Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə21/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

64

 Amma AXC yaradıcılarının öz xalqı qarşısında ən mühüm xidmətlə-



rindən biri, yəqin ki, azadlıq və müstəqillik ideallarının yaradılması idi ki, 

70 ildən sonra, dəyişmiş siyasi şəraitdə yenidən bu ideallar azərbaycan-

lıların yeni nəsillərinin ruhuna və varlığına hakim kəsildi və öz dövlət 

müstəqilliyinin bərpasına gətirib çıxardı.

Bununla belə, Azərbaycan dövlətçiliyinin yarandığı və möhkəmləndiyi 

dövr, eyni zamanda böyük faciəvi hadisələrlə də əlamətdar olmuşdur. Bu 

hadisələr arasında Azərbaycan xalqının tarixinə yeni anlayış – soyqırımı 

anlayışını daxil etməklə, Bakı şəhərində baş vermiş 1918-ci ilin mart ha-

disələri xüsusi yer tuturdu. Lakin bütün faciəviliyinə baxmayaraq mart 

hadisələri də milli qüvvələrin sosial bazasını əhəmiyyətli dərəcədə möh-

kəmləndirməklə, müəyyən müsbət nəticələrə gətirib çıxardı ki, bunlardan 

ən mühümü Azərbaycan milli hərəkatında ayrı-ayrı qüvvələrin birləşmə-

si prosesinin güclənməsi sayıla bilər. “Milli varlığın məhvedici təhlükə-

si qarşısında, müxtəlif siyasi partiyalar mart hadisələrinin mahiyyətinin 

və nəticələrinin qiymətləndirilməsi işində vahid cəbhədən çıxış etdilər. 

Məhz bu zəmində Azərbaycanın əsas siyasi partiyalarının milli hərəka-

tın inkişafının perspektivləri və məqsədləri baxımından mövqelərinin 

yaxınlaşması baş verdi. Mart faciəsindən sonra “Müsavat” partiyası öz 

fəaliyyətini Azərbaycanın tam dövlət müstəqilliyi kursuna yönəltdi. Ya-

ranmış vəziyyətdə milli müstəqilliyin əldə edilməsi demək olar ki, ölkə-

nin istisnasız olaraq bütün siyasi partiyalarının əsas məqsədinə çevrildi. 

Məhz milli qüvvələrin mütəşəkkilliyi bu ideyanın tezliklə həyata keçiril-

məsinə gətirib çıxardı və artıq 1918-ci ilin may ayının 28-də Azərbaycanın 

dövlət müstəqilliyi elan edildi”. (135) 

Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu və 1920-ci illərdə 31 mart ta-

rixini ümummilli matəm günü kimi qeyd etdi. Bakıda mart faciələri 

günlərində, habelə Şamaxıda, Qubada və respublikanın digər qəzaların-

da əzablı ölümlə həlak olmuş bütün qurbanların xatirəsi əziz tutulmaq-

la, M.Ə.Rəsulzadənin sözləri ilə deyilərsə, onlar eyni zamanda “Azərbay-

canın azadlıq və müstəqillik ideallarının qurbanları və şəhidləri” hesab 

edildilər. (136) 

“Mart hadisələri inqilab təqvimində artıq yalnız sadə bir dönüş nöqtə-

si deyil, “yaddaşın bir parçası”, yaxud “yaddaş yeri”, vətəndaş şüurunun və 

milli tarixin başlanğıcı idi. Azərbaycan türkləri Böyük müharibə dövrünün 

bütün qurbanları arasında öz şəxsi nadir milli qurbanını tapdı, və bu, onla-



65

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

ra Versalda Antanta dövlətlərini öz qiymətli təyini-müqəddərat hüquqlarını 

böyük əziyyətlə qazandıqlarına inandırmağa imkan verdi”. (137) 

Milli hakimiyyəti əvəz etmiş yeni siyasi qüvvələr 70 ildən çox müd-

dət ərzində Azərbaycan xalqının yaddaşından bu faciəli, eyni zamanda 

əlamətdar hadisələri silməyə və ya onların mahiyyətini saxtalaşdırmağa 

çalışdılar. Lakin tarix göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərli-

yi özü Fövqəladə Təhqiqat Komissiyasını yaratmaqla, bu hadisələr haqqın-

da Həqiqətin sonrakı nəsillərə çatdırılmasının “qayğısına qalmışdı”. Bakı-

da, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və qəzalarında 1918-ci 

ilin faciəli günlərini yaşamış və yaddaşında saxlamış insanların dili ilə 

səsləndirilən bu Həqiqət FTK üzvləri tərəfindən sənədlərə köçürüldü. Bu 

baxımdan, 1918-ci ilin qanlı hadisələrini tarixi sənədlərlə əbədiləşdirmiş 

Komissiyanın bütün üzvlərinin adlarını bir daha və xüsusi ehtiramla 

çəkmək zəruridir: Fövqəladə Təhqiqat Komissiyasının sədri, andlı iclas-

çı Ələkbər bəy Xasməmmədov, Gəncə Köçürmə İdarəsinin üzvü Nikolay 

Mixayloviç Mixaylov, Gəncə Dairə Məhkəməsinin üzvü Andrey Fomiç 

Novatski, Bakı Dairə Məhkəməsi Prokurorunun köməkçisi Aleksandr Yev-

genyeviç Kluge, andlı iclasçı Məmməd Xan Təkinski, Gəncə Dairə Məh-

kəməsinin üzvü İsmayıl bəy Şahmalıyev, andlı iclasçı Aley Adamoviç 

Aleksandroviç (Litovski), hüquqşünas Abbas Əli bəy Hacı İrzayev, Gəncə 

Dairə Məhkəməsi Prokurorunun köməkçisi Çeslav Boleslavoviç Klossov-

ski, həqiqi mülki müşavir V.V.Qudvillo, prokuror köməkçisi Bahadır bəy 

Yusifbəyov, müəllim Mirzə Cavad Axundzadə, tərcüməçi-katib Əyyub bəy 

Xanbudaqov, həmçinin bu işdə böyük əməyi olmuş texniki heyət.

 

 * * *


Fövqəladə Təhqiqat Komissiyasının materialları, Azərbaycan Xalq Cüm-

huriyyətinin tarixinə aid olan bütün digər sənədlər kimi, yalnız XX əsrin 

80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurma siyasətinin baş-

lanması ilə əlaqədar əvvəllər bağlı olan arxiv fondlarından istifadə etmək 

imkanı yarandığı zaman Azərbaycanın mütəxəssislərinin və alimlərinin 

ixtiyarına verildi. Bütün Şərqdə ilk demokratik dövlət olan, cəmi 23 ay (1918 

may – 1920 aprel) ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 

azərbaycanlı tədqiqatçılar üçün uzun illər qadağan edilmiş bir mövzu ol-

maqla bir çox istiqamətlərdə tədqiqatlar aparmaq zərurəti yaratdı. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

66

1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yeni 



mərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar 

olaraq bu tarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb 

etdi. Dağlıq Qarabağ problemi tarixinin əsaslı surətdə və sənədlərə əsasən 

işıqlandırılması günün mühüm məsələsinə çevrildi. Azərbaycan Nazirlər 

Soveti yanında Baş Arxiv idarəsinin rəhbərliyi, mütəxəssislərə respublika 

arxivlərində saxlanılan sənədlərlə işləmək imkanı verməklə yanaşı, baş 

verən siyasi hadisələr, xüsusilə Dağlıq Qarabağa muxtariyyətin verilmə-

si, müxtəlif dövrlərdə azərbaycanlıların Ermənistandan deportasiya edil-

məsi tarixi və s. bu kimi xüsusilə aktual olan mövzularda hökumət üçün 

müvafiq məruzə və arayışlar hazırlamağa başladı.

Arxiv sənədləri açıldıqca və tədqiq olunduqca, azərbaycanlıların er-

mənilər tərəfindən kütləvi surətdə qırılması, sürgün edilməsi, öz doğma 

torpaqlarından qovulmasına dair saysız acınacaqlı faktlar aşkar olunur-

du ki, bunu da soyqırımı kimi xarakterizə etmək olardı. 1918-ci ilin mart 

hadisələri Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi 

cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş bir tarixi həqiqət ol-

maqla, heç bir halda bəraət qazandırılmayan, dəfələrlə Azərbaycan xalqı-

na qarşı həyata keçirilmiş və uzun müddət ərzində lazımi siyasi-hüquqi 

qiymətini almamış qanlı təcavüzlər zəncirində xüsusi yer tuturdu.

Bu baxımdan olduqca diqqətəlayiqdir ki, məhz 1918-ci ilin mart ha-

disələri müasir Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən erməni 

millətçilərinin əməllərinə siyasi qiymət verilməsi üçün əsas olaraq sayıl-

mışdır. 1998-ci ilin mart ayının 26-da, həmin hadisələrin 80 illiyi ərəfə-

sində, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladı-

ğı fərmana əsasən “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı 

faciələrini qeyd etmək məqsədilə” 31 mart –azərbaycanlıların soyqırımı 

günü kimi elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əs-

rlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, 

ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata 

keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu 

hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək 

cəhdi göstərilmişdir” və qeyd edilirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti-

nin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata 

keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə 

siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” (138) 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə