Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə20/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
 
90 
fikirlərinlə  razı  deyiləm  –  göz  həqiqətən  ürəyin 
proyeksiyasıdı.  Ayna  hər  şeyin  əksini,  tərsini 
göstərdiyi kimi göz də ürəyin astar üzünü çevirir. 
Göz yaşı ürəkdəki kədərin üzdəki maye halıdı. Nə 
qədər  qəribə  olsa  da,  insanı  sevinc  yox,  kədər 
kamilləşdirir.  Gör  bir  kədər  gözə  necə  yaraşıq 
verir.  
“Kədərin  gözəl  göz  yaşı...”  Bəlkə  də  bu  söz 
qadınları  ağladan  kişilərin  sonra  könül  almaq 
üçün quraşdırdığı bəhanədi. Nə biləsən... 
 


 
 
91 
 
IV Bölüm 
 
Tanrının görünən tərəfi 
 
Xüsusi  xidmət  orqanlarında  adamları  xəlvəti 
dinləyənlər,  güdənlər  haqda  bir  yazıda  oxu-
muşdum  ki,  gizli  kamerayla  uzun  müddət  birini 
izləyən,  yaxud  xüsusi  aparatla  danışıqlara  qulaq 
asan  şəxs  bəzən  güddüyü  adamın  həyatına  varıb 
onun əsirinə çevrilir. “Özgələrin həyatı” adlı bir 
filmdə  olduğu  kimi.  Məqsədi  kommunist  Almani-
yasında  yaşayıb  Qərbi  Almaniyada  nəşr  olunan 
jurnal üçün siyasi rejim əleyhinə məqalələr yazan 
yazıçını  ifşa  etmək  olan  xüsusi  xidmət  orqanı 
əməkdaşı evində quraşdırdığı dinləmə qurğusuyla 
yazıçının  ən  intim  sirlərini  belə  öyrənir.  Onda 
yazıçıya  qarşı  gizli  bir  ehtiram,  sevgi  yaranır  – 
onu ələ vermir.  
Mən  də  beləcə,  özümü  bu  yazışmaların 
təsirində  duyuram.  Ciddi  deyirəm!  Bəzən  onları 
anlayıram, bəzənsə müəmma olurlar. Belə olanda 
onlara daha da bağlanıram. Hədiyyəsini açmağa 
tələsən  uşaqlar  kimi  bunun  sonunu  bilməyə  can 
atıram. Qadın həqiqətən də gözəldi. Fotoları belə 
adamı  sehrləyir.  Onun  əsirinə  çevrilməmək  hər 
kişinin  işi  deyil.  Rəssamın  hövsələsinə  məəttəl 
qalmışam.  Görüşü  bu  qədər  uzatmalarını  anlaya 


 
 
92 
bilmirəm.  Oxuduqca  bəzən  onun  yerinə  özüm 
səhnəyə atılıb nələrsə eləmək istəyirəm.  
 
 
 
Səhər  zəng  elədin.  Qəlbin,  düşüncən,  duyğu-
larınla  bir  nəfəs  də  doğmalaşdın.  Bu  gün  səsin 
tam  başqaydı.  Səsini  gördüm  elə  bil  –  üstünə 
kəlmə  yazılmayan  ağappaq  varaq  kimi,  ləkə 
düşməyən  qar  kimi.  Bu  ağlıqda  tək  Sən  vardın! 
Səsinə  ilahi  sonsuzluğa  girirmiş  kimi  atıldım... 
Səsindən  keçib  Sənin  dünyana  gəldim...  Səndən 
bütün  dünyalar  bəmbəyaz  görünür,  dünya  Sənlə 
təmizlənir,  gözəlləşir…  Səni  vəsf  eləməyə 
ağzımda  sözüm  də  acizdi.  Qadına  sehrli  sözləri 
deyənlər  deyib,  mən  nə  karəyəm  ki...  “Qoşa 
badam  sığmayan  dar  ağızlım”,  “Qar  üstünə  qan 
dammış  tək  al  yanaqlım”,  “...yer  basmayıb 
yeriyən”,  “Badam  yesə  boylu  görünən  incə 
bellim”.  “Dədə  Qorqud”  dastanındandı  –  bunlar 
da  sənə  demək  istədiklərimin  yanında  zəif 
bənzətmələrdi. 
 
 
Sa-lam!!!  “Yenə  göylərdədir  şair  xəyalın”. 
Qalxardım  yanına...  Amma  “Səbir  Allahdan, 
səbirsizlik  Şeytandan”  deyənlərin  məsləhətinə 
əməl  edib,  sənə  elə  yerdən  baxacam.  Bu  səhər 
qəribə  ovqatdaydım.  Səni  niyə  yığdığımı  heç 
özüm  də  bilmədim.  Nə  danışdıq  ki...  Sən  heç 


 
 
93 
dinmədin.  Yazmağa  yaxşısan  amma.  Gör  nə 
duyğulu  sözlər  yazmısan!  Gözəl  sözlərdir, 
doğrudan  da.  “Badam  yesə  boylu  görünən  incə 
bellim...”  Sən  sevgiyə  bir  bax,  bu  sözlərin  ağla 
gəlməsi üçün  insanın sevgisi  nə  boyda olmalıdır, 
görəsən?  Amma  dünyanın  ən  böyük  sevgisi 
insanda  deyil,  təbiətdədir.  Sevgilərin  ən  ülvisi 
qaranlığın  işığa  olan  sevgisidir.  Bu  sevgidə 
“qovuşmaq”  sözü  işə  yaramır,  bu  sevginin  adı 
“çevrilmə”dir.  “Qovuşmaq”  insan  sevgisinin 
təntənəsidir.  Qaranlıq  isə  öz  sevgisi  yolunda 
məşuqunun  içində  əriyib  itir,  onun  özü  olur  – 
qaranlıq  işığa  çevrilir,  işıq  da  qaranlığa.  Allahın 
yazdığı  ən  böyük  sevgi  dastanı  “Zülmət  və  İşıq” 
dastanıdır…  Sənin  yazdıqların  da  gözəldir.  Bu 
gecə elə bu sözlərlə yatacam.  
 
 
Bugünkü  havaya  nədi  sözün?  Əsl  yaz 
havasıdı.  Görüşəkmi?  ...Bilirəm,  yenə  görüşmə-
mək üçün bir bəhanə gətirəcəksən. 
 
 
Bəzən  səninlə  danışmaqdan  zövq  alıram, 
amma  bəzən  məni  məyus  edirsən.  Nə  bəhanəsi? 
İşdən  ezamiyyətə  göndərmək  istəyirdilər,  başım 
qarışdı  bu  arada.  Getmədim...  Səninlə  görüşüb-
görüşməmək  üçün  bəhanəyə  gərək  yoxdur.  Hər 
ikimizin  bir-birimizi  anlayacaq  şüurumuz  və  ən 
əsası,  ünsiyyət  yarada  biləcək  dilimiz  var.  Mən 


 
 
94 
səndən  gizlənmirəm,  əsla,  sadəcə  səni  çıxılmaz 
vəziyyətə  salmaq  istəmirəm.  İstəmirəm  səni 
keçmişə aparıb qəlbindəki yaraları oyadım, sonra 
atıb  gedim.  Demədiyinə  baxma,  ürəyində  fır 
bağlayan  yaraların  var,  bunu  duyuram.  Mən 
acının,  hüznün  nə  olduğunu  yaxşı  bilirəm.  Bunu 
sənə  rəva  görmürəm.  Amma  sən  özün  bu 
“səyahət”ə çıxmaq istəyirsən. İnad edirsən! Məni 
də çıxılmazlığa salırsan. ...Getmədim, çünki atam 
istəmədi.  Bu  günlər  atama  olmayan  qədər 
ehtiyacım  var.  Onun  əllərinə,  onun  sığalına. 
Yığılıb  qucağına  qısılmaq  istəyirəm  körpə  kimi. 
Elə  bilirəm  ondan  qopsam  yellər  əsəcək,  məni 
ayrılıqlar olan uzaq  yerlərə aparacaq. Onda  məni 
qorxu  bürüyür...  Dönüşü  olmayan  bir  yola 
çıxmışam.  Yanımdakı  köhnə  dostlar  tədricən 
geridə  qalıb,  sonunda  üfüqdə  itdilər.  Xəmiri 
yumşaq  olub  palçıq  tək  süzülən  insanların  kirli 
simasından  usandım.  Həyat  bəzən  bizi  hər  şeyə 
vadar  edir.  Əlimizin  bulandığını  görə-görə  qolu-
muzu çırmalayırıq... Yoluma davam edirəm. Yeni 
ümidlərlə.  Çox  inamlıyam,  daha  bu  dünyanın 
nağıllarına  inanmıram.  Sənə  yazmışdım  bir 
dəfə… Heç nədən qorxmuram ta.  
 
 
Rəssam:  Getmədiyinə  sevindim.  Amma  heç 
nə  başa  düşmürəm.  Aydın  yaza  bilərsən?  Axı  nə 
baş  verir?  Gah  səni  qorxu  bürüyür,  gah  da  heç 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə