Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
152 
köks  ötürərdi.  Qumluqların  sahibi  özümüz 
olardıq. 
 
*** 
 
Bileti  dəyişmək  uzun  məsələ  oldu.  Gərək 
əlavə  iki  gün  də  qalaydım.  İstəmədim!  Dəyməz! 
Sabah geri dönürəm. Birisi gün səhər Bakıdayam. 
Axşamı  görüşürük.  Parisdən  zəng  vuracam. 
Öpdüm! 
 
 
Gəl, əzizim! Xilaskarım kimi gəl! Qapımı aç, 
çıxar məni bayıra, azad elə! Özümdən azad elə! ... 
Kaş  elə  indi,  bu  gecə,  bu  an  yanımda  olaydın. 
Sənə  qısılmaq,  sənin  olmaq,  qadının  olmaq 
istəyirəm!  
 
 


 
 
153 
 
VII Bölüm 
 
Tamamlanmış yarımçıq portret 
 
 
Onlar  həyatımın  bir  parçasına  elə  çevriliblər 
ki,  yazışmalarını  oxuduğum  müddətcə  başqa  heç 
bir iş görə, heç nə haqda düşünə bilmirəm. Sanki 
rejissor  kimi  çəkəcəyim  filmin  ssenarisini  oxu-
yuram. Oxuduqca da bəzi yerləri dəyişmək, başqa 
cür  yazmaq  istəyirəm.  Amma  heç  nəyi  dəyişə 
bilmirəm - qələm mənim əlimdə olsa da, ssenarini 
iradəmdən kənar qüvvə  yazır, tale yazırmış  kimi. 
Mən  hadisələri  arxamca  sürümək  istərkən  özüm 
onun dalına düşmüşəm. 
 
 
Səndən  xəbər  çıxmadı  axı!  Gəlmisən?..  Tele-
fonun da bağlıdır. Mənə zəng vur! 
 
 
Bax,  bəyəndiyin  ağ  paltarı  ütüləmişəm. 
Görüşümüzə  hazırlaşıram,  əzizim.  Bilirsən  sənə 
nə qədər deyəcəklərim var?! Bir ömürlük! Səbrin 
çatar mənim ömür söhbətimi dinləməyə? Onu tək 
sənə  danışacam,  gizli  heç  nə  qalmayacaq.  Təki 
dinləyənin  olsun,  danışmağa  nə  var  ki... 
Ürəyimdəki bütün düyünləri qoyacam sən açasan. 


 
 
154 
Bacımla  ərimin  xəyanəti  hələ  son  deyil.  Sənə  ən 
böyük  sirrimi  də  söyləyəcəm.  Görək  buna  nə 
deyəcəksən!  Səni  Tanrı  yox,  mən  yaratmışam 
deyəndə 
hədəfə 
vurdun. 
Kimsən, 
hardan 
gəlmisən,  realmısan,  ya  xəyalmısan?  Bilirsən, 
“Sənə ehtiyacım yoxdur” sözlərini yalan yazırdım 
–  sənə  heç  vaxt  olmayan  kimi  ehtiyacım  var! 
Mənə bircə kəlmə yaz! 
 
 
Allahım,  məni  yenəmi  sevdiklərimlə  sınağa 
çəkirsən?  Hələ  çoxmu  sürəcək  bu  sınağın? 
Olmaya o da bu təyyarədədir?  
...Qurbanım  olum,  mənə  bir  söz  yaz!  Yoox! 
Sən saytların yazdığı bu qəzada ola bilməzsən!!! 
 
 
Bilirəm,  özün  bilə-bilə  mənsiz  getdin. 
Qabaqca  getdin  ki,  gedib  ocaq  qalayasan,  oraları 
isidəsən,  mən  gələndə  üşüməyim...  Yox,  ora 
soyuq deyil axı, orda həmişə bahardır... 
 
 
Bir  aydır  yoxsan...  Məni  yıxdın!  Yazmışdın 
ki,  “ürəyin  istəyəndə  düşüb  gedərsən,  qorxma, 
məndən yıxılmaq mümkün deyil”. Amma yıxdın, 
səndən də yıxıldım, özü də çox pis yıxıldım.  
Yas  məclisinə  getmədim.  Həmin  günlər 
səndən  bərk  incimişdim.  Hirsliydim.  Çıxıb 
getdiyinə görə  yox,  mənsiz getdiyinə görə. Birgə 


 
 
155 
qurduğumuz  dünyamıza  tək  getdiyinə  görə. 
Amma  eşitdim,  məclisin  izdihamlı  keçib.  Səni 
sevən  çox  imiş.  Qəzetlər  yazdı,  televiziyaların 
söhbəti  sən  oldun  –  təyyarə  qəzasında  ölən  tək 
azərbaycanlı... 
Yazmışdın  ki,  o  şəklə  ilk  sən  baxacaqsan,  nə 
oldu  bəs?  O  gün  özümü  toparlayıb  sizə  getdim. 
Xanımına  “jurnalistəm”  dedim,  yaradıcılığınla 
maraqlandığımı  dedim.  Gözəl  xanımın  varmış. 
Sizdə olduğum  bir saat sənlə keçirilmiş  bir ömür 
kimi oldu. Sənin çox rəsmini gördüm, ancaq son 
çəkdiyin yox idi. 
 
 
Yazışmalarımızı  dönə-dönə  oxuyuram.  Bir 
dəfə  də  mənə  müraciətdə  “Sən”  sözünü  kiçik 
hərflə  yazmayıbmışsan,  məndən  fərqli  olaraq... 
Sən nə qədər böyükmüşsən! 
 
 
Telefonumda 
mənə 
yazdığın 
mesajları 
oxuyuram.  Ayrı-ayrı  vaxtlarda,  ovqatlarda  yazı-
lıb.  Mənsə  çox  vaxt  onlara  laqeyd  olmuşam. 
Soyuq  ürəklə  oxumuşam!  Yazdıqlarının  çoxunu 
silmişəm. Elə peşmanam ki...  
Bax,  bu,  ilk  aylarımızın  sms-ləridir.  Bizim 
dünyamızın 
divarlarına 
yazıram, 
oxuyasan, 
xatırlayasan, ...günahımdan keçəsən. 
 
*** 


 
 
156 
“Sənə  yaman  öyrəşmişəm.  Səncə,  bu  normal 
haldı,  ya  anormal?”  “Bəlkə  mən  bu  suala  cavab 
verməyim...”  “Yaxşı,  bəs  bu  haldan  sonrakı 
mərhələnin  adı  nədi?”  “Ağrı  çəkmək,  dünyanın 
ən  ləzzətli  ağrısını  çəkmək,  o  qədər  ləzzətli  ki, 
zamanın  dayanmasını  istəyirsən”.  “Buna  hazır-
sanmı?” “Əvvəlkini hələ də keçə bilmirəm, yenisi 
məni  yıxar”.  “Ürəyin  istəyəndə  düşüb  gedərsən, 
qorxma, məndən yıxılmaq mümkün deyil”. 
 
*** 
 
“Şəklini  məndən  yaxşı  çəkən  olsa,  özümü 
ataram  Qız  Qalasından.  Təsəvvür  eləyirsən, 
bundan  sonra  onun  adı  da  dəyişər,  daha  Qız 
Qalası yox, Oğlan Qalası deyərlər, ya da Rəssam 
Qalası...  Minillik  bir  adı  dəyişmək  üçün  özünü 
atmağa dəyməzmi?” 
 
*** 
 
 “Öldün, getdin, 
Bağışla, ağlaya bilməyəcəm sənə... 
Bilirsənmi neçə ağac kəsilib 
Gözlərimin önündə, 
Qayalardan atılan 
Neçə şəlalə intiharı görmüşəm? 
Özüm də bilmirəm, 
Neçə ulduz basdırmışam göylərdə, 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə