Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
 
121 
axtardığını  biləsən.  Yolunu,  istiqamətini  deyim 
Sənə...  
Bu  sualların  cavabı  bizim  indiyə  qədərki 
yazışmalarımızdadı. 
Necə 
başlayıb, 
nədən 
başlayıb,  hara  gəldiyimizə  nəzər  salsan,  cavab 
tapacaqsan.  Mənim  cavabım  mesajlarımdadı.  Bu 
gün  zəng  vurmaq  istədim.  Dünənki  kimi  yenə 
vaxtın  olmaz  deyə  vurmadım.  İndi  çıxıram. 
Amma  növbəti  həftə  ərzində,  kəsəsi,  ad 
gününədək görüşmək  istəyirəm.  Bilirəm  “sıradan 
bir  gündü”  Sənin  üçün.  Amma  doğum  gününün, 
özü  də  30  yaşın  necə  sıradan  bir  gün  olduğunu 
başa düşmürəm. Hər halda həmin gün evdəkilərlə 
olacaqsan.  Başqa  gün  olsun,  “sıradan  bir  gündə” 
görüşək. Vədələşək. Vaxtı sən de! 
 
*** 
Şopenin musiqi gecəsinə iki dəvətnaməm var, 
bu axşama. Polşa səfirliyindən göndəriblər. Sənlə 
də gedərəm. Kimin görəcəyi, nə deyəcəyi eynimə 
deyil.  Gedəkmi?  Yenə  susacaqsan,  bilirəm. 
Deyim  ki,  Sən  elə  susanda  da  heyrətləndirirsən. 
“Gözəl”  yazmıram,  çünki  mənim  duyğularımı 
ifadə  eləməyə  gücü  çatmır  bu  sözün.  Sən  elə 
susanda da danışırsan, eşidirəm Səni. Olsun, Sən 
sus,  mən  də  Səni  dinləyim.  Kor  kimi  qaranlıq 
dünyamda təsvirini yaradım. 
 


 
 
122 
*** 
Maraqlı  şəkildi.  Sənə  bənzətmək  o  qədər  də 
asan  deyil.  Yalnız  qaşlarından  oxşadıram. 
Əvvəlki  şəkillərin  heç  birində  fotoaparatın 
obyektivinə  baxmamısan.  Gözlərinin  içini  ilk 
dəfədi  görürəm.  Dünən  kənardan  seyr  elədiyimi 
nəzərə almasam, deyərdim Səni ilk dəfə görürəm. 
 
 
Salam!  Hə?  Məni  görmüsən?  Onda  görüş 
birtərəfli  keçdiyindən  sənin  görüşün  olub,  bizim 
yox.  Mən  görüş  saatımızı  hələ  də  gözləyirəm. 
Bilirəm,  zarafat  edirsən.  Dünən  yox,  amma  bu 
gün  çox  istərdim  məni  görəsən.  Son  tədqiqatımı 
prezentasiya  edirdim.  Bu  gün  qeyri-adi  idim. 
Geyimim  də  başqaydı.  Gözlərim  də  ayrı  cür 
parıldayırdı.  Nə  bilim,  mən  bəyəndim.  Hamı 
mənə  baxırdı:  paxıl  baxışlar  da  gördüm,  sevə-
sevə  baxanları  da.  Sən  də  sevərdin,  mütləq 
sevərdin. 
 
 
Çox  istərdim  görüm.  Bilsəm  gələrdim,  lap 
dəvət  eləməsən  də.  Deyirlər  dost  dar  gündə 
tanınar.  Amma  elə  deyil,  adamlar  sənin  pis 
günündə yox, şad gündə əsl simalarını göstərirlər. 
Dar  gündə  tanımadığın  insanlar  belə  sənə  rəhm 
edər, əl tutar. Əsl dost insanın şad gününə qəlbən 
sevinəndi. 
 


 
 
123 
 
Sənə  məəttəl  qalıram.  Ürəyimi  oxuyursan, 
dilimin  ucundakını  deyirsən.  Bu  haqda  bir  Skan-
dinav  pritçası  var.  O  gün  sən  bir  Şərq  rəvayəti 
yazdın, qoy mən də bir Qərb pritçası danışım.  
Bir gün qoca vikinq Qrimr dostları  ilə  yeyib-
içəndə  bir  nəfər  belə  sadiq  dostu  olmadığından 
gileylənir.  Dostları  etiraz  edirlər.  Biri  deyir: 
“Yadına  sal!  Sən  sürgündə  olanda  birinci  sənə 
yardım  əlini  mən  uzatmadımmı?”  O  biri  deyir: 
“Düşmənlər  evinə  od  vurub  yandıranda  təzə  ev 
tikməyə  sənə  kömək  eləmədimmi?”  Üçüncü 
deyir:  “Döyüşdə  səni  düşmən  zərbəsindən  kim 
xilas elədi? Mən!” Qrimr onlara belə cavab verir: 
“Sizin  mənim  üçün  nələr  etdiklərinizi  yaxşı 
xatırlayıram  və  sizi  sevirəm,  siz  mənim  başı-
bəlalı,  bədbəxt  günlərimin  dostlarısınız,  buna 
görə hamınıza  minnətdaram. Amma  nə gizlədim, 
xoşbəxt  günlərimdə  dostum  olmayıb.  Mənsə 
nadir hallarda xoşbəxt olmuşam. Bir dəfə ov vaxtı 
kralı  xilas  elədim.  O,  hamının  yanında  məni 
qucaqlayıb  özünün  ən  yaxın  dostu  adlandırdı. 
Hamı  mənə  xoş  sözlər  deyirdi,  yalnız  dostlarım 
susurdu. Mənim daha bir xoşbəxt günüm, başçılıq 
elədiyim dəstənin danimarkalılar üzərində qələbə 
çaldığı  gün  idi.  Məni  xalqın  xilaskarı  hesab 
edirdilər,  lakin  burda  da  dostlarımın  ürəyi 
susurdu.  Neçə  belə  misal  çəkərəm.  Onu  dəqiq 
bilirəm ki, xoşbəxtlikdə dost olmur...” 


 
 
124 
 
 
Rəssam: Ağıllı adammış o vikinq... Yaxşı, bu 
şəkli  nə  vaxt  çəkdirmisən?  Klassik  gözəllik  var 
bu  rəsmdə.  Çox  gözəlsən,  istənilən  rəssamı  dəli 
eləyərsən.  Portretini  çəkmək  üçün  sürünərlər 
arxanca… 
Qadın:  İki  il  əvvəl  çəkilib.  Adi  küçə  rəssamı 
çəkib. Kiyevdə, parkda. Əlli qrivnaya.  
Rəssam:  Elə  demə!  Rəssamın  adisi  olmur. 
Duyumu kasad rəssam ola bilər, amma bu da ona 
adi  deməyə  əsas  vermir.  Bir  dostum  var,  Adil 
Mirseyid, rəssamdı, həm də gözəl şeirlər yazır. O 
deyir  ki,  palitraya  rəng  sıxanda  boyaların  düzü-
lüşü  ona  heca  vəznini  xatırladır.  O  ritm  itəndə 
harmoniya  pozulur.  Fırça  rəssamın  harmonik 
dünyasını  tarazlayan  alətdi,  musiqiçinin  alətini 
kökləyən not kimi. Hər kimdisə eşqlə çəkib Səni, 
şeir yazırmış kimi. Vurulubmuş Sənə…  
Qadın:  Yox,  mənə  vurulan  bir  Rəssam 
tanıyıram. Başqası yoxdur! 
Rəssam:  Ad günündə də görüşməyək? Yüz  il 
oldu virtual dostluğumuz.  
Qadın:  Tanışlığımız  virtual  olsa  da,  realda 
doğmalaşdıq  axı  deyəsən.  Səbrinə  bələdəm. 
Bilirəm,  bir  azdan  üsyan  qaldıracaqsan,  hövsə-
lədən çıxacaqsan. Buna  yüz  faiz  əminəm.  Amma 
hələ  tələsmə!  Görüşərik,  sağlıq  olsa.  Mütləq 
görüşərik. 


 
 
125 
Rəssam:  “Görüşərik, sağlıq olsa”. Lap televi-
ziya  aparıcılarının  sağollaşmasını  xatırladır.  Mən 
tamaşaçı,  dinləyici  olmaq  istəmirəm.  Mənə  canlı 
təmas  lazımdı.  Məni  canlı  efirinə  dəvət  elə, 
rejissor dostum! 
Qadın:  Mütləq  edəcəm.  Bəlkə  gələn  həftə-
sonunda. Baxarıq. 
 
 
O  günkü  “adi,  küçə  rəssamı”  sözün  heç 
yadımdan  çıxmır.  Səni  qınadığımı  qəti  ağlına 
gətirmə!  Küçədə  şəkil  çəkən  rəssam  görəndə 
çoxları belə düşünür. Getdiyim şəhərlərdə həmişə 
gözüm  küçə  rəssamlarını  gəzir.  Bəzən  saatlarla 
onların  işinə  tamaşa  edirəm.  Bir  dəfə  Parisdə 
Sena  sahilində  Vilnüs  Rəssamlıq  İnstitutunda  bir 
oxuduğum  dostumla  rastlaşdım.  Turistləri  gəzdi-
rən  qayıq  Notr-Damm  kilsəsinin  yanından 
keçəndə  onu  körpünün  altında  şəkil  çəkən 
rəssamlar arasındaca gözüm aldı. Dərhal tanıdım. 
Bu  qəfil  görüşə  elə  sevindik  ki.  İki  gün  ayrıl-
madım  ondan,  onun  təzə  rəssam  dostlarından. 
Heç  hotelə  də  getmədim.  Onlara  qoşulub  bütün 
günü  turistlərin  rəsmlərini  çəkir,  fransız  çaxırı 
içirdim,  axşamlar  da  özümüzü  verirdik  onların 
sevimli kafelərinə. Parisdə ucuz yeməkxanalar da 
varmış  sən  demə.  Möhkəm  yeyib-içəndən  sonra 
düşürdük  küçələrin  canına.  Gecələr  Paris  alışıb 
yanır.  Belə  gecələri  sərxoş  başla  gəzmək  bir 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə