Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə18/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

55

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Memorandumda dəfələrlə vurğulanırdı ki, “Bakıda qanlı mart toqquşma-

ları yalnız iki gün”, “silahsız, məzlum, dinc erməni əhalisinə qarşı aman-

sız və qorxunc dəhşətlər tam iki ay davam etmişdir”. Həmçinin, “məlum 

olurdu” ki, 1918-ci ilin martında şəhərin müxtəlif yerlərində baş vermiş 

yanğınlar yenə də “bir neçə erməni evini, müsəlman qərargahının yer-

ləşdiyi “İsmailiyyə” müsəlman binasını və bazarın bir hissəsini” məhv 

etmişdir. (110)

Burada Baqratın ermənilərin mart hadisələrində guya “neytrallığını” 

izah edən əsas arqumentinə də diqqət yetirmək lazımdır: “Məlum olduğu 

kimi, mart ayında Bakı şəhərində bolşevik hökuməti ilə Müsəlman Milli 

Şurası arasında hakimiyyət uğrunda mübarizə baş vermişdir. Ermənilə-

rin, milli kollektiv kimi, hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki 

onlar Bakı quberniyasında cüzi azlıq təşkil edirlər”. (111)

“Hakimiyyət uğrunda mübarizə” – 1918-ci ilin mart hadisələrinin ma-

hiyyətinin erməni yepiskopu tərəfindən verilmiş yeganə düzgün tərifidir. 

Lakin, guya say azlığı səbəbindən ermənilərin hər hansı hakimiyyət id-

dialarının olmadığı haqda onun sonrakı bütün nəticələri erməniləri bu 

hakimiyyət uğrunda mübarizədə əsas “oyunçuların” sırasından çıxarmaq 

cəhdindən başqa bir şey deyildi. Və burada dəqiq məqsəd güdülürdü – ic-

timai rəyə, ilk növbədə isə Qərbin ictimai fikrinə belə bir mülahizə yerit-

mək ki, bu zaman ermənilərin yeganə arzusu “istər anarxiya və vətəndaş 

müharibəsinin daxili qarışıqlığı şəraitində, istərsə də alman-türk xəfiy-

yələri tərəfindən yerli müsəlmanların intiqamından və qəzəbindən im-

kan daxilində öz fiziki varlığını qoruyub saxlamaq və əmlakını xilas et-

mək olmuşdur”. (112)

Öz əsassız ehtimallarını “sübuta yetirmək” üçün dəfələrlə adı çəkilən 

“Tağıyevin sirkulyar teleqramından” savayı heç bir arqumenti olmayan 

Baqrat artıq hamıya məlum faktların həyasızcasına saxtalaşdırılması-

na əl atırdı: “Hadisələrdə əsas rol oynamış bolşeviklərin 17 üzvdən ibarət 

Qafqaz Vilayət Sovetinin tərkibində 2 tatar və yalnız 2 erməni var idi”. (113) 

 Bu zaman, mart hadisələrində əsas rolu heç də Qafqaz Vilayət Soveti-

nin deyil, 1918-ci ilin mart ayının 30-dan 31-ə keçən gecə “Bakı şəhəri və 

onun rayonlarında ali hərbi-siyasi orqan” kimi yaradılmış və dinc azər-

baycanlıların qırılmasına rəhbərlik etmiş “İnqilabi müdafiə komitəsinin” 

oynadığı, bu Komitənin 6 üzvündən isə 4-nün erməni olduğu - bolşevik-

lər S.Şaumyan, K.Korqanov (Korqanyan), sağ eserlərin lideri S.Saakyan və 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

56

“Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Eolçyan - 



artıq heç xatırlanmırdı. (114) Bu da məlum idi ki, mart hadisələri günlə-

rində birləşmiş bolşevik-erməni qoşunlarına xüsusi olaraq Peterburqdan 

gəlmiş generallar Akop Baqratuni, İvan Baqramyan komandanlıq etmiş, 

Bakı Sovetinin Qızıl Ordusunun yaradılması ilə B.Avakyan məşğul olmuş, 

qərargah rəisi polkovnik Z.Avetisyan, briqada və qarışıq dəstələrin ko-

mandirləri – polkovnik Kazaryan, Amazasp, A.Əmirov və digərləri olmuş-

lar. (115) Bu günlərdə həmçinin “Daşnaksütun” partiyasının yaradıcıla-

rından biri – Stepan Zoryan (Rostom) da Bakıya gəlmişdi. Bolşevik-daşnak 

ordusunun sıralarına səfərbər edilmiş erməni əsgərlərinə yüksək ödəniş 

– “ayda 800 rubl, üstəgəl hər ailə üzvünə görə 75 rubl və ərzaq təminatı” 

təklif edilirdi. (116) 

Ən nəhayət, Bakı Kommunasının rəhbər heyətinə Azərbaycanda ha-

kimiyyət uğrunda ən azı on beş erməni “mübarizi” –S.G.Şaumyan, K.Q.

Korqanyan, S.G.Osepyants, B.A.Avakyan, Т.М.Əmirov, А.М.Əmiryan, 

A.М.Kostandyan, А.А.Boryan, А.İ.Mikoyan, Karinyan, Stamboltsyan, Ağa-

miryan, İhonesyan, Ter-Saakyants, Nuricanyan və digərləri daxil idi. (117) 

Bakı Kommunasının silahlı qüvvələrinin Ali Baş Komandanı Akop Baqra-

tuni idi, həmçinin Qızıl Ordunun əsas komanda heyətinin və hərbi heyə-

tin 70%-dən çoxunu ermənilər təşkil edirdi.

 Bütün bu faktlar, o cümlədən mart hadisələrinin əsl xarakteri, bəzi 

erməni xadimləri tərəfindən, xüsusilə də Bakı Kommunasının gələcək 

üzvü, həmin günlər Həştərxanda olan Saak Ter-Qabrielyan tərəfindən 

də təsdiq edilirdi. Mart hadisələri ilə əlaqədar olaraq Bakını tərk etmiş və 

Həştərxana gəlmiş rus vətəndaşlarının söhbətlərini eşidən Saak Ter-Qab-

rielyan 28 aprel 1918-ci il tarixində Stepan Şaumyana yazırdı: “İndi küt-

ləvi surətdə Bakıdan gələn rusların, sosial vəziyyətindən asılı olmayaraq, 

heç birindən eşitməzsən ki, Bakıda sovet mübarizəsi gedir. Hamı bir səslə 

deyir: “Bakıda erməni-tatar qırğını gedir və bu qırğın ermənilər tərəfin-

dən qəsdən törədilmişdir”. (118) 

Bununla belə, bu hadisələrdən bir il sonra, təkcə erməni xadimləri de-

yil, rus siyasi partiyalarının yerli təşkilatlarının bəzi nümayəndələri də 

həmin hadisələr ətrafında azərbaycanlılar tərəfindən edilən bütün çıxış-

ları və hərəkətləri təhrif etməsələr də, hər halda onları yatırtmağa və pər-

dələməyə çalışırdılar. Məsələn, sosial-inqilabçılar (eserlər) partiyasının 

Bakı Komitəsinin “Znamya truda” (Əmək bayrağı) qəzeti “Hələ sağalma-



57

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

mış yaraların gözünü qoparmaq axı indi kimə lazımdır?” sualını vermək-

lə, Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini, bu dəfə artıq başqa 

bəhanə ilə töhmətləndirməyə çalışırdı: “Bu hadisələrin təhqiqi ilə bağlı 

məsələyə hüquqi cəhətdən yanaşdıqda göstərmək olar ki, onların araşdı-

rılmasını yalnız o dövlət apara bilər ki, bu hadisələr onun ərazisində baş 

vermiş olsun. İndiki halda, Şamaxı və Göyçay qəzalarının ərazilərində ha-

disələrin baş verdiyi zaman dövlət hakimiyyəti Azərbaycan Respublikası-

na deyil, Rusiya hökumətinə məxsus idi və deməli, hadisələrin araşdırıl-

ması hüququ da ona məxsusdur”. (119) 

Qeyd edilməlidir ki, nə Bakının erməni və rus dairələrinin tənqid atə-

şinə tutduğu “hakimiyyət dairələrinin və onların təmsil etdikləri ictimai 

cərəyanların”, nə də Fövqəladə Təhqiqat Komissiyasının ətrafında qaldırıl-

mış hay-küy onların bu istiqamətdə işinə qətiyyən təsir etmirdi. Əksinə, 

Ədliyyə Nazirliyinə və FTK sədrinə Komissiyanın üzvlərindən araşdırdıq-

ları fakt və sübutları ümumiləşdirən məruzələr və raportlar daxil olmaq-

da davam edirdi. Bu məruzələrdə on minlərlə qətlə yetirilmiş və sağalmaz 

ziyanlar vurulmuş insan taleləri, dəyəri milyonlarla ölçülən maddi zərər-

lər, yüz minlərlə qarət edilmiş, dağıdılmış evlər, yandırılmış kəndlər, məhv 

edilmiş mədəniyyət və milli memarlıq abidələri, məktəblər, xəstəxana-

lar, məscidlər, sənaye, ticarət obyektləri və s. haqqında məlumatlar veri-

lirdi. Öz işini vicdanla yerinə yetirmiş cəmi bir neçə nəfərin – Fövqəladə 

Təhqiqat Komissiyasının üzvlərinin topladığı minlərlə sənəd və sübutlar 

yalnız hüquqi nöqteyi-nəzərdən deyil, həm də misilsiz tarixi-siyasi, diplo-

matik əhəmiyyət daşıyırdı.

Bu da xüsusi qeyd edilməlidir ki, Komissiya üzvləri son dərəcə ağır şə-

raitdə - xüsusilə kənd rayonlarında və qəzalarda - işləməli olur, çox vaxt 

şəxsi sağlamlılarını və hətta həyatlarını təhlükə altına qoyur, bunun 

müqabilində isə öz xərclərini zorla ödəyən cüzi gündəlik məvacib alırdı-

lar. FTK –nın sədri Ələkbər bəy Xasməmmədovun Ədliyyə Nazirliyi ilə ya-

zışmalarında “dolanacağın az qala iki dəfə bahalaşması, qəzalarda daima 

qarın yatalağı epidemiyasının və digər xəstəliklərin tüğyan etməsi səbə-

bindən” Komissiya üzvlərinin aldıqları gündəlik məvacibin məbləğinin 

artırılması və bu yolla maddi vəziyyətlərinin yaxşılaşdırılması haqqında 

çoxlu sayda xahişlər səslənirdi. (120) Komissiya üzvlərinin əksəriyyəti 

daim insanlarla ünsiyyətdə olduqlarından özləri tez-tez yoluxucu xəstə-

liklərə tutulur, həftələrlə “sıradan çıxır”, lakin hətta bu hallarda da iş da-




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə