Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə69/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   65   66   67   68   69   70   71   72   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

220


Sənəd № 543

Dindirmə protokolu

1919-cu il, 11 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ayna Xanım Rəsul qızı, 40 yaşım var, Bakıda, Ermənikəndin yanın-

da yaşayıram.

1918-ci il martında ermənilər mənim ərim Kərbəlayı Əbini öldürdülər 

və təqdim etdiyim siyahıda göstərilən əmlakımı qarət etdilər. Mənə ümu-

milikdə, 10.000 rubla yaxın ziyan vurulmuşdur. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.

Sənəd № 544

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Asiya Mirzə qızı, 50 yaşım var, Bakıda, Yuryevskaya küçəsi, 51 №-il 

evdə yaşayıram.

1918-ci il martında ermənilər nəmin oğlum Xəlil Ağamalı oğlunu öl-

dürmüşlər və mən indi tamamilə vəsaitsiz qalmışam. Mənim 10.000 rubl 

məbləğində qızıl əşyalarımı və ev avadanlığımı aparıblar. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 12.



221

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 545

Dindirmə protokolu

1919-cu il, 27 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ziba Məmməd Bağır qızı, 28 yaşım var, Bakıda, 6-cı Nikolayevski dön-

gəsi, dalan № 2, 8 №-il evdə yaşayıram.

Keçən ilin martında ermənilər mənim ərim Məmməd Rza Sadıq oğlu-

nu yaraladılar və mənim təqdim etdiyim siyahıda göstərdiyim əşyalarımı 

apardılar. Mənə ümumilikdə, 32.300 rubl məbləğində zərər vurulmuşdur.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 48.

Sənəd № 546

Dindirmə protokolu

1919-cu il, 28 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Züleyxa Xosrov qızı, 30 yaşım var, Bakıda, 1-ci Razyezdnaya küçəsi, 

71 №-il evdə yaşayıram.

1918-ci il martın ortalarında, deyəsən bu, martın 19-da baş vermişdi, 

erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim ərim Əhəd 

Rəhman oğlunu, 50 yaşında, öldürdülər, öldürməmişdən əvvəl onun 2500 

rubl pulunu və 2200 rubl dəyərində qızıl zəncirli qızıl saatını götürdülər. 

Erməni əsgərləri ərimin qardaşını, 30 yaşlı Yunusu da qətlə yetirdilər. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 50.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

222


Sənəd № 549

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeynəb Əli qızı, 65 yaşlı, Bakı, Kisenevskaya (Kseniyevskaya) küçə-

si, № 12, Səfixan Qasımovun evi, savadsızdır.

Bu il mart ayının 19-da səhər tezdən erməni əsgərləri bizim hissəyə 

hücum etməyə başladılar. Mən qaçmağa macal tapdım, amma mənim 

ərimi, 80 yaşlı Dadaş Şəfi oğlunu erməni əsgərləri öldürdülər. Onlar mə-

nim mənzilimi 18.600 rubl məbləğində qarət etdilər. Əşyaların siyahısını 

təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Oxundu. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 66.

 

Sənəd № 553



Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ziyarət Xanım Zülfəli qızı , 45 yaşım var, savadsızam, Bakı şəhəri, 

Qoqolevskaya küçəsi, 83 №-il evin sakiniyəm, daimi olaraq isə Bakı 

quberniyasının Binəqədi kəndində yaşayıram.

Bu ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini

o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini 

xəncərlə doğramışlar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl 

olan əmlakımı qarət etmişdilər. Oğurlanmış əmlakın siyahısının işə əlavə 

olunmasını xahiş edirəm. Qatillərin adını bilmirəm. 



223

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Oxundu. Ziyarət Xanım Zülfəli qızı. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 78.

Sənəd № 554

Dindirmə protokolu

1919-cu il, 20 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ədəybanu Ağarza qızı, Balaxanı kəndinin sakiniyəm (4-cü polis 

sahəsi), qardaşım Əli Heybət Ağa Rza oğlunun evində yaşayıram.

1918-ci ilin sentyabrının əvvəlində erməni dəstələri Balaxanıya 

basqın edərkən, ermənilərin müsəlmanlara qarşı vəhşi münasibətlərin-

dən xəbərdar olan müsəlmanlar Balaxanı kəndini tərk etdilər. Müsəl-

manlar Balaxanı kəndindən qaçarkən, ermənilər mənim ərim Əli Hacı 

Baba oğlunu öldürdülər, bizim ümumilikdə 52.400 rubl dəyərində olan 

bütün əmlakımızı isə ermənilər qarət etdilər. Qarət edilmiş əşyaların si-

yahısını işə daxil etmənizi xahiş edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.79.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə