Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə23/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

70

yaşayan azərbaycanlıların bu fəsilə daxil edilmiş yüzlərlə ifadələri bunu 



deməyə əsas verir ki, Bakı şəhərinin müsəlman əhalisinə qarşı silahlı 

çıxışlar şəhərin müxtəlif hissələrində - həm mərkəzdə, həm də ucqarlar-

da eyni zamanda başlanmışdır. Bu isə öz növbəsində qanlı mart hadisələ-

rinin guya bolşeviklər tərəfindən idarə olunan rus əsgər və matrosları 

tərəfindən törədildiyi barədə ilk növbədə ermənilərin özlərinin yaydığı 

şayiələri, eləcə də silahlı toqquşmaların müsavatçılar tərəfindən törədil-

diyi barədə bolşeviklərin iddialarını təkzib edir.

 Toplunun II fəslinə azərbaycanlı qadınların şahid ifadələri daxil ol-

muşdur ki, onlar da bütün şəhadət sənədlərinin beşdə bir hissəsini təş-

kil edir. Azərbaycanlı qadınların ifadələrinin ayrıca fəsildə verilməsi, ilk 

növbədə mart hadisələrini azərbaycanlı qadınların gözü ilə təsvir etmək, 

həmçinin müxtəlif yaşlı, əsasən savadsız və siyasətdən tamamilə uzaq

sadə azərbaycanlı evdar qadınların hansı şəraitdə bolşevik-daşnak ittifaqı 

tərəfindən törədilmiş “vətəndaş müharibəsinin” qurbanlarına çevrildiyi-

ni göstərmək məqsədi ilə şərtlənir. Ümumən, bir neçə sənəd istisna ol-

maqla, qalan ifadələrdə sözü gedən hadisələr heç də bütün təfərrüatı ilə 

təsvir olunmur. Lakin hər bir qadın ifadəsində bir və ya bir neçə insanın 

– ər, valideyn və uşaqların, yaxın qohum və qonşuların ölüm faktı qeyd 

olunur ki, bu da öz gündəlik həyatı, yalnız öz ailəsinin və evinin maraqla-

rı ilə yaşayan, və bir anda öz əzizlərindən, əmlakından və yaşayış vasitələ-

rindən məhrum olmuş bu insanların keçirdiyi qorxu, ağrı, dəhşət və əzab-

larından xəbər verir. Bir çox şahidlərin ifadələri belə bir nəticə çıxarmağa 

imkan verir ki, ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin 

müsəlman əhalisi ilk saatlarda silahlı quldur dəstələrinin əsas hədəfinin 

kişilər – xüsusilə gənc azərbaycanlılar olacağını düşünmüş, qoca, qadın və 

uşaqlara toxunulmayacağına ümid edirmişlər. 

Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında həm qa-

dınlar, həm uşaqlar, həm də yaşlı kişilər var idi ki, bu da erməni-bolşevik 

qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan, 

kütləvi surətdə qırmaq niyyətlərini bir daha sübut edir. İfadələrdən gö-

ründüyü kimi, bir çox qadınlar öz ərlərini, oğullarını və atalarını xilas et-

mək məqsədilə, ermənilərin ayaqlarına atılır, xahiş edir, yalvarırdılar, hət-

ta öz ərlərini müdafiə edərək, onları qucaqlayırdılar və beləliklə ərləri ilə 

birlikdə həlak olurdular. İfadələrdən həmçinin aydın olur ki, azərbaycanlı 

qadın və uşaqların əksəriyyəti yalnız bu hadisələrə bolşeviklər tərəfindən 



71

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsin-

də labüd ölümdən qurtara bilmişlər. Bu ifadələrdə (I fəsilldə olan ifadələr-

də olduğu kimi) demək olar ki, FTK-ya ifadə vermiş hər ikinci zərərçəkə-

nin, xüsusilə də qadınların “əsirliyə” məruz qaldığını vurğulaması diqqət 

doğurur. “Əsir” sözünün xatırlandığı çoxsaylı ifadələrdən aydın olur ki, 

mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları 

– teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin er-

məni evləri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta 

hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə 

qətlə yetirildiyinin şahidi olmuş azərbaycanlıların, əsasən, qadın, uşaq və 

qocaların gətirildiyi və günlərlə, bir çox hallarda ac və susuz saxlanıldığı 

həbsxanalara çevrilmişdi. (sənəd №№ 378, 385, 416, 420, 433, 451, 453 və s.)

Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi er-

məni xadimləri sonradan bu əməlləri guya dinc müsəlman vətəndaşla-

rın təhlükəsizliyini təmin etmək məqsədi ilə görülmüş zəruri tədbir kimi 

izah etməyə çalışırdılar. Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələri ilə sü-

but olunur ki, müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələ-

ri tərəfindən zorla həyata keçirilmiş, təhqirlərlə, istehza, hədə-qorxu, bir 

çox hallarda isə qətllərlə müşayiət olunmuşdur. Bir çox ifadələrdə göstə-

rilirdi ki, erməni əsgərləri müsəlman qadınların çadralarını dartaraq cı-

rır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin 

küçələrində gəzdirərək əsir saxlanılacaqları yerlərə qovur, yolboyu sün-

gülərlə döyürdülər. Əsir götürülənlər arasında öz yaxınlarının qətlindən 

dəhşətə gələn, azyaşlı uşaqları qucaqlarında keçinən qadınlar arasında 

dəli olmaq, ölmək kimi hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman 

öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirir-

dilər. (sənəd №№ 53, 54, 419 və s.)

Bütün bu ifadələr bunu iddia etməyə əsas verir ki, ermənilərin və qis-

mən bolşeviklərin hətta hərbi dövr üçün qeyri-adi sayılan, heç nə ilə 

əsaslandırılmamış, lakin kifayət qədər yaxşı təşkil edilmiş bu əməlləri 

müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının 

bir hissəsi idi: bu əməllərin arxasında “haqq işi uğrunda” vuruşan ermə-

ni mübarizlərinin iç üzünü və əsas məqsədini dəqiq xarakterizə edən və 

o qədər də gizlədilməyən məqsəd açıq-aşkar görünürdü. Əsir götürülmüş 

və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmış evləri 

və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçu-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

72

luq, qarət və üç-dörd gün ərzində avtomobillərdə, faytonlarda, arabalarda 



aparılması mümkün olmayan bütün əmlakı darmadağın və məhv etmək 

üçün erməni quldurlarına geniş imkanlar yaradırdı.

Kitabın  III fəslinə müxtəlif millətlərdən olan bakılıların və xarici 

vətəndaşların Bakıda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilmə-

si baxımından xüsusi əhəmiyyəti olan ifadələri daxil edilmişdir. Digər 

millətlərdən olan Bakı sakinlərinin ifadələrinin sayının azlığı tamamilə 

izah ediləndir, belə ki, mart günlərində bu əhali qrupunun həyatına və 

əmlakına birbaşa və açıq təhlükə mövcud olmamışdır. Bununla yana-

şı, Bakıda yaşayan yəhudilər, ruslar, polyaklar, almanlar, gürcülər və b. 

bolşeviklərin və erməni hərbi dəstələrinin terror obyekti olmasalar da, 

FTK müstəntiqlərinə çox qiymətli ifadələr vermişlər və bu ifadələrdə va-

himəyə düşmüş, dəhşət və qorxu bürümüş müsəlmanların ermənilərin 

vəhşiliyi və özbaşınalıqlarını təsvir etdikləri bütün faktlar bir daha öz 

təsdiqini tapmışdır. Şəhərin başqa millətlərdən olan sakinləri neytral 

tərəfin nümayəndələri kimi, baş vermiş hadisələrə obyektiv qiymət ver-

məyə, əhalinin müsəlman hissəsinə qarşı qırğınlar törədilməsinə sövq 

etmiş ayrı-ayrı siyasi partiyaların və şəxslərin əməllərini xarakterizə et-

məyə çalışırdılar. Bu baxımdan Bakı sakini A.N.Kvasnikin ifadəsi xüsusi 

maraq doğurur. Şəhərin kübar və işgüzar dairələrinə mənsub olan, “bir 

çox erməni evlərinə girib-çıxan”, ifadəsindən hörmətli və ünsiyyətli bir 

insan təsəvvürü yaradan A.N.Kvasnik özünün son dərəcə ətraflı şəhadə-

tində mart hadisələri ərəfəsində və günlərində Bakı cəmiyyətində hökm 

sürən vəziyyətin ümumi mənzərəsini yaratmağa çalışır. Bu zaman ki-

fayət qədər məlumatlılıq və müşahidəçilik qabiliyyəti nümayiş etdirən 

müəllifin, baş vermiş hadisələrə həm öz şəxsi münasibətini, həm də 

Bakı şəhərinin bütün yəhudi əhalisinin münasibətini kifayət qədər 

dəqiq ifadə etməklə, heç də “neytral”, dəqiq deyilərsə, biganə qalmadığı 

aydın olur. (sənəd № 568) 

Bu fəslin sənədləri arasında andlı iclasçı, Bakının keçmiş ictimai 

şəhər rəisi Y.N.Smirnovun mart faciələri günlərində şəhərin rus əhali-

sinin azərbaycanlılara qarşı mərhəmət və rəğbət dolu münasibətini əks 

etdirən ifadəsi xüsusi diqqətə layiqdir. (sənəd № 569) Azərbaycanlıların 

özlərinin çoxsaylı ifadələrində olduğu kimi, bu fəsilldəki sənədlərdə də, 

nifrət və tamahkarlıqdan ağlını itirmiş ermənilərin hədəfinə çevrilmiş 

müsəlmanların həyat və əmlakının xilas edilməsində onların yəhudi, 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə