Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə68/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   64   65   66   67   68   69   70   71   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

216


Sənəd № 528

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şahzadə Mirzəli qızı, 45 yaşım var, Bakıda, 6-cı Parallelnaya küçə-

sində yaşayıram.

 Ermənilər mənim ərimi və oğlum Əli Mirzəni öldürdülər, sonra evi 

16.800 rubl məbləğində, eləcə də onun dükanını qarət etdilər. Əmlakın si-

yahısını təqdim edirəm.

Oxundu. Savadsızdır.

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.



Sənəd № 530

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həcər Xanım Məmməd Cəfər qızı, 60 yaşım var, Bakıda, şəhəri, 10-

cu Parallelnaya küçəsi, 20 №-il evdə yaşayıram, savadsızam.

1918-ci il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə 

soxuldular, mənim ərimi, 70 yaşlı Turab Nadir oğlunu öldürdülər və mə-

nim mənzilimi oğurlanan əmlaka dair təqdim etdiyim siyahıda göstə-

rilən məbləğdə qarət etdilər. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.




217

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 531

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həcər Xanım Axundova, 40 yaşım var, Bakıda, Verxne-Kladbişens-

kaya küçəsi, 53 №-il evdə yaşayıram.

Martda, bazar ertəsi, ayın 19-da ermənilər tərəfindən mənim ərim Əla-

ğa Axundov öldürülmüşdür. Elə o vaxt bizim mənzilimizi qarət etmiş və 

təqdim etdiyim siyahıda göstərilən əmlakımı – köhnə qiymətlərlə 10.400 

rubl, yeni qiymətlərlə 30.000 rubl dəyərində, - aparmışlar. 

Mart ayında mənim 19 yaşlı oğlum Ağa Hüseyn itmişdir və indiyə 

kimi tapılmamışdır.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 144.

 

Sənəd № 533

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səkinə Xanım Məşədi Məmməd Bəkir qızı, 32 yaşım var, Bakıda, 

İçəri şəhər Qalasında, Sretenski döngəsi, 22 №-il evdə yaşayıram.

Mart hadisələri zamanı erməni əsgərləri mənim ərim Məşədi Əyyub 

Ələkbərovun yorğan-döşək mağazasına basqın etdilər, ərimi öldürdülər 

və mağazanı qarət etdilər; bu zaman 10.000 rubl məbləğində əşyalar və 

döşəklər oğurlanmışdır. 

Oxundu. Savadsızdır.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

218


Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 179.

 

Sənəd № 539

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hörmət Ağagül qızı, 35 yaşım var, Bakı şəhəri, Vasilyevski döngəsi, 

15 №-il evdə yaşayıram, savadsızam.

Bu ilin mart ayının 20-də mənim mənzilimi 9290 rubl dəyərində qarət 

etmişlər. Qarət edilmiş əşyaların siyahısını təqdim edirəm. Mən ərimlə və 

oğlumla birlikdə qaçırdım, lakin ermənilər küçədə bizi tutdular, 40 yaşlı 

ərim Əli Qulu Əzim oğlunu və 19 yaşlı oğlum Məşədi Əbdül Əzim oğlunu 

öldürdülər, məni və qızımı isə əsir götürdülər, həm də 9 yaşlı qızım İzzəti 

qolundan yaraladılar.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 199.



Sənəd № 540

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həmşə Qafar qızı, 37 yaşım var, Bakıda, Vasilyevski döngəsi, 18 №-il 

evdə yaşayıram, savadsızam.

Bu il mart ayının 19-da erməni əsgərlər yuxarıda göstərilən evə soxul-




219

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

dular, mənim iki oğlumu – 25 yaşlı Abbasqulu Əmi Baba oğlunu və 22 yaş-

lı Cəfərqulu Əmi Baba oğlunu öldürdülər, mənim mənzilimi 10.020 rubl 

məbləğində qarət etdilər. 

Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş 

edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.



Sənəd № 542

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Umnisə Hacı Zeynal Abdin qızı, Bakı sakini, 28 yaşım var, Verxnya-

ya-Naqornaya küçəsi, 193 №-il evdə yaşayıram, savadsızam.

Bu il mart ayının ortalarında, barışıq bağlanandan sonra, mən ərim 

və uşaqlarımla bərabər Bakı şəhərindən Fatmayı kəndinə qaçırdım, yol-

da silahlı ermənilər bizi saxladılar və köhnə qiymətlə 2000 rubl dəyərin-

də olan, təqdim etdiyim siyahıda göstərilən bütün əşyalarımızı, sırğa və 

başqa zinət əşyalarını, əlimizdən aldılar. 

 Bir neçə gündən sonra mənim ərim, qardaşım və qardaşım oğlu 

şəhərə qayıtdılar. Mənim ərim Məşədi Hacı Ağa Əbdül Qədir oğlunu və 

qardaşım oğlanları – İbadulla Abdulla oğlunu və Əmirulla Abdulla oğlunu, 

eşitdiyimə görə, ermənilər öldürmüşlər. Ermənilər mənim 850 rubl pulu-

mu götürmüşlər. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 105.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə