Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə35/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
157 
Neçə insanın umudunun meyitini 
Buza qoymuşam qəlbimdə? 
...Bağışla, çoxdur ölənlərim, 
Sənə ağlaya bilməyəcəm...”
9
 
 
*** 
“Termometrə 
bənzədirəm 
ağıllı 
qadını. 
Onunla  şüurun  istənilən  qatında,  qəlbin  hər  cür 
halında  danışa  bilirsən.  30,  40  dərəcə  istidə, 
yaxud 20, 30 dərəcə şaxtada yaşaya bildiyin kimi. 
Beləsi  bütün  səviyyələrdə,  mövzularda  söhbətə 
hazır, açıq olur”. 
 
*** 
“...Mən  həyat  qalamın  darvazalarını  qasırğa 
tək  yerindən  qoparan  adamlara  güvənə  bilmə-
rəm”.  “Bəlkə  qalasız,  darvazasız  həyat  daha 
gözəldir. Bir də ki, nə bilirsən həqiqət hardadır?” 
“Ətrafımdakıları  və  özümü  hər  zaman  güvəndə 
saxlamağı  xoşlayıram.  Bunu  düzənlikdə  necə 
etmək  olar?”  “Dünyanın  ən  böyük  fatehi  Çingiz 
xan dünyanın ən qüdrətli və güvənli imperiyasını 
düzənlikdə  yaradıb.  Bir  dənə  də  qala  tikməyib, 
darvaza  asmayıb.  Bilirsən  nəylə?  İradəsi  və 
ədalətiylə!” 
 
*** 
                                                
9
Müəllif Vaqif Səmədoğludur.
 


 
 
158 
“Sənlə  mənə  aydın  olmayan  bir  məkana 
düşürəm,  orada  özümü  çox  rahat  hiss  edirəm.  O 
məkan  bu  dünyada  deyil,  başqa  yerdədi,  mənim 
bilmədiyim,  heç  min  il  sonra  da  ağlıma 
gəlməyəcək  yerdədi.  Bu  yerin  adı  nədi? 
Bilmirəm!  Mən  sənə  inanıram.  Sadəcə,  sənin 
umudlarını  doğrultmamaq  qorxum  var.  Bəlkə  də 
o üzdən sənə inamsız görünürəm”. 
 
Rəssamın  telefonla  göndərdiyi  hələ  bir  xeyli 
mesaj  da  vardı.  Onları  da  mətnə  əlavə  edib-
etməməyə qərar verə bilmirdim. Sonra onlara bir 
də baxacam. 
 
 
Əzizim,  bu  qədər  olanlardan  sonra  yenə 
Allahdan  sevgi  dolu  bir  ürək  istəyirəm.  Sənin 
yanına  bir ürək dolusu  sevgiylə gəlim deyə. Qoy 
bütün  boşluqlarımı sevgi doldursun. Saf,  məsum, 
həsrəti  ürək  göynədən,  hər  gecəsi  intizar  dolu, 
sabahları  yollara  baxan  lal  baxışlarla  ötüşən, 
öpüşünü  düşünəndə  dodaqlarımı  əsdirən,  varlığı 
ilə  mənim də  var olmamı  mənə  xatırladan, bütün 
vücudumu  bürüyən  bir  sevgi!  Öz  yaratdığımız 
dünyanı istəyirəm! 
 
 
Bu gün yenə məktublarını oxuyurdum. Onları 
çap  eləmişəm.  Daha  kompüterdən  oxumuram. 
Yatağım  sözlərin  yazılmış  vərəqlərlə  dolur  gecə-


 
 
159 
lər,  onlara  sarılıb  yatıram.  Qoxunu  alıram 
onlardan.  Sənin  qoxunu  duymadım  heç…  Bilsən 
özümü  nə  qədər  lənətləyirəm  buna  görə…  Bir 
udumluq qoxun üçün canımı verərəm indi.  
Vərəqlər  bədənimə  yapışır.  Üzümə,  gözümə, 
dodaqlarıma,  sinəmə,  qollarıma,  ayaqlarıma, 
…hər yerimə. Səni dərimlə duyuram. Qucaqlayıb 
bağrıma  basıram.  Yatağımda  dikəlib  dizlərimi 
qucaqlayıram.  Göz  yaşlarım  yanağımdan  üzü 
aşağı  süzülür,  dodağım  duz  dadır,  çənəmdən 
sinəmə  damcılayır,  döşümün  üstündəki  vərəqə 
düşür.  Bilirsən  hansı  sözlərinə?  “Ehhh,  Qadın! 
Sən  hardan  biləsən  mənim  həyəcanımı,  mənim 
duyğularımı,  mənim  ehtirasımı,  həyat  eşqimi, 
mənim SEVGİmi. Bu anımda sən TANRIMsan... 
Amma  bunun  sənin  indiki  anına,  halına  dəxli 
yoxdu... Bu mənim anımdı, mənim halımdı”. 
 
Kövrək adam deyiləm. Xarakterim belədi. Hər 
sentimental  söz  mənə  təsir  eləməz.  Amma 
boynuma  alıram,  bu  sözlərdən  pis  oldum,  gözüm 
yaşardı.  Ona  yazığım  gəldiyindən  deyil,  öz 
halıma acıdığımdan ağladım elə bil. Bir anlıq elə 
zənn  elədim  ki,  bu  sözləri  mənə  yazır.  Dəli  bir 
istək keçdi könlümdən. İstədim Rəssamın adından 
ona  yazam.  Könlünü  alam,  ovudam.  Yaza 
bilərdim.  Kod  oğurlayıb  birinin  yazılarını 
oxuyan,  onun  sevgilisinə  də  tamah  salar,  hələ 
başqa  nə  alçaqlıq  desən  eləyər.  Bütün  bu  şəbəkə 


 
 
160 
olayından bəri ilk kəs düşüncələrimə görə xəcalət 
çəkdim. 
 
 
Bu  gün  sərginin  açılışı  oldu.  Yoxluğunun  bir 
ili  tamam  olan  gün.  Dostların  təşkil  eləmişdilər, 
sağ  olsunlar.  Yaxşı  dostların  varmış.  Nazirlər, 
deputatlar,  xeyli  tanınmış 
adam  gəlmişdi. 
Tiflisdən rəssam dostun da gəlmişdi. Səni futbola 
saxlaya bilmədiyi üçün özünü az qala lənətləyirdi. 
Çox  təsirli  çıxış  elədi.  Xanımına  heyran  qaldım. 
Hər gələn tamaşaçıya əziz adamı kimi elə baxırdı 
ki...  Elə  bil  onlardan  sənin  iyini  çəkirdi.  Səninlə 
fəxr elədiyi rəsmlərə baxışından duyulurdu. Xəfif 
təbəssümü,  məsum  gözləri  onun  gözəlliyini  daha 
da artırırdı.  
Mən  o  şəkli,  mənim  şəklimi  gördüm.  Elə  bil 
bədənimdən  cərəyan  keçdi.  İldırım  vurubmuş 
kimi  donub  qaldım  bir  müddət.  Salonun  baş 
divarından tək asmışdılar. Ən çox tamaşaçı da elə 
onun  qabağına  yığılmışdı.  İndi  bildim  sən  bunu 
niyə  həm  yarımçıq,  həm  də  bitmiş  sayırmışsan. 
Tabloda  yalnız  bir  cüt  göz  var...  Onlar  mənim 
gözlərimdir!  
Bilirsən,  altından  nə  yazmışdılar?  “Tamam-
lanmayan  naməlum  qadın  portreti”.  Az  qalırdım 
qışqıram:  “Yox,  tamamlanıb.  Mənəm!  O,  məni 
elə  beləcə  görüb,  onunçün  mən  beləyəm!..” 
Amma deyə bilmədim.  


 
 
161 
Tamaşaçıların  hərəsi  bir  söz  deyirdi:  “Yeni 
işdir.  Yəqin  səfərdən  sonra  tamamlayacaqmış”, 
“Qəribədir,  rəsm  tamamlanmayıb,  amma  gözlər 
tam  çəkilib”,  “Görəsən,  bu  qadın  kimdir?”, 
“Allah bilir!”  
Gözlərim isə sənin bu söhbəti dinləyə-dinləyə 
rəsmə  baxan  xanımında  idi.  İlahi,  o  necə  də 
gözəldi,  başını  dik  tutmağı  necə  də  bacarırdı! 
Görəsən,  bu  gözlərə  baxıb  nə  düşünürdü?  Özgə 
qadın  gözləri  çəkən  rəssam  ərləri  barədə  nə 
düşünür xanımlar?!  
Mənə elə gəldi ki, o məni tanıdı. Evinə gələn 
“jurnalist”  kimi  yox,  tablodakı  gözlərin  yiyəsi 
kimi  tanıdı.  O  qədər  adam  içində  gözü  məni 
alanda  donub  qaldı,  sonra  çevrilib  rəsmə  bir  də 
baxdı.  Qəribə  vəziyyət  alındı.  O  da,  mən  də 
bilmədik  neyləyək,  hər  ikimizin  başı  qabağa 
əyildi, amma bu, salam vermək deyildi. Yaxşı ki, 
kimsə ona yaxınlaşdı, arxaya çevrildi. Dərhal yox 
oldum.  Sizə  getdiyim  günü  lənətləyirəm.  Böyük 
səhv  idi.  ...Görən  tanıdımı?  Bir  gözlə  adamı 
tanımaq beləmi asandı? Bəs niyə elə baxdı mənə? 
Belə  bir  gözəlin  sevdiyi  adam  sevgisini  niyə 
başqa 
yerdə  axtarsın? 
Bəlkə  qiyamətəcən 
açılmayacaq  insan  sirlərindən  biri  də  budur,  nə 
biləsən?!  Amma  mən  bu  gün  anladım!  Bunu 
mənə sən anlatdın. Sənin axtardığın qadın sevgisi 
deyildi. Biz özgənin yaratdığı dünyada yaşayırıq. 
Fərq  etməz  o  dünya  necə  yaranıb,  Allahın  “Ol!” 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə