Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə21/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

 
 
95 
nədən  qorxmadığını  yazırsan.  Yaz,  danış  mənə. 
Bu  an,  bu  dəqiqə  Səni  mənim  qədər  başa  düşən 
olmaz,  bəlkə  mən  qədər,  nə  isə...  Bilirəm 
burdasan... 
Qadın: Nə anladım sənə? Dərinə getmə! Fikir 
vermə mənə. Bir də, bilirsən, qadınlar bahalı ətrə 
bənzəyir, qapağı nə qədər açıq qalırsa, bir o qədər 
dəyərini,  ətrini  itirir.  Mən  də  özünə  dəyər  verən 
qadınlardanam axı… Sənə yavaş-yavaş açılacam. 
Rəssam:  Yox,  mən  heç  də  keçmişlə  yaşa-
mıram.  Mənə  Sənin  indin  maraqlıdı.  Keçmişdə 
yaşadıqlarını unutdurmaq istəyirəm Sənə. Əslində 
elə  özümün  də  unutmaq  istədiklərim  az  deyil... 
Bu  nə  statusdu  belə  yazmısan  burda:  “Чтобы 
завоевать  мужчину,  женщине  достаточно 
разбудить самое дурное, что в нем есть...” 
Qadın:  “Чтобы  завоевать  мужчину,  жен-
щине достаточно разбудить самое дурное, что 
в нем есть. Ты делаешь из мужчины бога, и он 
тебя бросает. Другая делает из него зверя, и он 
лижет  ей  руки  и  не  отстает  от  нее”
5
.  Oskar 
Uayldın aforizmləri interneti götürüb başına. Mən 
də bunu seçdim. 
Rəssam:  Niyə  məhz  bunu  seçməyin  maraq-
lıdı.  Adətən  belə  fikirləri  kişilərdən  başı  çəkmiş 
                                                
5
 
Kişini  ələ  almaq  üçün onun ən çirkin  hisslərini  oyatmaq 
bəsdir.  Əgər  kişini  Tanrı  yerinə  qoyub  itaət  etsən,  o,  səni 
tərk  edər.  Yox,  kişiylə  heyvan  kimi  rəftar  eləsən,  onda 
əllərini yalayar, dizinin dibindən ayrılmaz”.  


 
 
96 
qadınlar deyir. Demək, Sən də  yanında qalan  “əl 
yalaqçı”sını atıb gedən  “tanrı”dan üstün tutanlar-
dansan... Amma mən bu sözlərdə o yazıq Uayldın 
qadınlara nifrətini duydum. Əslində bu, qadınlara 
təhqirdi. 
Qadın:  Sən  elə  fikirləşirsən?  “Dorian  Qreyin 
portreti”ndə sən düşündüyün kimi deyil. O  sevir. 
Sevməyi bacarır. 
Rəssam:  Onu  “tanrı”laşdıran,  sonra  da 
“vəhşi”ləşdirən  qadın  deyil!  Onun  bütün  “çev-
rilmə”lərinin  səbəbi  uşaqlıqdan  içində  əzilmiş 
“mən”ini təsdiqləmək ehtirasıdı.  
Qadın:  Ola  bilər,  bəlkə  də,  nə  bilim...  Hər 
halda  xoşum  gəldi  bu  fikirdən,  mən  də  yazdım 
statusuma. 
 Rəssam:  Amma  mən  bayaq  Sənlə  danışanda 
qulağına  sevdiyim  bir  misranı  pıçıldamaq  istə-
dim, Nazim Hikmətin bu misrasını: “Səni sevmək 
şam  meşəsində  nəfəs  almağın  bəxtiyarlığına 
bənzəyir”. Demədim!  
Qadın:  Gərək  deyəydin...  Bilirsən,  keçmişdə 
Ay  sevgililərin  “görüş  yeri”ymiş.  Harda  olsalar 
da,  gecələr  vədələşdikləri  vaxtda  çıxıb  Aya 
baxarmışlar.  Həmin  anda  sevgilisinin  də  Aya 
tamaşa  elədiyinə  əmin  olan  aşiq  orda  onun 
baxışlarını  görürmüş  sanki,  onunla  söhbət 
edirmiş, beləcə, təmas qururmuşlar... 
Rəssam: Sonra... 
Qadın: Sonrası qalsın sonraya... 


 
 
97 
Rəssam:  Kinonun  şirin  yerində  aparatı  xarab 
olan  kinomexaniksən  elə  bil...  Səhər  mənə  zəng 
vur! Gözləyəcəm! 
 
 
Bir həftə yazmamağımın səbəbi çəkilib kənar-
dan  Səni  müşahidə  eləmək,  “nə  edirəm”,  “niyə 
edirəm”  suallarına  cavab  tapmaq  istəyi  ilə  bağ-
lıydı.  Nəyə  görəsə  mənə  elə  gəldi  ki,  həddindən 
artıq  təkid  edirəm.  Sən  də  alicənablığındanmı, 
tərbiyəndənmi,  bilmirəm,  məni  qırmırsan.  Əlbət-
tə,  Sənlə  ünsiyyətdə  olduğum  müddətdə  çox 
dəyişiklik  var,  həm  ovqatımda,  həm  də  insanlara 
etibarımın  bərpasında,  çoxdan,  lap  çoxdan 
duymadığım  əvəzsiz  hisslər  yaşayıram.  Amma 
əvvəl  də  yazdığım  kimi,  həyat  mənə  hisslərimi 
cilovlamağı öyrədib. Səninlə münasibətdə isə heç 
bir  fikir  və  hissimi  cilovlamayacağımı  yazmış-
dım.  Bir  müddət  sakitləşmək  üçün  ara  verdim. 
Dedim  bəlkə  yenə  lap  çoxdankı  macərapə-
rəstlikdi.  Düşünmək  üçün  vaxt  lazım  idi.  Dü-
şündüm  də.  Bu  günlərdə  telefona,  kompüterə 
narkoman  iynəyə  baxan  kimi  baxırdım.  İçimdəki 
səs  “Dayan”,  “Sakit  ol”  deyirdi.  Tam  sakitlə-
şənədək  sənə  yazmamaqda,  zəng  etməməkdə 
qərarlı idim. İçimdəki “mən” qoymurdu…  
Və...  “sakitləşdim”.  Duyğularımı  gizlətməyi 
öyrənmişəm.  Bacararammı?  Bunu  bir  daha 
yoxlamağa  imkanım  oldu.  İndi  Sənə  tam  soyuq 


 
 
98 
başla yazıram. Bunları dünən axşam yazacaqdım, 
alınmadı. Sabaha saxlayıb işə – Səninlə “görüşə” 
qaçdım. İndi internetdə Sənin şəklinlə söhbətləşir, 
son  günlərin  acısını  çıxarır,  klaviaturadakı 
hərfləri quş kimi dənləyirəm.  
Həyatda hamının kiməsə, nəyəsə ehtiyacı var. 
Umudsuz adam vəhşiləşir, umudu kəsilən cəmiy-
yət  də  həmçinin.  Biz  səninlə  belə  vəhşi  cəmiy-
yətdə  yaşayırıq.  Sadəcə  bizi  quduzlaşmaqdan 
qoruyan ətrafımızdakı  hələ də  salamat qalan tək-
tük  insan,  onlardan  aldığımız  “yeni  qan”dı, 
enerjidi. Sən mənim həyatıma ən son girmiş belə 
adamsan. Qəlbimin çoxdandı belə sakini olmayıb. 
Səndən aldıqlarımın ölçüsü yoxdu. Hər dəfə bura 
Sənlə görüşə ibadət otağına girirmiş kimi gəlirəm. 
Tanrı  dərgahı  kimi  gəlir  mənə.  Katoliklərin  işi 
rahatdı,  ürəklərini  boşaltmağa  keşişləri  var. 
Mənim də rahibəm Sənsən. 
Uşaqlığım  Şuşada  keçib.  Qəribə  şəhər  idi. 
Adı,  tarixi,  iqlimi  adamlarının  xarakterinə  təsir 
eləmişdi.  Cibində  pulu  olmayan  da  özünü  bəy 
kimi  aparırdı.  Amma  hər  adam  duymazdı  ki,  bu 
qürurlu  insanların  sinəsində  necə  kövrək  qəlb 
döyünür.  Yayda  ölkənin  hər  yanından  adamlar 
axışırdı Şuşaya. Bəzən gələnlərin sayı yerlilərdən 
üç-dörd dəfə çox olurdu. Onda şuşalılar başını elə 
dik tutub gəzərdi ki, elə bilərdin hər biri bir dağın 
sahibidi.  Amma  elə  ki  yayın  sonunda  gələnlər 
qayıdıb  gedirdi,  şəhər  ziyarətçiləri  dağılışan  yas 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə