Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
 
135 
rastlaşdığın birisinin bir-iki ay sicilləmə mesajları 
Sənin  hələ  soyumayan,  qaysaq  tutmayan  yarana 
məlhəm  ola  bilməz.  Bəlkə  də  usandırıb  bezdirər. 
Mən bunu indi başa düşürəm. Bir şeyi anladım bu 
gecə, sənə ərkyana, atmacalı ifadələr yox, isti, ana 
qucağıtək  təhlükəsiz,  qayğısız  yer  lazımdı.  Sənə 
hər şeyi unutmaq lazımdı.  
…Sənə  qadın  olmaq  lazımdı.  Sənə  “işgüzar 
qadın”  yox,  sadəcə  qadın  olmaq  gərəkdi.  Kişini 
qadın kişi elədiyi kimi qadını da kişi qadın eləyir. 
Mənim Qadınım da belədi. Kəpənək qanadları tək 
incə,  zərif…  Sevgisi  yolunda  Sibirədək  gedən 
dekabrist  xanımları  kimi  mübariz,  vəfalı,  aydın 
düşüncəli və gözəl. 
Mən səni belə gördüm, duydum, tanıdım… 
Qəlbindəki  yaran  çox  dərindi,  bilirəm.  Hələ 
desən,  özündə  bu  qədər  güc  tapıb  ayaqda 
qalmağına  mat  qalıram.  Sən  bunları  mənə 
yazmaya  da  bilərdin.  Görünür,  Sənin  etibarını 
qazanmışam.  Yara  sarımağı  bacarmıram,  məndə 
əksinə  alınır.  Çibanı  basıb  irini  çıxarıram.  Çox 
incitsə də, sonunda sakitləşir...  
 
 
Bilmirəm  nə  yazım.  Mənə  elə  gəlirdi,  artıq 
sənin  üçün  tam  aydınam.  Amma  görürəm  məni 
düz 
anlamamısan. 
Tənha 
deyiləm, 
bilsən 
qəlbimdə  nə  böyüklükdə  istək  daşıyıram… 
Beynimdə nələr var… Bir bilsən… İnsan sevməyi 


 
 
136 
bacarmalıdır.  Yanında  olmayanları  da,  lap 
tanımadıqlarını belə, yoldan keçəni belə. Bilirsən, 
səni  də  sevirəm.  Anlaya  bilmədiyim  fərqli  bir 
hisslə. Bunu çəkinmədən deyirəm: sənə ehtiyacım 
yoxdur,  amma  sən  olmasan,  üzülərəm…  Əslində 
heç kimə ehtiyacım yoxdur, amma o “heç kimlər” 
olmasa üzülmərəm. Qollarımı bir də yana açmağı 
bacararam,  qoynuma  aldığımı  isə  daha  burax-
maram.  Orxideya  gülü  şikarını  tutduğu  kimi. 
Bağrında  boğub  öldürsə  belə  buraxmadığı  tək. 
Bunun adı sevgidir, vərdişdir,  ya asılılıqdır, daha 
orasını  bilmirəm.  Nədir,  orxideyanın  qurbanımı 
olmaq  istəyirsən!?  Çalış  müvazinətini  itirib  ora 
düşmə… ÖLƏRSƏN! 
 
 
“Sənə  ehtiyacım  yoxdur!”  yazırsan.  Bunu 
bildim, amma  “heç kimə ehtiyacın olmaması”  nə 
deməkdi?!  Dünyada  canlı-cansız  hər  şeyin 
nəyəsə,  kiməsə  ehtiyacı  var.  Yer  olmasa,  Ay 
neylərdi? 
Çoxdan 
orbitindən 
çıxıb 
məhv 
olmuşdu. Daş daşlığıyla belə torpaqsız heçdi. Heç 
kimə ehtiyacı olmayan yoxdu. Tanrının da kiməsə 
ehtiyacı var, inan! Bilirsən Tanrının kimə ehtiyacı 
var?  Bəndələrə!  Ehtiyacı  olmasaydı,  yaradardımı 
onları… 
“Sevgi”,  “vərdiş”,  ya  “asılılıq”. Bunların  yaşı 
bəşəriyyətin  yaşı  qədərdi.  Həvvanın  Adəmə 
sevgisi  vərdişə  çevrilmədimi?  Belə  olmasaydı, 


 
 
137 
onun  yadına  meyvə  düşərdimi  heç?  Sevginin 
vərdişə  çevrilməməyinin  yalnız  bir  yolu  var  – 
ÖLÜM!  Ən  sadiq  sevgi  kəpənəyin  həyata 
sevgisidi.  Bir  gün  yaşayır,  amma  bir  günlük 
ömrünü həyat eşqiylə uçur. 
Orxideya  çox  gözəldi,  cəlbedicidi.  Bəzən 
adam elə belə yerdə, orxideyanın qoynunda, onun 
ləçəkləri arasında ölmək istəyir. Bundan bəxtəvər 
ölümmü var?  
 
 
Qadın:  Salam,  əzizim!  İnşallah  yaxşısan. 
Bəlkə  də  məndən  inciksən,  haqqın  var.  Son 
zamanlar  məni  çox  “merak”  edirsən,  əndişələ-
nirsən mənimçün. Bilirəm, bu artıq çatda yaranan 
sıradan  bir  söhbətin  davamı  deyil,  bu,  insanın 
qəlbində  cücərən  maraq  və  o  marağın  törətdiyi 
fəsadlardır.  Sənə  ehtiyacım  yoxdur,  lakin  mənə 
lazımsan  yazmışdım.  Bilirsən,  adını  unutduğum 
bir  xalq  var,  onlar  kişiləri  altuna,  qadınları  isə 
paltara  bənzədirlər.  Yəni  kişilər  istənilən  halda, 
hər  zaman  dəyərlidirlər,  lakin  qadınlar  əlbisə  tək 
işləndikcə  dəyərdən  düşürlər.  Sən  mənim  üçün 
zinət əşyası deyilsən, sən mənim qəlbimdən xəbər 
verən  səssən,  sənə  ehtiyacım  yoxdur,  çünki 
qəlbimdə nə baş verdiyini özüm də bilirəm. Mənə 
lazımsan, çünki qəlbimdə hələ də sevgi olduğunu 
unutmağa 
qoymursan. 
Həyat 
hər 


 
 
138 
zaman bizi gözləmədiyimiz anda yaxalayıb zərbə
sini vurar, nə qədər zalım olduğunu anladar. 
Adəmlə  Həvvanın  sevgisindən  yazdın.  Yaxşı 
ki,  onun  günahını  yada  salmadın.  Axı  siz  kişilər 
Həvvanın  günahını  biz  qadınların  boynuna 
biçdiniz.  Cənnətdən  qovulmanın  bədəlini  min 
illərdir bizə ödədirsiniz. 
Nəysə,  yenə  filosofluğa  başladım.  Məndən 
inciməmisən? 
Rəssam: Səndən inciməkmi olar? 
Qadın:  Niyə  də  yox?  Sonucda  mən  də 
bəndəyəm. Bəndə günahsız olmaz. 
Rəssam:  Bəndə  olanda  inciyərəm.  Hələ 
mələksən. 
Qadın:  Olmaya  sən  də  cənnətə,  onun 
mələklərinə inanırsan? 
Rəssam: İnanmaq istərdim, amma... 
Qadın:  Dinlərin  cənnəti  ürəyinə  yatmırsa, 
özün ayrı bir cənnət qur xəyalında... Deistlər kimi 
Tanrını dindən kənarda görürsən. 
Rəssam:  Eynən  elə.  Tanrıya  tapınmaq  üçün 
kiminsə köməyinə gərəkmi var?! 
Qadın:  Amma  səmavi  dinlər  öz  kitablarında 
ilahi  hökmlərin  Allahdan  gəldiyini  yazır.  Bizim 
dinimiz  son  göndərişdir,  demək,  dinlərin  ən 
kamilidir. 
Rəssam:  Xristian  dini  yunan  və  Roma  kimi 
əzəmətli  mədəniyyətin,  islam  isə  bədəvi  ərəb 


 
 
139 
ənənəsi  üzərində  bərqərar  olub.  Bu  fərqlilik 
günümüzdə belə özünü aydın göstərir.  
Qadın:  İslamın  sərhədləri  böyüyəcək,  gələ-
cək onundur – onun Quranı var! 
Rəssam:  O  vaxt  mən  olmayacam...  Mən 
Tanrını  insan  yaradan  halıyla  sevirəm,  sonrakı 
hadisələr  mənə  maraqlı  deyil.  Nəysə…  Sabah 
gənc bir dostumun sərgisidi. Maraqlı əsərləri var, 
bəzilərini  görmüşəm.  Saat  üçdə  İçərişəhərdəki 
qalereyada  olacam,  gəlsən,  sevinərəm.  Sonra  bir 
müddət  olmayacam.  Gələn  həftə  uzaq  bir  səfərə 
çıxıram.  Braziliyada  beynəlxalq  bir  sərgidə 
mənim də rəsmlərim nümayiş olunacaq. Açılışına 
gedəcəm. 
Qadın:  Səfərin  uğurlu  olsun.  Özündən 
muğayat ol,  mənim tacir dostum, rəsm  bazarında 
qaraçı  qız  əl  uzatsa,  heç  nə  vermə,  baxma  da, 
yoxsa  sehrinə  düşüb  orda  qalarsan.  Qayıt  gəl! 
Qayıdanda  mütləq  görüşəcəyik.  Son  kərə  söz 
verirəm!  Sənə  sözüm  olacaq,  YALNIZ  SƏNƏ! 
Mənə  çox  lazımsan!!!  İmza:  sənə  əl  açan  qaraçı 
qız! 
 
 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə