Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə17/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

52

minlərlə həmvətənlərinin acınacaqlı vəziyyətindən sarsılaraq, Bakı və Şa-



maxının zərər çəkmiş müsəlman əhalisini həmin günlərdə gəmilərlə İran-

dan gətizdirdiyi ərzaq məhsulları və zəruri mallarla təmin etməyə çalışır və 

onlara hər vasitə ilə yardım göstərirdi. Böyük həyat təcrübəsinə malik olan 

müdrik Hacı Zeynalabdin Tağıyev bütün bu gördüklərindən və eşitdiklərin-

dən sonra bəyan edə bilərdimi ki, “Bakı hadisələri” və ya “Şamaxı hadisələ-

ri” “erməni-tatar toqquşması xarakteri daşımamışdır”?

Bütün deyilənlər bunu deməyə əsas verir ki, “Tağıyevin teleqramı” 

adlı teleqram, ən əvvəl özlərini əvvəlcədən “güclü arqumentlə” sığorta-

lamış ermənilərin özlərindən başqa heç kimə gərək deyildi. Digər tərəf-

dən, məhz ermənilər və onların şəxsində həmin Bakı Soveti, Zaqafqaziya 

Seyminin azərbaycanlı üzvlərinin şəhərin bolşevik-daşnak qüvvələrindən 

azad edilməsi üçün Bakıya qoşun göndərilməsinə nail olmaq cəhdlərin-

dən xəbərdar olaraq, “hər yerdə və hər cür qisasçılıq və düşmənçilik əməl-

lərinə dərhal son qoyulması” və Seym tərəfindən “əhali arasında sülh və 

əmin-amanlığın bərqərar olmasına” dəstək verilməsində maraqlı idilər. 

«Daşnaksütun» partiyasının Bakı Komitəsinin, Bakı şəhəri və onun ra-

yonlarının İnqilabi Müdafiə Komitəsinin həmin günlərdə Tiflisə, Zaqafqa-

ziya Seyminin sədrinə və «Daşnaksütun» partiyasının Tiflis bürosuna 

Bakı istiqamətində Bakı hərbi hissələrinin təcili geri çağırılmasına dair 

göndərdikləri teleqramlar və Bakıdakı erməni-bolşevik qüvvələrinin bu 

sahədə digər addımları deyilənlərə aydın sübut idi. (107) 

 Mart hadisələrinin xarakterinə gəldikdə isə, bu hadisələrin mahiy-

yətinə dair həm bolşevik, həm də erməni izahını kökündən inkar edən 

təkzibedilməz arqument kimi Şamaxı, Quba hadisələrini və bolşevik-er-

məni birləşmələrinin 1918-ci ildə Azərbaycanın digər qəzalarında həyata 

keçirdiyi qırğınları göstərmək olar. Şamaxıda və Qubada istər qırğınlar 

ərəfəsində, istərsə də talanlar zamanı hər hansı siyasi hərəkatın və ya 

mübarizənin baş vermədiyi nəzərə alınmaqla, yalnız Bakıda deyil, Azər-

baycanın digər şəhər və qəzalarında dinc müsəlman əhalisinin kütləvi 

şəkildə qırılması və məhv edilməsi bolşeviklərin “vətəndaş müharibəsi” 

kimi səciyyələndirilən bütün iddialarını boşa çıxarırdı. Elə bu səbəblər-

dən də erməni xadimlərinin həmin hadisələri “bolşeviklərlə müsavatçılar 

arasında hakimiyyət uğrunda mübarizə” kimi qələmə verərək guya “er-

mənilərin tam neytrallıq nümayiş etdirməsi” iddiaları boşboğazlıqdan 

başqa bir şey kimi qiymətləndirilə bilməz.



53

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

 Buradan aydındır ki, nə üçün Şamaxı və Bakı Erməni yeparxiyasının 

keçmiş arxiyepiskopu Baqrat Bakı erməni yeparxiya rəisi olduqdan son-

ra, müxtəlif instansiyalara çoxsaylı müraciətlərində Şamaxıda baş vermiş 

hadisələrdən tam sükutla yan keçir, nadir hallarda Şamaxı qəzasından 

olan erməni qaçqınlarının hüquqlarından danışarkən belə onların nə 

zaman, hansı şəraitdə və hansı səbəbdən qaçqın düşməkləri məsələsinə 

yenə də toxunmurdu. 

Lakin, kifayət qədər ağıllı, və xüsusilə hiyləgər adam olan Baqrat, di-

gər erməni xadimlərindən fərqli olaraq bilirdi ki, Qafqazda baş verən ha-

disələrdə erməni amilini tamamilə inkar etmək mümkün deyildir. Odur 

ki, Bakıdakı xarici ölkə missiyalarının rəhbərlərinə müraciətlərində o, 

1918-ci il mart hadisələrini ermənilər üçün sərfəli kontekstdə izah edərək

bu məsələyə artıq beynəlxalq siyasət mövqeyindən qiymət verməyə çalı-

şırdı. Belə ki, Bakı və Bakı rayonunda Müttəfiq qoşunlarının Komandanı 

general Tomsona 23 noyabr 1918-ci il tarixli təbrik müraciətində Baqrat 

Bakıda mart hadisələrinin mahiyyətini təhrif edərək, yazırdı: “Hələ mart 

hadisələrinədək, kiçik bir qrup istisna olmaqla, yerli müsəlmanların türk 

xəfiyyələri tərəfindən rəhbərlik edilən böyük və şüurlu hissəsi hər yer-

də və fəal şəkildə Türkiyənin Qafqazın və Şərqin digər müsəlman məm-

ləkətlərini ələ keçirməyə yönəlmiş siyasi maraqlarına xidmət edirdi. Əks 

mövqeyə malik olan və öz zəif gücü ilə Müttəfiq dövlətlərinin tərəfində 

mübarizə aparan ermənilər, təbii ki, həm Türkiyədə, həm də Qafqazda 

özlərinə qarşı müsəlmanların vəhşi qəzəbini oyatmış, onların çox güc-

lü qisasının və barbar fanatizminin qurbanı olmuşlar. Mart hadisələri və 

sonrakı hadisələr yalnız həqiqətin gizlədilməsi və erməni-türk düşmən-

çiliyinin və davasının əsas səbəbindən göz yayındırılması üçün əlverişli 

bəhanədir”. (108) 

Belə çıxırdı ki, azərbaycanlılar türklərin tərəfdarı olduğu üçün yalnız 

Antanta ölkələri ilə deyil, həm də böyük dövlətlərin “müttəfiqi” olan er-

mənilər ilə də düşməndirlər. Beləliklə, ermənilər “cinayətkar türk-müsa-

vat hökuməti” tərəfindən bütün zərbələri “öz üzərlərinə” götürməklə, ”bö-

yük siyasətin qurbanına” çevrilmiş olurdular. Bu bəyanatların arxasınca 

isə artıq Azərbaycan hökumətinin həbs etdiyi ermənilərin hamısının 

azad olunması, Bakını tərk etmiş bütün erməni əhalisinin geri qayıtma-

sı üçün şərait yaradılması, onlara dəymiş zərərlərin ödənilməsi və s. bu 

kimi tələblərin uzun siyahısı gəlirdi.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

54

Qeyd edilməlidir ki, Bakıda yaranmış siyasi vəziyyətdən tezliklə baş 



açan ingilis generalı Tomson, Azərbaycan hökumətinə respublikada ye-

ganə qanuni hakimiyyət kimi tam etimad bildirdi ki, bu da ermənilər 

arasında ciddi narazılıq yaratdı. Bununla yanaşı yepiskop Baqratın müra-

ciətlərində irəli sürülən tələblərin böyük hissəsinin təmin edilməsi üçün 

də konkret addımlar atılmağa başlandı.

Lakin İngiltərə Komandanlığının Azərbaycan Hökuməti ilə birgə iş-

ləməsindən, ölkənin məhkəmə-istintaq orqanlarının işinə qarışmadığın-

dan, hətta sentyabr hadisələri nəticəsində çəkdikləri zərərə görə yüzlərlə 

erməni ilə yanaşı 10-15 nəfər azərbaycanlının da təzminat almasından 

son dərəcə narazı olan yepiskop Baqrat Bakıda yerləşən digər xarici mis-

siyalara müraciət edərək 1918-ci il hadisələrinin erməni versiyasını irəli 

sürməkdə davam edirdi. 

Məsələn, 9 dekabr 1918-ci il tarixində Bakı Erməni Milli Şurası adın-

dan Amerikanın Bakıdakı Missiyasına göndərdiyi Memorandumu, özünü 

Şuranın fəxri sədri kimi təqdim edən yepiskop Baqrat, yalnız 1918-ci ilin 

mart hadisələrinə həsr etmişdi. Bu Memorandumun ilk cümlələrindən 

aydın olur ki, Bakı erməni yeparxiyasının rəisi “mart hadisələrindən bəhs 

edən türk xadimlərinin əksəriyyətinin var gücü ilə, həm şifahi, həm də 

mətbuat vasitəsilə ictimai rəydə ermənilərə qarşı qərəzli münasibət ya-

ratmağa çalışdıqlarından” açıq-aşkar narahat olmuşdur. (109)

Bakıda baş vermiş mart hadisələrinin mahiyyətini tanınmaz dərə-

cədə təhrif edərək və bu zaman, təbii ki, Şamaxıdakı mart hadisələrini 

ümumiyyətlə xatırlamadan, Baqrat “Müsavat” partiyasını, daha sonra 

“türk-azərbaycanlı hakimiyyətini” Azərbaycanın erməni əhalisinə qarşı 

ağlasığmaz cinayətlərdə günahlandırırdı. Memorandumda yenə də guya 

ermənilərin xilas etdiyi “20 min müsəlman”dan - özü də bu dəfə daha da 

dəqiqləşdirilmiş rəqəmlərlə – “13 min nəfərə yaxın müxtəlif ictimai bi-

nalarda və 7 minə yaxın isə şəxsi evlərdə yerləşdirilmiş” - söz açılır, “Ta-

ğıyevin sirkulyar teleqramı” xatırlanır, Bakıda mart qurbanlarının hə-

min, xeyli azaldılmış sayı göstərilirdi. Həm də bu dəfə “həlak olmuş 2000 

müsəlman” rəqəmi də Baqrat tərəfindən artıq “həddən artıq şişirdilmiş” 

hesab edilirdi: “İki gün çəkən qanlı döyüşlərdə, Sovetin məlumatlarına 

görə, 300-ə yaxın rus və erməni və 700 müsəlman, digər mənbələrin son 

dərəcə şişirdilmiş hesab edilən maksimum hesablamalarına görə isə 

təxminən 1200 rus və erməni, 2000-ə yaxın müsəlman həlak olmuşdur”. 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə