F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
51
hökmlər sistemi; sübut, tutarlı dəlil gətirmək. Dəlil ərəb
mənşəlidir. Son iki samiti təkrar olunan d+l+l şəddəli fellər
qrupuna aiddir. İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə
deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan,
ona ―ictihadi dəlil‖ deyilir.
DĠAMAT – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ-
min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik
materializm geniş tədris edilirdi və qısaca
diamat adlandırılırdı.
DĠDAKTĠKA [alm. Didaktik; fr. Didactique; ing. Didactics;
lat. Didactica; yun. Didaskein – öyrənmək; osm. tr. fenn-i talim ü
tedris] – öyrətmə sənti, təlim elmi. Tərbiyənin təlim ilə bağlı olan
fəsli.
DĠL FƏLSƏFƏSI [alm. Sprachphilosophie; ər. حٌَىغن
حفغهف] –
dilin adı, kökü, yaranma və formalaşması barədə ortaya çıxan
məsələləri problem halında tədqiq edən fəlsəfənin bir sahəsidir.
Dil fəlsəfəsini bir fəlsəfə sahəsi kimi ortaya çıxaran və əsaslan-
dıran Haman, Herder və Humboldt olmuşdur. Dil ilə fəlsəfə ara-
sındakı əlaqə təməldə filosofların dildən istifadə edərək fəlsəfəni
tədqiq etmələrindən qaynaqlanır. Dil fəlsəfəsi başlığı altında isə
dilin özü, mənası, mənşəyi və quruluşu fəlsəfi baxımdan tədqiq
edilir.
DĠN FƏLSƏFƏSĠ [Religionsphilosophie; fr.
Philosophie de la
religion; osm. tr. felsefeyi diniyye]. Dinin ideyalarının özünü və
mənasını əsaslandırmağı və açıb ortaya çıxarmağı qarşısına
məqsəd qoyan fəlsəfə sahəsi. Fəlsəfənin maraqlandığı sahələrdən
biri də dindir. Çünki din faktı insanlıq üçün tarix boyunca əhə-
miyyətli olmuşdur. Sadəcə din fəlsəfəsi, dinşünasların, din ilə