Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə19/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

58

yanmırdı. Nəqliyyatla bağlı problemlər FTK üçün ən ağrılı mövzulardan 



biri idi. Ədliyyə Nazirinin FTK üzvlərinin sərəncamına müvəqqəti olaraq 

avtomobilin verilməsi haqqında dəfələrlə etdiyi müraciətlərə Azərbaycan 

hökumətinin İşlər İdarəsindən bir qayda olaraq, “boş avtomobillərin ol-

madığı səbəbindən” hər dəfə rədd cavabı gəlirdi. 

Qəza və kəndlərdə vəziyyət daha ağır idi. “ Ən pis hava şəraitində, açıq 

səma altında, yaxud qapı və pəncərələri olmayan evlərdə, döşəmə üzərində 

işləmək və gecələmək lazım gəlirdi”, (121) fayton və arabalar “cah-cəlal” he-

sab edilirdi, Komissiya üzvləri kilometrlərlə yolu piyada getməli olurdular.

“Dilə gətirmək nə qədər ağır olsa da, bu məsələ son dərəcə vacibdir, hər 

cür hava şəraitində bir mülkdən digər mülkə piyada gedərkən (qaloşla 

keçmək mümkün deyil) uzunboğaz çəkmələr demək olar ki, sıradan çıxır, 

halbuki indi çəkmənin bir cütünün qiyməti 1000 rubla yaxındır. Bu mə-

ruzənin müəllifinə keçən ay həmişəkindən də artıq yol getdiyi üçün çək-

mələrini təzələmək zəruridir, halbuki indi belə çəkmələrin qiyməti həd-

dən artıq bahadır”. (122) 

Bu sətirlər Bakı və Gəncə quberniyalarının qəzalarında istintaq aparan 

FTK-nın ən fədakar üzvlərindən biri M.N.Mixaylovun məruzəsindən götü-

rülmüşdür və həmin məruzə Mixaylov tərəfindən yazılmış yüzlərlə sənəd, 

məruzə və hesabatlar arasında yeganə şikayət-xahişdir. Gündən-günə də-

rinləşən maliyyə böhranı şəraitində Azərbaycan hökumətinin son dərəcə 

ağır iqtisadi vəziyyəti, dövlət xidmətində əvvəlki vəzifələrindən azad edil-

miş FTK üzvlərinə cəmi 50 rubl gündəlik məvacib verildiyi və Komissi-

ya sədrinin dəfələrlə müraciətindən sonra bu məvacibin 60, 70, sonra 100 

rubladək, özü də yalnız “səfərlər zamanı” artırıldığı nəzərə alınarsa, “çək-

mə və s. bu kimi problemlərin həlli üçün” Komissiya üzvlərinə birdəfəlik 

müavinətin verilməsi məsələsinin nə üçün bu dərəcədə yüksək səviyyədə 

müzakirə edildiyinin səbəblərini anlamaq olar. (123)

Burada daha bir məqama diqqət yetirmək lazımdır. FTK-nın sədri ilə 

üzvləri arasında yazışmalarda, xüsusilə də cinayətlərdə ittiham olunan 

şəxslər haqqında söhbət gedərkən, Ələkbər bəy Xasməmmədov dəfələrlə 

vurğulayırdı ki, Komissiya üzvü “qanunla və vicdanla, işin hallarına və 

faktlara istinadən hərəkət etməlidir”. (124)

Qanun və vicdan! Fövqəladə Təhqiqat Komissiyasının istisnasız ola-

raq bütün üzvləri, sədr Ələkbər bəy Xasməmmədov başda olmaqla, öz 

fəaliyyətlərində bu iki başlıca prinsipləri rəhbər tutmuşdur və Komis-



59

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

siya tərəfindən hazırlanmış məhkəmə-istintaq materialları da bunu 

tam mənası ilə təsdiq edir. Artıq qeyd edildiyi kimi, peşəkar hüquq-

şünas olan Komissiya üzvləri bütün zorakılıq hallarını araşdırarkən 

mövcud qanunlara və hüquqi normalara ən ciddi şəkildə əməl edir, 

bu zaman həm zərərçəkənlərin, həm də ittiham olunanların hüquq-

larını nəzərə alırdılar. Bununla belə, qeyd etmək lazımdır ki, görüləsi 

işin həddən artıq böyük miqyası, həcmi və ağır iş şəraiti qarşısında, 

müstəntiqlərin məhdud sayı və xüsusilə cüzi əmək haqqı nəzərə alı-

narsa, bu qədər ağır yükün öhdəsindən yalnız sadə vəzifə borcu çər-

çivəsindən kənara çıxaraq işə son dərəcə vicdanlı və məsuliyyətli 

münasibət nəticəsində, həmçinin yüksək insani keyfiyyətlərə malik 

olmaqla gəlmək mümkün idi. 

 Şübhəsiz ki, istər Bakı şəhərində, istərsə də qəzalarda gündəlik olaraq 

çoxlu sayda zorakılıq və vəhşiliklərin qurbanları və şahidləri ilə rastlaşan, 

müsəlmanlara məxsus yüzlərlə dağıdılmış kəndlərə və müxtəlif tikililərə 

baxış keçirən Komissiya üzvləri bu insanların çəkdikləri ağrılara və izti-

rablara biganə qala bilməzdilər. Təsadüfi deyil ki, onların tərtib etdiklə-

ri hüquqi sənədlərdə ermənilərin cinayətləri rəsmi-inzibati dildə təsvir 

edilməklə yanaşı, müsəlmanların vəziyyətinə dair “dəhşətli”, “ümidsiz 

hala çatdırılmış”, “həddən artıq ağır” və s. kimi ifadələr, ermənilərdən söz 

gedən zaman isə “vəhşilik”, “amansızlıq”, “ağlasığmaz qəddarlıq” kimi ifa-

dələr də işlədilirdi. 

Bu zaman nəzərə alınmalıdır ki, Komissiyanın üzvlərinin əksəriyyə-

tini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – polyak, rus, 

yəhudi, alman və d. təşkil edirdi. Yəqin ki, Ələkbər bəy Xasməmmədov öz 

“komandasının” üzvlərində məhz bu keyfiyyətləri – peşəkarlıq, ədalətli 

və vicdanlı olmaq - yüksək qiymətləndirir və fürsət düşdükcə hər dəfə 

yüksək dövlət orqanları qarşısında “Komissiyasının bütün heyətinin” 

“nadir iş bacarığını, əməksevərliyini və çalışqanlığını” vurğulamağı 

özünə borc bilirdi. (125)

Artıq qeyd edildiyi kimi, 1919-cu ilin may-iyun aylarından başlayaraq

qəzalar üzrə materialların toplanması, qərar layihələrinin tərtib edilməsi 

və bu işlərin Məhkəmə Palatasına təhvil verilməsi başa çatdıqca, FTK üzv-

lərinin bir hissəsi Komissiyadakı işdən azad edilərək öz köhnə vəzifələ-

rinə qayıdır, yaxud yeni təyinat alırdılar. Nəhayət, 12 oktyabr 1919-cu il 

tarixli məktub ilə FTK sədrinə belə bir xəbərdar edilir ki: Ədliyyə Naziri 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

60

tərəfindən “Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin noyabr ayının 



1-dən ləğv edilməsi haqqında sərəncam verilmişdir”. (126)

Beləliklə, Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli Qərarı ilə 

yaradılmış Fövqəladə Təhqiqat Komissiyası onun üzərinə qoyulmuş və-

zifələri yerinə yetirdiyi üçün 1919-cu ilin noyabr ayının 1-də ləğv edilir. 20 

noyabr 1919-cu il tarixli Qərara əsasən Bakı şəhərinin və ətraf kəndlərin 

talan edilməsi haqqında istintaq işi artıq başa çatmış və Azərbaycan Məh-

kəmə Palatasının Prokuroruna təhvil verilmək üçün FTK sədrinə təqdim 

olunmuşdu. (127) 

FTK üzvləri tərəfindən toplanmış və təhqiq edilmiş sənədlərin böyük 

hüquqi-məhkəmə əhəmiyyəti var idi və bu sənədlər az da olsa, cinayət-

karların bir hissəsini məsuliyyətə cəlb etməyə imkan verirdi. Bu cinayət-

karların arasında isə azərbaycanlıların kütləvi qırğınlarının - xüsusilə, 

Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında - təşkilatçılarından və 

rəhbərlərindən bir neçə nəfər var idi. Onlardan bəziləri, o cümlədən, xü-

susi qəddarlığı ilə seçilən Stepan Lalayev öz əcəli ilə olsa da, həyatını həb-

sxana divarları arasında bitirdi və beləliklə cəzadan qaça bilmədi.

Həmçinin qeyd edilməlidir ki, Qubaya göndərilmiş “Cəza dəstəsinin” 

başçısı Amazaspa və onun silahdaşlarına qarşı Komissiya tərəfindən ci-

nayət axtarışı elan edilmiş, “keçmiş komissarlar” Şaumyan və Korqanov 

haqqında isə onların ölümü səbəbindən cinayət işi açılmamışdı. Bütün 

bu addımlar 1918-ci ilin mart-sentyabr aylarında bolşevik-daşnak qüv-

vələri tərəfindən törədilmiş qanlı hadisələrin bütün günahkarlarının cə-

zalandırılması barədə FTK-nın son dərəcə ciddi niyyətləri olduğundan xə-

bər verirdi. (128) 

Lakin 1920-ci ilin əvvəlində baş vermiş və Azərbaycan Respublikası 

üçün xüsusilə əlamətdar olmuş bir siyasi hadisə FTK-nın başladığı işə öz 

“düzəlişlərini” etdi. 1920-ci il yanvar ayının 11-də Müttəfiq Dövlətlərin Ali 

Şurası Azərbaycanın de-fakto müstəqilliyinin tanınması haqqında yek-

dilliklə qərar qəbul etdi. Bu tarixi hadisə ilə əlaqədar olaraq Azərbaycan 

Parlamenti 9 fevral 1920-ci il tarixdə “Azərbaycanın müstəqilliyinin bey-

nəlxalq aləmdə tanınması münasibətilə əhaliyə bəxş edilən imtiyazlar 

haqqında Qanun” qəbul etdi. Amnistiyanın elan edildiyinə dair bu qanu-

nun 2-ci maddəsinə uyğun olaraq həmin qanunun imzalandığı ana qə-

dər “milli düşmənçilik zəminində cinayət əməlləri” törətmiş bütün şəxs-

lər təqib və cəzadan azad edilirdilər, 10-cu maddəyə əsasən isə, Fövqəladə 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə