Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
 
113 
 
V Bölüm 
 
Qaraçı qız 
 
Rəssamın yazdıqlarına məəttəl qalmışam. Elə 
bil  bunları  Rəssam  yox,  hansısa  yazıçı  yazıb.  O, 
yazdıqlarını  rəssam  incəliyiylə  təsvir  etməyi 
bacarır. Dili də çıxışlarındakı dilə qəti bənzəmir, 
şirin,  axıcıdı.  Şəxsi  tanışlığım  olmasa  da  müsa-
hibələrindən, rəsmi tədbirlərdə çıxışlarından onu 
quru,  boz  adam  təsəvvür  edirdim.  Yaradıcı 
şəxsdən  daha  çox  keçmiş  dönəmlərin  bürokrat 
partiya  xadimi  təsiri  bağışlayırdı.  Rəssamlar 
İttifaqının xarici əlaqələr üzrə katibi kimi əsasən 
sərgilərin,  rəsmi  tədbirlərin  təşkilatçısı,  BMT, 
YUNESKO, 
TÜRKSOY, 
başqa 
beynəlxalq 
təşkilatlarda  təmsilçi  kimi  tanınırdı.  Bəlkə  də 
ittifaqa  uzun  illər  rəhbərlik  edən  dünya  şöhrətli 
qocaman  rəssamın  kölgəsində  qalmışdı  deyə 
başqa  keyfiyyətləriylə  ictimaiyyətə  açılmayıb. 
Görünür,  qoca  rəssam  onu  yaxşı  tanıyırmış. 
Demək  olar,  təşkilatın  əksər  işini  ona  həvalə 
etmişdi.  
Yazı  ilə  danışığın  fərqi  var.  Danışıq  canlı 
olduğundan  adam  öz  fikrini  çılpaq  deyir,  onu 
müxtəlif  donlara  bükməyə  vaxtı  çatmır.  Düzdü, 
bunu  bacaran  adamlar  nə  qədər  desəndi. 
Belələrini  nəzərdə  tutmuram,  ümumi  deyirəm. 


 
 
114 
Danışıqda ağzından çıxan daha sənin deyil, onun 
redaktəsi  müşkül  olur.  Amma  yazı  başqadı, 
yazıda düşünmək imkanın var, bəyənmədiyin fikri 
pozub  təzədən  yaza  bilirsən.  Burda  da  eləcə, 
onların  yazıları  ölçülü-biçilidi.  Özü  də  səmimidi. 
Araları  açılıb.  Zarafatlarından  qalmırlar.  Bir 
xeyli  adi  gündəlik  söhbətlərini  çıxartdım.  Məişət 
tipli 
söhbətlərin 
mətni 
yorucu 
edəcəyini 
düşündüm.  Bəlkə  də  düz  eləmirəm.  Bilmirəm! 
Əsas bu mətnlərlə nə edəcəyimə qərar verməkdir. 
Hər  şey  bu  andıra  qalmış  qərardan  asılıdır. 
Lazım  olarsa,  çıxartığım  yerləri  qaytarıb  yerinə 
qoymaq asandır.  
 
 
 
Şənbə  gecəsi  Səni  çox  incitdim.  Deyəsən, 
vaxtsız  zənglərim,  mesajlarım  çox  oldu.  Yəqin 
halımı  duyub,  üstündən  keçərsən.  O  gün  Aydan 
gəldiyini yazmışdın. Şənbə axşamı Aya baxırdım. 
Ayın  əksi  İssık-Kulun  sularında  xəfif  mehdən 
tərpəşə  durmuşdu.  Nişanələrini  axtarırdım.  Tap-
dım da! Ay üzündə gözlərin, qaşların apaydın idi, 
sonra dodaqların da göründü. Ay Sən oldu.  
Uzaq  sahilləri  çəpərləmiş  dağlaracan  səpələ-
nən  ulduzlar  səmada  nur  saçırdı.  Bax,  Sənin 
burdakı gözlərin kimi. Gecə qaranlığında ulduzlar 
işıqları  sönmüş  teatr  zalından  səhnəyə  baxan 
tamaşaçıydılar  sanki.  Onlar  da  Sənin  gözəlliyinə 


 
 
115 
ağzıaçıq  qalmışdılar.  O  gecə  Ayın  sulardakı  əksi 
ruhumuzun  görüş  yeriydi  –  su  üstündə  qurulmuş 
teatr  səhnəsi  kimi.  Tanrı  dağlarından  əsən  soyuq 
küləklər  pıçıltıyla  söylədiklərinin  əks-sədasını  öz 
qanadlarında  gətirirdi.  Sanki  şaman  duasıydı. 
Dodağından  qopan  kəlmələr  nəfəsin  kimi  istiydi, 
küləklər soyuda bilmirdi. Nəfəsin nəfəsimə qarış-
mışdı.  Sevişirdilər.  Öpüşümüz  sulara  səpələnmiş 
ulduzları  da  ehtirasa  gətirmişdi,  gözləri  dörd 
olmuşdu  –  sayrışırdılar.  O  gecə  bütün  kəhkəşan 
bizim  sevgi  tamaşamıza  durmuşdu.  Dan  yeri 
çırtlamamış  Ay  çəkiləndə,  özüylə  bizi  də 
aparanda  göy  üzünün  ulduz  tamaşaçıları  ayaq 
üstə bizə alqış yağdırırdı…  
 
*** 
 
Burda  olduğum  günlərdə  yanımdan  heç 
ayrılmadın.  Hər  yanda  vardın.  Hər  yer  Sən  idi. 
Bilmirəm bu hal Sənə nə qədər tanışdı. Bəlkə Sən 
də  nə  vaxtsa  yaşamısan  bunları.  Duyğuları 
yazmaq mümkün deyil! Onun heç mində birini də 
olduğu  kimi  kimsə  yaza  bilməz!  İnsan  söz 
qarşısında  acizdi,  bəlkə  də  buna  görə  sözlə  deyə 
bilmədiyini  əli,  hərəkəti,  əməliylə  göstərir.  Vaxt 
gələcək  insan  qəlbinin,  ruhunun  da  rentgen  kimi 
şəklini  çəkən  aparat  kəşf  olunacaq.  Bax  o  gün 
dünyanın  bütün  sevgiləri  atəşfəşanlıq  edəcək. 


 
 
116 
Dilləri açılacaq! Dinmədən danışa bilmək insanın 
son kəşfi olacaq! 
 
*** 
Təyyarədəyəm. Qəribədi, təyyarəmiz Bakının 
üstüylə  uçur.  Bakıya  Bakıdan  keçib  gedirəm. 
Türk  Hava  Yollarında  Bişkekə  yol  İstanbuldan 
keçir.  Xəzərin  şərq  sahili,  ucsuz-bucaqsız  çöllər, 
səhralar  göydən  olmayan  kimi  gözəl  görünür. 
Qumlu  təpələr,  qırış  dərələr  Ayın  kosmosdan 
görünən səthinə bənzəyir. Qoca Şərqin tarixi kino 
lenti  sayaq  sürətlə  keçir  göz  önündən.  Dünyanı 
lərzəyə  gətirən  orduların  aylarla  keçdiyi  yolu 
dəqiqələrdə  keçirsən.  İllüminatordan  aşağıya, 
Türküstan  çöllərinə  tarix  vərəqləyirmiş  kimi 
baxırsan. Qəribə duyğulardı... 
Şərq  demiş,  yadıma  bir  Şərq  rəvayəti  düşdü. 
Vaxtım boldu, mən yazım, sən oxu. 
Bir  gün  varlı  bir  tacir  dükanı  qarşısında 
oturubmuş.  Çarşablı  bir  qadın  ona  yaxınlaşıb  əl 
açır.  Tacir  pul  kisəsini  çıxarıb  qadına  bir  mis 
sikkə  uzadır.  Pulu  dilənçinin  ovcuna  qoyanda 
çarşab qadının başından düşür, üzü görünür. Tacir 
gördüyü  gözəlliyə  heyran  qalır.  Ona  əl  açan  Ay 
parçası bir qızmış. Qız cəld çarşabını başına çəkib 
çaparaq  aralanır.  Onların  bir  anda  toqquşan 
baxışları  tacirin  ürəyinə  vəlvələ  salır,  qığılcım 
alova  dönür,  vulkan  kimi  püskürür.  O,  itaətkar 
qul kimi qızın arxasına düşüb gedir.  


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə