Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə123/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

386


“Açıq söz” qəzetinin nəşr olunduğu bina erməni silahlı dəstələri tərəfindən 

tamamilə yandırılmışdır. Sonralar bina uçurulmuş və yerində M.Ə.Sabir 

adına bağ salınmışdır. Qəzet öz nəşrini 1919-cu ildə, maliyyə səbəblərindən 

dayandırmışdır.

41

Melikov Ambarsum Sergeyeviç – (? -?) Erməni neft sənayeçisi, Zuğul-



ba su kəmərinin sahibi. Erməni Milli Şurasının və “Daşnaksütun” partiya-

sının Bakı Komitəsinin rəhbərlərindən biri. 1918-ci il mart hadisələri zama-

nı “Daşnaksütun”un qərargahı onun Bakıdakı mülkündə yerləşirdi və əsir 

götürülmüş tanınmış azərbaycanlılar bura gətirilirdilər. Mart qırğınlarının 

təşkilatçılarından biri, oğlanları – Georgi və Sergeylə birlikdə azərbaycanlı-

ların öldürülməsində şəxsən iştirak etmişdir. 1918-ci ilin sentyabrında Ba-

kının Türk-Azərbaycan qoşunları tərəfindən azad edilməsi ərəfəsində Həş-

tərxana qaçmış, oğlunun ifadəsinə görə orada bolşeviklər tərəfindən həbs 

edilmişdir. Oğlanlarından biri – Georgi Ambarsumoviç Melikov Fövqəladə 

Təhqiqat Komissiyası tərəfindən həbs olunmuşdur.

42

“Hümmət”- müsəlman dünyasında ilk sosial-demokrat təşkilatı. 



1904-cü ilin oktyabrında bir qrup inqilabı ruhlu azərbaycanlı ziyalının 

səyləri ilə yaradılmışdır. Təşkilatın Bakı özəyi 11-12 nəfərdən ibarət olmuş, 

1905-1907-ci illərdə fəal üzvlərinin sayı 60 nəfərə çatmışdır. Bakı təşkila-

tının şöbələri Yelizavetpol, Şuşa, Naxçıvan və Culfada fəaliyyət göstərir-

di. Bir sıra mətbu orqanları var idi. Üzvlərinin sayına və siyasi fəallığına 

görə 1905-ci ildə yaranmış Tiflis şöbəsi daha nüfuzlu hesab edilirdi. Tiflis 

“Hümmət” təşkilatı formal olaraq Gürcüstan sosial-demokratları üçün sə-

ciyyəvi olan menşevik təmayüllü idi. Menşevik “Hümmət” bolşeviklərdən 

fərqli olaraq 28 may 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilli-

yinin elan olunmasında iştirak etmiş və Milli Şurada öz fraksiyalarını ya-

ratmışdır. Mübarizənin parlament üsullarına üstünlük verən Tiflis “Hüm-

mət” təşkilatının görkəmli üzvləri Azərbaycan Respublikasının 7 dekabr 

1918-ci ildə işə başlamış ilk parlamentinin sosialist fraksiyasına da daxil 

olmuşlar. 1920-ci ilin yanvarında bolşevik “Hümmət”, RK(b)P Bakı təşkilatı 

və “Ədalət” İran Sosial-Demokratik Partiyası Azərbaycan Kommunist par-

tiyasında birləşmişlər. Tiflis “Hümmət” təşkilatının bəzi nümayəndələri də 

1920-ci ildə bolşeviklərin sırasına qoşulmuşdur. 1918-ci il mart hadisələrin-

dən tam çaşqınlıq halına gələn bolşevik “Hümmət”in rəhbərləri şəhərin 

və onun ətrafının dinc müsəlman əhalisinin qırğınına qarşı etirazla çıxış 

etmişdir. Ümumiyyətlə götürdükdə isə, mart hadisələrinin qiymətləndiril-

məsində Bakı Sovetinin rəhbərlərinin mövqeyini dəstəkləmiş və baş ver-



387

QEYDLƏR


miş qanlı hadisələrin törədilməsində “Müsavat” partiyasını əsas müqəssir 

hesab etmişlər.

43

Milli Tatar polku - ilk milli (azərbaycanlı) hərbi hissələrindən biri. 



Bax: İlk müsəlman süvari polku.

44

Qlaz və Koqan xəstəxanası – tibbi müəssisə, Spasskaya küçəsi (Zər-



gərpalan) 2 ünvanında yerləşirdi. Hazırda həmin ünvanda Uroloji klinika-

nın binası yerləşir. 

45

Finkelşteyn Boris Konstantinoviç – tanınmış həkim, cərrah, tibb 



elmləri doktoru, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının xəstəxana-

sında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən açı-

lan universitetdə tibb fakültəsinin professoru olmuş, hökumət tərəfindən 

müasir tibb avadanlığının alınması üçün Qərbi Avropaya ezam olunmuş-

dur. Həmin ezamiyyətdən sonra öz səfəri və Qərbi Avropa tibb elminin na-

iliyyətləri haqqında ətraflı hesabat yazmışdır.

46

Şaumyan Stepan Georgiyeviç – (1878-1918), tanınmış bolşevik xadi-



mi, Bakı bolşevik təşkilatının rəhbərlərindən biri. 1917-ci ilin martında qi-

yabi surətdə Bakı fəhlə deputatları Soveti rəyasət heyətinin sədri seçilmiş, 

həmin ilin dekabrında Rusiya Sovet Federativ Sosialist Respublikası  Xalq 

Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə müvəqqəti fövqəladə ko-

missar təyin olunmuşdur. 1918-ci ilin aprelindən Bakı Xalq Komissarları 

Sovetinin sədri. 1918-ci il martın 30-dan 31-nə keçən gecə azərbaycanlıla-

ra qarşı hərbi əməliyyatlara rəhbərlik etmək üçün “Bakı və onun rayon-

larında ali hərbi-siyasi orqan” adı ilə “İnqilabi Müdafiə Komitəsi” yarat-

mışdır. 1918-ci il Bakı mart hadisələri günlərində Bakı və onun ətraflarında 

azərbaycanlı əhalinin kütləvi qırğınlarını həyata keçirən bolşevik-erməni 

birləşmələrinin fəaliyyətini bilavasitə idarə etmişdir. Onun göstərişi ilə 

həmin günlər erməni-molokan qüvvələri Şamaxı və onun kəndlərində 

azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1918-ci il aprel ayının sonla-

rı-mayın əvvəlində onun təşəbbüsü ilə Amazaspın cəza dəstələri Quba qə-

zasına göndərilmiş və qəzanın müsəlman əhalisi kütləvi qırğınlara məruz 

qalmışdır. Azərbaycanlı qırğınlarına dair özünün nifrət dolu açıqlamaları 

ilə məşhurdur. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyətinin süqutun-

dan sonra “Sentrokaspi diktaturası” hökuməti tərəfindən həbs olunmuş, 

20 sentyabr 1918-ci il tarixində 26 Bakı komissarları sırasında Türkistanda, 

Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir. 

47

Seyidov Mir Əbdül Əziz Mir Seyfəddin oğlu (Əziz Alpoud) – (1895-



1988), Azərbaycan milli hərəkatının iştirakçılarından biri, hüquqşünas, 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

388


Tartu və Xarkov universitetlərində təhsil almışdır. «Əhrar” partiyasının 

üzvü. 1918-ci il Bakıda mart hadisələri günlərində, Lənkəranda yerləşən 

müsəlman süvari polkunun zabiti kimi Bakıda ezamiyyətdə olmuş, bolşe-

vik-erməni hərbi hissələrinə silahlı müqavimət göstərmişdir, həmin ha-

disələr zamanı əmlakı qarət olunmuşdur, Fövqəladə Təhqiqat Komissiya-

sına ifadə vermişdir. 1918-1921-ci illərdə Azərbaycan Dəmir yol idarəsində 

hakim işləmişdir, 1921-ci ilin oktyabrında Bakıda bolşevik hakimiyyətinə 

qarşı üsyan hazırlayan gizli təşkilatın üzvü olmuş, üsyan ərəfəsində digər 

yoldaşları ilə birlikdə həbs olunmuşdur. Günahı sübut edilməsə də Sibirə 

sürgün edilmişdir. 4 il düşərgə həyatından sonra Azərbaycan milli qüvvələ-

rinin gizli təşkilatının köməyi ilə sürgündən azad olmuş, başqa adla Ba-

kıya gəlmiş və tezlikdə İrana mühacirət etmişdir. 1925-ci ilin sonlarında 

Türkiyəyə, daha sonra Almaniyaya getmişdir. 1926-27-ci illərdə Saksoniya-

da, Freyberq dəriçilik institutunda təhsil almış, dəri emalı üzrə mütəxəs-

sis kimi Türkiyəyə qayıtmışdır. Mustafa Kamal Atatürklə şəxsən tanış idi. 

1937-ci ildə Berlinə getmiş, Qafqazın mühacir təşkilatlarının fəaliyyətində 

iştirak etmişdir. 1939-cu ildə Türkiyəyə qayıtmış, ömrünün sonuna qədər 

burada yaşamış, öz ixtisası üzrə təcrübəli mütəxəssis kimi tanınmış, elmi 

fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan siyasi mühacirətinin Türkiyə və 

Avropadakı mərkəzləri ilə sıx təmas saxlamışdır. Türkiyənin Milliyyətçi 

Hərəkat Partiyasının üzvü olmuşdur. Bir neçə elmi əsərlərin və ədəbi tər-

cümələrin müəllifidir. Bütün həyatı boyu gündəlik yazmış, sonralar onla-

rı nəşrə hazırlamışdır. Həmin əlyazmalardan birinin əsasında 2011-ci ildə 

Bakıda Əziz Alpoud adı ilə “Həyatımın hekayətləri” adlı xatirələr kitabı (Za-

kir Sadaxlının tərcüməsi və tərtibi ilə) nəşr olunmuşdur. Böyük və taleyük-

lü hadisələrlə zəngin bir dövrü əhatə edən bu əsər parlaq publisist-memuar 

ədəbiyyatı nümunəsi olmaqla yanaşı, faktoloji baxımdan tarixi-mənbəşü-

naslıq əhəmiyyətinə də malikdir.

48

“Fantaziya” – hamam, Suraxanskaya küçəsində, Armyanskaya küçə-



sinin tini (Dilarə Əliyeva-Mirzə İbrahimov) yerləşirdi. 1918-ci il mart qır-

ğınları zamanı müsəlmanları əsir kimi oraya gətirmiş və işgəncələr ver-

mişlər. Hazırda – fəaliyyət göstərir. 

49

İran konsulu – Məhəmməd Said əl-Vəzarə Marağayi (1881- 1974) 



nəzərdə tutulur. İranın tanınmış siyasi və dövlət xadimi, 1940-cı illərdə baş 

nazir. 1918-ci ildə İranın Bakıda konsulu. Əslən Azərbaycan şəhəri Marağa-

dandır, uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası 

burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə