi dəlillər sayəsində tövhid yoluna hidayət etmişdir.”

Bu ayədən aydın olur ki, İbrahimin (ə) qövmünün bütpərəstləri çalışırdılar ki, nəyin bahasına olursa-olsun onu öz əqidəsindən döndərsinlər. Buna görə də onu, bütlərin və puç məbudların qəzəblənərək cəzalandıracağı ilə təhdid etdilər ki, bütlərlə müxalifətdən çəkinsin. Ayənin davamında İbrahimin (ə) dilindən belə deyilir: “Mən əsla sizin bütlərinizdən qorxmuram. Çünki onların kiməsə zərər yetirməyə qüdrəti yoxdur. Yalnız Allah bir şey iradə edərsə onda zərər dəyə bilər.



O bu cümlə ilə sanki ehtimal olunan bir hadisənin qarşısını almaq və demək istəyir ki, əgər bu mübarizələrdə mənim üçün hər hansı xoşagəlməz bir hadisə qarşıya çıxsa belə, bunların bütlərə dəxli yoxdur. Əksinə, Allahın iradə və istəyinə bağlıdır. Sonra deyir: “Mənim Pərvərdigarımın elmi o qədər genişdir ki, hər bir şeyi əhatə edir. Daha sonra onların təfəkkür qüvvəsini təhrik etmək və işə salmaq üçün deyir: “Bütün bunlarla belə, yenə də qəflətdən oyanmırsınızmı?!”

AYƏ 81-83:


﴿ وَكَيْفَ أَخَافُ مَا أَشْرَكْتُمْ وَلاَ تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ عَلَيْكُمْ سُلْطَانًا فَأَيُّ الْفَرِيقَيْنِ أَحَقُّ بِالأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ. الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُون. وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَّن نَّشَاء إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ َ ﴾

TƏRCÜMƏ:


81. «Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?! (Təkallahlılar özlərini xeyir zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).»

82. «İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır onlar hidayət olunmuşlardır

83. «O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq ( İbrahimi peyğəmbərlik, imamət dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət şəriətdə möhkəm yaradılış sahibi (hər şeyi) biləndir

TƏFSİR:


81. İbrahimin (ə) qövmü haqq din və tövhid barəsində mübahisəyə qalxdı, İbrahim (ə) onları bütə ibadət etməkdən nə qədər çəkindirdisə, onlar yenə də İbrahimin (ə) sözünü inkar etdilər. Nəhayət onlara dedi: «Yeganə Allah barəsində mənimlə mübahisə edirsinizmi? Halbuki, Allah məni Onun barəsində mərifət kəsb etməyə müvəffəq və Öz mərhəmətini mənə şamil etmişdir ki, tövhidi dərk edib şirki tərk edəm və ibadətimi Allah üçün xalisləşdirəm. Sizin bütlərin mənə hər hansı bir zərər çatdıracaqlarından qorxmuram, bir xeyir verəcəklərinə də ümidim yoxdur. Buna əsasən, onları inkar etməyimin heç bir təhlükə və qorxusu, onlara pərəstiş etməyimin də heç bir xeyri yoxdur. Çünki sizin məbudlardan bəziləri sındırılır və özünü müdafiə edə bilmir, bəziləri də qüruba enir ki, bunlar da özləri özlərinin məxluq olmasına şahidlik edən ulduzlardır. Bu halda necə olur ki, məni təhdid edərək zərərlərindən qorxu olmayan, xeyir çatdıracaqları gözlənilməyən varlıqlara pərəstiş etməyə dəvət edirsiniz? Yalnız Allah istədiyi təqdirdə mənə bir zərər dəyə bilər.» O demək istəyirdi ki, onların bütlərindən əsla qorxmur. Yalnız Allah ona ziyan çatdırmaq istəsə, onda ziyan dəyə bilər.

Burada İbrahim (ə) Pərvərdigari-aləmə həmd-səna edərək deyir: “Mənim Allahım hər şeyi bilir. Siz də dərindən fikirləşməlisiniz ki, bu həqiqəti dərk edə biləsiniz.” Sonra onların yanlış əqidə və rəftarlarını məzəmmət edərək buyurur: “Siz hansı dəlilə əsasən məni öz əlinizlə düzəltdiyiniz bütlərdən qorxmağa vadar edə bilərsiniz? Halbuki onlar heç bir ziyan və zərər çatdırmağa qadir deyillər. Siz isə insana hər növ fayda və ya zərər verməyə qadir olan bir Allahdan qorxmur, Onun hüzurunda cürətlənir və çox alçaq səviyyəli varlıqları Ona şərik qoşaraq onlara pərəstiş edirsiniz! Mən sizin şirkinizdən necə qorxa bilərəm? Mən sizin qoşduğunuz şəriklərə nifrət edirəm. Buna görə də bu barədə heç bir qorxum yoxdur. Allah da sizin çirkin əməllərinizə görə məni cəzalandırmaz. Şirkə düçar olan sizsiniz, buna görə də məhz siz qorxmalısınız.”

Onlar Allaha elə şeyləri şərik qoşurdular ki, onların düzgün olmasına dair Allah tərəfindən heç bir dəlil nazil olmamışdır. Buradan aydın olur ki, hər kəs bir söz desə, yaxud bir məzhəbə tabe olsa, lakin onun düzgünlüyünə dəlil-sübutu olmasa, batil əhli sayılır.

Allahı dəlil-sübut üzündən tanıyıb Ona ibadət etdiyimiz halda əmin-amanlıqda olmağa biz daha layiqik, yoxsa bütlərin qarşısında səcdə edib başdan-ayağa inadkarlıqda olduğunuz halda onlar? Əgər öz ağıllarını işə salsalar bu həqiqət onlar üçün aşkar olar və batili haqdan ayırd edə bilərlər!

82. Əvvəlki ayələrdən belə bir sual yaranırdı: Allahın əzabından Ona pərəstiş edənlər amandadır, yoxsa müşriklər? Bu ayədə isə həmin suala cavab olaraq buyurulur: «Allahın əzabından yalnız o kəslər amandadırlar ki, Onu tanıyıb təsdiq etsinlər, öz vəzifələrini dərk etsinlər və öz imanlarını şirklə qarışdırmasınlar. Məhz onlar Allah tərəfindən əminamanlıqdadırlar. Onların hidayət olunması hökmü Allah tərəfindən verilmişdir.»

Bir çox müfəssirlərin nəzərinə görə, eləcə də çoxlu rəvayətlərdən anlaşıldığı kimi, bu ayədə «zülm» dedikdə məqsəd şirkdir. Çünki «Loğman» surəsinin 13-cü ayəsində «həqiqətən, şirk böyük bir zülmdür» – deyə buyurulur. Bəzi rəvayətlərdə ilahi rəhbərlərin haqq olmasına iman gətirdikdən sonra onlara tabe olmaqdan imtina edib başqalarının ardınca düşmək zülmün bariz nümunəsi hesab edilmişdir.30

83. Bu ayədə İbrahimin (ə) tövhidi yaymaq və şirklə mübarizə aparmaqla əlaqədar bəhslərinin hamısına işarə edilərək ümumi şəkildə buyurulur: «Bütün bunlar Bizim İbrahimə, onun öz qövmü qarşısında verdiyimiz dəlillər idi.» Daha sonra bu mövzunun təkmilləşdirilməsi üçün deyilir: «Biz istədiyimiz hər kəsin dərəcəsini yüksəldərik.»

Amma bu dərəcələri yüksəltməkdə Allahın ayrıseçkilik salması düşünülməsin deyə, dərhal buyurulur: «Sənin Pərvərdigarın hikmət və elm sahibidir.» Yəni Allahın verdiyi dərəcələr bəndələrin ləyaqətinə olan agahlıq və hikmət meyarlarına əsasəndir və bir şəxsin ləyaqəti olmadığı müddətdə həmin dərəcələrdən bəhrələnməyəcəkdir.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə