Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə71/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   67   68   69   70   71   72   73   74   ...   137

FƏSİL III

MÜXTƏLİF MİLLƏTLƏRDƏN 

OLAN BAKI SAKİNLƏRİNİN 

VƏ XARİCİ VƏTƏNDAŞLARIN 

ŞAHİD İFADƏLƏRİ



229

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 568

Dindirmə protokolu

1919-cu il, 1 yanvar. Bakı şəhəri.

Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual 

Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda 

adı çəkilən şəxs göstərmişdir:

Mən, Aleksandr Naumoviç Kvasnik, Bakı şəhəri, Serkovnaya küçəsi, 

138 №-li evdə yaşayıram, yəhudiyəm, həddi-buluğa çatmışam.

1918-ci ilin mart ayının 17-dən 21-dək olan müddət ərzində Bakı şəhə-

rində baş vermiş hadisələr haqqında aşağıdakıları deyə bilərəm.

Bu ilin 17-21 mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə tə-

miz vicdanla belə ad vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv 

edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının 

və siyasi üstünlüyünün ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə 

Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin müsəlman əhali-

sinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi”. 

18-21 mart hadisələrinədək bu iki xalq arasında münasibətlər qənaətbəxş 

idi və ildən-ilə yaxşılaşırdı. Son 12-15 il ərzində onların qarşılıqlı münasibəti-

ni heç nə pozmamışdı. Həmçinin, onların maddi maraqları da toqquşmurdu, 

çünki müsəlman əhalisi əsasən əkinçilik sahəsində üstünlük təşkil edir, ətraf 

kəndlərdən insaflı qiymətə kənd təsərrüfatı məhsullarını gətirir, şəhərdə isə 

elə də böyük olmayan hüdudlarda ticarət və sənaye ilə məşğul olurdu, yəni, 

Bakıda müsəlmanların sayca üstünlük təşkil etdiyi hesaba alınmaqla, müsəl-

man tacirlərin faizi ermənilərin faizindən aşağı idi. Müsəlmanların ziyalı 

təbəqəsinə gəldikdə isə, o, son dərəcə kiçik və cüzidir. Ermənilər isə əksinə, 

ziyalı - peşəkarların böyük hissəsini təşkil edir və tədricən müəssisələrdə, 

şirkətlərdə, şəhər institutlarında və s. bütün yerləri tuturlar. 

Məsələn, Bakı Neft Sənayeçilərinin Qurultayı Şurası

95

 bütünlüklə er-



mənilərin əlinə keçmişdi, çünki, onun çoxsaylı müəssisələrində bütün 

yerlər erməni mühəndislər, həkimlər, kontorçular, hesabdarlar və digərlə-

ri tərəfindən tutulmuşdu. Beləliklə, burada üstün mövqe müsəlmanların 

özlərinin heç bir müqaviməti olmadan müsəlmanlardan ermənilərə keç-

mişdir, çünki müsəlmanların öz rəqibləri ilə rəqabət aparmaq iqtidarında 

olan şəxsi ziyalı peşəkarlar heyəti yox idi.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

230


Lakin nə bu, nə də vəzifələrin tutulmasına bənzər digər hallar (şəhər 

ictimai özünüidarəetmə və digər müəssisələrdə) heç də onların qarşılıqlı 

münasibətlərini korlamamışdı, çünki müsəlmanlar üçün digər sahələrdə 

hələ kifayət qədər fəaliyyət sahəsi qalmışdı (gəmiçilik, İran və Orta Asiya 

ilə ticarət). Beləliklə, illər bu minvalla biri digərini əvəz edirdi, heç kim 

əvvəlcədən deyə bilməzdi ki, biz belə rüsvayçı hadisələrlə üzləşəcəyik.

Rus inqilabını Bakı şəhərinin bütün əhalisi ... sevinclə qarşılandı. Əgər 

bütün digər millətlər pis halda olan yerli bürokratiyanın zülmündən qur-

tarmaq və yaradıcı həyatın bütün sahələrində bərabərlik əldə etmək azad-

lığına sevinirdilərsə, ermənilər və müsəlmanlar bunlardan əlavə özləri-

nin milli dirçəliş azadlığına sevinirdilər. Onlar dərhal öz milli şuralarını 

təşkil etdilər, tezliklə milli dəstələr də yaranmağa başladı. Bütün bunlar 

“xalqların təyini-müqəddəratı” ruhuna da uyğun idi, odur ki, bu, onların 

arasında heç bir ixtilaf yaratmırdı, xüsusilə “ərazi münasibətlərində” on-

ların maraqları toqquşmur. Lakin Rusiyada hadisələr son dərəcə sürətlə 

inkişaf etməyə başladı: aprel inqilabını iyun inqilabı, iyun inqilabını isə 

– oktyabr inqilabı əvəz etdi. Bolşevizm burada da peyda oldu. O, Tiflisdə 

möhkəmlənməyə cəhd etdi, lakin uğursuzluğa düçar oldu. Onda Şaumyan, 

Avakyan, Karqanyan və bolşevizmin digər liderləri öz fəaliyyət sahələri-

ni Bakıya keçirdilər, İctimai Təşkilatların İcraiyyə Komitəsi, Şəhər İcti-

mai Özünüidarəetmə və digər müəssisələrin işini sıfıra endirdilər, sonra 

isə onları tamamilə ləğv etdilər və öz “Mən”lərini üzə çıxardılar. Məlum 

oldu ki, bütün ermənilər bolşevik olmuşlar. Onlar tez bir zamanda erməni 

əhalisi, habelə rusların və digər millətlərin bəzi yuxarı təbəqələrini təb-

liğ edərək inandırdılar. Çox tezliklə aydın oldu ki, Fəhlə, kəndli, əsgər və 

matros deputatları Sovetinin İcraiyyə Komitəsi bütünlüklə ermənilərdən, 

təxminən (99%) ibarətdir. 

Müsəlman əhalisi, bu şübhəli millətin hakimiyyəti ələ keçirməsi ilə 

onu gözləyən təhlükəni dərhal hiss etdi və bolşevizmdən, menşevizm-

dən və ümumiyyətlə, bütün çalarlarda sosializmindən üz döndərdi. Er-

məni kütləsini isə yaranmış vəziyyət şok halına gətirdi və o, Şaumyanı 

və digərlərini sevinclə qarşıladı, belə ki, onların simasında sanki öz giz-

li niyyətlərinin reallaşmasının – Bakıda hakimiyyətin hərtərəfli ermə-

nilərin əlinə keçməsinin, Bakının ardınca isə digər yerlərdə də və bütün 

sahələrdə müsəlmanların sıxışdırılmasının təcəssümünü gördü. Lakin 

sonrakı hadisələr onların tamah və vəzifələrini daha da genişləndirdi 




231

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

və onlar müsəlmanların fiziki cəhətdən məhv edilməsi barədə xəyallara 

düşdülər. Onlar 1905-ci ili xatırlayaraq, müsəlmanlara qarşı istədiklərini 

törədəcəkləri halda, o hadisələrin ermənilərin nöqteyi-nəzərindən, onla-

ra bəraət kimi xidmət edəcəyini düşündülər. Ermənilər unudurdular ki, 

əgər onlar 1905-ci ildə zərər çəkmişdilərsə, bu məsələdə bütün bu çıxışları 

təşkil edən rus hakimiyyətini də, həmçinin digər iqtisadi, milli səbəbləri 

də müqəssir bilmək lazımdır. İstənilən halda o dövrdəki hadisələr indiki 

- heç bir səbəb, bəlkə də yalnız ermənilərin qaniçənliyi, kini, qəddarlığı 

və satqınlığından savayı, qəti olaraq heç nə ilə izah edilməyən 17-21 mart 

hadisələri ilə müqayisədə tamamilə solğun görünür,

Rusiyada bolşevizmin bərqərar olması ilə talanlar və qarşılıqlı qırğın-

lar başlayanda, bu özbaşınalıqların uzaq uğultusu burada, Bakıda da eşi-

dildi. Təxminən yanvar ayından etibarən “hazırlanan hadisələr” haqqın-

da şayiələr gəzməyə başladı. Bu şayiələr bizim üçün, dinc əhval-ruhiyyəli 

insanlar üçün tamamilə anlaşılmaz idi və çətinliklə ağla sığışırdı. Lakin 

tədricən bu şayiələr real formalar almağa başladı. Gecələr əvvəlcə tək-tək 

güllə səsləri, sonra isə bütün gecələr fasiləsiz atışmalar eşidildi. Silah tə-

darükünün görülməsinə başlandı və silahın qiyməti ağlasığmaz həddə 

yüksəldi. Məsələn, orta keyfiyyətli sistemə malik tüfəngə görə 2000 rubl, 

Naqan və ya Brauninq sistemli tapançaya görə isə daha çox pul ödəyir-

dilər. Artıq heç kim gecələr evdən çıxmağa cürət etmirdi, çünki bu həyat 

üçün təhlükə demək idi. Bu …. və atışmalar müsəlman əhalisini çıxış et-

məyə sövq etmək, dinc əhali arasında təşviş yaratmaq, eləcə də müsəl-

manları şəhərin bitərəf əhalisinin gözündən salmaq məqsədilə təxri-

bat xarakteri daşıyırdı. Beləliklə, son nəticədə tamamilə aydın oldu ki, 

bir neçə ay ərzində davam edən təxribat xarakterli atışmalar ermənilər 

tərəfindən müəyyən sistem üzrə şəhərin müxtəlif yerlərində həyata ke-

çirilmişdir. Ermənilər şəhərdə söz buraxmağa başladılar ki, guya müsəl-

manlar “şəhəri və Qafqazı ələ keçirmək” üçün yaxın vaxtlarda öz vəhşi 

diviziyası ilə qalan əhalini “qırmağa” başlayacaqlar. –“Hazırlaşın, silah 

ehtiyatı görün, çünki tezliklə tatarlar

96

 qırğına başlayacaqlar və heç kimə 



rəhm etməyəcəklər; onlar əhalinin qalan elementlərindən azad olmaq 

istəyirlər və tezliklə çıxış edəcəklər”. Ermənilər bu yolla şayiələr yayır və 

bitərəf insanların beyninə həyəcan toxumu səpirdilər.

Bu vaxt isə erməni əhalisi var gücü ilə odlu və hətta soyuq silah ehti-

yatı görürdü. Elə bir ev yox idi ki, orada ən azı 2-3 tüfəng və 2-3 revolver, 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə